Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1447/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17082 AZN əsas borc, 1067 AZN faiz borcu, hüquqi xidmət üçün ödədiyi 110 AZN, ödənilmiş dövlət rüsumu olaraq 30 AZN, ümumilikdə 18289 (on səkkiz min iki yüz səksən doqquz) AZN məbləğində vəsaitin tutulub ona ödənilməsinə, borcun qaytarıldığı günədək borc məbləğinin üzərinə 6.25% dərəcəsi ilə məbləğin hesablanmasına və həmin məbləğin də cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehin istəyi ilə onun **********942442 saylı kapital bank kartına aşağıdakı tarix və məbləğlərdə ayrı-ayrı vaxtlarda bağlanmış şifahi borc müqaviləsinə əsasən pul vəsaiti köçürülümüşdür. 18.03.2019-cu il tarixdə 500 manat məbləğində, 20.03.2019-cu il tarixdə 200 manat məbləğində, 26.03.2019-cu il tarixdə 300 manat məbləğində, 30.03.2019-cu il tarixdə 200 manat məbləğində, 04.04.2019-cu il tarixdə 500 manat məbləğində, 17.04.2019-cu il tarixdə 1500 manat məbləğində, 13.04.2019-cu il tarixdə 500 manat məbləğində, 09.04.2019-cu il tarixdə 600 manat məbləğində, 07.04.2019-cu il tarixdə 500 manat məbləğində, 06.05.2019-cu il tarixdə 1300 manat məbləğində, 06.05.2019-cu il tarixində 220 manat məbləğində, 08.05.2019-cu il tarixdə 500 manat məbləğində, 13.05.2019-cu il tarixdə 1000 manat məbləğində, 14.05.2019cu il tarixdə 300 manat məbləğində, 15.05.2019-cu il tarixdə 350 manat məbləğində, 16.05.2019-cu il tarixdə 150 manat məbləğində, 20.05.2019-cu il tarixdə 350 manat məbləğində, 21.05.2019-cu il tairxdə 250 manat məbləğində, 25.05.2019-cu il tarixdə 200 manat məbləğində 25.05.2019-cu il tarixdə 101 manat məbləğində, 27.05.2019-cu il tarixdə 100 manat məbləğində, 27.05.2019-cu il tarixdə 70 manat məbləğində, 30.05.2019-cu il tarixdə 100 manat məbləğində, 30.05.2019-cu il tarixdə 50 manat məbləğində, 30.05.2019-cu il tarixdə 600 manat məbləğində, 30.05.2019-cu il tarixdə 100 manat məbləğində, 02.06.2019-cu il tarixdə 850 manat məbləğində, 02.06.2019-cu il tarixdə 550 manat məbləğində, 03.06.2019-cu il tarixdə 230 manat məbləğində, 05.06.2019-cu il tarixdə 220 manat məbləğində, 26.07.2019-cu il tarixdə 100 manat məbləğində, 26.07.2019-cu il tarixdə 800 manat məbləğində, 30.07.2019-cu il tarixdə 400 manat məbləğində, 30.07.2019-cu il tarixdə 150 manat məbləğində, 02.08.2019-cu il tarixdə 750 manat məbləğində, 25.08.2019-cu il tarixdə 400 manat məbləğində, 24.09.2019-cu il tarixdə 300 manat məbləğində, 25.09.2019-cu il tarixdə 300 manat məbləğində, 06.10.2019-cu il tarixdə 200 manat məbləğində, 14.10.2019-cu il tarixdə 260 manat məbləğində, 15.10.2019-cu il tarixdə 170 manat məbləğində, 17.10.2019-cu il tarixdə 51 manat məbləğində, 18.10.2019-cu il tarixdə 100 manat məbləğində və 07.12.2019-cu il tarixdə 100 manat ümumi olaraq yuxarıdakı tarixlərdə bağlanmış borc müqavilələri üzrə cavabdehə verilmiş borc məbləği 17082 (on yeddi min səksən iki) manat təşkil edir. Cavabdeh iddiaçıdan vəsait alarkən çətin vəziyyətdə olduğunu, avtoqəza nəticəsində başqa şəxsə ağır zərər vurduğunu bildirmiş və 1-2 ay ərzində ödədiyi vəsaiti ona qaytaracağını bildirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, avtoqəza ilə bağlı deyilənlər ümumiyyətlə həqiqəti əks etdirmir və cavabdeh iddiaçıdan aldığı pul vəsaitini naməlum istiqamətdə sərf etmişdir. Borcun iddiaçıya qaytarılması üçün müəyyən edilmiş müddətdən artıq 1 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh vəsaiti qaytarmaqdan yayınır. Bu iddia ərizəsi yazılarkən mərkəzi bankın uçot faiz dərəcəsi 6.25% təşkil edir. Cavabdehin iddiaçıya borc məbləğini 1 ilə yaxındır qaytarmamasını nəzərə alınsa borc məbləğinə hesablanmış faiz məbləği 1067 (min altmış yeddi) manat təşkil edir. 11 mart 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh İddiaçı nümayəndəsi və vəkili X6 iuddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda 03.05.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X6 iddiaçının iştirakı olmadan işə baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, o parfum satışı ilə məşğuldur. İddiaçını isə tanımır və onunla heç biur ticarət əlaqəsi yoxdur. İddiaçının bacısı Şahnaz adlı şəxslə yaxından dostluq münasibətləri olduğundan bir neçə dəfə güzəşt edib əvəzssiz olaraq parfum mallarını satıb sonuncunun pul əldə etməsi üçün vermişdir. Zaqur Şahnazla əvvəllər yaxın münasibətləri olduğundan onun evindən hazırda iddia ərizəsinə əlavə edilmiş qəbzləri götürüb şəklini çəkmişdir. Hazırda isə ona məlum olur ki, həmin qəbzləri Şahnaz bu iş üzrə qardaşına yani İddiaçı vermişdir. Ödəniş qəbzləri ticarət işi ilə bağlı müxtəlif şəxslər tərəfindən onun hesabına ödənilən pul vəsaitləridir. İddiaçının adı həmin ödənişi edən edən şəxs kimi qəbzlərdə də qeyd olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. X3 məhkəmədə ifadə verərək bildirdi ki, o iddiaçını uşaqlıq vaxtlarından tanıyır. Zaur malları Bakı şəhərindən Tovuz rayonuna göndərirdi. Şahnaz xanım adlı şəxs isə malları sürücü vasitəsi ilə göndərilən malları qəbul edirdi. X1 məhkəmədə ifadə verərək bildirdi ki, o Cavabdeh 3-4 ildir ki, şəxsən tanıyır. Onunla birlikdə işlədiyi üçün sürücü vəzifəsində işləyir. Bakı şəhərindən Tovuz rayonuna yük daşıma ilə məşğuldur. Şahnaz adlı şəxs malları gəlib ondan təhvil alırdı. O Şahnaz xanıma pul verməmişdir, lakin malları aparıb çatdırmaqla məşğul idi. Məhkəmə tərəflərin və şahidlərin izahatlarıını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarında olan; 25.01.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən 10.12.2020-ci il tarixdə Cavabdeh göndərilmiş bildirşdən görünür ki, 18.03.2019-cu il tarixdə 500 AZN məbləğində, 20.03.2019-cu il tarixdə 200 AZN məbləğində, 26.03.2019-cu il tarixdə 300 AZN məbləğində, 30.03.2019-cu il tarixdə 200 AZN məbləğində, 04.04.2019-cu il tarixdə 500 AZN məbləğində, 17.04.2019-cu il tarixdə 1500 AZN məbləğində, 13.04.2019-cu il tarixdə 500 AZN məbləğində, 09.04.2019-cu il tarixdə 600 AZN məbləğində, 07.04.2019-cu il tarixdə 500 AZN məbləğində, 06.05.2019cu il tarixdə 1300 AZN məbləğində, 06.05.2019-cu il tarixində 220 AZN məbləğində, 08.05.2019-cu il tarixdə 500 AZN məbləğində, 13.05.2019-cu il tarixdə 1000 AZN məbləğində, 14.05.2019-cu il tarixdə 300 AZN məbləğində, 15.05.2019-cu il tarixdə 350 AZN məbləğində, 16.05.2019-cu il tarixdə 150 AZN məbləğində, 20.05.2019-cu il tarixdə 350 AZN məbləğində, 21.05.2019-cu il tairxdə 250 AZN məbləğində, 25.05.2019-cu il tarixdə 200 AZN məbləğində 25.05.2019-cu il tarixdə 101 AZN məbləğində, 27.05.2019cu il tarixdə 100 AZN məbləğində, 27.05.2019-cu il tarixdə 70 AZN məbləğində, 30.05.2019-cu il tarixdə 100 AZN məbləğində, 30.05.2019-cu il tarixdə 50 AZN məbləğində, 30.05.2019-cu il tarixdə 600 AZN məbləğində, 30.05.2019-cu il tarixdə 100 AZN məbləğində, 02.06.2019-cu il tarixdə 850 AZN məbləğində, 02.06.2019-cu il tarixdə 550 AZN məbləğində, 03.06.2019-cu il tarixdə 230 AZN məbləğində, 05.06.2019-cu il tarixdə 220 AZN məbləğində, 26.07.2019-cu il tarixdə 100 AZN məbləğində, 26.07.2019cu il tarixdə 800 AZN məbləğində, 30.07.2019-cu il tarixdə 400 AZN məbləğində, 30.07.2019-cu il tarixdə 150 AZN məbləğində, 02.08.2019-cu il tarixdə 750 AZN məbləğində, 25.08.2019-cu il tarixdə 400 AZN məbləğində, 24.09.2019-cu il tarixdə 300 AZN məbləğində, 25.09.2019-cu il tarixdə 300 AZN məbləğində, 06.10.2019-cu il tarixdə 200 AZN məbləğində, 14.10.2019-cu il tarixdə 260 AZN məbləğində, 15.10.2019-cu il tarixdə 170 AZN məbləğində, 17.10.2019-cu il tarixdə 51 AZN məbləğində, 18.10.2019-cu il tarixdə 100 AZN məbləğində və 07.12.2019-cu il tarixdə 100 AZN olmaqla ümumi olaraq yuxarıdakı tarixlərdə bağlanmış borc müqavailələri üzrə verilmiş borc məbləği 17082 (on yeddi min səksən iki) AZN təşkil edir. Vəsaiti vaxtında qaytarılmaması səbəbindən bildiriş yazılan günə borc məbləği 17082 AZN əsas borc, 1067 AZN faiz borcu təşkil edir. Bu bildirişlə xahiş olunur ki, 20 (iyirmi) gün müddətində verilmiş pul vəsiti geri qaytarılsın. Əks halda hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tovuz RPŞ tərəfindən verilmiş 20.02.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuş və Tovuz rayonu, Abulbəyli kəndində qeydiyyatdadır. ASAN2 tərəfindən verilmiş 14.09.2016-cı il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, Cavabdeh xx.xx.1980-cı ildə Tovuz şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi, ev 3 A,m.6 qeydiyyatdadır. Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh 27.05.2019-cu il tarixdə 101 AZN, 27.05.2019-cu il tarixdə 100 AZN, 21.05.2019-cu il tarixdə 250 AZN, 02.06.2019-cu il tarixdə 850 AZN, 27.05.2019-cu il tarixdə 70 AZN, 05.06.2019-cu il tarixdə 220 AZN, 30.05.2019-cu il tarixdə 100 AZN, 26.07.2019-cu il tarixdə 100 AZN, 07.12.2019-cu il tarixdə 100 AZN, 30.05.2019-cu il tarixdə 50 AZN, 02.06.2019-cu il tarixdə 500 AZN, 30.05.2019-cu il tarixdə 600 AZN, 03.06.2019-cu il tarixdə 230 AZN, 26.07.2019-cu il tarixdə 800 AZN, 02.08.2019-cu il tarixdə 750 AZN, 24.09.2019-cu il tarixdə 300 AZN, 25.08.2019-cu il tarixdə 400 AZN, 06.10.2019-cu il tarixdə 200 AZN, 17.10.2019-cu il tarixdə 51 AZN, 18.10.2019-cu il tarixdə 100 AZN, 25.09.2019-cu il tarixdə 300 AZN, 18.03.2019-cu il tarixdə 500 AZN, 16.05.2019-cu il tarixdə 150 AZN, 15.10.2019-cu il tarixdə 170 AZN, 04.04.2019-cu il tarixə 500 AZN, 26.03.2019-cu il tarixdə 300 AZN, 20.03.2019-cu il tarixdə 300 AZN, 30.07.2019-cu il tarixdə 150 AZN, 30.05.2019-cu il tarixdə 100 AZN, 13.05.2019-cu il tarixdə 1000 AZN, 14.10.2019-cu il tarixdə 260 AZN, 07.04.2019-cu il tarixdə 500 AZN, 30.03.2019-cu il tarixdə 200 AZN, 30.07.2019-cu il tarixdə 400 AZN, 22.03.2019-cu il tarixdə 200 AZN, 13.04.2019-cu il tarixdə 500 AZN, 06.05.2019-cu il tarixdə 1300 AZN, 09.04.2019-cu il tarixdə 600 AZN, 17.04.2019-cu il tarixdə 1500 AZN, 08.05.2019-cu il tarixdə 500 AZN, 20.05.2019-cu il tarixdə 350 AZN, 15.05.2019-cu il tarixdə 350 AZN, 06.05.2019-cu il tarixdə 220 AZN, 14.05.2019-cu il tarixdə 300 AZN, 25.05.2019-cu il tarixdə 200 AZN ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehin istəyi ilə onun **********942442 saylı kapital bank kartına aşağıdakı tarix və məbləğlərdə ayrı-ayrı vaxtlarda bağlanmış şifahi borc müqaviləsinə əsasən pul vəsaiti köçürüldüyünü iddia etsə də buna dair inandırıcı sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Bu prinsip Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır və bu qaydaya görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edir. İşə hərtərəfli baxılması məhkəmə tərəfindən qanuni və əsaslandırılmış qərarın çıxarılması, tərəflərin prosesdə fəallığı, öz mövqeyini müdafiə etmək üçün dəlillər gətirməsi, əks tərəfin sübutlarını və dəlillərini rədd etməsi üçün geniş imkanlara malik olması ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiasının hüquqi əsası yoxdur, iddiaçı iddiasını əsaslı və qanuni edən borcun verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsinə əlavə edilmiş mövcud sənədlər üzrə məhkəmədə araşdırılma aparılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. İddiaçının cavabdehə pul əməliyyatları ilə bağlı təqdim etdiyi sənədlərdə İddiaçı adından cavabdehin hesabına pulun köçürülməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi, iddiaçı şəxsin iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsas məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1447/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1447/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver