Məhkəmə qərarları › İş №2(005)-141/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-141/2024

12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-141/2024 12.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xüsusi mülkiyyətində olan mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3000 (üç min) manat, Cavabdeh2 iddiaçıya məxsus mənzilin sütunlarına, divarlarına, hamama vurulmuş maddi ziyanın əvəzi olaraq 2000 (iki min) manat, ödənilmiş 70 manat (yetmiş) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanından suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsi və iddiaçıya məxsus mənzilə su axıdılmasının qadağan edilməsi və mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh1 iddiaçı ilə qonşuluqda, üst mərtəbədə yaşayır və mənzilin mülkiyyətçisidir. Cavabdeh1 7 ildən artıq müddətdir, mülkiyyətində olan mənzili kirayə verərək qazanc əldə edir və buna baxmayaraq mənzili təmir etdirməyərək, iddiaçının xüsusi mülkiyyətində olan mənzilə su axıdaraq, mənzilini yararsız vəziyyətə salmışdır. Cavabdehin kirayə verdiyi şəxslər mənzildə olan su kranını açıq saxlamaqla, iddiaçıya məxsus mənzilin mətbəxini, hamam və dəhlizi tamamilə yararsız vəziyyətə salmışdır. Bu zaman iddiaçı məcburiyyət qarşısında qalaraq mənzilini öz hesabına təmir etdirmişdir. Bu hal sonradan da təkrar olunduğuna görə iddiaçı yuxarı mərtəbədə yerləşən mənzilə gedən suyun qarşısını almaq üçün ventil qoydurmuşdur. Lakin bu barədə 17-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş və polis bölməsində araşdırma aparılmış və mənzildə hal-hazırda 3 kirayənişin yaşaması müəyyən edilmiş və barələrində inzibati tədbir görülmüşdür. Lakin Cavabdeh1 məxsus mənzilin hamamın döşəməsində metlaxın üzərindən başqa metlax vurulduğundan, 2 metlax arasından su sızaraq iddiaçıya məxsus mənzilin tavanına və divarlarının içərisinə su sızır. İddiaçıya məxsus mənzilin mətbəxin divarı ortadan əyilmiş, həmin divardan su, qaz, işıq xəttləri keçdiyindən həyati təhlükəsi vardır. Cavabdehin mənzilini təmir edən ustalar iddiaçının mənzilindən keçən trapın borusunu belə sındırmışlar. Bu günə kimi həmin borudan iddiaçının mənzilinə su axır. Su axmaqda davam etdiyindən, Nərimanov rayon İcra Hakimiyyətinə və MKİS-nə müraciət edərək, mənzilə baxış keçirilməsini xahiş etmişdir. Lakin mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirilməsi mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 rəddlərində 28 saylı mənzili təmir edən ustalar gələrək, boruları tələm-tələsik boruları düzəltmiş, boruları bir-birinin içinə salmaq əvəzinə bir birinə bitişdirdiyindən, borunun kənarındam axan su indi divarın içinə sızır. Çuqun borunu zərbə ilə sındırdıqda isə ətrafa saçılan çuqun parçaları əl-üz yuyanı, unitazı həm içəri, həm də çöl tərəfdən sındırmışdır. Nəticədə hər ikisi yarasız və/iyyətə düşmüş və su buraxır. Hamamın döşəməsində olan metlaxda da çatlar əmələ gəlib. Cavabdeh1 gətirdiyi Sərxan adlı usta su sızması aparatı ilə baxış keçirən zaman trapa tökülən bütün suyun yerin metlaxın arasından sızaraq iddiaçıya məxsus mənzilin tavanına və divarların içinə su axdığını təyin etdi. Hal-hazırda da su iddiaçıya məxsus mənzilin hamamın tavanına və divarlarına sızır. Bundan başqa, cavabdehə məxsus mənzildə quraşdırılmış kondisionerdən də axan su 7 ildən artıq müddətdir ki, iddiaçıya məxsus mənzilin fasad divarını və otağın divarlarını fasiləsiz olaraq isladır, divar şkafı içəri tərəfdən çürüyüb. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyinə baxmayaraq, nə iddiaçıya dəymiş maddi ziyanın əvəzini ödəmir, nə də mənzilə su sızmasının qarşısısını almır. Bundan başqa, ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh2dır. Sonuncu isə özünə məxsus mənzildə hamamın bütün divararını sökərək, əsas sütunların yerini dəyişdirməklə mətbəxini böyütmüş, iddiaçının mənzilinin hamamın divarlarını zədələmişdir. Divarlarda çatlar yaranmış, hal-hazırda da mövcuddur. Dəhizin və dəhlizdə mətbəxin küncləri sökülmüş, mətbəxdəki kafellər dağılaraq tökülmüş, mətbəxin də divarları əyilmişdir. Hamamın qapısının içəri tərəfdən və mətbəxin qapısının kənarları çatlamışdır. Hamamın qapısı isə tam bağlanmır. Cavabdehlərin təqsirli hərəkətləri nəticəsində hazırda iddiaçıya məxsus mənzilin tavan hissəsi, divarları, döşəməsi və avadanlıqları tam yararsız vəziyyətə düşmüşdür. Artıq mənzildə yaşamağı acınacaqlı hal almışdır. İddiaçı bildirir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində ona ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan dəymişdir. Cavabdehlər vurduğu maddi ziyanı ödəməkdən yayınır, mənzilinə isə maddi ziyan vurmaqda davam edirlər. İddiaçı qeyd edir ki, pensiyaçı və tək qadın olmağının nəzərə alınaraq ekspertiza xərcinin əvəzini cavabdehlərdən tutulmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, daha əvvəl mənzilindən iddiaçının mənzilinə su sızma halının baş verdiyini, lakin usta çağıraraq bu halın qarşısını almaq üçün tədbirlər görüldüyünü bildirdi. Əlavə olaraq, ekspert rəyində göstərilən məbləği ödəməyə hazır oduğunu qeyd etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəylərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9543 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 25 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavar, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən, 35 saylı evin 25 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzildən su axıdıldığı və nəticədə 25 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 28 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 25 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq və ya 28 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bu sualın həlli məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin mütəxəssislər tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi barədə vəsatət verilmişdir. Ekspert vəsatətində qeyd olunan mütəxəssis rəyi ekspertizaya təqdim edilmədiyindən həmin sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən, 35 saylı evin 25 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 574,0 manat məbləğində müəyyən olunmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən, 35 saylı evin 25 saylı mənzilin tikililəri üzərində yaranmış qüsurların (çatların) aradan qaldırılması görülməli olan təmir-bərpa işlərinin dəyəri tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparıldıqdan sonra bərpa-gücləndirmə işlərinə dair layihə-smeta tərtib edildikdən sonra müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 10/4363 nömrəli rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən 56 saylı mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xəttləri) gizli (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadı. Eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 56 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ünvan 4 ünvanında yerləşən 53 saylı mənzillərin divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 138 saylı MKİS-in əməkdaşları tərəfindən 53 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq, ünvan 4 ünvanında yerləşən 53 saylı mənzilin üst mərtəbəsinə yerləşən 56 saylı mənzildən suyun sızması müəyyən olunur. ünvan 5 ünvanında yerləşən 25 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 531,0 manat məbləğində müəyyən edilir. ünvan 6 ünvanında yerləşən 25 saylı mənzilin dəhliz və sanitar qovşağının (dəhliz tikilisinin tərəfdən) divarları üzərində əmələ gəlmiş çatlar mənzilin altındakı 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı əmələ gəlmiş vibrassiya nəticəsində yarana bilər. ünvan 7 ünvanında yerləşən 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı vibrassiya nəticəsində 25 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 236,0 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən ÖM 170711 №-li qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 8 ünvanında yerləşən 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır və bu barədə 1362 saylı reyestr kitabında 1948 səhifə 30/23736 № ilə xx.xx.2003-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı ünvan 8 ünvanında yerləşən 25 saylı mənzildə xx.xx.2004-cü il tarixdən qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 9 ünvanlanan xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 10 ünvanı Cavabdeh1, ünvan 11 ünvanı isə Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir. 25 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən ünvan 12 ünvanda yaşayan İddiaçı mənzilinə qonşuları - Cavabdeh1 məxsus ünvan 10 və Cavabdeh2 məxsus ünvan 11-dən suyun axması nəticəsində İddiaçı mənzilinə ziyan dəymişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 25 saylı mənzil İddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 28 saylı mənzil Cavabdeh1, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 35, 22 saylı mənzil isə Cavabdeh2 məxsusdur. İddiaçı Cavabdeh1 mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını, digər Cavabdeh2 məxsus mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı onun mənzilinə ziyan dəydiyini bildirərək Cavabdeh1 mənzilə su sızması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 3000 manat, Cavabdeh2 isə 2000 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb edir. 25 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktına əsasən Bakı şəhəri, ünvan 13 ünvanın yuxarı mərtəbəsində yerləşən Cavabdeh1 və Cavabdeh2 məxsus mənzillərin sanitar qovşağından suyun axması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 25 saylı mənzilə ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2-10/9543 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsində yerləşən, 35 saylı evin 25 saylı mənzilinə həmin mənzil ilə eyni proeksiyada olan və mənzilin üst mərtəbəsində yerləşən 28 saylı mənzildən su axıdılığı və nəticədə 25 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunur. Həmçinin qeyd olunmuşdur ki, 28 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından 25 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 25 saylı mənzilə su sızması 28 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 28 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 25 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 531,0 manat məbləğində müəyyən olunur. Eyni zamanda, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 10/4363 nömrəli rəyinin nəticə hissəsinə əsasən ünvan 6 ünvanında yerləşən 25 saylı mənzilin dəhliz və sanitar qovşağının (dəhliz tikilisinin tərəfdən) divarları üzərində əmələ gəlmiş çatların mənzilin altındakı 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı əmələ gəlmiş vibrassiya nəticəsində yarana biləcəyi müəyyən olunmuşdur. ünvan 7 ünvanında yerləşən 22 saylı mənzildə aparılmış konstruktiv dəyişikliklər zamanı vibrassiya nəticəsində 25 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 236,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Bununla belə, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, Cavabdeh1 mülkiyyətində olan (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 28 saylı mənzil) mənzildən həmin mənzilin altında yerləşən və iddiaçının mülkiyyətində olan mənzilə (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 25 saylı mənzil) su axıdılmışdır. Digər Cavabdeh2 məxsus mənzildə (Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi ev 35 ünvanda yerləşən 22 saylı mənzil) isə aparılmış konstruktiv dəyişikliklər zamanı vibrassiya nəticəsində iddiaçının mənzilinin dəhliz və sanitar qovşağının divarları üzərində çatlar əmələ gəlmişdir. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehlərin mülkiyyətində olan mənzildən suyun axıdılması və aparılmış təmir işləri nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehlərin mülkiyyətində olan mənzillərdən suyun axıdılması və bunun nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyləri əsas götürülməli və həmin rəylə hər iki cavabdehə müvafiq olaraq müəyyən edilmiş məbləğlərdə vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, Cavabdeh1 574 manat, Cavabdeh2 isə 236 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia ərizəsində dəymiş zərərin əvəzi olaraq Cavabdeh1 3000 manat, Cavabdeh2 isə 2000 manat pul məbləğinin tutulmasını tələb etmişdir. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğini müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə Cavabdeh1 574 manat, Cavabdeh2 236 manat məbləğində maddi ziyan İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, “suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsi və iddiaçıya məxsus mənzilə su axıdılmasının qadağan edilməsi və mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsi” hissəsində iddia təmin oluna bilməz, belə ki, suyun sızmasına səbəb olan təmir-bərpa işlərinin yerinə yetirilməsi üçün iddiaçının xeyrinə maddi zərər tutulmuş, iddiaçıya məxsus mənzilə su axıdılmasının hazırda da davam etdirilməsi sübut olunmur, əksinə ekspert rəyindən qeyd olunmuşdur ki, 28 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, su-kanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığı müəyyən olunmuşdur. İddiaçının tələbində qeyd olunmuş «mübahisənin tam həlli üçün hamamın metlaxının sökülməsi»nə münasibətdə məhkəmə qeyd edir ki, bu tələbin təmin olunması, cavabdehə zərər vurulmasına səbəb ola bilər ki, bu da işin ədalətli həlli baxımından arzuolunan deyil. Məhkəmə iddiaçının iddia tələbində göstərdiyi tələblərdən başqa vəsatətlə məhkəməyə etdiyi müraciətində, - əl-üz yuyan tülpan, tualet, paltaryuyan Arçelik, hamamda sınan kafel və metlakların qiymətləndirilməli olmasını qeyd etsə də, məhkəmə buna münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, məhkəmə araşdırılması verilmiş tələblər üzrə aparılmış, məhkəmənin baxış iclasında belə bir vəsatətin verilməsi mülki prosessual qanunvericiliyin tələbi baxımından yol verilən deyil. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğinin müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə maddi ziyan tutulmalıdır. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən təkrar ekspertiza keçirilməsinə dair vəsatətlərə münasibətdə qeyd olunur ki, hazırki mülki iş üzrə mövcud olan (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2024-cü il tarixli, 3-16-16/2- 10/9543 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 sentyabr 2023-cü il tarixli, 10/4363 nömrəli) ekspert rəyləri işə mahiyyəti üzrə baxılmasına kifayət edir və təkrar ekspertiza təyin olunmasına ehtiyac olmamışdır. Göründüyü kimi, iddiaçı tərəfin vəsatəti təmin olunub mülki işin yenidən Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi işin əsassız olaraq süni şəkildə uzadılmasına səbəb olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövıət rüsumunun 30 manatı cavabdehlərdən müştərək qaydada tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 574 (beş yüz yetmiş dörd) manat, Cavabdeh2 isə 236 (iki yüz otuz altı) manat pul məbləği tutularaq İddiaçın ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar