Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-149/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X5 Mehdi qızının katibliyi, Cavabdeh "xxxx"ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X1 bu işlə əlaqədar qəbul etdiyi 18 may 2022-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********61 nömrəli kredit müqaviləsinə əsasən 5500 manat məbləğində kredit 18 ay müddətində 22%-lə ödəmək şərti ilə iddiaçının tam kartına köçürülmüşdür. Lakin müqavilədə həmin məbləğ qeyd edilməmişdir. İddiaçı qeyd etdiyi banka ödəniş cədvəlinə əsasən, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 200 manat, xx.xx.2021-ci ildə 500 manat, xx.xx.2021-ci ildə 500 manat, sonradan isə 250 manat olmaqla cəmisi 1750 manat məbləğində pulu iddiaçıya verilmiş tam kartdan ödəniş etmişdir. Sonradan isə işdən çıxarılmağı ilə əlaqədar qalan ödənişləri edə bilməmiş və hazırda da işsizdir. Buna baxmayaraq Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyəti qeyd etdiyi kredit müqaviləsinə Bakı şəhəri 51 saylı Notariat Ofisinə onlayn vasitəsi ilə iddiaçıdan 6367,43 manat məbləğində pulun tutulmasına dair icra qeydinin yazılmasını bildirmiş və 18 may 2022-ci ildə Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3 iddiaçıdan 6367,43 manat məbləğində pulun “Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmasına dair icra qeydi yazmış və həmin icra qeydini qeydiyyatda olduğu ünvan üzrə Nərimanov rayon İcra Şöbəsinə göndərmişdir. Nərimanov rayon İcra Şöbəsi isə hazırda icra qeydi üzrə yazılmış 6367,43 manat məbləğində pulun iddiaçıdan “Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsini tələb edir. Hesab edir ki, “Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinin sənədləri əsasında Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu X3 iddiaçıya 6367,43 manat məbləğində borc pulu düzgün hesablamayıb. Belə ki, iddiaçıdan tam kart vasitəsi ilə ödədiyi 1750 manat məbləğində puldan faizə hissə-hissə 500 manat tutulmasına baxmayaraq, əlavə aylıq faiz kimi də hesablanmış və icra qeydində əsas, faiz məbləği çox hesablanmışdır. Buna görə hesab edir ki, icra qeydi ləğv edilməli, qeyd etdiyi kredit müqaviləsi üzrə Azərbaycan Beynəlxalq Bank» Açıq Səhmdar Cəmiyyətinə tərəfindən ödəniləcək əsas və faiz borcu mühasibatlıq ekspertizası əsasında müəyyən edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada iddiaçı və digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbdən iştirak etməməsi barədə məhkəməyə müraciət etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən İddiaçı və Bakı şəhəri 51 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyək, iddianın əsassız olduğunu bildirdi, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli X2 əsasən, Bank Müştərinin adına Hesab açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 22 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin xidmətlərini haqlarının ödəməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X3 “Notariat haqqında Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif edirəm həmin sənədlər üzrə AZ1005, ünvan 2 ünvanında yerləşən “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyət VÖEN ********** xeyrinə ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı BPM**********61 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 6367 manat 43 qəpik tutulsun. Bundan əlavə təklif edirəm borcludan İddiaçı tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 6392 manat 43 qəpik pul tutulsun. Həmin icra qeydi xx.xx.2022 tarixdə aparılmışdır. xx.xx.2022-ci il tarixli "xxxx"ASC tərəfindən İddiaçı ünvanlanmış bildirişdə qeyd edilir ki, məlum olduğu kimi, "xxxx" ASC-nin Nərimanov filialı ilə Sizin aranızda bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsinə əsasən sizə 36 ay müddətinə 5500 AZN məbləğində kredit kart verilmişdir. Kredit müqaviləsinə əsasən Siz Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi öz öhdənizə götürmüsünüz. Siz kredit vəsaitindən istifadə etmiş, lakin hesablanmış əsas borc üzrə 5146.36 AZN borcunuz mövcuddur və AR Mülki Məcəlləsinin bir sıra müddəalarını kobud şəkildə pozmuşunuz. Bundan başqa ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə ödəməli olduğunuz əsas borcundan əlavə faiz və cərimə borcu da hesablanır. Yuxarıdakıları nəzərə alaraq, bildiririk ki, borc 20 gün müddətində ödənilmədiyi halda ’’Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacaqdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/806 saylı ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 03 iyul 2020-ci il tarixli, BPM**********61 saylı kredit xətti müqaviləsində qeyd edilən şərtlərə müvafiq olaraq İddiaçı xx.xx.2022-ci il tarixə "xxxx" ASC-yə olan borcu 7.267,38 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.147,75 manat; faiz borcu üzrə 2.119,63 manat. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, "xxxx"ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli X2 əsasən, Bank Müştərinin adına Hesab açmağı, Müştəriyə Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 22 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə Tam kart, eləcə də Hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin xidmətlərini haqlarının ödəməyi, müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Bank tərəfindən borcalana xx.xx.2022-ci il tarixdə bildiriş göndərilərək öhdəliyin lazımınca icra edilməməsi nəticəsində bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********61 saylı kredit müqaviləsindən irəli gələrək 5146.36 AZN borcunun olduğu, habelə həmin borcun gecikdirildiyi üçün faiz və cərimə borcunun hesablandığı bildirilmiş, bu səbəbdən də borcun ödənilməsi təklif edilmiş, notarius tərəfindən icra qeydi aparılacağı barədə məlumat verilmişdir. İddiaçı bildirir ki, icra qeydi üzrə tutulmalı olan borc düzgün hesablanmayıb, onun tərəfindən aparılmış ödənişlər nəzərə alınmadığı üçün əsas və faiz borcu çox hesablanmışdır, bu səbəbdən də icra qeydi ilə razı deyildir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü İddiaçı üzərinə düşür. Azərbaycan Respublikası “Notariat haqqında” Qanununun 76-cı maddəsinə əsasən, Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixə iddiaçının banka olan ümumi borcu 7267,38 manat təşkil etmişdir. Göründüyü kimi, iddia tələbinin dəlilləri ekspertiza rəyi ilə təkzib olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının əsas gətirdiyi dəlillər məhkəmədə işin araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı belə iddia irəli sürməkdə haqlı olmamışdır, bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə həmçinin qeyd edir ki, icra qeydi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı xəbərnaməli poçtla bildiriş göndərilmiş, həmin bildiriş ünvan sahibinə çatdırılmış, nəhayət borclu tərəfindən öhdəlikləri yerinə yetirilmədiyindən Notarius xx.xx.2022-ci il tarixdə icra qeydi vermişdir. Məhkəmə yekun olaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 saylı Notariat Ofisinə və "xxxx" ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-149/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-149/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver