Məhkəmə qərarları › İş №2(005)-1423/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1423/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1423/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı və cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı (Ağdam Rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən maraqlı şəxslər qismində cəlb olunmaqla) “icra qeydinin ləğv edilməsi və borc məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə qarşı, Ağdam Rayon Dövlət Notariat Ofisi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən maraqlı şəxslər qismində cəlb olunmaqla, “icra qeydinin ləğv edilməsi və borc məbləğinin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə 5374.46 manat əsas borc, 3167,80 manat məbləğində cərimə və 25 manat dövlət rüsumıı olmaqla ümumilikdə 8567,26 manat məbləğində pulun İddiaçı tutulması barədə Ağdam Rayon Dövlət Notariat kontorunun xx.xx.2022-ci il tarixli, 8 İ-1884 nömrəli icra qeydinin ləğv edilməsi və kredit müqaviləsinə əsasən cavabdehə ödəməli olduğu borcun məbləğinin 3500 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 042-Kos/AZN-2021 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin kredit məbləğindən cavabdehə 1000 manat və 500 manat olmaqla ümumilikdə iki dəfəyə 1500 manat pul ödəmişdir. Buna baxmayaraq qarşı tərəf İddiaçı heç bir güzəşt etmədən və tərəfindən edilmiş ödənişləri nəzərə almadan borcun tutulması üçün Ağdam Rayon Dövlət Notariat Kontoruna müraciət etmişdir. Həmin Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 8 İ- 1884 nömrəli "İcra Qeydi"-nə əsasən yuxarıda qeyd edilən müqavilə əsas götürülməklə İddiaçı cavabdeh təşkilatın xeyrinə 5374.46 manat əsas borcun, 3167.80 manat məbləğində cərimənin və 25 manat dövlət rüsumu olmaqla ümumilikdə 8567,26 manat məbləğində pulun tutulması qərara alınmışdır. Daha sonra Yasamal rayon İcra şöbəsinin icra məmuru tərəfindən müvafiq icra sənədinə əsasən icraata başlama haqqında xx.xx.2022-ci il tarixdə qərar qəbul edilərək İddiaçı göndərilmişdir. Əsas borcun ödənilməmiş 3500 manat hissəsini qəbul edir, dəbbə pulu (cərimə) kimi hesablanmış 3167,80 manat məbləği isə ümumiyyətlə qəbul etmir və hesab edir ki həmin məbləğin hesablanması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin nümayəndəsi X5 iddia tələbini əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları - Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 042-KOS/AZN-2021 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 18 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı isə əsas borcu və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür. - xx.xx.2021-ci il tarixli, 042-KOS/AZN-2021 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, İddiaçı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 343,36 manat, sonuncu ay isə 343.45 manat ödəniş etməli idi. - xx.xx.2022-ci il tarixli, 8İ-1884 reyestr nömrəli icra qeydində qeyd olunur ki, İddiaçı "xxxx" MMC-nin xeyrinə 042-KOS/AZN-2021 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5374,46 manat pul tutulmalıdır. Bundan əlavə İddiaçı 3167,80 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 8567,26 manat pul tutulmalıdır. - Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyü icra məmuru X2 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağdam Rayon Notariat Ofisinin 8İ-1884 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4376 nömrəli ekspert rəyindən görünür ki, BOKT "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 042-KOS/AZN-2021 nömrəli kredit müqaviləsi üzrə İddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə 4800 manat əsas borcu və 1192,07 manat faiz borcu vardır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 042-KOS/AZN-2021 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən 18 ay müddətinə qaytarmaq şərti ilə İddiaçı 5000 manat məbləğində kredit verilmişdir. İddiaçı isə əsas borcu və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 343,36 manat, sonuncu ay isə 343.45 manat ödəniş etməli idi. Lakin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün "xxxx" MMC-nin müraciəti əsasında Ağdam Rayon Notariat Ofisinin dövlət notariusu X6 tərəfindən xx.xx.2022-ci il tarixdə icra qeydi verilmişdir. İcra qeydi əsasında Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyü icra məmuru X2 icra hərəkətlərinə başlanılmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borc məbləği düzgün hesablanmadığından icra qeydinin ləğv edilməsini və borcun 3500 manat məbləğində olmasının müəyyən edilməsini xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli, 8İ-1884 reyestr nömrəli icra qeydində qeyd olunur ki, İddiaçı "xxxx" MMC-yə olan əsas borcu 5374,46 manat pul, 3167,80 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 8567,26 manat təşkil edir. Borc məbləği ilə razılaşmayan İddiaçı Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsi ilə təsdiq olunmuş hüququndan istifadə edərək icra qeydi ilə aparılmış tələbi məhkəmədə mübahisələndirir və borc məbləğinin daha az olduğunu və icra qeydi aparılacağı barədə xəbərdar edilmədiyini bildirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 161-ci bəndinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Həmin təlimatın 164-cü maddəsinə və Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 77-ci maddəsinə əsasən icra qeydləri ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və dəbbə pulu (olduğu təqdirdə) barədə məlumatları özündə əks etdirməlidir. İcra qeydində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları” haqqında Təlimatın 164-cü bəndinə əsasən və Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 77-ci maddəsinə əsasən 3167,8 manat cərimə borcu olduğu göstərilsə də, faiz borcu qeyd olunmamışdır. Qeyd edilən normaların tələblərinin tətbiqi icra qeydi ilə faiz borcunun olmadığı, ödənilməli olan 5374,46 manat pulun əsas borc olduğu aydın olur. Mülki iş üzrə ekspertiza təyin edilmiş və alınmış ekspert rəyindən əsas borcun 4800 manat olduğu müəyyən olunur. Ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut olmadığına əsaslanaraq məhkəmə icra qeydində əksini tapmış əsas borc məbləğinin iddiaçının cavabdehə olan real borcunu əks etdirmədiyi, borc məbləğinin şişirdilmiş olması qənaətinə gəlir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı”-nın 39.1-ci bəndinə əsasən, icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) notariat qaydasında təsdiq edilmiş əqdin əsli. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 06 fevral 2016-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf icra qeydi verilən tarixdən əvvəl qanunvericiliyə müvafiq qaydada borcluya bildiriş göndərilməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Belə ki, iş materiallarında İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş olsa da, bu bildirişin borclunun yaşadığı ünvan kimi qeyd edilmiş “ünvan 1 bildirişin borclu tərəfindən alınması və ya hansı səbəbdən alınmaması barədə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir kİ, bilidirişin olması, bu bildirişin borcluya çatdırılması üçün göndərilməsi mənasına gəlmir. Eyni zamanda “Notariat hərəkətlərinin aparılması haqqında” Təlimatın 161-ci bəndinə əsasən, icra qeydinin borclunun olduğu yer üzrə aparılmalı olduğu halda göstərişə əhəmiyyət verilməmiş, borclunun olduğu yer Bakı şəhəri, Yeni Yasamal 1, ev 8D, mənzil 7 ünvanı olduğu halda, icra qeydi Ağdam Rayon Dövlət Notariat Ofisi tərəfindən aparılmışdır. Bu da yuxarıda qeyd edilən təlimatın normalarının pozuntusudur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsində yaşadığı və poçt bildirişlərini alacağı ünvan olaraq ünvan 3 qeyd edilmiş "xxxx" MMC-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli bildirişdə də İddiaçı ünvanı olaraq ünvan 4n aparıldığı yer iddiaçının qeydiyyatda olduğu ünvan üzrədir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən normada “borclunun qeydiyyatda olduğu yer” deyil “borclunun olduğu yer” ifadəsi işlədilmişdir ki, bunlar tamam fərqli anlayışlardır. Belə ki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsində şəxsin olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşüldüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarın Çex Respublikasına qarşı” işi üzrə 03 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən normaların tələblərinin pozulduğu müəyyən olunmuş, cavabdeh tərəfindən iddiaya etirazın əsaslı olması, qeyd edilən normaların tələblərinə riayət olunması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi hissəsində iddia tələbi əsaslıdır və bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının cavabdehə ödəməli olduğu borc məbləği ilə bağlı qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə borcnunun 3500 manat olduğunu iddia etsə də, mülki iş üzrə alınmış ekspert rəyindən kredit müqaviləsi üzrə İddiaçı "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixə 4800 manat əsas borcu və 1192,07 manat faiz borcu olduğu müəyyən olunur. Məhkəmə iclasında iddiaçı ekspert rəyi ilə razılaşmadığını bildirsə də rəyə etirazını əsaslandırmamış və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddia tələbinin bu hissədə təmin edilməməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Ağdam Rayon Dövlət Notariat Ofisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 8İ- 1884 reyestr nömrəli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbində rüsumla bağlı tələb olmadığından iddiaçıya aid edilməlidir. Məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ağdam Rayon Dövlət Notariat Ofisi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 8İ-1884 reyestr nömrəli icra qeydi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar