Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-143/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" BOKT ASC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" BOKT ASC, Cavabdeh2 və Cavabdeh3nə qarşı “alqısatqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi əsası olmayan 13.09.2019-cu il tarixli, Y-232 və Y-233 protokollar əsasında "xxxx" BOKT ASC ilə Cavabdeh2 arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yarımqoşqunun alqı-satqısına dair 28.09.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı 03.09.2021-ci il tarixdə iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Cavabdeh3 9624-15-20-i saylı, 02.08.2019-cu il tarixli sifariş məktubu əsasında, digər cavabdeh “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən 13 sentyabr 2019-cu il tarixində “SCHMİTZ yarımqoşqu” markalı, 2004-cü il buraxılışlı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz-ağ rəngli yarımqoşqu və “MERCEDES BENZ” Mİ840LS” yük markalı, 2007-ci il buraxılışlı **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilə dair keçirilmiş hərracın nəticələrinin etibarsız sayılmasına və sözügedən hərracın nəticələri haqqında 13 sentyabr 2019-cu il tarixində tərtib olunmuş Y-232 və Y-233 saylı protokolların, 2004-cü il buraxılışlı, **-ZB- *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCİİMİTZ” markalı yarımqoşqulu və “MERCEDES BENZ” J840LS yük markalı, 2007- ci il buraxılışlı, **-XC-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin “Pro Kredit" BOKT ASC-nin adma dövlət qeydiyyatının etibarsız hesab edilməsi, huquqi əsası olmayan 13.09.2019- cu il tarixli, Y-232 və Y-233 protokollar əsasında “Pro Kredit" BOKT ASC ilə X5 arasında iddia ərizəsinin məzmununda göstərilən avtomobilin və yanmqoşqunun alqı-satqısına dair 28.09.2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız sayılması, Cavabdeh2 adma göstərilən avtomobillərin Azərbaycan Respublikası DİN Baş X10 İdarəsi tərəfindən verilmiş texniki pasportların ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməmiş, rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf 28.12.2021,01.02.2022-ci il tarixli məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir, cavabeh tərəf iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmiş, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, X1 14248.68 ABŞ dolları məbləğində əsas borcun, 3490.20 ABŞ dolları məbləğində faiz borcunun 526,96 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18265.84 ABŞ dolları məbləğindən pulun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, iddiaçı “Pro Kredit" BOK.T ASC-nin xeyrinə tutulması, tutulan məbləğin X3 məxsus “Schmitz" yarımqoşqu markalı, 2004-cü il buraxılışlı, ** ZB *** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli və 2007-ci il buraxılışlı ‘‘Mercedes Benz M184GLS" yük markalı, ** XC *** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobillərə yönəldilməsi, həmin avtomobillərin açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Pro Kredit" BOKT ASC-yə olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğin göstərilən məblədən artıq olduqda isə artıq məbləğin qalıq hissəsinin X3 qaytarılması qət edilmişdir.Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iddiaçı “Pro Kredit" BOKT ASC-nin varisi olduğu X3 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz borcu və cərimə borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2685/2018 saylı. 04.07.2018-ci il tarixli qiyabi qətnaməsi əsasında verilmiş icra vərəqəsi üzrə icra tədbirləri həyata keçirilmiş və cavabdeh Bakı şəhəri Cavabdeh3 02.08.2019-cu il tarixli, 9624-15-20-i saylı sifariş məktubu əsasında "Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC-ti X2 mülkiyyətində olmuş 2004-cü il buraxılışı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, boz ağ rəngli “SCHMİTZ” markalı yarımqoşqunuu və “MERCEDES BENZ" 1840LS yük markalı, 2007-ci il buraxılışlı, **-XC-***dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin hərracını keçirmişdir. Qeyd edilən hərrac təşkilatı tərəfindən tərtib edilmiş 13 sentyabr 2019-cü il tarixli, Y-232 və Y-233 nömrəli “hərracın nəticələri haqqında protokollarından görünür ki, yuxarıda sözügedən yarımqoşqu 8.287,50 manata, digər avtomobil isə 20.400 manata olmaqla 2(005)- 2685/2018 saylı, 04.07.2018-ci il tarixli icra sənədi üzrə tələbkar, hazırkı iş üzrə cavabdeh "xxxx" BÖKT ASC-yə satılmış və sonradan “SCHMİTZ” yarımqoşqu” və “MERCEDES BENZ” markalı, 99XC454 dövlət qeydiyyat nişanlı avtomaşın ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh2 (iş üzrə cavabdeh) adlı şəxsə satılmışdır. Digər tərəfdən, Bakı şəhəri Nərimanov rayon Məhkəməsində 2(005)-1540/2020 saylı mülki iş üzrə ilk iddiaçı “Pro Kredit" Bokt ASC-nin M.A.Səlimova qarşı "ipoteka predmetinə tutmanın yönəldilməsi, əsas borc, faiz, borcu və cərimə borcunun ödənilməsi" tələbinə dair ilk, İddiaçı cavabdeh “Pro Kredit" Bokt ASC-yə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi”nə dair qarşılıqlı iddia üzrə qətnamə qəbul edilmiş, qətnamədən İddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2 (103)-3161/2021 saylı qərardadı ilə vərəsə kimi hüquqları tanınmadığından iddia tələbinin baxılmamış saxlanması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə “Pro Kredit" BOKT ASC-nin M.Səlimova qarşı iddiası üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Hazırkı mülki iş üzrə iddia ərizəsi məhkəməyə təqdim olunan vaxt (24.06.2021-ci il) Mülki Prosessual Məcəllədə qətnamənin icrasına dönüş edilməsi məsələlərini tənzimləyən norma mövcud olmasa da, prosessual qanunvericilikdə bunu qadağan edən müddəalar da göstərilməmiş, məhkəmə təcrübəsində Mülki Prosessual Məcəllənin 13-cü maddəsi rəhbər tutulmaqla bu növ məsələlər həll olunmuşdur. Hazırda qüvvədə olan prosessual qanunvericilikdə bu məsələ Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsi ilə tənzimlənmişdir. Maddənin tələbinə görə, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir.( 236-1.2.) Məhkəmə ləğv edilmiş qətnamənin icrasında dönüş haqqındakı məsələni həll etməzsə, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin ləğv edilmiş qətnamə və ya qərardad əsasında aparılmış icra onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin icrada dönüş haqqında ərizəsi üzrə məhkəmə qərardad qəbul edir. Bu ərizəyə işdə iştirak edən şəxslər xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. Lakin həmin şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələni həll etməyə mane olmur.( 236-1.3.) İcrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadından şikayət verilə bilər.( 236-1.4.) İddia ərizəsinin məzmunundan görünür ki, iş üzrə iddiaçının iddia ərizəsində cavabdehlərdən tələb etdiyi Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018-ci il tarixli qiyabi qətnaməsinin icrası nəticəsində baş tutmuş alqı-satqı müqavilələrinin etibarsız sayılması barədədir. Məhkəmə hesab edir ki, sonradan ləğv olunmuş qətnamənin icrası ilə ortaya çıxan nəticənin aradan qaldırılması ayrıcı iddia tələbi şəklində baxılan məsələ deyil. Həmin məsələ qətnamənin icra mərhələsində ortaya çıxdığından İddiaçı və ya digər şəxslər tərəfindən icrada dönüş barədə müraciət olunmaqla həll oluna bilər. Belə ki, hərracın keçirilməsi qüvvədə olan məhkəmə qətnaməsinin icrası ilə bağlı həyata keçirilmişdir. İddiaçı tərəfin alqı-satqı müqavilələrinin etibarsız sayılması üçün göstərdiyi əsas - Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 04.07.2018ci il tarixli qiyabi qətnaməsinin ləğv olunmasıdır. Belə olan halda, tərəflərin əvvəlki vəziyyətə qaytarılması məsələsinə mülki prosessual qanunvericiliyin 236-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “iş məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə qətnamənin icrası qaydasında məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə mövcud iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. Buna görə də iş üzrə icraata xitam verilməli və iddiaçıya icra hərəkətlərinin davam etdirilməsi üçün icra şöbəsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər "xxxx" BOKT ASC-yə, Cavabdeh2 və Cavabdeh3nə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “alqı-satqı müqaviləsinin etibarsız sayılması” tələbinə dair iddia tələbi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-143/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-143/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver