Məhkəmə qərarları › İş №2(005)-1441/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1441/2020

19.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1441/2020 19.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “istifadə hüququna müdaxilənin qeyri-qanuni hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMMC-yə və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MTK cəlb edilməklə) “istifadə hüququna müdaxilənin qeyriqanuni hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ünvan 2/140, S.Rəhman küçəsi 11 ünvanda yerləşən binalann yeraltı hissəsində, -2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərindən istifadəyə müdaxilənin qeyri-qanuni hesab edilməsi, vurulmuş zərərə görə 2240 (iki min iki yüz qərx) manat vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 2270 (iki min iki yüz yetmiş) manat məbləğində pulun cavabdchlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən binanın yeraltı hissəsində, -2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərindən istifadəyə müdaxilənin qeyri-qanuni hesab edilməsi, vurulmuş zərərə görə 2240 (iki min iki yüz qərx) manat vəsaitin, həmçinin 30 manat dövlət rüsumunun, cavabdeh X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxx 2010-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışı ilə iş üzrə üçünçü şəxs “xxxx” MTK-dan ünvan 2 ünvanda yerləşən binanın yeraltı hissəsində -1 səviyyədə, 1 ədəd 2 yerlik, 53 və 54 saylı və -2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərini almışdır. İş üzrə üçüncü şəxs “xxxx” MTK tərəfindən verilən Mr-04 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, həmin dayanacaq yerlərindən İddiaçı “xxxx” MTK-ya borcu yoxdur. Dayanacaq yerləri, S.Vurğun 138/140, S.Rəhman 11 saylı binalar və yeraltı qaraj ’’xxxx” MTK ilə “xxxx” MMM arasında olan müqaviləyə əsasən “xxxx” MMMC tərəfindən idarə edilərkən və kommunal xidmətlər göstərilərkən heç bir problem və narahatçılıq yaşanmırdı. Belə ki, dayanacaq yerlərindən sərbəst istifadə edilirdi, dekabr 2017-ci il tarixdən Cavabdeh1 MMMC həmin ünvan üzrə idarəçiliyi faktiki götürəndən sonra qarajlarla bağlı problemlər, mülkiyətə qəsd, qarajların digər şəxslərin istifadəsinə verməklə gəlir əldə etmək, qaraj mülkiyyətçilərinə qarşı məhdudiyyətlər, maneələr və qadağalar başlanmışdır. Bütün müdaxilə və məhdudiyyətlər Cavabdeh1 MMMC və onun işçiləri tərəfindən icra edilir. Hazırda Cavabdeh1 MMMC, ona məxsus qarajı digər Cavabdeh2 icarəyə verməklə qanunsuz gəlir əldə edir. Hazırda o, həmin vəsaiti tələb edir, eyni zamanda ona məxsus dayanacaq yerlərinə müdaxilənin qeyri-qanuni hesab edilməsini istəyir. Belə ki, 26.09.20.8-ci il tarixə kimi -2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərini X3 istifadəyə verərək, hər ay 140 (bir yüz qırx) manat gəlir əldə edirdi. xx.xx.2018ci il tarixdə X4 öz mənzilini satıb, başqa yerə köçdü və o tarixdən başlayaraq da, cavabdehlər ona məxsus dayanacaq yerlərini zəbt etməyə başladılar. Dayanacaq yerləri artıq 16 aydır ki, cavabdehlər tərəfindən qeyri-qanuni olaraq istifadə edilir. Artıq 16 aydır ki, hər ay 140 (bir yüz qırx) manat olmaqla, cəmi 2240 (iki min iki yüz qırx) manat mənə zərər vurulur. O, həmin ünvanda yaşamadığına görə və avtomobili olmadığına görə hazırda dayanacaq yerini başqa şəxsə istifadəyə - icarəyə vermək istəyir. Lakin cavabdehlər buna imkan vermir. Dəfələrlə bu barədə cavabdehlərlə danışıqları olub, hətta polisə də müraciət etmişdir, lakin yenə də, məsələ həllini tapmayıb. Hətta cavabdehlər dayanacaq yerinə quraşdırdırğı dəmir qoruyucunu da qırıb, yenə də öz qanunsuz əməllərini davam etdiriblər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 və üçüncü şəxs “xxxx” MTK məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Bakı şəhəri Cavabdeh2 və üçüncü şəxs “xxxx” MTK nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsrin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 001572 saylı qəbzindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli müqavilə üzrə, 12 ay müddətinə 22,06 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx xxxxx 2010-cu il tarixli müqavilənin təsdiqlənmiş surətindən görünür ki, Nizamnamə əsasında fəaliyyət gösterən «xxxx» MTK, İdarə Heyətinin sədri X2 şəxsində (sonradan «Kooperativ» adlandırılacaq) bir tərəfdən, ünvan 3 m. 79 ünvanda yaşayan İddiaçı (Ş/v Seriya AZE. № 0*******, xx.xx.2004-cü il tarixdə. Xətai RPİ tərəfindən verilib) (sonradan «Payçı» adlandırılacaq) digər tərəfdən aşağıdakılar barədə razılığa gələrək bu müqaviləni imzaladılar:

1. Bakı Şəhər İH-nin 1318 saylı. 28.12.98-ci il tarixli sərəncamına əsasən «xxxx- FK»LTD şirkəti tərəfindən Nərimanov rayonu, 942-943-cü məhəllə, M.Əlizadə küçəsi ünvanda çoxmərtəbəli yaşayış binaları kompleksinin tikintisi layihələndirilmişdir. Həmin tikinti «xxxx-FK» LTD şirkətinin nəzdində yaradılmış «xxxx» MTK-nın üzvlərinin (payçılarının) vəsaiti və imkanları hesabına həyata keçirilir və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər, qeyri-yaşayış sahələri və qarajlar verilməlidir.

2. Müqavilənin «1.» bəndində, göstorilənə əsaslanaraq ünvan 4 saylı yaşayış binasının yeraltı hissəsində ikimərtəbəli (-1 və -2 səviyyədə) yeraltı avtomobil qarajı tikilib.

3. Qaraj hazır olduqdan sonra - 1 səviyyəli yeraltı avtomobil qarajında 53 və 54 saylı, - 2 səviyyədə isə 100 və 101 saylı (yenidən sıralanma zamanı qarajın nömrəsi dəyişə bilər) dayanacaq yerlərini «Kooperativ» «Payçıya verilməsini, «Payçı» isə həmin yeri qəbul etməyi öz öhdələrinə götürürlər.

4. Təhvil veriləcək 4 ədəd dayanacaq yerdəriniıı ümumi dəyəri 20 000(iyirmi min) AZN məbləğində müəyyən edilir və tərəflərin razılığı ilə təyin edilir.

5. «Payçı» bu müqavilə imzalanan giındə müqavilənin «4.» bəndində göstərilən dayanacaq yerinin ümumi məbləğinin 100 %-n. təşkil edən 20 000 (iyirmi min) AZN maliyyə vəsaitini birdəfəlik ödəniş olaraq «Kooperativ»in hesabına, ya da kassasına nəğd yolla ödəməlidir. İş materiallarında olan xx xxxxx 2010-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 4 ünvanda tikilən kooperativ yaşayış binası «xxxx» MTK-ya məxsusdur. Bu binanın yeraltı hissəsində yerləşən -1 səviyyəli yeraltı avtomobil qarajında, bir ədəd, iki yerlik, 53 və 54 saylı və -2 səviyyədə, bir ədəd, iki yerlik, 100 və 101 saylı dayanacaq yerlərinin dəyərinin tam ödənişi kimi 20 000(iyirmi min) manat İddiaçı tərəfindən «xxxx» MTK-nın xəzinəsinə ödənilmişdir, dayanacaq yerlərindən borcu qalmamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 4/140, S.Rəhman küçəsi 11 ünvanda tikilən kooperativ yaşayış binası «xxxx» MTK-ya məxsusdur. Bu binanın yeraltı hissəsində yerləşən -1 səviyyəli yeraltı avtomobil qarajında, bir ədəd, iki yerlik, 53 və 54 saylı və -2 səviyyədə, bir ədəd, iki yerlik, 100 və 101 saylı dayanacaq yerlərinin dəyərinin tam ödənişi kimi 20 000(iyirmi min) manat İddiaçı tərəfindən «xxxx» MTK-nın xəzinəsinə ödənilmişdir, dayanacaq yerlərindən borcu qalmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “xxxx” MTK-nın arayışından görünür ki, verilir ondan ötrü ki, həqiqətən X5 ünvan 5 ünvanda yaşayır. İş materiallarında olan Cavabdeh1 MMMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, Cavabdeh1 (bundan sonra - ‘Cəmiyyət" adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla, ünvan 6 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının “Mülki Məcəllə"sinə, Azərbaycan Respublikasının “Mənzil Məcəlləsi"nə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun Nizamnamədə müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar sahə mülkiyyətçilərinin təşəbbüsü ilə yaradılmış könüllü, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri kommersiya təşkilatı olan hüquqi şəxsdr. xx xxxxxxxx 2019-cu il tarixdə keçirilmiş yerli baxış iclası zamanı müəyyən edilmişdir ki, mübahisəli dayancaq yerləri Bakı şəhəri, S.Rəhman küçəsi ev 11-də yerləşən binanın çoxmərtəbəli binanın -2 səviyyəsində yerləşir. Dayanacaq yerlərinə düşərkən müəyyən edildi ki, mübahisəli dayanacaq yeri binanın altında açıq sahədə yerləşir, ətrafında hər hansı məhdudlaşdırıcı arakəsmələr yoxdur, həmin dayanacaq yerində Cavabdeh2 məxsus avtomobil saxlanılmışdır. Baxış zamanı iddiaçı cavabdehlər Cavabdeh1 MMMC və Cavabdeh2 tərəfindən ona məxsus dayanacaq yerlərinə edilən müdaxilənin aradan qaldırılmasını istədiyini, Cavabdeh2 isə buna etiraz edərək hazırda həmin dayanacaq yerlərini Cavabdeh1 MMMC tərəfindən onun istifadəsinə verildiyini və buna görə də MMMC-yə hər ay aylıq ödəniş etdiyini bildirərək, onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini bildirdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, bir tərəfdən İddiaçı ilə digər tərəfdən «xxxx» MTK-nın İdarə Heyətinin sədri X2 şəxsində xx xxxxx 2010-cu il tarixli müqaviləyə əsasən, Qaraj hazır olduqdan sonra - 1 səviyyəli yeraltı avtomobil qarajında 53 və 54 saylı, - 2 səviyyədə isə 100 və 101 saylı (yenidən sıralanma zamanı qarajın nömrəsi dəyişə bilər) dayanacaq yerlərini «Kooperativ» «Payçıya verilməsini, «Payçı» isə həmin yeri qəbul etməyi öz öhdələrinə götürürlər. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, ünvan 4/140, S.Rəhman küçəsi 11 ünvanda tikilən kooperativ yaşayış binasının yeraltı hissəsində yerləşən -1 səviyyəli yeraltı avtomobil qarajında, bir ədəd, iki yerlik, 53 və 54 saylı və -2 səviyyədə, bir ədəd, iki yerlik, 100 və 101 saylı dayanacaq yerlərinin dəyərinin tam ödənişi kimi 20 000(iyirmi min) manat İddiaçı tərəfindən «xxxx» MTK-nın xəzinəsinə ödənilmişdir, dayanacaq yerlərindən borcu qalmamışdır. xx.xx.2020-ci il tarixli “xxxx” MTK-nın arayışına əsasən, X5 ünvan 5 ünvanda yaşayır. Cavabdeh1 MMMC-nin nizamnaməsindən görünür ki, hüquqi şəxs ünvan 6 ünvanında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır. İddiaçı iddia edir ki, 26.09.20.8-ci il tarixə kimi -2 səviyyədə, 1 ədəd, 2 yerlik, 100 və 101 saylı dayanacaq yerlərini X3 istifadəyə verərək, hər ay 140 (bir yüz qırx) manat gəlir əldə edirdi. Dayanacaq yerləri artıq 16 aydır ki, cavabdeh tərəfindən qeyri-qanuni olaraq istifadə edilir. Artıq 16 aydır ki, hər ay 140 (bir yüz qırx) manat olmaqla, cəmi 2240 (iki min iki yüz qırx) ona zərər vurulur. O, həmin ünvanda yaşamadığına görə və avtomobili olmadığına görə hazırda dayanacaq yerini başqa şəxsə istifadəyə - icarəyə vermək istəyir. Lakin cavabdeh buna imkan vermir. İddiaçı habelə onu da qeyd edir ki, hazırda mübahisəli dayanacaq yerinə cavabdeh tərəfindən müdaxilə yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cü maddəsinin İ hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində isə təsbit olunmuşdur ki, daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 19.3-cü maddəsində təsbit olunmuşdur ki, binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. Məhkəmə iddiaçının iddia tələbi ilə əlaqədar qeyd edir ki, işin mübahisəsiz hallarından göründüyü kimi, mübahisəli dayanacaq yerləri iddiaçının mülkiyyətində deyil, “xxxx” MTKnın nizamnaməsinə əsasən İddiaçı mütləq pay haqlarına uyğun olaraq “Payçı”ya verilməsi (xx xxxxx 2010-cu il müqaviləsi üzrə) öhdəliyi əsasında verilmişdir. Mübahisəli dayanacaq yerləri üzrə pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Hazırda həmin dayanacaq yerlərinə cavabdeh tərəfindən hər hansı müdaxilənin olduğu müəyyən edilmir. Qeyd edilən sonuncu hal məhkəmə iclasında iddiaçının özü tərəfindən də etiraf edilmişdir. Göründüyü kimi, Cavabdeh2 tərəfindən mübahisəli dayanacaq yerlərindən iddiaçının istifadə etməsinə hər hansı qanunsuz hərəkət, müdaxilə edilmir. Habelə iddiaçı ərizədə qeyd edir ki, “Bütün müdaxilə və məhdudiyyətlər Cavabdeh1 MMMC və onun işçiləri tərəfindən icra edilir. Hazırda Cavabdeh1 MMMC, ona məxsus qarajı digər Cavabdeh2 icarəyə verməklə qanunsuz gəlir əldə edir.” Belə olan halda iddiaçının ifadəsindən və mülki mübahisənin faktiki hallarından məlum olur ki, Cavabdeh2 mübahisəli dayanacaq yerlərindən istifadəsinin qanunsuz olması barədə iddiaçının istinad etdiyi hallar əsassızdır. Belə ki, iddiaçı etiraf edir ki, əvvəllər kooperativin idarəçiliyi başqa təşkilata məxsus olanda hər hansı problem olmayıb, yalnız Cavabdeh1 MMMC həmin ünvan üzrə idarəçiliyi faktiki götürəndən sonra qarajlarla bağlı problemlər yaranmışdır. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatlarında qeyd etmişdir ki, həmin dayanacaq yerini mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə müraciət edərək təhvil almış və istifadəyə görə də həmin MMMC-yə pul ödəyir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırda iddiaçının dayanacaq yerlərindən istifadəsinə hər hansı müdaxilə olmadığından, üstəlik də həmin müdaxilədə Cavabdeh2 təqsirli hərəkətinin olması müəyyən edilmədiyindən iddia tələbi bu hissədə əsassızdır. Məhkəmə iddiaçının “vurulmuş zərərə görə 2240 (iki min iki yüz qərx) manat vəsaitin ödənilməsi”nə dair tələbinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı bu hissədə tələbini xx.xx.2017-ci il tarixli “Nəqliyyat vasitəsi üçün dayanacaq sahəsinin icarəsi haqqında” müqaviləyə əsaslanmaqla sübut etməyə çalışmışdır. Lakin həmin müqavilə bir neçə ziddiyyətli səbəblərə əsasən mötəbər sübut sayıla bilməz. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı 100 və 101 saylı dayanacaq yerlərini X3 istifadəyə verərək, hər ay 140 (bir yüz qırx) manat gəlir əldə etdiyini bildirir, lakin məhkəmə iclaslasında təqdim etdiyi müqavilədən görünür ki, istifadə haqqı 100 manat qeyd edilib. Digər tərəfdən həmin müqavilənin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq dövlət qeydiyyatına alınıbalınmadığı barədə sübutlar təqdim edilməmişdir. Göstərilən ziddiyyətli hallardan müəyyən olunur ki, iddiaçı məhkəməyə qeyri-mötəbər sübut təqdim etmiş və məhkəmədə bununla əlaqədar verdiyi izahatları əsaslı olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı “istifadə hüququna müdaxilənin qeyri-qanuni hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi”nə dair iddia tələbi əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, iddia tələbi rədd edildiyindən iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh2 qarşı “istifadə hüququna müdaxilənin qeyri-qanuni hesab edilməsi və dəymiş maddi ziyanın ödənilməsi”nə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar