Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1500/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməlinin törədilməsi nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin müqabilində müvafiq olaraq, 10710 manat və 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 137,13 manat ümumilikdə 15847,13 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı, barəsində hökm çıxarılmış, məhkum X10 cinayət əməli nəticəsində zərərçəkmiş şəxs kimi tanınmışdır. İddia ərizəsinə qoşma kimi əlavə olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-71/2023 nömrəli hökmündə də göstərildiyi kimi, Nərmin Dadaşova, hüquqi ünvanı ünvan 1t göstərdiyi ünvan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi ev 215 olan, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsində ********** (VÖEN) nömrəsi ilə dövlət qeydiyyatına alınmaqla turizm sahəsində əvvəlcədən sifarişetmə xidmət fəaliyyəti ilə məşğul olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə özünün xx.xx.2019-cu il tarixli 02 №-li əmri ilə direktor vəzifəsinə təyin edilməklə hazırkı vaxtadək həmin vəzifədə işləyərkən, təkrarən öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə 2019-cu ilin iyul ayında özü, ailə üzvləri və qohumları (arvadı X11, 2015-ci il təvəllüdlü övladı X18, atası X2, anası X7, bacısı X21, bacısının övladları 2004-cü il təvəllüdlü X24 və 2009-cu il təvəllüdlü X19, yəni ümumilikdə səkkiz nəfərin) Türkiyə Respublikasındakı otellərdə istirahət etmələri üçün otel və aviabiletin təşkili ilə bağlı müraciətinə digər turizm şirkətləri ilə müqayisədə daha münasib qiymətə və şərtlərlə, cəmi 7500 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 12750 manat pulun müqabilində gediş-qayıdış aviabiletləri ilə döviətlərarası transfer (daşıma), turizm səfər sığortası, daxili otel transferi, oteldə qalma və «bütün qidalanma» daxil olmaqla 17 avqust 2019-cu il tarixindən 24 avqust 2019-cu il tarixədək olan müddətdə Türkiyə Respublikasının Antalya şəhəri, Belek bölgəsində yerləşən «X32» otelində istirahət etməklərindən ötrü turistik istirahət paketi təşkil edəcəyinə dair yalan vədlər vermişdir. O ona inanıb razılaşdıqdan sonra o, ondan ilkin olaraq milli məzənnə ilə 6800 manat təşkil edən 4000 ABŞ dolları məbləğində pulu 23 iyul 2019-cu il tarixdə, milli məzənnə ilə 1700 manat təşkil edən 1000 ABŞ dolları məbləğində pulu 31 iyul 2019-cu il tarixdə, milli məzənnə ilə 2210 manat təşkil edən 1300 ABŞ dolları məbləğində pulu 03 avqust 2019-cu il tarixdə, ümumilikdə milli məzənnə ilə cəmi 10710 manat təşkil edən 6300 ABŞ dolları məbləğində pulu eyni məkanda, yəni "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən ofisdə ələ keçirmiş, lakin ona vəd verdiyi turistik istirahət paketini təşkil etməyərək həmin pulları şəxsi ehtiyac və məsrəflərinə sərf edib, həqiqi cinayətkar məqsədini pərdələmək, görüntü yaratmaq üçün onun və istirahətə yollanmalı yaxınlarının şəxsiyyətlərini təsdiq edən sənədlər barədə məlumatları götürərək özündə saxlayıb ödənişin "xxxx" MMCyə mədaxil olunmasını təsdiq edən şəxsən tərtib etdiyi 23 iyul 2019-cu il tarixli, 001739 nömrəli və həmin MMC-də satış meneceri vəzifəsində işləyən X8 tərtib etdirdiyi, növbəti ödənişi də qeyd etdiyi 31 iyul 2019-cu il tarixli, 001752 nömrəli kassa mədaxil order qəbzlərini təqdim etməklə və sonradan İddiaçı, arvadının və övladının adlarına yalnız sifariş verib rezerv etdiyi, ödənişi keçirilməmiş, printer vasitəsilə çap edərək tərtib etdiyi üzərlərində İddiaçı, X4 və X9 adları qeyd olunmuş, "xxxx" QSC ilə 17 avqust 2019-cu il tarixə Türkiyə Respublikası Antalya şəhərindəki aeroporta gediş və 24 avqust 2019-cu il tarixə qayıdışla bağlı qeydlər olan aviabiletlərdən, üzərlərində İddiaçı, Aliyeva Türkanın və Məmmədov Hüseynin adları qeyd olunmaqla içərisində aviauçuşlann tarixləri ilə bağlı məlumatlar da əks olunmuş Türkiyə Respublikasının Antalya şəhəri, Belek ərazisində yerləşən «X32 5*» otelində 17 avqust 2019-cu il tarixdən 24 avqust 2019-cu il tarixədək istirahətin təşkili ilə bağlı otel vouçerindən məlumat xarakterli elektron çıxarışları, habelə "xxxx" Sığorta şirkəti ASC- nin, şəhadətnamə №-si SS-07296606 olan, xx.xx.2019-cu il tarixli turizm səfər sığortası şəhadətnamələrindən çıxarışları mənə təqdim etməklə öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla özgənin, yəni mənim vahid niyyətlə ümumilikdə 10710 (on min yeddi yüz on) manat məbləğində əmlakımı ələ keçirərək təkrarən dələduzluq etmiş və mən aldanıldığımı başa düşüb istirahətin təşkili ilə bağlı milli məzənnə ilə 2040 manat təşkil edən daha 1200 ABŞ dolları məbləğində pulu ona verməkdən imtina etdiyimdən, yəni bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə, xeyli miqdarda ziyan vurmaqla mənim 7500 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 12750 (on iki min yeddi yüz əlli) manat məbləğində pul vəsaitimi dələduzluq yolu ilə təkrarən ələ keçirməyə cəhd etmişdir. Cavabdeh məhkəmədə qeyd olunan epizodla əlaqədar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu aldatmış, ona və yaxınlarına Türkiyədə istirahət təşkil edəcəyinə dair yalan vəd verib 6300 ABŞ dollar məbləğində pulunu alıb ələ keçirmişdir. Belə ki, o 2019-cu ilin iyul ayında həmin vaxtı işlədiyi ünvan 5 ünvanda yerləşən "xxxx" MMC-yə gəlib bildirmişdir ki, avqust ayında 8 nəfər yaxını ilə Türkiyədə istirahətə yollanmaq istəyir. Onu dinləyib, gedən şəxslərin sayını, yaşını və tarixi biləndən sonra onu da aldadıb pulunu ələ keçirmək qərarına gəlmişdir. Həmin vaxtı ona başqa müştərilərə olan borcuna görə pul lazım olmuşdur. Ona bildirmişdir ki, digər turizm şirkətlərindən ucuz qiymətə, hissə-hissə ödəmək şərti ilə cəmi 7500 ABŞ dolları müqabilində özünə, habelə arvadı X5, oğlu X12, atası X1, anası X13ma, bacısı X17, bacısı uşaqları X20 və X14 gediş-qayıdış aviabiletləri, sığorta, transfer daxil 17 avqust 2019-cu il tarixdən 24 avqust 2019-cu il tarixədək olan müddətdə Türkiyə Respublikasının Antalya şəhəri, Belek bölgəsində yerləşən «X32» otelində istirahət təşkil edə bilər. O cavabdehə inanıb razılaşmış və elə həmin günü, yəni 23 iyul 2019-cu il tarixdə işlədiyi "xxxx" MMC-də ona 4000 ABŞ dolları pul ödəmişdir. Pulu ondan alanda inandırıcı görünsün deyə, həmin məbləği milli məzənnə ilə 6800 manat kimi göstərib ona şəxsən tərtib etdiyi "xxxx" MMC-nin 23 iyul 2019-cu il tarixli 001739 nömrəli kassa mədaxil order qəbzini təqdim etmişdir. Ondan özü və yaxınları barədə məlumatları götürüb yalandan bildirmişdir ki, onlar üçün vəd verdiyi otel, aviabiletləri, sığorta, transferi həll edəcəkdir. Həmin 4000 ABŞ dollarını MMC-yə mədaxil etməmiş, ona bildirmədən şəxsi problemlərinə sərf etmişdir. 31 iyul 2019-cu il tarixdə o onun işlədiyi "xxxx" MMC-yə gəlib ona əlavə olaraq da 1000 ABŞ dolları da ödəniş etmişdir. O, həmin pulu da qəbul edib, ona "xxxx" MMC-nin 31 iyul 2019-cu il tarixli, 001752 saylı kassa mədaxil order qəbzini işçisi Səkinə Rüstəmovaya tərtib etdirib təqdim etmişdir. Qəbzdə 1000 ABŞ dollarını mili məzənnə ilə 1700 manat kimi yazdırmışdır. Həmin 1000 ABŞ dollarını MMC-yə mədaxil etmədən şəxsi ehtiyaclarına sərf etmişdir. 3 avqust 2019-cu il tarixdə o onun iş yerinə gəlib, ona əlavə olaraq 1300 ABŞ dolları da ödəniş etmişdir. Həmin pulu təhvil aldıqda ona əvvəl verdiyi "xxxx" MMC- nin 31 iyul 2019-cu il tarixli, 001752 nömrəli kassa mədaxil order qəbzini ondan götürüb həmin qəbzin arxa tərəfində 2210 azn (1300 ABŞ dolları) qəbul etmiş, 03 avqust 2019-cu il söz və rəqəmlərini yazıb qəbzin özünü ona qaytarmışdır. Həmin 1300 ABŞ dollarını da MMC-yə mədaxil etməmiş, ona bildirmədən şəxsi problemlərinə sərf etmişdir. Beləliklə o, ondan milli məzənnə ilə cəmi 10710 manat, 6300 ABŞ dollar pul almışdır. O ondan otel vauçerlərini istədiyindən o, inandıncı görünməsi və həm də vaxt qazanmaq üçün ona ödəniş olmayan, yalnız boş rezerv edilmiş İddiaçı, Hüseyn Məmmədov, Türkan Alıyevanın adlarına "xxxx" QSC ilə 17 avqust 2019-cu il tarixə Türkiyə Respublikası Antalya şəhərindəki aeroporta gediş və 24 avqust 2019-cu il tarixə qayıdışla bağlı qeydlər olan aviabiletlərdən, üzərlərində iddiaçının, Hüseyn Məmmədovun, Türkan Alıyevanın adları qeyd olunmaqla içərisində aviauçuşların tarixləri ilə bağlı məlumatlar da əks olunmuş Türkiyə Respublikasının Antalya şəhəri, Belek ərazisində yerləşən «X32 5*» otelində 17 avqust 2019-cu il tarixdən 24 avqust 2019-cu il tarixədək istirahətin təşkili ilə bağlı otel vouçerindən məlumat xarakterli elektron çıxarışlar, habelə "xxxx" Sığorta şirkəti ASC- nin, şəhadətnamə №-si SS-07296606 olan, xx.xx.2019-cu il tarixli turizm səfər sığortası şəhadətnamələrindən çıxarışları təqdim etmişdir. Həqiqətdə cavabdeh onun, Hüseyn Məmmədovun, Türkan Əliyevanın adlarına boş, ödənişsiz otel və aviabilet rezervləri etmiş, həmin rezervlər üzrə ödənişlər olunmadığından daha sonra ləğv olunmuşdur. Həmin çıxarışlar, sığorta sənədləri həqiqi olmuş, lakin, ödəniş olmadığından ləğv olunmuşdur. Ona həmin çıxarış və sənədləri verdikdə bildirmişdir ki, qalan milli məzənnə ilə 2040 manat təşkil edən 1200 ABŞ dollarını ödədikdə digərlərinin adlarına olan çıxarış və sığorta sənədlərini verəcəkdir. İddiaçı, Hüseyn Məmmədov, Türkan Əliyevadan fərqli olaraq digərləri üçün heç rezervlər belə etməmişdir. Vəd verdiyi istirahəti təşkil etmədiyindən ondan yayınmağa başlamışdır. Cavabdeh sonuncu dəfə ondan pul alandan təxminən 2-3 gün sonra ona zəng edib yerdə qalan 1200 ABŞ dollarını da gətirdiyini bildirib, ondan digərlərinin də vauçer, çıxarış və sənədlərini istədikdə onun barəsində artıq başqaları tərəfindən şikayət olunduğundan, həmin pulu ala bilməyib bəhanələr gətirib yayınmışdır. Bir neçə gün sonra Sabit onunla danışdığı zaman etiraf etmişdir ki, onu aldatmış, onlar üçün heç bir otel, aviabilet, sığorta, transfer sifariş etməmişdir. Ona pulunu qaytaracağını demiş, lakin, hazırki vaxta qədər pulunu qaytarmamışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmədə tədqiq edilmiş şahid X6 ifadəsindən görünür ki, X22 onu "xxxx" MMC-də satış meneceri kimi işə götürmüşdür. O, yalnız reklam işinə baxmış və Nərmin Dadaşovanın tapşırıqlarını icra etmişdir. Sonuncunun kimdən nə qədər pul almasından onun xəbəri olmamışdır. Ona dediyi halda müştəriyə qəbz yazıb verirmiş, məbləği də ona məhz Cavabdeh demişcir. Ona təqdim edilmiş 31 iyul 2019-cu il tarixli, 001752 nömrəli kassa mədaxil order qəbzini Cavabdeh göstərişinə əsasən o, yazaraq imzalayıb tərtib etmişdir. Qəbzdəki 1700 AZN, İddiaçı Rasim oğlu kimi sözlər onun tərəfindən yazılmış və imza onun tərəfindən icra edilmişdir. Nərminənin onu aldatmaq fikrindən xəbərdar olmamış, alınan puldan ona pul verilməmişdir. İşin 14-cü cildinin 106-132-ci vərəqələrindəki 18 avqust 2021ci il tarixli protokol və çıxarışlardan görünür ki, istintaq zamanı mərkəzi bankın rəsmi internet səhifəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, o epizodu üzrə 23 iyul 2019- cu il tarixdə, 31 iyul 2019-cu il tarixdə, 03 avqust 2019-cu il tarixdə və 2019-cu ilin avqust ayının 03-dən həmin ayın 18-nə qədər olan müddətdə 1 ABŞ dollarının 1 manata olan milli məzənnəsi 1.7000 azn təşkil etmişdir. Yəni Cavabdeh 23 iyul 2019- cu il tarixdə ələ keçirdiyi ona məxsus 4000 ABŞ dolları 6800 azn, 31 iyul 2019-cu il tarixdə ələ keçirdiyi 1000 ABŞ dolları 1700 azn, 03 avqust 2019-cu il tarixdə ələ keçirdiyi 1300 ABŞ dolları isə 2210 azn təşkil etmişdir. Ümumilikdə ona məxsus ələ keçirilən 6300 ABŞ dolları 10710 azn, ələ keçiriləməyə cəhd edilmiş qalan 1200 ABŞ dolları milli məzənnə ilə 2040 azn təşkil etdiyindən ümumi ələ keçiriləməyə cəhd edilmiş 7500 ABŞ dolları milli məzənnə ilə 12750 AZN təşkil etmişdir. Göründüyü kimi, ona maddi zərər vurulması ilə bağlı yuxarıda qeyd olunan faktlar məhkəmə hökmü ilə təsdiqlənmişdir. Dəymiş maddi zərərdən əlavə, həmin hadisə ilə bağlı yaxın qohumlarının yanında mənəvi iztirab və xəcalət hissi keçirməyi onu dərindən sarsıtmışdır ki, bu da Dadaşova Nərmindən vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində kompensasiyanın onun xeyrinə tutulmasını zəruri edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbinə uyğun izahat verərə, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehiddia tələbini maddi ziyan hissəsində qəbul etdiyini, əməlindən peşman olduğunu, cəzasını hal-hazırda çəkdiyini bildirdi. İddiaçının şirkətin turisti olduğunu, 10.710 manat pulu aldığını xatırladığını, şirkətin daxili problemləri yaranması səbəbindən hazırkı məsələnin yarandığını, iddiaçını yalnız onun tanıdığını, şirkətin digər əməkdaşları ilə əlaqəsi olmadığını, ödənilmiş pulun onun büdcəsinə aid olduğunu qeyd etdi. Əlavə olaraq izahatında qeyd etdi ki, tələbin yalnız maddi ziyan hissəsini hisə-hissə ödəyə biləcək. Cinayət işi üzrə digər zərərçəkmiş şəxslərə dəymiş ziyanın məbləğinin daha az olduğunu, bir qisminin artıq ödənildiyini bildirmiş, iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.3.1., 313., 320.1., 32.4,312.2., 29,318-1.2.1., 29,318-1.2.2., 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmişdir. Ona CM-in 178.3.1-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 46.2-ci maddəsinə əsasən 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası, CM-in 32.4,312.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29,318-1.2.1., 29,318-1.2.2., 29,318-1.2.3-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı CM-nin 313 və 320.1-ci maddələri ilə Cavabdeh cəza təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə və əsas cəzaya əlavə cəzanı birləşdirməklə Cavabdeh qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CMnin 71.5-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş şərti məhkum etmə ləğv edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilən cəzaya Nəsimi rayon məhkəməsinin 15 oktyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Nəsimi rayon məhkəməsinin 28 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 3.000 (üç min) manat cərimə cəzası qismən birləşdirilməklə Cavabdeh qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3.000 (üç min) manat cərimə cəzası təyin edilmişdir. Cərimə cəzasının müstəqil icra edilməsi; Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi; cəzaçəkmə müddətinin başlanğıcı 21 iyun 2021-ci il tarixdən hesablanması; Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən “…öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır”; -390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir; -404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; -404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; -427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.2.1. qidalanma; 862.2.2. mehmanxanalarda yerləşdirmə; 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı M.Sabit turizm xidmətlərinin göstərilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının inandıraraq həmin xidmətlərin göstəriləcəyini vəd etmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlardan və mülki işin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-71/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmdən görünür ki, iddiaçı M.Sabit özü və yaxınları üçün X3 şəhərində yerləşən «X32 5*» otelində 17-24 avqust 2019-cu il tarixlərində istirahət etmək üçün cavabdehə müraciət etmiş və hissə-hissə olmaqla 10200 manat pul ödəmişdir. Cavabdeh isə bunun əvəzində iddiaçıya müvafiq aviabiletlər və otel rezervasiyalarını etməli olduğu halda etməmiş və ödənilmiş pul məbləğini xərcləmişdir. Nəticə etibarilə iddiaçının planlaşdırdığı istirahət planı baş tutumamış, cavabdeh isə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.1., 313., 320.1., 32.4,312.2., 29,318-1.2.1., 29,318-1.2.2., 29,318-1.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyanın əvəzinin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə pul məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X16 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə tələbin mənəvi zərərin tutulması ilə bağlı hissəsi ilə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəmə iclasında cavabdehin hərəkətləri nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 10710 manat manat pul məbləği və iddia tələbinin təmin edilən hisəsinə uyğun olaraq, 93 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərə görə 10710 (on min yeddi yez on) manat manat pul məbləği və 93 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 93 (doxsan üç) manatı Cavabdeh İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1500/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1500/2024
18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver