Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1472/2024 03.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 10 fevral 2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və həmçinin mediasiya proseslərində çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli 2(008)-2777/11 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nigah pozulmuşdur. Qətnaməyə əsasən tərəflər arasında 22 iyul 2004-cü ildə bağlanmış nigahın pozulması və birgə nigahdan olan 22 iyun 2005-ci il təvəllüdlü X11 və 10 fevral 2008-ci il təvəllüdlü X7 ananın yanında qalmasına qərar çıxarılmışdır. Eyni zamanda uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən aliment tutulmasına qərar qəbul edilmişdir. Lakin həmin vaxtdan başlayaraq cavabdeh aliment ödənişlərini gecikdirmiş və ya qəsdən yayınmışdır. Nəticədə xeyli miqdarda borc yığılmışdır. 2022-ci ilin Yanvar ayında mediator vasitəsilə ayda 300 (üç yüz) manat ödəniş edilməsinə və köhnə borcların ödənilməsinə razılıq əldə edilməsinə baxmayaraq borclu səmimiyyətindən istifadə edib müxtəlif bəhanələrlə vaxt qazanaraq yığılmış borcların ödənilməsindən qəsdən yayınmışdır. X8 18 yaşına çatmasından sonra artıq heç kimdən qorxmadığını və heç bir borc ödəməyəcəyini bildirmişdir. Bütün bu illər ərzində uşaqların qayğı və ehtiyacları tamamilə öz üstündədir. Böyüdükcə uşaqlarda ataya qarşı ehtiyac və tələbat artsa da, ata onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı maddi tələbatlarını ödəmək tək qadın olaraq özü üçün çox çətindir. Hal-hazırda X7 16 yaşı var. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdehin göndərdiyi 150 (bir yüz əlli) manat uşağın heç bir tələbatının ödənilməsinə yetmir. 2024-cü ilin 31 yanvar tarixində mediator vasitəsilə aliment məbləğinin artırılması üçün razılıq əldə etməyə çalışsa da cavabdeh kobud və təhqiramiz ifadələrlə razılaşmadan və Mediasiya xərclərini ödəməkdən imtina etmişdir. Buna görə də "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2008-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və həmçinin mediasiya proseslərində çəkilən xərclərin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 200 manat aliment ödənilməsinə razı deyildir, 220 manat məbləğində aliment ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hal-hazırda evlidir və həmin nikahdan övladı var. Sonuncu dəfə mediasiya zamanı 180 manatla razı olduğunu bildirmişdir. Bugünkü gündə aldığı əmək haqqı ilə hər ay ödəniş etmişdir. 235 manat alimentə razı deyildir, 200 manat məbləğində aliment ödəyə bilər, 200 manatdan artıq ödəyə bilməyəcəkdir, çünki digər nikahdan olan övladı da xəstədir. Lakin gələcəkdə işi olmasa həmin məbləği ödəyə bilməyəcək. Özəl işdə işləməsini və başqa nikahdan övladının olmasının nəzərə alınmasını xahiş edir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2777/11 saylı 11 oktyabr 2011-ci il tarixli qətnaməsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə X6 arasında 22 iyul 2004-cü il tarixdə Nərimanov Rayon VVADQ Şöbəsində bağlanmış 416 nömrə ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan 22 iyun 2005-ci il tarixdə doğulmuş X11 və 10 fevral 2008-ci il tarixdə doğulmuş X7 anası X3 yanında qalması, 26 iyul 2011-ci il tarixdən başlayaraq Cavabdeh 22 iyun 2005-ci il tarixdə doğulmuş X8 və 10 fevral 2008-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay əmək haqqının 1/3 hissəsi məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. - AZ-İİ seriyalı 095513 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 10 fevral 2008-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuşdur. Onun atasının Cavabdeh, anasının X6 olması haqqında 23 aprel 2008ci il tarixdə 835 № ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 129322 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X6 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 07 № ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 957356 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 arasında 14 iyun 2014-cü il tarixdə nikah bağlanmışdır. - AA5169438 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. - Vətəndaşın iş yeri haqqında xx.xx.2024-cü il tarixli elektron arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də Satınalma və Təchizat şöbəsinin mütəxəssisi vəzifəsində işləyir. Ayqlı əmək haqqı 550 manatdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 22 iyun 2005-ci il təvəllüdlü X11 və 10 fevral 2008-ci il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2777/11 saylı 11 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Həmçinin birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmış, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay hər ay əmək haqqının 1/3 hissəsi məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 22 iyun 2005-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatmışdır. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan 10 fevral 2008-ci il təvəllüdlü X2 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 550 manat əmək haqqının hissəsi olaraq ödənilən 150 manat aliment məbləği hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın on üç yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən 220 manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə uşağın yaş həddini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun kifayət qədər məbləğdə artırılmasını, uşağın 13 yaş böyüməsi ilə onun xərclərinin və tələbatlarının artmasını, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, habelə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını və iddiaçının 220 manat aliment ödənilməsi barədə razılığını nəzərə alaraq, alimentin məbləğinin hər ay 220 manat məbləğinə artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin başqa nikahdan uşağının olması barədə dəlilərinə münasibətdə hesab edir ki, bu hallar, cavabdehi əvvəlki nikahdan olan uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Belə ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi cavabdehin də vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsinə verilməsi, uşağa qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin məhkəmə hesab edir ki, mediasiya keçirilməsi üçün ödənilmiş 60 (altmış) manat xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2777/11 saylı 11 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli. Cavabdeh 10 fevral 2008-ci il təvəllüdlü X7 yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10 fevral 2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2777/11 saylı 11 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 10 fevral 2008-ci il təvəllüdlü X7 yaşına çatana qədər saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1472/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1472/2024
03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver