Məhkəmə qərarları › İş №2(075)-494/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-494/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-494/2025 04.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs: Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi doğum və qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxx 1952-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Kollu kəndində anadan olmağı, atasının 1929-cu il təvəllüdlü X15, anasının isə 1928-ci il təvəllüdlü X16 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxx 1952-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Kollu kəndində anadan olmuşdur. Onun atası X15, anası isə X16 olmuşdur. Valideynləri 1950-ci ildə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşlar və hər iki valideyni vəfat etmişlər. O özü 18 oktyabr 1973-cü ildən X18 ilə rəsmi qaydada nikah bağlamaqla ailə qurmuşdur. Onun qızlıq soyadı Şəmilova olmuşdur. O vərəsələri olduğu mərhum valideynlərindən qalmış əmlakdan payına düşən hissəni mirasçı olaraq öz adına rəsmiləşdirmək istəsə də, onun doğum haqqında şəhadətnaməsi olmadığından nootarias tərəfindən onun tələbindən imtina edilmişdir. Buna görə də doğum haqqında şəhadətnamə almaq üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin, bununla bağlı Şəki rayon Qeydiyyat Şöbəsində qeydiyyat aparılmadığı müəyyən edilərək onun bu tələbindən də imtina edilmişdir. Məlum hadisələrlə bağlı məcburi köçkün düşmüş və doğum qeydiyyatı düşmən ölkənin arxivlərində qalmışdır. O özünə yenidən doğum haqqında şəhadətnamə almalıdır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Şəki rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı verdiyi izahatında ərizə ilə tanış olduğunu və ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısı 1952-ci ildə anadan olmuşdur. Atalarının adı Salman, analarının adı isə Fatma olmuşdur. Onlar 3 qardaş, 4 bacıdırlar. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X12 bildirdi ki, Ərizəçi onun bacısıdır. Bacısı 1952-ci ildə anadan olmuşdur. Atalarının adı Salman, analarının adı isə Fatma olmuşdur. Onlar 3 qardaş, 4 bacıdırlar. Qardaşları və digər bacıları Bakıda yaşayır. Mülki iş materiallarını araşdırıb, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, Yeniyol kənd soveti tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X4 arasında xx.xx.1950-ci il tarixdə nikah bağlanmışdır. Şəki şəhər İH-nın Daşüz kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 13 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. Şəki şəhər İH-nın Daşüz kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 16 avqust 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 avqust 2009-cu il tarixdə vəfat etmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 16 oktyabr 1962-ci il təvəllüdlü X8, 15 iyul 1969-cu il təvəllüdlü X9, 29 iyul 1972-ci il təvəllüdlü X19, 09 noyabr 1964-cü il təvəllüdlü X17, 10 fevral 1958-ci il təvəllüdlü X3 ataları X15, anaları isə X10r. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 17 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Həmçinin Həmçinin doğumunun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün deyildir. Odur ki, doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin “Hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Şəki rayonu, Daşbulaq kəndində yerləşən 4.2535 ha torpaq sahəsi X19, X13, X22, X14 və X5 mülkiyyətlərindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi Nağıyeva (Hüseynova) Nəcibə Salman qızı xx xxx 1952-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Kollu kəndində anadan olmasına və atasının X15, anasının isə X16 olmasına dair sənədləri başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Nağıyeva (Hüseynova) Nəcibə Salman qızının xx xxx 1952-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Kollu kəndində anadan olması, X6 onun atası, X4 isə onun anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. Nağıyeva (Hüseynova) Nəcibə Salman qızının xx xxx 1952-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu, Kollu kəndində anadan olması, X6 onun atası, X4 isə onun anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar