Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-146/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi Cavabdeh1 və Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMCnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1dan "xxxx" EŞM-nə vurulmuş ziyana görə 4597 manat 47 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandıılrmışdır ki, Cavabdeh1 20.12.2019-cu il tarixində H.Əliyev prospektində elektron hesablayıcı maşınlar zavodunun yaxınlığında idarə etdiyi “Hundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla "xxxx" X1 balansında olan 1 ədəd “Klassik" tipli işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə 7903 manat dəyərində maddi ziyan yetirmişdir.Yetirilmiş maddi ziyanın 3307 manat 53 qəpiiyi Azərbaycan Sənaye Sığorta şirkəti tərəfindən ödənilmiş, qalan 4597 manat 47 qəpiyi isə ödənilməmişdir.Cavabdeh 4597 manat 47 qəpiyin ödənilməsi üçün dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Daha sonra iddiaçı əlavə cavabdehin cəlb edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh2 MMC əlavə cavabdeh qismində cəlb edilməsi və Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 vurulmuş 4597.47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat məbləğində maddi ziyanın, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqı daxil olmaqla, cəmi 4627.87 (dörd min altı yüz iyrimi yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 cəmi 4627.87 (dörd min altı yüz iyrimi yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 MMC və ondan iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirərək, iddia tələbini qəbul etdi. Cavabdeh2 MMC məhkəmə iclasında iddia tələbini qəbul etmədi və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh2” MMC məhkəməyə etiraz təqdim edərək, iddiaçı Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti "xxxx"X1 cavabdehlər Cavabdeh1 və "Cavabdeh2" MMC-yə qarşı 4597,47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) AZN pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi cavabdeh "Cavabdeh2" MMC-yə münasibətdə tam rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X2 məlumat verilməsinə baxmayaraq iddiaçı heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan TP3422021 saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, 06.06.2020-ci il tarixə AR İXM-nin 327.1.1-ci maddəsində əsasən inzibati xəta törətmiş və AR İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan, nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, Cavabdeh1 “Hundai” markalı, **-PB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını Cavabdeh2 MMC tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. İş materiallarında olan 12.01.2009-cu il tarixli aktdan görünür ki, “Bakelektro” ATSC-nin iş icraçısı Abasov A.C., iş icraçısı Babayev A.M.. usta Ostanov EA., digər tərəfdən “xxxx” EŞM-nin baş mühəndisi T.Məmmədov, baş mühasib S.Böyük-zadə. Nərimanov TlXS-nin rəisi L.Məmmədov, Nizami TİXS-nin rəisi Z.Əlimərdanov bu aktı ona görə tərtib etmişlər ki, Heydər Əliyev prospekti, M.Əzizbəyov metrosu dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun işıqlandırma sistemini əvəzsiz olaraq birinci tərəf “ xxxx” EŞM-nin balansına təhvil verir. Heydər Əliyev prospekti, M.Əzizbəyov metrosu dairəsindən Səttarxan körpüsünə qədər yeni yolun İşıqlandırılması avadanlıqlarının və materiallarının balans dəyər cəmi 5385390,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Sənaye Sığortasının İ-005/20 №-li aktdan görünür ki, hadisə nəticəsində işıq dirəyi zədələnmiş, müştəriyə 3307,53 manat ödənilmişdir. İş materiallarında olan 25.07.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh1 işlər departamenti inzibati təsərrüfat bölməsində sürücü vəsifəsində işə başlamışdır. İş materiallarında olan Azərbaycan Respubliakası Məhkəmə Ekspertizası Mərkəzinin 9/4077 saylı ekspert rəyindən görünür ki, Respublikada yerləşən ticarət şəbəkələrində mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara, eləcə də “xxxx” X4 tərəfindən tərtib edilmiş 24.12.2019-cu il tarixli Akta əsasən 1 ədəd 2009-cu il istehsallı “Klassik” tipli işıq dirəyinin təzə vəziyyətdə orta bazar qiyməti 9300,0 manat, köhnəlmə dərəcəsi nəzərə alınmaqla (15%) qalıq qiyməti 7905,0 manat müəyyən edilir. Mülki işin araşdırılmış hallarından göründüyü kimi, Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi avtomaşınla "xxxx" X1 balansında olan 1 ədəd işıq dirəyini vurub sıradan çıxarmış və nəticədə müəssisəyə maddi ziyan yetirmişdir. Yetirilmiş maddi ziyanın bir qismi Sığorta şirkəti tərəfindən ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. (maddə 1097.3) Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya vurulmuş maddi ziyan cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Ziyanın məbləğinə gəldilkdə, məhkəmə hesab edir ki, ziyanın bir qismi sığortaçı tərəfindən ödənildiyindən, ödənilməyən məbləğ – 4597.47 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 aid ediməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4597.47 (dörd min beş yüz doxsan yeddi manat qırx yeddi qəpik) manat maddi ziyan, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 qəpik bank xidmət haqqı, cəmi 4627.87 (dörd min altı yüz iyrimi yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 MMC-dən iddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-146/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-146/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver