Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1498/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızı, İddiaçı Cavabdeh MMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı CavabdehMMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ünvan 1 ünvanında yerləşən 264.4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi ilə əlaqədar qiymətləndirmə rəyinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1461/2020 saylı 27.01.2020-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(007)-82/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 08 fevral 2016-cı il tarixli 152667-1-17634/1/1 nömrəli kredit müqaviləsi üzrə 80.681,87 ABŞ dolları əsas borc, 7762,43 ABŞ dolları faiz borcu olmaqla, cəmi 88.444,3 ABŞ dolları borcun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin X2 və İddiaçı Talib oğlundan müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın X1 məxsus olan və banka ipoteka qoyulmuş ünvan 2 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, əmlak açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsaitin hesabına “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 750.000 manat məbləğində müəyyən edilməsi, hərrac yolu ilə əldə edilən pul vəsaitindən “Bank VTB (Azərbaycan)” ASC-yə olan borca ödənildikdən sonra, artıq pul vəsaitinin qaldığı halda X1 verilməsi, hərrac yolu ilə satıldıqdan bir ay sonra ünvan 3 ünvanında istifadədə olan 0.03129 ha torpaq sahəsində yerləşən 264,4 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, ipoteka predmetinin ilkin qiymətləndirilməsi xərci qismində 100 manat pulun X2 və İddiaçı Talib oğlundan müştərək qaydada alınaraq, "xxxx" MMC-nin hesabına ipoteka predmetinin təkrar qiymətləndirilməsi xərci qismində 250 manat pulun “Bank VTB (Azərbaycan)” ASC-dən alınaraq Cavabdeh MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Beləliklə iddia ərizəsinin mümkünlüyünü yoxlayan zaman aydın olmuşdur ki, iddiaçının hazırda iddia tələbində qeyd etdiyi hallara Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(007)-82/2019 saylı qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərardadından göründüyü kimi mübahisəli əmlaka qoyulmuş qiymətlər arasında kəskin fərq olduğundan yenidən qiymətləndirilmə təyin edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyil. Belə ki, iddia ərzəsində qiymətləndirici (cavabdeh) tərəfindən verilmiş qiymətləndirmə hesabatı mübahisələndirilib. Bu hesabat başqa mülki iş üzrə məhkəmənin qərardadı əsasında verilib və həmin mülki işdə sübutetmə vasitəsidir. Mülki işdə sübutetmə vasitələri iddia ərizəsi verilməklə mübahisələndirilə bilməz, bunun üçün məhkəmə aktlarından prosessual qanunvericilikdə müəyyən edilmiş qaydada şikayət verilməlidir. Belə ki, hazırki mübahisəli məsələyə digər məhkəmə icraatı çərçivəsində vəsatətlər və s. ilə yenidən baxılması üçün müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149.2.5, 150.0.5, 152.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı CavabdehMMC-yə qarşı “qiymətləndirmə rəyinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1498/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1498/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver