Məhkəmə qərarları › İş №2(005)-15/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-15/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-15/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Yuriyeviçin və onun vəkili Vəkil2, X1 iştirakları ilə, İddiaçı Cavabdeh Yuriyeviçə qarşı “paylara uyğun əmlakın naturada bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Yuriyeviçə qarşı “paylı mülkiyyətdə olan paya kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yuriyeviçə 5.000 (beş min) manat kompensasiya ödənilməklə onun və Cavabdeh Yuriyeviçin paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 (iki) otaqlı mənzilindən paylı mülkiyyət hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X6 ünvan 1 ünvanda yerləşən 2 (iki) otaqlı mənzildən özünə məxsus 4/6 hissəsini 09 aprel 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən ona bağışlamışdır. Bundan sonra miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında mülkiyyətçi kimi payların müəyyən olunması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhəri Ərazi İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən mübahisəli mənzilin 5/6 hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1613 nömrəli reyestr kitabının 147771 nömrəli vərəqində qeydiyyata alınmış, mübahisəli mənzil üzərində Cavabdeh Yuriyeviçin 1/6 hissədə payı açıq saxlanılmışdır. Cavabdeh Yuriyeviç mübahisəli mənzildə qeydiyyatda olsa da 7-8 ildir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçərək orada yaşayırlar. Eləcə də, Cavabdeh Yuriyeviçin mübahisəli mənzil üzərində payı 1/6 hissə təşkil edir ki, bu da ümumi payın cüzi hissəsidir. Paylı mülkiyyətdə olan yaşayış evinin bölünməsi mümkün deyildir. Cavabdeh Yuriyeviç mübahisəli-paylı mülkiyyətdə olan mənzildə yaşamadığından və mübahisəli mənzildən istifadə etmədiyindən onun ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyi yoxdur. Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq elməklə və qiymətləndirməklə həll olunur. Hesab edir ki, Cavabdeh Yuriyeviçin mübahisəli mənzil üzərində payı cüzi olduğundan Cavabdeh Yuriyeviçə 5.000 (beş min) manat kompensasiya ödənilməklə onun və Cavabdeh Yuriyeviçin paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 (iki) otaqlı mənzilindən paylı mülkiyyət hüququna xitam verilməlidir. İddiaçı iddia tələbinin əsasının dəyişdirilməsinə dair iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh Yuriyeviçin paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilindən onun 5/6 hissədə payının naturada ayrılaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı müvafiq ərizəsini onunla əsaslandırmışdır ki, iddia tələbinin əsası dəyişdirilməli və paylı mülkiyyətlərində olan ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzilindən 5/6 hissə payının naturada ayırlaraq ona verilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, mübahisəli mənzilin 5/6 hissəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 1613 nömrəli reyestr kitabının 147771 nömrəli vərəqində qeydiyyata alınmış, mübahisəli mənzil üzərində Cavabdeh Yuriyeviçin 1/6 hissədə payı açıq saxlanılmışdır. Göründüyü kimi, mülki qanunvericiliyə görə ümumi birgə mülkiyyətdə olan hər hansı əşyanın bölünməsi üçün ilk növbədə həmin əşyada tərəflərin payları müəyyən edilməlidir. İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil1u məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Yuriyeviçin və onun vəkili Vəkil2 məhkəmə iclasında bildirdilər ki, əmlakın naturada ayrılmasına etiraz etmirlər, lakin müvafiq ekspert rəyi ilə bu mümkün olmadıgından iddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki iş materillarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-680/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, cavabdeh İddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinə dair Bakı şəhəri 21 saylı Notariat Kontoru tərəfindən verilmiş 29 fevral 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən etibarsız hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin 1/3 hissəsinə X3 və 1/3 hissəsinə İddiaçı Yuriyevnanın vərəsəlik hüquqları tanınması, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(005)-584/2020 nömrəli qətnaməsi qalan hissələrdə dəyişdirilmədən saxlanılması, iddiaçı Cavabdeh Yuriyeviçin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(005)- 2224/2019 nömrəli qətmaməsi ləğv edilsin və həmin iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh Yuriyeviçin iddiası qismən təmin edilməsi, X6 ilə İddiaçı arasında Bakı şəhəri 21 saylı Notariat Kontorunda bağlanılmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsi qismən etibarsız hesab edilsin, yəni həmin müqavilə üzrə X6 tərəfindən İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilin 1/3 hissəsi bağışlanılmış hesab edilməsi, Cavabdeh Yuriyeviçin Bakı şəhəri, Nərimanov rayonu, F.Məmmədov küçəsi, 10 saylı evin 4 saylı mənzilinin onun miras payı olan 1/3 hissəsindən istifadəsinə İddiaçı tərəfindən yaradılan maneələr aradan qaldırılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küç.ev 10, mənzil 4 2/3 hissədə İddiaçı Yuriyevnanın və 1/3 hissədə Cavabdeh Yuriyeviçin mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-cu il tarixli, 10/5498 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küç.ev 10, mənzil 4 –ün iddiaçının və cavabdehin payına uyğun naturada təcrid şəkildə bölünməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1., 2.1., 2.2., 2.4., 2.9 bəndlərinin və məhkəmə Tikinti-X4 Metodları "Yaşayış evlərinin bölgü variantlarının işlənib hazırlanması” metodikasına müvafiq olaraq, texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küç.ev 10, 4 saylı mənzil 2/3 hissədə İddiaçı Yuriyevnanın və 1/3 hissədə Cavabdeh Yuriyeviçin mülkiyyətindədir. Ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, Firdovsi Məmmədov küç.ev 10, 4 saylı mənzilin tərəflərin payına uyğun olaraq, təcrid mənzil şəklində ayrı-ayrılıqda naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Mənzil şəklində ayrı-ayrılıqda naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığını müəyyən edən müvafiq ekspert rəyini nəzərə alaraq hesab edir ki, paylı mülkiyyətdə olan mənzil mülkiyyətçilər arasında bölünə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh Yuriyeviçə qarşı “paylara uyğun əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin ediməməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Yuriyeviçə qarşı “paylara uyğun əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat İddiaçı tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar