Məhkəmə qərarları › İş №2(005)-1419/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1419/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1419/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin təmir xərcləri üçün 1500 manat, "xxxx" MMC-yə ödənilmiş 200 manat pul Cavabdeh Məmmədli oğlundan alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, ev 26, mənzil 16 sahibidir. Daşınmaz əmlak üzərində hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin reyestr nömrəsi: **********76-05101- 093019 qeydiyyata alınmışdır. İddiaçının mənzilindən bir mərtəbə yuxarıda yerləşən mənzil (N.Hacıyev ev 26, mənzil 18) Cavabdeh məxsusdur. Həmin mənzildən iddiaçının mənzilinə dəfələrlə su sızmış və o bu barədə hər dəfə mənzil sahibi Ə.Pənaliyevə şifahi məlumat vermiş, lakin onun tərəfindən əhəmiyyət verilməmişdir. Belə ki, «25» noyabr 2021-cı il tarixdə axşam vaxtı qonaq otağının tavanından su axmağa başlayan kimi o dərhal üst qonşu N.Hacıyev ev 26, mənzil, 18 sahibi Ə.Pənaliyevə məlumat vermişdir, lakin onun tərəfindən heç bir tədbir görülmədi və nəticədə səhərə kimi xx.xx.2021-ci il tarixinədək qonaq otağının tavanından su axaraq onun evinin təmirinə ziyan vurdu. Mənzilinin bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması prosesini video və foto çəkilişi onun tərəfindən sübut kimi təqdim oluna bilər. Daha sonra bu barədə o, Nərimanov Rayonu 134 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Nərimanov Rayonu 17-ci Polis Şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Cavabdehin təqsiri üzündən ona İddiaçı məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu sənədlərlə öz təsdiqini tapmışdır. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilinin qonaq otağının tavanının bir hissəsinin suvaq və boyası, həmçinin divarların oboyları suyun təsiri nəticəsində qopmuş, tavanın və divarların suvağında çatlar əmələ gəlmişdir: mətbəx, dəhliz, sanitar qovşağı və hamamda tavanın suvağı və boyası çatlayaraq qopmuşdur və yararsız vəziyyətə düşmüşdür. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mənzilinin təmir xərcləri üçün 1521 manat, "xxxx" MMC-yə ödənilmiş 200 manat olmaqla ödənilmiş 35 manat dövlət rüsumunun Cavabdeh Məmmədli oğlundan alınıb onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2i Polis Bölməsinin sahə inspektoru ilə birgə tərtib etdikləri xx.xx.2021-ci il tarixli Aktın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 26, mənzil 18-ci mənzildən su axıdılması nəticəsində ünvan 1-cı qonaq otağı və sanitar qovşağın tavan hissəsi suvaqlar qopmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, UNİ/F 26-0256/22 nömrəli Yaşayış mənzilinə dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinə dəymiş ziyanın dəyəri 1500 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3251 nömrəli ekspertiza rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 16 saylı mənzilin yaşayış otağı, mətbəx, dəhliz və ayaqyolu tikililərinin konstruktiv elementlərində (divar, tavan və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 26 saylı evin 16 saylı mənzilinə üst mərtəbədə yerləşən 18 saylı mənzildən su axıdıldığı müəyyən olunmuşdur. Lakin 16 saylı mənzilin üst mərtəbəsində yerləşən 18 saylı mənzilin sanitar qovşağı tikilisi təmir olunduğundan 16 saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan 16 saylı mənzil üzrə su sızma nəticəsində yaranan qüsurların nədən ibarət olduğu və həmin qüsurların bərpası üçün görüləcək işlərin ümumi dəyəri rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Aparılan hesablamalar nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində yerləşən 26 saylı evin 16 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1521 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzilinə həmin evin 18 saylı mənzilindən su axıdılmışdır. Tərəflər arasında hazırki mübahisə isə su axıdılması nəticəsində dəyən ziyanın miqdarı ilə bağlıdır. İş üzrə ekspertiza keçirilmiş və müvafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3251 nömrəli ekspertiza rəyində zərərin miqdarı 1521 manat məbləğində müəyyən olunmuşdur. Qeyd olunlara əsasən,məhkəmə hesab edir ki, su sızması nəticəsində dəymiş ziyan miqdarı 1521 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, 1521 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın "xxxx" MMC-yə ödənilmiş 200 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi ilə əlaqədar bildirir ki, iddiaçı tərəfindən həmin ödənişi təsdiq edən sənəd təqdim edildiyindən, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 35 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh Məmmədli oğlundan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mənzilinə vurulmuş ziyana görə 1521 (bir min beş yüz iyirmi bir) manat və iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 200 (iki yüz) manat ekspertiza xərci olmaqla, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, habelə Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mənzilinə vurulmuş ziyana görə 1521 (bir min beş yüz iyirmi bir) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh iddiaçı tərəfindən "xxxx" MMC-yə ödənilmiş 200 (iki yüz) manat ekspertiza xərci tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar