Məhkəmə qərarları › İş №2(005)-1452/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1452/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1452/2021 07.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Tayşi Mehmet Muhtar oğluna və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC-nin cavabdehlər Tayşi Mehmet Muhtar oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 12190.65 manat kredit borcu, 1946.03 manat faiz borcu və 3208.81 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17.345 (on yeddi min üç yüz qırx beş) manat 49 (qırx doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Tayşi Mehmet Muhtar oğluna İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 004L**********86 saylı uzun müddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzun müddətli kredit müqaviləsi üzrə Tayşi Mehmet Muhtar oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 004R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 (iyirmi beş min) manat məbləğində kredit götürmüşdür.Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Tayşi Mehmet Muhtar oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır.Tayşi Mehmet Muhtar oğlu götürdüyü kredit borcundan 12809.35 manat ödəmiş, onun 12190.65 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 188 gün üçün hesablanmış faiz borcu 1946.03 manat təşkil edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; İddiaçı QSC “Badamdar” filialı ilə cavabdeh Tayşi Mehmet Muhtar oğlu arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli 004L**********86 nömrəli uzunmüddətli kredit müqaviləsindən görünür ki, cavabdeh Tayşi Mehmet Muhtar oğluna 120 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 1.000.000 (bir milyon) manat məbləğində kredit verilmiş müqavilənin 1.3-cü bəndinə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 120 (yüz iyirmi) ay, xx xxxxxxx 2028-ci il tarixdən gec olmayaraq verməlidir. Bu müqavilə və kredit razılaşmaları əsasında verilmiş kreditlərin illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz müəyyən olunur. xx xxxxxxx 2018-ci il tarixli 004R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndindən görünür ki, bank məbləği 25.000.00 (iyirmi beş min) manat olan krediti (bundan sonra “kredit” adlandırlacaq) xx.xx.2018 tarixdən xx xxxxxxx 2019-cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.0833 (iki tam on mindən səkkiz yüz otuz üç) % xx xxxxxxx 2019 tarixdən xx xxxxxxx 2020 tarixinə qədər 1.9167 (bir tam on mində doqquz min bir yüz altmış yeddi) % olmaqla 24 (iyirmi dörd) ay müddətinə kredit alana verir. xx xxxxxxx 2018-ci il tarixli ödəniş planından görünür ki, cavabdehin aylıq ödənilməli məbləği 1324.00 (min üç yüz iyirmi dörd manat sıfır sıfır qəpik) manat təşkil edir. xx.xx.2020-ci il tarixli 004R**********S kredit razılaşması və ödəniş planına dəyişiklik edlməsi haqqında sazişin 1-ci bəndinə əsasən bank ilə kredit alan arasında 25 oktyabr 2018-ci il tarixli 004L**********86 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx xxxxxxx 2018-ci il tarixdə bağlanmış 004R********** kredit razılaşması (“kredit razılaşması”) əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri və sazişə əlavə olunan xx xxxxxx 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir; Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 004S**********02 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdehin əsas məbləğ üzrə borc 12.190.65 manat, faiz üzrə borc 1946.03 manat, cərimə borcu 3208.81 manat olmaqla cəmi borc məbləği 17.345.49 manatdır. xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, xx.xx.2020 tarixnədək gecikdirilmiş ödəniş məbləği banka qaytarılmayacağı təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcək və banka borclu olduğu halda 18.209.39 manat məbləğin (12.190.65 manat təşkil edən əsas məbləğ, 2188,21 manat faiz məbləği və 3830,53 manat cərimə məbləği) həmçinin xx.xx.2020-ci il tarixindən sonra hesablancaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcək. Bu halda təkcə banka borc olan məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərclərin ödəniləcəyi bildirilmişdir. xx.xx.2018-ci il tarixli kreditin verilməsi vərəqəsindən görünür ki, cavabdeh 25.000.00 (iyirmi beş min manat 00 qəpik) manat məbləğində vəsaiti qəbul edərək öz şəxsi imzası ilə təsdiq etmişdir. 0****** nömrəli müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, cavabdeh Mehmet Muhtar xx.xx.1978-ci il tarixdə Türkiyə Respublikasında doğulmuşdur. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 99M, mən 8-də müvəqqəti qeydiyyatdadır. Asan-1 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, digər Cavabdeh2 xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Nərimanov ray., H.Əliyev pr. Ev 99/1,m 8 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Kommersiya qrumlarının dövlət reyestri məlumatlarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 2lasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh1na münasibətdə qismən təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: “xxxx” QSC tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2021-ci il tarixli 08 nömrəli cədvəldən görünür ki, Tayşi Mehmet Muhtar oğlunun xx xxxxxxxx 2018-ci il tarixli 004R********** saylı müqavilə üzrə 3208,81 (üç min iki yüz səkkiz manat səksən bir qəpik) manat cərimə borcu vardır. Məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmalı və 100 manata endirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə ki, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdeh Tayşi Mehmet Muhtar oğlundan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, “xxxx” QSC-nin “Badamdar” filialı ilə Tayşi Mehmet Muhtar oğlu arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli 004R********** saylı kredit müqaviləsi üzrə cavabdeh Tayşi Mehmet Muhtar oğlundan 12190,65 (on iki min yüz doxsan manat, 65 qəpik) manat əsas, 1946,03 (min doqquz yüz qırx altı manat sıfır üç qəpik) manat məbləğində faiz borcu, 100 (yüz manat) manat cərimə borcu olmaqla, ümumilikdə 14.236,68 (on dörd min iki yüz otuz altı manat, 68 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehlər Tayşi Mehmet Muhtar oğlundan və X1 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Tayşi Mehmet Muhtar oğlundan və X1 müştərək qaydada 12190,65 (on iki min yüz doxsan manat, 65 qəpik) manat əsas, 1946,03 (min doqquz yüz qırx altı manat, 03 qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 14.236.68 (on dörd min iki yüz otuz altı, 68 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar