Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(050)-268/2024 15.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və qohumluq faktının müəyyən edilməsi (maraqlı şəxs - Maraqlı şəxs) barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3nun 20 dekabr 1939-cu ildə Masallı rayonu, Çaxırlı kəndində doğulması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamə verilərkən doğum yerinin Masallı rayonu, Çaxırlı kəndi, doğum tarixinin 20 dekabr 1939-cu il, ata qrafasında X18, ana qrafasında X13, adının, soyadının və ata adının X4 göstərilməsi və X8 onunla qohumluq münasibətində, yəni qardaş olmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1940-cı ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuşdur. X6, anası X13 olmuşdur. xx.xx.1939-cu ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuş X17 qardaşıdır. X3 xx.xx.2017-ci ildə vəfat etmişdir. Qardaşı vəfat etdiyi günə kimi onunla birgə yaşamışdır. Qardaşı öldükdən sonra ondan miras qalmış əmlakı vərəsəlik yolu ilə əldə etmək məqdəsi ilə notariat kontoruna müraciət etmişdir. Bu zaman qardaşı Mirzənin doğum haqqında şəhadətnaməsi tələb olunmuş və o, bununla bağlı Qeydiyyat şöbəsinə müraciət etdiyi zaman qardaşına dair doğum akt qeydinin olmadığı məlum olmuşdur. Bu səbəbdən də qardaşı Mirzə ilə qohumluq faktının, yəni qardaş olmalarını müəyyən etmək mümkün olmamışdır. Bildiyi və eşitdiyi qədəri ilə 1942-ci ildə Maraqlı şəxs yanmışdır. Bu səbəbdən də bir sıra sənədlər bərpa olunmamış qalmışdır. X23 qorunan təsərrüfatbaşına kitablarda onların qardaş olduğu təsdiqini tapır. Qardaşına məxsus doğum haqqında şəhadətnamənin olmaması səbəbindən onun vərəsəsi ola bilmir, bu isə hüququnu pozur. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, qardaşına aid doğum haqqında akt qeydinin olmaması bir sıra məsələlərin həllində problem yaradır. Anasının qızlıq soyadı “Seyfullayeva” olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş və etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işin materiallarını tədqiq edib, sübutların məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının seriya AZE № 04904468 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X17 xx.xx.1939-cu il tarixdə Masallı rayonu, Çaxırlı kəndində doğulmuşdur. Masallı RİHB-nın Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, 698 nömrəli arayışda göstərilir ki, X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir və aşağıdakı ailə tərkibi var: X6 (vəfat edib), anası X13 (vəfat edib), qardaşı Ərizəçi -1940. Masallı RİHB-nın Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş 25 sentyabr 2023-cü il tarixli, 697 nömrəli arayışda göstərilir ki, Çaxırlı kənd sakini mərhum X17 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Qardaşı Ərizəçi onunla bir evdə yaşamışdır. Halhazırda həmin evdə yaşayır. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1940-cı ildə Masallı rayonu, Çaxırlı kəndində doğulmuşdur. X6, anası X9r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X17 27 iyun 2017-ci ildə ölmüşdür. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 1977-1979-cu illərə aid 1 saylı təsərrüfatbaşına kitabın 5-ci təsərrüfatdan çıxarışdan görünür ki, 1910-cu il təvəllüdlü X2 ailə üzvləri oğlu 1929-cu il təvəllüdlü X10, oğlu 1939-cu il təvəllüdlü X17 və oğlu 1940-cı il təvəllüdlü Ərizəçi təsəsrrüfatda olan şəxslər kimi göstərilmişdir. Masallı Rayon Dövlət Arxivi tərəfindən verilmiş 1951-1953-cü illərə aid 2 saylı təsərrüfatbaşına kitabın 8-ci təsərrüfatından çıxarışdan görünür ki, 1910-cu il təvəllüdlü X2 ailə üzvləri oğlu 1929-cu il təvəllüdlü X10, qızı 1937-ci il təvəllüdlü X14, oğlu 1939-cu il təvəllüdlü X17 və oğlu 1940-cı il təvəllüdlü Ərizəçi təsəsrrüfatda olan şəxslər kimi göstərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon şöbəsinin 19 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Masallı rayonu, Çaxırlı kəndində doğulmuş 1909-cu il təvəllüdlü leytenant X18 mart 1942-ci il tarixdə Xidmətin Masallı rayon şöbəsi (keçmiş Masalı Rayon Hərbi Komissarlığı) tərəfindən hərbi xidmətə göndərilmiş, İİ Dünya müharibəsində Belarusiya Respublikasının müdafiəsi uğrunda 133 nömrəli atıcı briqadanın tərkibində döyüşlərdə həlak olmuşdur. Masallı RİHB-nın Çaxırlı kənd İƏDÜ nümayəndəsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli, 5-66-6/2-14/2024 nömrəli məktubundan görünür ki, Çaxırlı kəndində yaşamış mərhum X1 şəhərində qeydiyyatda olduğu üçün Çaxırlı kənd İƏDÜN-nin təsərrüfatbaşına kitabında qeydiyyatı yoxdur. X5 Vətən Müharibəsinə getmiş, həlak olmuş və orada dəfn edilmişdir. Ərizəçi və X17 qardaşdırlar. X11 övladlarıdırlar. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 15 nömrəli arayışından görünür ki, 20 dekabr 1939-cu il tarixdə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X8 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə Maraqlı şəxs arxivində saxlanılan ilkin doğum və bərpa aktları qeydləri, eləcə də “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün akt qeydləri üzrə yoxlama aparılmış və onun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1922/2023 nömrəli arayışından görünür ki, XX.XX.1909-cu il tarixdə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X11 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1923/2023 nömrəli arayışından görünür ki, XX.XX.1913-cü il tarixdə Masallı rayonu, Çaxırlı kəndində anadan olmuş X7 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 24 sentyabr 2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərarından görünür ki, Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən qohumluq faktını müəyyən edən sənədləri təqdim edə bilməməsi və sair. səbəblərdən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2 və 159.1-ci maddələrinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarının 2.6-cı bəndinə əsasən həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqi faktın müəyyən edilməsi üçün əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən lazımi sübutları başqa qaydada ala bilmir. Buna görə də ərizə qismən təmin edilməli, X8 20 dekabr 1939-cu il tarixdə Masallı rayonu, Çaxırlı kəndində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə ərizənin təmin edilməyən hissəsinə münasibətdə bildirir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ərizəçi doğumu haqqında rəsmi məlumatlar mövcuddur, həmin məlumatlarda onun atası və anası barədə məlumat mövcuddur. X12 dair faktın müəyyən edilməsi onun ərizəçinin qardaşı olmasını müəyyən etməyə imkan verir və bunun üçün ayrıca hər hansı bir faktın müəyyən edilməsinə ehtiyac yoxdur. Yəni, ərizəçinin bu barədə mövqeyi ilə razılaşmaq o, anlama gələr ki, bütün qardaş (bacılar) qohumluq faktını müəyyən etdirməlidlər. Bu isə qanuni deyil. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 233, 234, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X8 20 dekabr 1939-cu il tarixdə Masallı rayonu, Çaxırlı kəndində doğulması faktı müəyyən edilsin. X12 məxsus doğum akt qeydinin ata qrafasında X18, ana qrafasında X13 yazılsın. Doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №2(050)-268/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(050)-268/2024
15.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver