Məhkəmə qərarları › İş №2(075)-120/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-120/2025

19.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-120/2025 19.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi, X30 Xidmət Mərkəzində Notariat Ofisi olmaqla “doğum və qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxslər Şəki Regional “Asan Xidmət” mərkəzində notariat ofisi və Şəki rayon Qeydiyyat şöbəsi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, X2 hazırkı iş üzrə Ərizəçi mərhum əri X14 ilə qohum olmaları (anası olması) faktının və X8 1941-ci ildə anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14 noyabr 2022-ci ildə verilmiş, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şəki rayonu, Sarıca kəndində yerləşən 7,7505 ha torpaq sahəsi Ərizəçi, X8 və X17 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin hüquq sahiblərindən X14 hazırkı iş üzrə ərizəçinin əri, X23 isə hazırkı iş üzrə ərizəçinin qaynanasıdır. Belə ki, hazırkı iş üzrə Ərizəçi X14 ilə nikahlarını 25 may 1979-cu ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra Ərizəçi, X14 və X23 birgə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Həmin şəxslərdən ərizəçinin qaynanası X23 19 aprel 2007-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 avqust 2018-ci ildə 12 (b) nömrə ilə qeydiyyat aparılmışdır. Ərizəçinin əri X14 isə 10 yanvar 2022-ci ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 yanvar 2022-ci ildə 14 nömrə ilə qeydiyyat aparılmışdır. Bundan sonra hazırkı iş üzrə Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək, 10 yanvar 2022-ci ildə ölmüş əri X5 və 19 aprel 2007-ci ildə ölmüş X15 miras qalmış əmlakdan özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisində məlum olmuşdur ki, X8 doğum haqqında şəhadətnaməsi yoxdur və sistemdə (Qeydiyyat şöbəsinin arxivində) onun doğum aktı mövcud deyildir. Məhz buna görə də notarisu imtina qərarı vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 27 iyun 202-cü il tarixli 1964 nömrəli qərarında qeyd edilmişdir ki, Ərizəçi ərizə ilə notariat ofisinə müraciət edərək, 19 aprel 2007-ci ildə ölmüş X15 miras qalmış əmlakdan 10 yanvar 2022-ci ildə ölmüş əri X10 çatacaq miras paydan özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin miras qoyan səxs ilə X14 arasında qohumluq münasibətlərini təsdiq edən sənədi təqdim edə bilməmişdir. Belə olan halda miras qoyan şəxslərlə qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ərizə ilə müraciət edən şəxsin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun maddələri nəzərə alınaraq Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 iyul 2024-cü ildə verilmiş 196 nömrəli vərəsəlik arayışında göstərilmişdir ki, X14 həqiqətən 10 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İİ 243724 nömrəli ölüm şəhadətnaməsi verilmiş və həyat yoldaşı X12 onun vərəsəsidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən 25 iyul 2024-cü ildə verilmiş 3-16-5/8-R-15- 1689/2024 nömrəli məktubda göstərilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X8 doğum haqqında akt qeydi aşkar edilmədi. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun doğumunun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədləri təqdim etmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün olmadığını bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi doğum akt qeydi əməliyyatının aparılması üçün doğum haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi təqdim edilməlidir. Odur ki, X8 doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyiniz məsləhət bilinir. Həmçinin vəkil sorğusuna Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qayabaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 30 iyul 2024-cü ildə verilmiş 48 nömrəli cavab məktubunda göstərilmişdir ki, 2015-ci ilə qədər nümayəndəliyin təsərrüfatbaşına kitabları Şəki rayonu üzrə Arxiv İdarəsinə təhvil verildiyi üçün, X18 aid təsərrüfatbaşına kitabdan çıxarış və ya ailə tərkibi barədə məlumat verə bilməmişlər. Əldə etdiyi məlumatlara əsasən onu qeyd edə bilər ki, X4 Suludin Ağaməli oğlunun anasıdır. Atası barədə məlumatı yoxdur. Kənd sakinlərindən aldığı məlumata əsasən bildirir ki, X8 atası X20 (1941-1945 ci illər) müharibəyə yollanmış və geri qayıtmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 25 may 1979-cu il tarixli, İİ-ЖГ 285402 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X1 arasında 25 may 1979-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Ruşanova soyadı verilmişdir. - 25 yanvar 2022-ci il tarixli, AZ-İİ 243724 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 25 yanvar 2022-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd edilmişdir. - 17 avqust 2018-ci il tarixli, AZ-İ 968179 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X17 17 avqust 2018-ci il tarixdə ölməsi, ölüm haqqında akt qeydləri kitabında 12(b) nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin 25 iyul 2024-cü il tarixli 3-16-5/8-R-15-1689/24 saylı məktubundan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində X6 doğum haqqında akt qeydi aşkar edilməmiş, həmçinin, Şəki rayon Qeydiyyat şöbəsində onun doğum qeydiyyatının aparılması mümkün deyildir. - 27 iyun 2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Şəki şəhər İHB-nin Qaybaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli 48 saylı məktubundan görünür ki, Şəki şəhər İHB-nin Qayabaşı kənd İƏD-si üzrə nümayəndəliyi onun xx.xx.2024-cü il tarixli 143 saylı məktubuna cavab olaraq bildirilmişdir ki, 2015-ci ilə qədər nümayəndəliyin təsərrüfatbaşına kitabları Şəki rayonu üzrə Arxiv İdarəsinə təhvil verildiyi üçün, X18 aid təsərrüfatbaşına kitabdan çıxarış və ya ailə tərkibi barədə məlumat verə bilməmişlər. X4 Suludin Ağaməli oğlunun anasıdır. Atası barədə məlumatı yoxdur. X8 atası X20 (1941- 1945-ci illər) müharibəyə yollanmış və geri qayıtmamışdır. - Azərbaycan Respublikası Şəki şəhər İHB-nin Qaybaşı kənd İƏD üzrə nümayəndəliyinin 02 iyul 2024-cü il tarixli 196 saylı vərəsəlik arayışından görünür ki, X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İİ 243724 saylı ölüm şəhadətnaməsi verilmişdir və onun həyat yoldaşı - Ərizəçi onun varisidir. - НЭ № ******* saylı hərbi biletin surətindən görünür ki, 1941-ci ildə anadan olmuş X14 1960-1963-cü illərdə hərbi xidmətdə olmuşdur. - X8 şəksiyyət vəsiqəsindən görünür ki, o, 1941-ci ildə Ermənistan, Basarkeçər rayonunda anadan olmuşdur. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, ərizəçi onun həyat yoldaşının xalası qızıdır. Elnazın yoldaşının adı Suludindir. Suludinin anası X19r. Onlar Ermənistanda doğulub, ordan köçüb buraya gəliblər. Suludinin bacısı-qardaşı olmayıb. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X24 ifadəsində göstərdi ki, Elnaz xanımı tanıyır. O, Ruşanov Suludinin həyat yoldaşı idi. Tavat xalanın Suludindən başqa uşağı olmamışdır. 1977-1978-ci illərdə Tavat xala Şəkiyə gəlmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.8-ci bəndində göstərilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Mülki Məcəllənin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi tələblərindən biri X2 hazırkı iş üzrə Ərizəçi mərhum əri X14 ilə qohum olmaları (anası olması) hüquqi faktının müəyyən edilməsidir. Ərizəçi bildirir ki, bu hüquqi faktların müəyyən edilməsində məqsədi 10 yanvar 2022ci ildə ölmüş əri X5 və 19 aprel 2007-ci ildə ölmüş X15 miras qalmış əmlakdan özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən ibarətdir. İş materiallarından müəyyən edilir ki, X14 Ərizəçi həyat yoldaşı, X23 isə ərizəçinin qaynanası olmuşdur. Bütün bunlar iş materiallarında olan sənədlər, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxsin ifadəsi əsasında öz təsdiqini tapmışdır. Ərizəçinin digər bir tələbi isə X8 1941-ci ildə anadan olmasıdır ki, ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona həyat yoldaşının doğumu haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlar əsasında müəyyən edildiyindən ərizəçinin həyat yoldaşı X8 1941-ci ildə anadan olması müəyyən edilir. Məhkəmə, iş materiallarında olan və bir-biri ilə ziddiyyət təşkil etməyən sübutları, şahid ifadələrini, həmçinin daxili inamını rəhbər tularaq hesab edir ki, ərizə təmin edilməli, X17 hazırkı iş üzrə Ərizəçi mərhum əri X14 ilə qohum olmaları (anası olması) faktı və X8 1941-ci ildə anadan olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 hazırkı iş üzrə Ərizəçi mərhum əri X14 ilə qohum olmaları (anası olması) faktı və X8 1941-ci ildə anadan olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar