Məhkəmə qərarları › İş №2(005)-141/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-141/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-141/2021 06.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh, cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat məbləğində əsas borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, 073 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə 165.600 (bir yüz altmış beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat məbləğində əsas borcu mövcuddur. X12 və “xxxx” Mənzil-Tikinti Kooperativi mülki iş üzrə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 iddia ilə əlaqədar bildirdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bağlanmış 02.11.2012-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən ona 94.500 manat kredit ünvan 1 ünvanında yerləşən binanın 89 saylı mənzilinin alınması üçün verilmişdir.Həmin vaxtdan da həmin mənzildə yaşayır. Uzun müddət vaxtlı-vaxtında krediti ödəmişdir.Lakin sonradan ödənişləri etməyə imkanı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və “xxxx” Mənzil-Tikinti Kooperativinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, üçüncü şəxs və digər üçüncü şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7 və “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmişdir; Qeyd olunan müqavilənin 1.3 bəndinə əsasən kredit borclana ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınmasına verilmişdir. İşdə olan “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli müqaviləyə əsasən icraçı və alıcı tikintisinin razılaşdığı mənzil ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilində yerləşməklə ümumi sahəsi 144 kv.m olmaqla 3 otaqdan ibarət olacaq.Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1.150 manat, cəmi 165.600 manat müəyyən edilir. Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 30.01.2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsi üzrə 24 yanvar 2020-ci il tarixə cavabdeh şəxsin banka 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat ödənilməmiş borcu qalmışdır; Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi 29 yanvar 2020-ci il tarixli bildirişə əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış 02.11.2012-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən ona 94.500 manat kredit ünvan 1 ünvanında yerləşən binanın 89 saylı mənzilinin alınması üçün verilmişdir. İşdə olan Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin məlumatına əsasən xxxx ASC-nin müştərisi Cavabdeh 03.10.2008-ci il tarixində illik 15 (on beş) faiz dərəcəsi ilə 180 ay müddətinə 165 600 (bir yüz altmış beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Yuxarda göstərilmiş kredit müqaviləsi üzrə 02.11.2012-ci il tarixinə 165 101.46 (bir yüz altmış beş min yüz bir manat, 46 qəpik) AZN məbləğində kredit borcu mövcud olmuşdur. O cümlədən yuxarda göstərilmiş kredit müqaviləsi üzrə 02.11.2012-ci il tarixinə 16 109.34 (on altı min yüz doqquz manat, 34 qəpik) AZN məbləğində qrafikdən kənar vaxtı keçmiş əsas borcu mövcud olmuşdur. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir’. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlğa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmişdir; Kreditin verilməsinə əsas ( müqavilənin 1.3 bəndi) ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması olmuşdur. Həmçinin “xxxx” MTK ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli müqaviləyə əsasən icraçı və alıcı tikintisinin razılaşdığı mənzil ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilində yerləşməklə ümumi sahəsi 144 kv.m olmaqla 3 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1.150 manat, cəmi 165.600 manat müəyyən edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə X12 arasında bağlanmış 02.11.2012-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən ona 94.500 manat kredit ünvan 1 ünvanında yerləşən binanın 89 saylı mənzilinin alınması üçün verilmişdir. Hazırda iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat pul tələb edir. Halbuki tərəflər arasında müqavilə öhdəlikləri 03.10.2008-ci il tarixdən yaransada həmin evlə bağlı öhdəliklər 02.11.2012-ci il tarixli müqaviləyə əsasən X2. Belə ki, hər iki müqavilələrdən görünür ki, verilmiş kreditlər ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması olmuşdur. İlk olaraq mənzili Cavabdeh əldə etmiş, 02.11.2012-ci il tarixdən isə mənzil X1. Məhkəmənin sorğusuna əsasən 03.10.2008-ci il tarixdən 02.11.2012-ci il tarixədək Cavabdeh bank qarşısında borcunun 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat olması göstərilmişdir. Beləliklə məhkəmə hesab edir, iddia qismən təmin olunmalı, Cavabdeh 03.10.2008-ci il tarixdən 02.11.2012-ci il tarixədək olan borcu 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar