Məhkəmə qərarları › İş №2(005)-140/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-140/2022

16.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-140/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı, Cavabdeh Şixəmmədov Anar Nurməmməd oğlunun iştirakı ilə İddiaçı cavabdeh Şixəmmədov Anar Nurməmməd oğluna qarşı “ödənilmiş pulun geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı “ödənilmiş pulun geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 "xxxx" ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobilə dəymiş zərərin əvəzi olaraq ondan almış olduğu 2500 manatın və rüsum olaraq ödənilmiş 30 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 01.01.2016-cı il tarixində, saat 00:50-də Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Hənifə Ələsgərova küçələrinin kəsişməsində, ona məxsus “Mersedes-Benz" markalı, ** TH *** X10 avtomaşınla, X2 idarə etdiyi “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobil toqquşmuş, nəticədə, X6, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. Təhqiqat orqanı tərəfindən avtomobillərə baxış keçirilmiş, protokollar tərtib edilmiş, fotoşəkillər çəkilmişdir. Toplanmış material üzrə, Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Samir Ələkbərov tərəfindən, 15.01.2016-cı il tarixində cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmiş, İddiaçı-mənim barəmdə Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə qəbul edilmiş qərar icra edilməsi üçün Nəsimi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bundan sonra, “Daewoo Gentra" markalı, **-AX-*** X10 avtomobilin sürücüsü X7 ilə razılığa gəlmişlər və avtomobilə dəyən ziyanı 2.500 (iki min beş yüz) manat dəyərləndirmişlər. İddiaçının imkanı olmadığından, həmin pulu dərhal ödəməmiş, dost və qohumlardan borc olaraq almış olduğu 2.500 (iki min beş yüz) manat pulu, tanışları Əjdər və ülvinin yanında, onların iştirakı ilə, ya 24.01.2016-cı il tarixində, ya da ki, 27.01.2016-cı il tarixində “Daewoo Gentra" markalı, **-AX-*** X10 avtomobilin sürücüsü X3 ödəmişdir. “Daewoo Gentra" markalı, **-AX-*** X10 avtomobilə vurulmuş maddi ziyan tərəfindən ödənilmişdir. 2020-ci ilin sonlarında iddiaçının ünvanına gəlmiş məhkəmə bildirişindən ona məlum olmuşdur ki, iddiaçı “Union Lizinq" ASC-nin ona, cavabdeh İddiaçı qarşı, “Union Lizinq" ASC-yə məxsus “Daewoo Gentra" markalı, **-AX-*** X10 avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulmasına dair iddia tələbi üzrə 2(003)-3670/2020 saylı mülki iş, Xəzər Rayon Məhkəməsinin hakimi Sabit Bəhrəmzadənin icraatındadır. 17 dekabr 2020-ci il tarixində 2(003)- 3670/2020 saylı mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin iddia tələbinə etiraz yazaraq, Xəzər Rayon Məhkəməsinə təqdim etmişdir. Yuxarıda qeyd etdiyi xüsusatlarla yanaşı məhkəməyə bildirmişdir ki, hazırda da, iddiaçı "xxxx" ASC-nin ona-cavabdeh İddiaçı qarşı, "xxxx" ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulmasına dair iddia qaldırması, iddiaçı üçün gözlənilməz olmuşdur. Yəni, sözügedən zərər, tərəfindən avtomobili qanuni əsaslarla, müvafiq qanuni sənədlərlə idarə edən, Yol-Nəqliyyat Hadisəsinin iştirakçısı olan X4 ödənilmişdir. Bundan sonra o, məhkəmə iclasında iştirak etmiş və "xxxx" ASCnin nümayəndəsinin deməsindən, məhkəməyə sənəd təqdim etməsindən ona məlum olmuşdur ki, iddiaçı “Union Lizinq“ ASC, cavabdeh X3 qarşı, “Union Lizinq" ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulmasına dair iddia qaldırmış, iddia tələbi təmin edilmişdir. Cavabdeh X6 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə X2 apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" ASC-nin, cavabdeh X3 qarşı, "xxxx" ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobilə dəymiş 3206 manat maddi zərərin ondan tutulmasına dair iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmənin qənaətinə görə, **-AX-*** X10 avtomobilə dəymiş 3206 manat maddi zərər, iddiaçının tərəfindən dəymişdir. "xxxx" ASC-nin nümayəndəsinin deməsinə görə, X6, məhkəmə iclasında, iddiaçının 2016-cı ilin yanvar ayında, Anar Şıxməmmədova 2500 manat ödədiyini bildirmişdir. İddiaçı həmin məhkəmədə, **-AX-*** X10 avtomobilə dəymiş zərərin 3206 manat olması ilə bağlı etirazını bildirmiş və 2016-cı ilin əvvəllərində, tərəflər Anarla bir neçə yerdə, ustaların, mütəxəssislərin yanında olub, dəymiş zərəri hesablatmışlar. Dəymiş zərər 2500 manat civarında olmuş, odur ki, Anar Şıxməmmədov ondan 2500 manat pul almışdır. Xəzər Rayon Məhkəməsi, 2(003)-3670/2020 saylı mülki iş üzrə, zərərin hesablanması ilə bağlı Ekspertiza təyin etmişdir. Odur ki, o, X3 yazılı olaraq müraciət etmiş və 2500 manatı ona qaytarmasını xahiş etmişdir. Cavabdeh, ondan almış olduğu 2500 manat pulu ona qaytarmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən həqiqətən tələb edilən məbləğdən 2.000 manat ona qaytarılmışdır. Məhkəmə iclasında cavabdeh Şixəmmədov Anar Nurməmməd oğlu iddianı tələbini qəbul etməyərək bildirmişdir ki, «Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobil özünün istifadəsində olmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində avtomobillərə zərər dəymişdir. Buna görə də, İddiaçı tərəfindən 2500 manat ona pul ödənilmişdir. İddia tələbini qəbul etmir, pulun qaytarılması ilə razı deyil. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı tərəfindən 09.06.2021-ci il tarixli Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, kredit borcunun 5 gün müddətində geri qaytarılmasını xahiş etmiş, əks halda ödənilmiş pulların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2019 saylı, 13.05.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı "Union Lizinq” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı "lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərərin və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş "Union Lizinq” Açıq Səhmdar Cəmiyyəti ilə X6 arasında bağlanmış 17 noyabr 2014-cü il tarixli AL-2302 nömrəli "Daxili lizinq” müqaviləsi ləğv edilməsi, cavabdeh X1 17 noyabr 2014-cü il tarixli AL-2302 nömrəli "Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 08 yanvar 2016-cı il tarixə 192,25 (bir yüz doxsan iki manat iyirmi beş qəpik) manat əsas, 180,23 (bir yüz səksən manat iyirmi üç qəpik) manat mükafat və həmin günə hesablanmış 72,76 (yetmiş iki manat yetmiş altı qəpik) manat dəbbə pulu, 3.206 (üç min iki yüz altı) manat dəymiş zərər olmaqla, ümumilikdə 3.651,24 (üç min altı yüz əlli bir manat iyirmi dörd qəpik) manat borcun və 30 (otuz) manat dövlət rüsumunun "Union Lizinq” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir; Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 oktyabr 2019-cu il tarixli, 2(103)- 10022/2019 saylı qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2019 saylı, 13.05.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-352/2019 saylı, 13.05.2019-cu il tarixli qətnaməsi lizinq obyektinə dəymiş maddi zərərin əvəzinin ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, Cavabdeh 17 noyabr 2014-cü il tarixli AL- 2302 nömrəli "Daxili Lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və ondan istifadə edilməsinə görə 08 yanvar 2016-cı il tarixə 192,25 manat (yüz doxsan iki manat iyirmi beş qəpik) əsas, 180,23 manat (yüz səksən manat iyirmi üç qəpik) mükafat və həmin günə hesablanmış 72,76 manat (yetmiş iki manat yetmiş altı qəpik) dəbbə pulu borcu olmaqla, ümumilikdə 445,24 manat (dörd yüz qırx beş manat iyirmi dörd qəpik) pul alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir; Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-541/2021 saylı, 16.09.2021-ci il tarixli saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı 3206 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3236 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir; Həmin qətnamə ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən "Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyatlı avtomobilin sahibi "Union Lizinq” MMC-dir. Nəsimi rayon DYPŞ-nın 08.02.2016-cı il tarixli inzibati tənbehvermə haqqında qərarına əsasən İddiaçı 01.01.2016-cı il tarixində saat 00:00-da Nəsimi yolu ərazisində Mercedes Benz C220 CDİ minik markalı ** TH *** X10 nəqliyyat vasitəsini idarə edərkən yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməmiş nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və 40 manat miqdarında cərimə edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.07.2021-ci il tarixli 9/3749 nömrəli rəyə əsasən 27.04.2018-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı "Daewoo Gentra” markalı, ** AX *** dövlət qeydiyyatlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3425 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, məhkəmənin qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. 17.06.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır; 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o Zamin baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir. Belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 01.01.2016-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinski və Hənifə Ələsgərova küçələrinin kəsişməsində, iddiaçıya məxsus “Mersedes-Benz" markalı, ** TH *** X10 avtomaşınla, X2 idarə etdiyi “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobil toqquşmuş, nəticədə, X6, sağlamlığa zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarət almışdır. İddiaçı “Daewoo Gentra" markalı, **-AX-*** X10 avtomobilin sürücüsü X7 ilə şifahi razılığa gələrək ona ödəmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-541/2021 saylı, 16.09.2021-ci il tarixli saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdeh İddiaçı 3206 manat və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3236 manat alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC-yə məxsus “Daewoo Gentra” markalı, **-AX-*** X10 avtomobilə dəymiş zərərin əvəzi olaraq ondan almış olduğu 2500 (iki min beş yüz) manatın və rüsum olaraq ödənilmiş 30 (otuz) manatın onun xeyrinə tutulmasını xahiş etmişdir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı dəymiş zərər olaraq qanuni qüvvəyyə minmiş qətnamə ilə 3206 manat tutulması olduğu halda, eyni zamanda, 2500 manatı X3 ödəməsi ədalətli deyil. Cavabdeh hər hansı hüquqi əsas olmadan İddiaçı məxsus 2500 manat pulu özündə saxlanılmış və bu səbəbdən onun tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmə kimi qiymətləndirilməlidir. Bununla belə iddiaçının tələbi nəzərə alınmaqla cavabdeh əldə etdiyi həmin məbləği iddiaçıya qaytarmalıdırlar. Məhkəmə qaytarılmalı olan məbləğlə bağlı hesab edir ki, 2.500 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2.500 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2.500 (iki min beş yüz) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar