Məhkəmə qərarları › İş №2(005)-1436/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1436/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1436/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhməzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5500 (bes min beş yüz) manat məbləğində pulun, həmçinin iddianın baxılması üçün ödədiyim 75 manat məbləğində dövlət rüsumunun məcburi şəkildə cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 yanvar 2022-cı ıl tarixində Binəqədi rayonunda yerləşən özünə məxsus olan lombard ofisinə yaxınlaşaraq onun Masazır qəsəbəsində yerləşən lombarda 4900 manat dəyərində girovda qızılı olduğunu, orada kreditin yüksək faizlə verildiyini, qızılları oradan çıxardıb bizim lombarda daha əlverişli və aşağı faizlə qoymaq istədiyini söylədi. Həmin gün yenidən ofisə yaxınlaşaraq biz müqavilənin şərtələrini müəyyən edərək cavabdehlə razılaşdıq və 1 ay ərzində qaytarmaq şərti ilə 5500 (beş min beş yüz) manat pulu ona verilməsi ilə bağlı 24.01.2022ci il tarixli, QL/000270 nömrəli kredit (borc) və girov müqaviləsinə imza ataraq rəsmiləşdirdik və 24.01 2022-cı il tarixdə şəxsən oz xətti ilə yazıb imzaladığı izahat" vermişdir və orada aşağıdakıları qeyd etmişdir: Bildirir ki, 24 01 2022-ci il tarixdə Masazır qəsəbəsi ərazisində yerləşən X2 məxsus lombarda olan borcumu ödəmək məqsədi ilə Binəqədi Rayon ərazisində yerləşən İddiaçı məxsus lombarddan 5500 (beş min beş yuz) AZN məbləğində pul vəsaiti qaytarmaq şərti ilə borc götürmüşdür. Sonra Zaminə ilə notariat kontoruna yaxınlaşmış və Zaminə ona 1 ay müddətində qüvvədə olan 24.01.2022ci il tarixli, 908645 nömrəli etibarnamə vermişdir. Etibarnamədə Zəminənin adından istənilən lombardda numayədəsi olmağı , ona məxsus qızıl-zinət əşyalarını götürməyi, təhvil almağı və digər əməliyyatları aparmağı etibar etmişdir. Notariat kontorundan çıxdıqdan sonra lombarda gələrək ona 5500 manatı təhvil vermişdir. O, cavabdehdən əmin olmaq üçün onunla bərabər Masazır qəsəbəsində yerləşən lombarda bərabər getmişdir. Zəminə ödənişi etdikdən sonra geri qayıtmışlar və səhərisi gün qızılı götürməli idilər, lakin həmin gün lombard sahibinin işi çıxması səbəbindən qızılları götürmək növbəti günə qaldı. Növbəti gün Masazır qəsəbəsindəki Lombardın sahibi həmin qızılı Masazırdakı lombarda yox Şamaxinka adlanan ərazidəki lombarda gətirib Zəminə ondan xəbərsiz oraya gedərək qızılı götürmüş və çıxıb getmişdir. Bundan sonra Zəminənin istifadəsində olan mobil telefonuna dəfələrlə yığsa da telefonu açmadı. Bu məsələ ilə bağlı Nəsimi rayon 19-cu Polis şöbəsinə ərizə ilə müraciət etməli olmuşdur. Cavabdeh oraya çağırılaraq izahatı alınmış və izahatında müqavilənin şərtinə uyğun olaraq borcunu 1 ay ərzində hissə-hissə ödəyəcəyinə dair soz vermişdir. Bununla bağlı Nəsimi rayon Polis şöbəsindən iddiaçıya məktub təqdim edilmişdir. Polis şöbəsindən məsələnin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edə biləcəyi ona bildirilmişdir. Odur ki, qeyd olunan səbəbdən pulunu cavabdehdən almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № QL/000270 saylı 24.01.2022-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, İddiaçı 1 ay müddətinə 5500 (beş min beş yüz) manat pul vəsaitini aylıq 5 faiz ilə 1 ay müddətinə Cavabdeh kredit vermişdir. İş materiallarında olan Nəsimi Rayon 19-cu Polis Şöbəsinin məktubunun surətindən görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o müqavilə şərtlərinə uyğun olaraq borcunu hissə-hissə ödəyəcəyini söz vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2- ci maddəsinə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, İddiaçı oğlu ilə Cavabdeh arasındakı № QL/000270 saylı 24.01.2022-ci il tarixli girov müqaviləsinə əsasən İddiaçı oğlu Cavabdeh 5500 manat məbləğində borc pul vermişdir. Cavabdeh borcunu 01 ay müddətində geri ödəyəcəyini öz öhdəsinə götürsədə o müqavilə üzrə öz üzərinə düşən öhdəliyi vaxtı-vaxtında idarə etməmişdir. Məhkəmədə sübut olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında olan öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5500 manat məbləğində borc tutularaq İddiaçı oğluna ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 75 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5500 manat məbləğində pul və 75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı oğluna ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar