Məhkəmə qərarları › İş №2(005)-1414/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1414/2020

07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1414/2020 07.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Ləğv prosesində olan “DəmirBank” X12 və Ləğv prosesində olan “DəmirBank” X11 Xətai filialına qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan “DəmirBank” X12 və Ləğv prosesində olan “DəmirBank” X11 Xətai filialına qarşı “yanlış məlumata görə aparılmış qeydiyyatın silinməsinin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Ləğv prosesində olan “DəmirBank” X11 Xətai filialı İddiaçı kredit borcunu tam ödədiyi üçün Mərkəzi Kredit Reyestrində (MKR) onun borcu olmadığı barədə məlumat təchizatçısı kimi verdikləri yanlış məlumata görə aparılmış qeydiyyatın silinməsinin dərhal təmin etmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Ləğv prosesində olan “DəmirBank” X14 arasında bağlanmış xx xxxxxx 2103-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərti ilə, illik 24% dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. Kredit borcu İddiaçı tərəfindən xx xxxxxx 2016-cı il tarixdə tam həcmdə ödənilmişdir. Həmin tarixdə “DəmirBank” X11 Xətai filialının müdiri Musa Əliyev, filialın nəzarətçisi vəzifəsini müvəqqəti icra edən Zöhrə Abdullayeva ilə İddiaçı arasında akt tərtib edilmiş, aktı cavabdeh bank imza və möhürlə təsdiq etmişdir ki, müqavilə üzrə iddiaçı şəxsin heç bir öhdəliyi mövcud deyildir. Bundan əlavə “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixi aralığını əhatə edən dövrdə İddiaçı qalıq borcunun sıfırlanmasına dair “DəmirBank” X14 tərəfindən ona rəsmi qaydada “Hesabdan çıxarış” təqdim edilmişdir. Bank işi ilə tanış olan hər bir şəxsə məlumdur ki, Mərkəzi Kredit Reyestri (MKR) göstəriciləri müştərilərin razılığı ilə respublikanın istənilən bank və bank filiallarında bazadan anındaca çıxarıla bilər. Ona görə də, “DəmirBank” X14 tərəfindən təqdim edilmiş hesabdan çıxarışın şübhə altına alınmasına əsasların mövcudluğu istisna edilir. Qeyd edilənlərə baxmayaraq, İddiaçı kiçik sahibkarlığın inkişafı perspektivlikləri üzrə Dövlət proqramına qoşulmaq məqsədi ilə bir neçə bankdan kredit götürmək istədikdə, orada onun “DəmirBank” X12 guya borclu olmasını əsas gətirərək ona kredit verilməsindən imtina edilmişdir. Bununla da onun Dövlət proqramından bəhrələnməsi, gəlirlər əldə etməsi hüquqi əsassız olaraq məhdudlaşdırlımış və ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Vətəndaş kimi bankın səhvi nəticəsində hüquq və azadlıqları kobud surətdə pozulmuşdur. Ləğv prosesində olan banka müraciət edərkən bu nöqsanın hansısa əməkdaşın səhlənkarlığı üzündən baş verdiyini etiraf etsələr də, yanlışlığı aradan qaldırmamışlar. Bu səbəbdən də İddiaçı nümayəndəsi Nümayəndə yaxın vaxtlarda səlahiyyətləri Azərbaycan Respublika Mərkəzi Bankına verilmiş Azərbaycan Respublikasının Maliyyə X8 rəsmi müraciət etmiş və müraciətin araşdırlıması Azərbaycan Kredit Bürosuna göndərilmişdir. Azərbaycan Kredit Bürosunun xx xxxxxxxx 2019-cu il tarixi, V-778/19 nömrəli cavabında bildirilmişdir ki, büroda məlumat təchizatları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması büronun səlahiyyətləri xaricindədir. Şikayətə cavabda yanlış məlumatı təqdim etmiş, məlumat təchizatçısına və ya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bu cavabın tələblərinə uyğun olaraq dəfələrlə “DəmirBank” X12 müraciət etsələr də. bank əməkdaşları fəaliyyətlərinin dayandırılmasını bəhanə gətirərək hüquqlarını pozmaqda davam etdikləri üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdılar. Hesab edir ki, məhkəmədə pozulmuş hüquqları bərpa ediləcəkdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Ləğv prosesində olan “DəmirBank” X14 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 27-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən əsassız hesablanmış 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaitinin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində olan dəlillərə uyğun izahat verib, iddia tələbini müdafiə edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan “DəmirBank” X11 nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək, onun rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Ləğv prosesində olan “DəmirBank” X12 və Ləğv prosesində olan “DəmirBank” X11 Xətai filialına qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “DəmirBank” X11 Xətai filialının müdiri Musa Əliyev, filialın nəzarətçisi vəzifəsini müvəqqəti icra edən Zöhrə Abdullayeva ilə İddiaçı arasında tərtib edilmiş xx xxxxxx 2016-cı il tarixli aktın surətindən və məzmunundan görünür ki, İddiaçı (müştəri) tərəfindən 5.013 (beş min on üç) manat məbləğində vəsait 21-70229401-1 nömrəli cari hesaba mədaxil edilmişdir. Həmin vəsait İddiaçı “DəmirBank” X14 (Bank) qarşısında olan 54299813 ssuda hesablı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 6.361,16 (altı min üç yüz altmış bir manat on altı qəpik) manat məbləğində qalığının bank tərəfindən 21,2% güzəşt edilməsi nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq edir ki, qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir; xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışın məzmunundan görünür ki, İddiaçı “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə qalıq borcu yoxdur; İddiaçı nümayəndəsi Nümayəndə Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X3 ünvanladığı xx xxxxxx 2018-ci il tarixli ərizəsinin surətindən və məzmunundan görünür ki, İddiaçı Ləğv prosesində olan “DəmirBank” X1 borcunu tam ödədiyi üçün borcun olmaması barədə arayışın təqdim edilməsinə və Mərkəzi Kredit Reyestrindən (MKR) silinməsinə dair göstəriş verilməsini xahiş etmişdir; Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********677 nömrəli məktubunun məzmunundan görünür ki, Nümayəndə xx xxxxxx 2018-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, Ləğv prosesində olan “DəmirBank” X14 ilə bağlanmış xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinin 21-70229401-4 nömrəli ssuda hesabı üzrə İddiaçı kredit ayrılmışdır. xx xxxxxx 2019-cu il tarixinə qeyd olunan kredit üzrə Ləğv prosesində olan “DəmirBank” X12 2.516,02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində borc öhdəliyi vardır.Qeyd olunan borcun ödənilməsinin təmir olunması ondan xahiş olunmuşdur; Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 Azərbaycan Kredit Bürosuna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli **********524 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, xx xxxx 2019-cu il tarixli B-640/19 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, İddiaçı nümayəndəsi Nümayəndə müraciətinə Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X4 tərəfindən baxılmışdır. Belə ki, Ləğv prosesində olan “DəmirBank” X14 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərtilə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21-70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyi mövcuddur. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrasının təmin edilməsi məqsədilə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşa Ləğv prosesində olan “DəmirBank” X11 Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında yerləşən “Əməliyyat İdarəsi” filialına müraciət etməsi tövsiyyə olunmuşdur; “Azərbaycan Kredit Bürosu” X5 İddiaçı nümayəndəsi Nümayəndə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli V-778/19 nömrəli məktubunun məzmunundan görünür ki, onun Azərbaycan Respublikasının Maliyyə X6 daxil olmuş müraciətinə Azərbaycan Kredit Bürosunda (Büro) aidiyyəti üzrə baxılmışdır. Qeyd edilməlidir ki, onun qeyd etdiyi məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, bokt və s.) müraciət edilmişdir. Bu müraciəti məlumat təchizatçısı rəsmi məktubla cavablandırmışdır. Əlavə olaraq qeyd edilir ki, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikiiklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci madəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır; 954.1-ci maddəsinin tələbinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; 959.1-ci maddəsinin tələbinə görə bank müştərinin hesabına daxil olmuş pul vəsaitini müvafiq ödəniş sənədinin banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq hesaba salmalıdır, bu şərtlə ki, qanunda və ya bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın; 965.2.4-ci maddəsində nəzərdə tutulmuşdur ki, dördüncü növbədə verilmiş kreditlər üzrə bankın tələblərinin yerinə yetirilməsini nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “DəmirBank” X14 ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 21-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən bankdan ona 24 (iyirmi dörd) ay müddətinə qaytarılmaq şərtilə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 42.000 (qırx iki min) manat məbləğində kredit verilmişdir. “DəmirBank” X11 Xətai filialının xx xxxxxx 2016-cı il tarixli aktına əsasən, İddiaçı tərəfindən 5.013 (beş min on üç) manat məbləğində vəsait 21-70229401-1 nömrəli cari hesaba mədaxil edilmişdir. Həmin vəsait İddiaçı “DəmirBank” X14 (Bank) qarşısında olan 54299813 ssuda hesablı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcunun (əsas borc, hesablanmış faiz və cərimə (mövcud olduğu halda) ilə birlikdə) 6.361,16 (altı min üç yüz altmış bir manat on altı qəpik) manat məbləğində qalığının bank tərəfindən 21,2% güzəşt edilməsi nəticəsində tam bağlanmasına yönəldilmişdir. Bank təsdiq etmişdir ki, qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyi mövcud deyildir. Eyni zamanda, xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışa əsasən, İddiaçı “41040 rezident fərdi sahibkarların cari hesablar-Milli” hesab növü üzrə qalıq borcu yoxdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı nümayəndəsi Nümayəndə Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X3 xx xxxxxx 2018ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı Ləğv prosesində olan “DəmirBank” X1 borcunu tam ödədiyi üçün borcun olmaması barədə arayışın təqdim edilməsinə və Mərkəzi Kredit Reyestrindən (MKR) silinməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 xx xxxxxx 2019-cu il tarixli cavab məktubuna əsasən xx xxxxxx 2019-cu il tarixinə qeyd olunan kredit üzrə Ləğv prosesində olan “DəmirBank” X12 2.516,02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində borc öhdəliyi olduğundan, qeyd olunan borcun ödənilməsinin təmir olunması ondan xahiş olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 Azərbaycan Kredit Bürosuna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, İddiaçı nümayəndəsi Nümayəndə müraciətinə Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X4 tərəfindən baxılmış, xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21-70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin mövcud olması müəyyən edilmişdir. Bu baxımdan, “Azərbaycan Kredit Bürosu” X9 İddiaçı nümayəndəsi Nümayəndə xx xxxxxxxx 2019-cu il tarixli məktub ünvanlayaraq, müvafiq məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, bokt və s.) müraciət edilmiş, bu müraciəti məlumat təchizatçısı rəsmi məktubla cavablandırmış, Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edildiyindən və onların üzərində dəyişikiiklərin aparılması Büronun səlahiyyətləri xaricində olduğundan, kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilməsi qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh Ləğv prosesində olan “DəmirBank” X14 tərəfindən ilk əvvəl, yəni xx xxxxxx 2016-cı il tarixli akt əsasında qeyd edilən müqavilə üzrə İddiaçı bank qarşısında heç bir öhdəliyinin mövcud olmaması, həmçinin xx xxxxxx 2016-xx xxxxxx 2018-ci il tarixli aralığı əhatə edən hesabdan çıxarışa əsasən, İddiaçı müvafiq hesab növü üzrə qalıq borcu olmadığı bildirilsə də, İddiaçı nümayəndəsi Nümayəndə Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X3 xx xxxxxx 2018-ci il tarixli ərizə ilə müraciət edərək, İddiaçı Ləğv prosesində olan “DəmirBank” X1 borcunu tam ödədiyi üçün borcun olmaması barədə arayışın təqdim edilməsinə və Mərkəzi Kredit Reyestrindən (MKR) silinməsinə dair göstəriş verilməsini xahiş etdikdən sonra, Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 bir-birinə təzadlı olan rəqəmləri əks etdirən cavab məktubları iddiaçı şəxsə və onun nümayəndəsinə verilmişdir. Belə ki, Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən xx xxxxxx 2019-cu il tarixinə onun qeyd edilən kredit müqaviləsi üzrə Ləğv prosesində olan “DəmirBank” X12 2.516,02 (iki min beş yüz on altı manat iki qəpik) manat məbləğində borc öhdəliyi olduğundan, qeyd olunan borcun ödənilməsinin təmir olunması ondan xahiş olunmuşdur. Eyni zamanda, Ləğv prosesində olan “DəmirBank” X11 ləğvedicisi X2 Azərbaycan Kredit Bürosuna ünvanladığı xx xxxxxx 2019-cu il tarixli məktubuna əsasən, xx xxxx 2019-cu il tarixinə İddiaçı xx xxxxxx 2013-cü il tarixli 21- 70229401-4 nömrəli kredit müqaviləsi üzrə 1.112,96 (bir min bir yüz on iki manat doxsan altı qəpik) manat məbləğində əsas, 958,62 (doqquz yüz əlli səkkiz manat altmış iki qəpik) manat məbləğində faiz, 723,42 (yeddi yüz iyirmi üç manat qırx iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində borc öhdəliyinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehin nümayəndəsi isə təyin edilmiş məhkəmə iclaslarında yalnız bir dəfə iştirak etməklə kifayətlənmiş, göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı şəxsin qeyd edilən kredit müqaviləsinin şərtlərinə əsasən borcunun olmaması müəyyən edildiyindən iddia tələbi təmin edilməli, İddiaçı ilə Ləğv prosesində olan “DəmirBank” X14 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 27-70229401-4 nömrəli kredit müqaviləsinə əsasən əsassız hesablanmış 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti onun hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Ləğv prosesində olan “DəmirBank” X14 tərəfindən hesablanmış 2.795 (iki min yeddi yüz doxsan beş) manat məbləğində pul vəsaiti İddiaçı xx xxxxxx 2013-cü il tarixli 27- 70229401-4 nömrəli kredit müqaviləsi üzrə hesabından silinsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar