Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1414/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxslərin qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum haqqında şəhadətnamənin bərpa edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1945-ci il tarixdə Ermənistanda anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüş bibisi X2 mərhum atası X13 ilə bacı-qardaş olması faktını təsdiq etməklə, bibisi X2 doğum şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X8 bacısı X9 xx xxxxxx 2020-ci il tarixdə vəfat etmişdir. Ermənistan ərazisində doğulmuş mərhum bibisi X9 ailəli olmamış, qohumlarıvərəsələri olan qardaşı X13 xx xxxxxx 2020-ci il tarixdə, bacısı X10 vəfat etmişdir. Mərhum bibisi X9 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 38 nömrəli evin 2 otaqlı 6 nömrəli mənzilin mülkiyyətçisi olmuş, vəfat edənə qədər bu ünvanda qeydiyyatda olmaqla daimi yaşamışdır. Yuxarıda qeyd etdiyi kimi mərhum bibisi ailəli olmamış və birinci dərəcəli vərəsələri yoxdur, mərhumdan qalmış miras əmlakı faktiki qəbul etmiş və rəsmiləşdirilməsi məqsədilə ərazi üzrə Bakı şəhəri 6 nömrəli notariat ofisinə, həmçinin qohumluq münasibətlərinin, yəni mərhum bibisinin doğum haqqında şəhadətnaməsinin bərpası məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə etdiyi müraciət nəticəsiz qalmış və mərhum bibisi X2 doğum haqqında şəhadətnaməsinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş bibisi X2 atası X8 bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verib, ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını və şahid ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizənin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxxx 1960-cı il tarixdə verilmiş 350341 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxxx 1938-ci il tarixdə Ermənistanın İcevan şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxx 1938-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir, atası X11, anası X3r; xx xxxxxxx 1965-ci il tarixdə verilmiş 842808 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1965-ci il tarixdə Ermənistanın İcevan şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 1965-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir, atası X13, anası X5r; Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı 035143 nömrəli qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsində yerləşən 38 nömrəli yaşayış evinin 6 nömrəli mənzili X2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 62 nömrəli reyestr kitabında 9223 nömrəli səhifəsində xx xxxx 1996-cı il tarixdə qeydiyyat aparılmışdır; Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 127304 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 816 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 127303 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində ürəyin kəskin işemik xəstəliyinin digər formaları səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2020-ci il tarixdə 830 nömrə ilə qeyd edilmişdir; Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2021-ci il tarixli 06 nömrəli məktubunun məzmunundan görünür ki, onun doğum haqqında akt qeydinin bərpa olunması haqqında ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur; Bakı şəhəri 9 nömrəli notariat ofisinin xx xxxxxx 2021-ci il tarixli 41 nömrəli qərarın məzmunundan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəlik işi üzrə təqdim edilən sənədləri nəzərdən keçirib müəyyən edilmişdir ki, miras qoyanın valideynləri haqqında məlumat: ərizələri və ya ölüm haqqında şəhadətnamələri, qohumluq münasibətlərinin müəyyən edilməsi üçün miras qoyan X2 doğum haqqında şəhadətnaməsi çatışmadığı üçün notariat hərəkətinin aparılması qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda göstərilənləri və “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 40-cı maddəsini, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları naqqında təlimatın 102 və 107-ci bəndlərini nəzərə alaraq, notariat hərəkətinin aparılmasından imtina edilmiş, qərardan məhkəməyə şikayət verilməsi qaydası Ərizəçi izah edilmişdir; ASAN 1 tərəfindən xx xxxxxxx 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1965-ci il tarixdə Ermənistanın Yerevan şəhərində anadan olmuş Ərizəçi ünvan 2 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixli 5971 nömrəli qəbzdən görünür ki, müvafiq ərizə ilə məhkəməyə müraciət etmək üçün Ərizəçi 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1961-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuş, Ərizəçi ilə eyni rayondan olmaqla həmyerlidirlər. Onun bibisi X9 xx xxxxxx 2020-ci il tarixdə, atası X13 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində hər ikisi ürək xəstəliyindən vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın İcevan rayonunda anadan olmuş, Ərizəçi onun dayısı oğludur. Ərizəçi şəxsin bibisi X9 xx xxxxxx 2020-ci il tarixdə, atası X13 isə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 1954-cü il tarixdə Ermənistanda anadan olmuş, Ərizəçi mərhum atasının uzaq qohumudur. Ərizəçi şəxsin bibisi X9 xx xxxxxx 2020-ci il tarixdə, atası X13 isə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişlər. Hər ikisinin yas mərasimində iştirak etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ərizəçi şəxsin atası X13, bibisi isə X9 olmaqla, o xx xxxxxxx 1965-ci ildə anadan olmuşdur. Onun bibisi X9 xx xxxxxx 2020-ci il tarixdə, atası X13 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhərində hər ikisi ürək xəstəliyindən vəfat etmişlər. Mərhum bibisi X9 Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 38 nömrəli evin 2 otaqlı 6 nömrəli mənzilin mülkiyyətçisi olmuş, vəfat edənə qədər bu ünvanda qeydiyyatda olmaqla daimi yaşamışdır. Yuxarıda qeyd etdiyi kimi mərhum bibisi ailəli olmamış və birinci dərəcəli vərəsələri yoxdur, mərhumdan qalmış miras əmlakı faktiki qəbul etmiş və rəsmiləşdirilməsi məqsədilə ərazi üzrə Bakı şəhəri 9 nömrəli notariat ofisinə, həmçinin qohumluq münasibətlərinin, yəni mərhum bibisinin doğum haqqında şəhadətnaməsinin bərpası məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə etdiyi müraciət nəticəsiz qalmış və mərhum bibisi X2 doğum haqqında şəhadətnaməsinin bərpası ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx xxxxxx 2020-ci ildə Bakı şəhərində vəfat etmiş X2, xx xxxxx 1938-ci il tarixdə Ermənistanın İcevan şəhərində anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X8 bacısı olması məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla təsdiq olunduğundan, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 xx xxxxx 1938-ci il tarixdə Ermənistanın İcevan şəhərində anadan olmuş və xx xxxxxx 2020-ci il tarixdə vəfat etmiş X8 bacısı olması faktı müəyyən edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1414/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1414/2021
29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver