Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-143/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 "xxxx" ASC-nin xeyrinə 08 iyul 2016-ci il tarixli kredit müqaviləsi üzrə banka 97021.9 AZN əsas, 534.3 AZN faiz, 24518.56 AZN cərimə borcu və 08.07.2019-ci il tarixdən 19.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 3045.15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 125119.91 AZN məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə barışıq sazişi və bununla bağlı ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh X3 məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən "xxxx" Açıq Səhmdar Cəmiyyəti və digər tərəfdən Cavabdeh1 arasında 01 sentyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamaq qərarına gəlirlər:
1. Borclu Cavabdeh1 "xxxx" ASC-nə 08 iyul 2016-cı il tarixli kredit razılaşması üzrə 97021.9 AZN əsas, 534.3 AZN faiz, 38586.48 AZN cərimə, 08.07.2019-cu il tarixdən 09.12.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6957.5 AZN məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 143118.18 AZN məbləğində borcunun olmasını qəbul edir, 30.07.2021-ci il və 25.08.2021-ci il tarixlərində 1000 AZN vəsaiti kredit borcu üzrə ödəniş etmişdir. 2.Tərəflər arasında bağlanmış 12 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki 0.1006 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 183.1 kv.m, yaşayış sahəsi 43.84 kv.m, 139.26 kv.m yardımçı sahədən ibarət Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 55/4206 saylı bağ evinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığına əsasən 299 000 manat məbləğində müəyyən edilsin. 3.Borclu 96 022 AZN məbləğində əsas borcu və 3 282 AZN məbləğində faiz borcunu razılaşdırılmış qaydada, 26.07.2021-ci il tarixdən 25.02.2022-ci il tarixədək hər ay 1000 manat,28.03.2022-ci il tarix üçün 6075 manat, 25.04.2022-ci il tarixdən 25.11.2022-ci il tarixədək hər ay üçün 10.000 manat v 26.12.2022-ci il tarixi üçün 5229 manat olmaqla razılaşdırılmış müddətlərdə Banka ödəməyi öhdəsinə götürür. 4.Borclu əsas borcu 2022-ci ilin may ayınadək bağlayacağı təqdirdə Bank əsas borcdan 6 718 AZN güzəşt olunmasını, bütün faizlər və cərimə borclarını güzəşt etməyi öhdəsinə götürür. 5.Borclu sazişin 3-cü və 4-cü bəndlərindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki 0.1006 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 183.1 kv.m, yaşayış sahəsi 43.84 kv.m, 139.26 kv.m yardımçı sahədən ibarət (cavabdehlər tərəfindən ödənilmək şərtilə), girov sənədlərin əslini və borcun olmaması haqqında məktubu borcluya verməyi Yelo Bank ASC öz öhdəsinə götürürlər. 6.Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin, 143118.18 AZN borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun. 7.Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır. 8.Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. 9.Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. 10.Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 11.Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 12.Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. 13.Bu barışıq sazişi 3 (üç) nüsxədə Bakı şəhərində, 01 sentyabr 2021-ci il tarixdə imzalanmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova