Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1429/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borc” tələbi) Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 4000 (dörd min) manat pulu, 60 manat 40 qəpik dövlət rüsumu cəmi: 4060,40 (dörd min altmış manat qırx qəpik) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh borclu olduğu 4000 (dörd min) manat pulu, 60 manat 40 qəpik dövlət rüsumu və hüquqi yardıma görə 320 manat pulu, cəmi: 4380,40 (dörd min üç yüz səksən manat qırx qəpik) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X1 tanışları vasitəsi ilə tanımışdır. Cavabdeh qohumlarının avtomobilini idarə edirdi. Həmin avtomobilə ziyan vurmuşdur. Vurduğu ziyanı birdəfəlik ödəyə bilmədiyinə görə aralarında razılaşma olmuşdur. Həmin razılaşma əsasında 4000 manat ziyan pulunu hisə-hissə verməyə öhdəlik götürdü. Onlar həmin borcu rəsmiləşdirmək üçün Bakı şəhərində yerləşən 32 saylı notariat kontoruna getmişdir. 23 iyun 2022-ci il tarixdə orada notarius tərəfindən kredit müqaviləsi tərtib edilmişdir. Borc pulu xx.xx.2013-cü il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra hər ikisi həmin kredit müqaviləsini imzaladı və kredit müqaviləsi notarius tərəfindən təsdiq olunduqdan sonra hər birinə bir nüsxəsi verildi. Cavabdeh hal-hazırda Bakı şəhərində fərdi əməklə məşğul olmasına baxmayaraq onun pulunu qaytarmaqdan yayınır. Bildirir ki, cavabdehə dəfələrlə xəbərdarlıq etsədə o, heç bir əhəmiyyət verməmişdir. Cavabdeh onun pulunu qaytarmaqdan hər vasitə ilə yayınır. İddia ərizəsinə görə dövlət rüsumu üçün 60 manat 40 qəpik pul küçürmüşdür. Məcburiyyət qarşısında qalıb, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsinə qarşı etirazın dəlilləri: Cavabdeh iddia tələbinə yazılı qaydada etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, İddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə borcu olduğunu etiraf etdi. Əlavə olaraq hüquqi yardım üçün ödənilmiş pulun ondan tutulmasına etiraz etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında bildirmişdir ki, iddia tələbini qəbul edir və iddia tələbinin həcminin artırılması ilə bağlı etirazı yoxdur. Borcunu ödəməyə ona vaxt lazımdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri 32 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı (Borc verən) ilə Cavabdeh (Borc alan) arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Borc müqaviləsi”ndən görünür ki, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1.1. Borc verən 4.000 (dörd min) manat məbləğində pulu (bundan sonra "Borc məbləği") Borc alanın mülkiyyətinə verməyi, Borc alan isə aldığı Borc məbləğini xx.xx.2023-cü il tarixədək Borc verənə qaytarmağı öz öhdəsinə götürür. - xx.xx.2025-ci-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 60,40 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilə üzrə razılaşdırılmış haqqın məbləği 320 manat müəyyən edilmişdir. - xx.xx.2025-ci-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 320 manat Lənkəran rayon Vəkil Bürosuna ödənilmişdir. İşin faktiki halları: Məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 32 saylı notariat ofisində xx.xx.2022-ci il tarixində notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər kreditin faizsiz verilməsini şərtləndirmişlər. “Borc Alan” İddiaçı xx.xx.2023-ci il tarixinədək borcun “Borc verən” Cavabdeh qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Hazırda iddiaçı kredit müqaviləsi üzrə 4000 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 60,40 manat vəsaitin və vəkilə göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 manat xidmət haqqının cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh iddia tələbini kredit müqaviləsi üzrə borclu olduğu hissədə qəbul edir, hüquqi yardım üçün çəkilmiş xərcə dair hissədə isə rədd edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Maddə 389.1.Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1.Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2023-cü il tarixinədək qaytarmaq şərtilə 4000 manat məbləğində borc pul vermişdir. İddiaçı tərəflər arasında bağlanmış borc müqaviləsinə istinad edərək qeyd olunan borc pul vəsaitinin Cavabdeh verildiyini, lakin bu günədək geri qaytarılmadığını bildirmişdir. Cavabdeh isə həmin borc məbləğini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borcun ödənilməsi təmin olunmalı, Cavabdeh 4000 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilərək hüquqi yardıma görə çəkilmiş 320 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Mülki Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4000 manat borc, 60,40 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 320 manat xidmət haqqı, cəmi 4380,40 manat ( dörd min üç yüz səksən manat qırx qəpik) İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1429/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1429/2025
11.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver