Məhkəmə qərarları › İş №2(005)-151/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-151/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-151/2024 21.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı Cavabdeh MMC-yə qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (direktoru X2) xx.xx.2020-ci il tarixdə iş yerində aldığım xəsarət nəticəsində dəymiş zərərin əvəzi kimi on min manat pulun birdəfəliyə alınıb ona ödənilməsi barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə ərizə təqdim edərək Cavabdeh MMC-dən (direktoru X2) xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş zərərin, həmin gündən bu günə və bundan sonrakı zaman üçün işsiz qaldığı üçün aylıq əmək haqqının, estetik protez əlinin xərclərinin və işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqının əvəzi olaraq əlli min manat pulun birdəfəliyə alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək Cavabdeh MMC-dən (direktoru X2) xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş maddi və mənəvi zərərin (aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc, həmin gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqının, estetik protez əlinin xərclərinin və işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqının, mənəvi yaşadığı psixiloji sarsıntıların və komplekslərin) əvəzi olaraq altmış min manat pulun zərər olaraq hesablanıb birdəfəliyə alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia həcminin artırılması barədə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh MMC-dən (direktoru X2) xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş maddi və mənəvi zərəri nəzərə alaraq - aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc - zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 azn) - estetik protez əlinin xərcləri (11800+ azn) -işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 azn) - mənəvi yaşadığı psixoloji sarsıntıların və komplekslərin əvəzi olaraq (10 000 azn) Altmış (60000) min manat pulun zərər olaraq hesablanıb birdəfəliyə alınıb iddiaçıya ödənilməsi və iş yerində aldığı xəsarətin təsdiqlənərək sənədin təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə o X7 işlətdiyi Cavabdeh MMC-nin ünvan 1 ünvanında olan plasmas hissələrinin istehsalı sexində dəzgah operatoru vəzifəsində işə başlamışdır. O, əvəllər dəzgahda işlədiyi üçün kifayət qədər təcrübəsi olduğundan Gürbüz Düzgün 2018ci ilin mart ayında yoxlamadan onu dəzgah operatoru vəzifəsində işə götürüb. İki ay işlədikdən sonra səhəttində yaranan problemlə bağlı işinə ara verməli olmuşdur. 2018-ci ilin mart ayında yenidən həmin sexdə operator vəzifəsində işə başlamış və 25 sentyabr 2020-ci il tarixədək sexdə operator vəzifəsində çalışmışdır. İşlədiyi dəzgahda gün ərzində 3000-5000 xammal istehsal olunurdu. İddiaçı bildirir ki, Düzgün ona ilkin olaraq hər ay 450 manat, sonra 500 manat əmək haqqı verirdi. Daha sonra işlətdiyi əlavə iş saatlarina və bazar günlərini nəzərə almaqla hər ay 700 manat əmək haqqı verilirdi. 25 sentyabr 2020-ci il tarixdə saat 08:00-də əlcəklərimi geyinib dəzgahda işə başlamaq istəmiş, lakin dəzgahın nasaz olduğunu görmüş, dəzgahın nasazlığı barədə Gürbüz Düzgünə xəbər vermişdir. O iddiaçıya dəzgahı fasilələrlə işlətməyi tapşırmışdır. Həmin gün saat 13:00 radələrində nahar fasiləsinə çıxmış və nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. İddiaçı dəzgahın qapağını açmış, xammalı verib-verməməsini yoxlamaq istəmiş, görmüşdür ki, dəzgah xammalı vermir, bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlinin barmağı qapağın altında qalaraq presləndi. Bildirir ki, cəld sol əli ilə dəzgahın qapağını açmış və sağ əlini dəzgahdah çıxartmışdır. Ağrıdan qışqırmış, işçilər gəlib əlini bağlamışlar. X20 iş yoldaşı Şahnazla birlikdə onu Travmatologiya instutuna apardı. Orada barmağına tikiş qoyuldu, iynələr vurulduqdan sonra onu evə buraxdılar. Lakin evdə səhhəti pisləşdiyindən iş yoldaşı Gülü həyat yoldaşı ilə gəlib iddiaçını yenə Travmatologiya instutuna apardılar və o, xəstəxanada qalmışdır. Gürbüz Düzgün iş yerində xəsarət almağı barədə şikayət etməyəcəyi halda əlini əməliyyat etdirəcəyinə, itirilmiş iki barmağının yerinə protez barmaq düzəltirəcəyinə, ömürlük hər ay işçi kimi 700 manat maaş verəcəyinə söz verdi. İddiaçı bildirir ki, Düzgünün verdiyi sözə inanıb həkimə evdə xəsarət aldığını dedi. Aldığı xəsarətlə bağlı müalicəsi bir-neçə ay davam etdi. Xəsarət alan əlində iki dəfə xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixdə cərrahi əməliyyat edildi. Əməliyyat xərcləri işlədiyi ayların verilməmiş əmək haqqları ilə ödənildi. Qeyd edir ki, sonra dəfələrlə desə də, Düzgün pulu olmadığını bəhanə edib itirilmiş barmaqlarıma protez düzəltdirmədi. Səhhəti bir az düzələndən sonra məcbur olub 2021-ci ilin noyabr ayında yenidən sexdə işləməyə başladı. 2022-ci ilin avqust ayının 11-də Düzgün ləng işləməyini bəhanə edib, onu təhqir edərək işdən qovdu. Düzgün işlədiyi son 4 ayın əmək haqqını da vermədi. İddiaçı Düzgünün şikayətçi olmamağı üçün ona yalan vəd verdiyini anlamış və iş yerində xəsarət almağı barədə 102 xidmətinə zəng edib məlumat vermişdir. O, xəsarət alandan sonra bilmişdir ki, Gürbüz Düzgün əmək müqaviləsi bağlamadan onu sexində qanunsuz işlədib.İddiaçı hər ay əmək haqqı aldığı üçün bundan şübhələnməmişdir. O, heç bir təhlükəsizlik qaydalarına əməl etməyibdir və təhlükəsiz iş şəraiti yaratmayıbdır. İşlədiyi müddətdə iddiaçıya fərdi mühafizə vasitələrindən yalnız əlcək verilib, başqa heç nə verməyibdir. Gürbüz Düzgün əmək müqaviləsi bağlamadan onu sexdə dəzgahda işlətməyi Nərimanov rayon prokurorluğunun cinayət işinin başlanmasını rədd edən qərarla və X6 apardığı araşdırma ilə də müəyyən olunmuşdur. X6 verdiyi xx.xx.2023-cü il tarixli məktubunda hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunur. İşdə aldığı xəsarət nəticəsində sağ əlinin barmaqlarının hərəkəti məhdudlaşmışdır. Hesab edir ki, cavabdeh tərəfindən işdə aldığı xəsarət səbəbindən əlinin itirilmiş iki barmağının bərpası üçün lazım olan vəsaiti yəni vurduğu zərərin əvəzini ödənilməməsi qanunlarla qoranan hüququnu pozur. Cavabdeh tərəfindən iş yerində aldığı xəsarətə görə dəyən zərərin (aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc, itirilmiş iki barmağına protez qoyulması, digər müalicə xərci və işsiz qaldığı müddət görə odəniş) əvəzi olaraq on min manat ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, sağlamlığına dəyən zərər iş yerində və iş vaxtında olmuşdur. Buna görə də, dəymiş maddi və mənəvi ziyanın ödənilməsini xahiş etmiş, göstərmişdir ki, müxtəlif vaxtlarda müalicəsi ilə bağlı maddi ziyan çəkmiş, əməliyyatlara pul sərf edilmişdir. Lakin müalicəsinin davam etdirilməsinə ehtiyac var. İddiaçının nümayəndəsi bildirdi ki, iddiaçı sağlamlığına dəymiş zərərlə bağlı daimi müalicələr alır ki, bu da əlavə ödənişlər tələb edir. Həmçinin iddiaçının bir əlindən istifadə edə bilməməsi və daimi ağrılarının olması ona mənəvi iztirab vermişdir. Bu səbəbdən də iddia tam təmin edilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı, Cavabdehnə qarşı “aldığı xəsarət nəticəsində dəymiş zərərin əvəzi birdəfəyə alınıb ona ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 3 dəfə iddia tələbində dəqiqləşmə etmişdir. İddia tələbi aşağıdakılarla əsaslandırılmışdır. Kifayət qədər təcrübəsi olduğundan Gübrüz gündüz 2018-ci ilin mart ayında yoxlamadan dəzgah oreratoru vəzifəsinə işə götürüb. İki ay işlədikdən sonra səhhətində yaranan problemlə bağlı işinə ara vermiş, 2018-ci ilin mart ayında (mart ayından iki ay sonra may ayı gəlir mart ayı yox) yenidən həmin sexdə opertor vəzifəsində işləmişdir. Əmək haqqı 450-500-700 manat verilirdi. Özü işlədiyi müddəti dəqiq göstərməmişdi və aldığı əmək haqqını təsdiq edən sənəd yoxdur. xx.xx.2020-ci il tarixdə işə başlayanda dəzgahın nasaz olduğunu görüb Gübrüz Düzgünə xəbər vermiş, o, dəzgahı fasilərlərlə işlətməyi tapşırıb. (Düzgün bəy belə bir tapşırıq verməyib. Təlimata əsasən dəzgah nasaz olanda usta düzəldir.) Nahar fasiləsindən sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. O, dəzgahın qapağını açıb, xammal verib-verməməsini yoxlamaq istəmiş, görmüşdür ki, dəzgah xammal vermir, bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əli presləndi. İki dəfə əməliyyat olunmuşdur, əməliyyat xərcləri öz əmək haqqı ilə qarşılandı. Tələb: 1 - aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc sübut təqdim olunmayıb. 2 - zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı, sübut yoxdur əmək haqqı barədə. 3 - estetik protez əlinin xərcləri - 11800 (bu barədə heç bir sübut təqdim olunmayıb) . 4 - işlədiyi son dörd aylıq ödənilməmiş əmək haqqı (4700 manat) bu barədə sübut məhkəməyə təqdim olunmayıb - Mənəvi yaşadığı psixoloji sarsıntılar və komplekslərin əvəzi - bu barədə - sarsıntı keçirməsi barədə nevropotolokdan və ya psixoloqdan sənəd təqdim edilməyib. Yəni tələbdə göstərdiklərinin təsdiq edən sübutlar yoxdur. Əksinə iddianın təmin edilməməsi üçün əsaslar və sübutlar tərəfimdən məhkəməyə təqdim edilmişdir. Eyni zamanda məhkəmə iclasında ifadə verən şahidlərin ifadələri iddia tələbinin əsassız olduğunu təsdiq edir. 1. Nərimanov rayon prokurorunun böyük köməkçisi Fəhmin Həsənovun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında baş vermiş hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri, keçirilmiş ekspertiza rəyləri tələbin əsassız olması nəticəsinə gəlməyə əsas verir. A) İddiaçı iddia ərizəsində onun yoxlanmadan işə qəbul edilməsini bildirsə də, prokurorluqda izahatında göstərmişdir: “İşə qəbul olunmamışdan ilk öncə MMC-nin direktoru tərəfindən biliyim və dəzgahda operator kimi işləmə qabiliyyəti yoxlanılmış, yalnız bundan sonra dəzgaha buraxılmışdır”. “ İşə başlamamışdan əvvəl texniki təhlükəsizlik qaydalarına riayət olunması barədə təlimat keçirilməmiş, bu barədə müvafiq jurnalı imzalamamışdır. Lakin hər gün işə başlamamışdan öncə Düzgün bəy onlara şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına tapşırıq vermişdir. Həmçinin işçilər fərdi mühafizə vasitələri ilə təchiz edilmişdir. B) İlkin olaraq məvacibi 450 manat, sonra 550 manat olmuşdur. 700 manat olması barədə izahat verməmişdir. C) xx.xx.2020-ci il tarixdə işə başlamaq istəmişdir. Nasaz olduğuna görə dəzgah işləməmiş, Düzgünə bu barədə demiş, fasilələrlə işləməyi bildirmişdir. Fasilədən sonra bir müddət işlədikdən sonra dəzgah yenə dayanmışdır. O, dəzgahın üst hissəsinə çıxaraq dəzgahın xammal doldurub-doldurmadığına baxıb yenidən dəzgahın qarşısına keçib xammal doldurmadığını görmüş. Dəzgahın funksiyasına görə dəzgahın işlək olduğu müddət ərzində onun qapısını açmalı olduğu halda qəflətən qapı bağlandı və sağ əlinin bir barmağı dəzgahın arasında qaldı. D) Hadisədən sonra bütün xərclərini Düzgün bəy qarşılamışdır. Bundan başqa hər ay direktor tərəfindən 700 manat iddiaçıya verilirdi. Əmək haqqını müalicəyə sərf etmişdir. E) İddiaçı istintaq zamanı verilən suallara cavab olaraq göstərmişdir ki, iddiaçı işə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydalarına riayət olunmasına direktor tapşırıq vermişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdikləri istinaqda verdiyi izahatlarla kəskin ziddiyət təşkil edir. İşə başlamamışdan əvvəl şifahi qaydada texniki təhlükəsizlik qaydadalarına riayət olunmasına direktor tapşırıq verirdi. Hadisədən sonra bütün xərclərini Düzgün bəy qarşıladı. İşçilər fərdi mühafizə vasitələri ilə təchiz edilrdi. İddiaçı iddia ərizəsində və izahatında istintaqda göstərilənlərini təkzib edərək istintaqda verdiyi izahatını oxumadan imza etdiyini bildirsə də, bu barədə uzun müddət keçən məhkəmə dövründə, habelə məhkəmə onun hüquqlarını izah edərək həmin qərardan nə üçün şikayət vermədiyini və hazırda da şikayət hüququnun olduğunu izah etsə də iddiaçı bu günə qədər həmin qərardan şikayət verməmişdir. Bu fakt bir daha iddiaçının tələbinin əsassızlığını subut edir. İstintaqda izahatı alınan Düzgün Gübrüz göstərmişdir ki, dəzgahda işləyən operator yalnız dəzgaha qəlibləri yerləşdirdikdən sonra dəzgahı işə salıb lazım olan materialı əlavə edib dəzgahın düyməsini basmaqdan, hazır malı dəzgahdan götürüb kənara qoymaqdan ibarətdir. Ədilə işə düzəlməyə gəlmiş səxsiyyət vəsiqəsini tələb etmiş, o, faizlə pul götürdüyünü, şəxsiyyət vəsiqəsinin lombarda olduğunu əsas gətimiş. Bu minvalla müxtəlif bəhanələr gətirərək təqdim etmədiyindən əmək müqaviləsi bağlamamışdır. Baş vermiş hadisə ilə bağlı bütün xərcləri özü çəkmiş, iki dəfə hərbi hospitalda əməliyyat olunmuş, bununla bağlı bütün xərclər daxil olmaqla 5000 manat hərbi hospitala ödəmiş, 3000 manat müalicə xərcləri ilə yanaşı hər ay 550 manat əmək haqqı kimi iddiaçıya ödəmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi - Tibb Baş İdarəsinin vəkil sorğusuna cavab olaraq verdiyi iddiaçının tibb kartası və hesab-faktursının surətindən görünür ki, bütün xəstəxana və 2 əməliyyat xərcləri üçün 2542 manat xəstəxanaya pul ödənilmişdir. Bundan əlavə Gübrüz Düzgün 17 ay 550 manatdan,iddiaçıya, iddiaçının oğlu Raufa maşınının təmiri üçün 800 manat, fizoterapiyalar üçün 300+300+300 manat pul xərcləmişdir. Göründüyü kimi Düzgün Gübrüzün ödədiyi 5000 manatın yalnız göstərilən məbləği əməliyyat xərci kimi sənədləşdirilmişdir. İddiaçının şahidi Şahid2 göstərdi ki, iddiaçı uzun müddət onunla birgə işləyib, əmək haqqı alıb. Amma hadisə baş verən zaman orada işləməyib. Bildiyinə görə müalicə xərclərini iddiaçı özü ödəyib. Məhkəmənin nəzərinə çatdırır ki, həmin şahidin iş zamanı sexdə olan kamera görüntüsünü məhkəməyə təqdim etmişdir. Kamera görüntüsündən aydın olur ki, şahid iş zamanı daimi telefonla danışır, dəfələrə direktor ona irad tutsa da şahid buna əhəmiyyət vermədiyinə görə işdən qovmuşdur. Hesab edir ki, onun verdiyi ifadə qərəzlidir ona görə də sübut kimi qəbul edilməməlidir. Çünki direktora qarşı qərəzlidir. İddiaçının Şahid1 adlı şahidi ümumiyyətlə həmin sexdə işləməmişdir. İddiaçının yaxın rəfiqəsidir, köhnə qonşusu olub. İfadəsi yalnız iddiaçının göstərdiklərinə əsaslanır. 2018-ci ildə görməsini bildirmişdir. İfadəsi qərəzlidir. Ona görə də onun ifadəsi sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfdən dəvət olunan şahid Əkrəm Xosrov bildirdi ki, 4 ildir ki, usta işləyir. İşçilər hər gün işə gələndə Direktor tərəfindən texnki təhlükəsizlik qaydaları barədə tapşırıqlar verilir. Operator dəzgahda işə başlamamışdan əvvəl dəzgahlar usta tərərfindən işə salınır. Operator dəzgan yanında döşəmədə qoyulmuş stulun üstündən dəzgahın 4 bunkerinə mal verir və dəzgahın qarşısında oturub istehsal olunmuş malı təmizləyib qablaşdırır. Dəzgah nasaz olanda operator ustanı çağırır, usta dəzgahda olan nasazlığı aradan qaldırı və işlək vəziyyətə gətirtdirir. Yalnız bundan operator işə başlayır. İddiaçı xəsarət alan vaxt o, sexdə olmamış, hadisədən sonra sexə gələndə hadisəni bilmişdir. Həmin vaxt iddiaçı özü bildirmişdir ki, mal buraxmadığına görə dəzgahın üstünə çıxaraq, dəzgahın işlək vəziyyətdə içərisinə sağ əlini salmiş, nəticədə sağ əlinin bir barmağı dəzgahın arasında qalmişdır. İddiaçı işə düzələndə şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmamışdır. Operatorun dəzgahın üstünə çıxması, nasaz olduğu halda dəzgaha müdaxilə etməsi, işlək vəziyyətdə müdaxilə etməsi, dəzgahın altından yuxarı əlini salması qadağandır. İddiaçının müalicə və əməliyyat xərclərinin hamısını direktor ödəmişdir. Hadisədən sonra ona hər ay əmək haqqı da vermişdir. Eyni zamanda evdə müalicəsi üçün işçilərdən müalicə xərci üçün əlavə pul da göndərmiş, bazarlıq da etmişdir. Cavabdehin şahidi X10 məhkəmədə göstərdi ki, 8 ildir bu sexdə işləyir. iddiaçını 2018-ci ildən tanıyır. 2020-ci ilin sentyabrında iddiaçı yenidən sexdə işləmək istədi, şəxsiyyət vəsiqəsində problem olduğuna görə əmək müqaviləsi bağlanmadı ona sərbəst iş verilmirdi. 2020-ci ilin sentyabrında iddiaçı dəzgahın qadağan olunmuş yerə-üstünə çıxaraq əlini dəzgahın içərisinə salmış və xəsarət almışdır. Hadisədən sonra direktor iddiaçının bütün müalicə və əməliyyat xərclərini ödəmişdir. Eyni zamanda işləmədiyi dövrdə də aylıq əmək haqqı ödəyirdi. Əməliyyatdan sonra işçilərlə iddiaçının evinə bazarlıq, əmək haqqı və bir neçə dəfə müalicə üçün pul göndərmişdir. Cavabdehin şahidi X3 göstərdi ki, iddiaçı 2020-ci ilin sentyabrında sexdə dəzgahın qadağan olunmuş yerinə - üstünə çıxaraq əlini dəzgah işlək vəziyyətdə olanda içərisinə salmış, nəticədə xəsarət almışdır. İddiaçı daimi dəzgahın üstünə çıxıb materialı dəzgahın bunkerinə boşaldırdı. Usta neçə dəfə irad tutaraq dəzgahın üstünə çıxmaq qadağandır desə də əməl etmirdi. Materialı döşəməyə qoyulmuş stulun üstünə çıxaraq dəzgahın bunkerinə tökmək lazımdır. Hadisədən sonra iddiaçının müayinə, müalicə və əməliyyat xərclərini direktor ödəmişdir. Qeyd edir ki, özü şəxsən iddiaçının əməliyyatının biri üçün direktor hərbi xəstəxanaya 3000 manat pulu aparanda birlikdə getmişlər və xəstəxanada pulu verəndə direktorun yanında olmuşam. İddiaçı xəstəxanadan çıxanda dəfələrlə direktor iddiaçıya müalicə üçün pul, əmək haqqı və bazarlıq göndərmişdir. Nərimanov rayon prokurorluğunda iş üzrə təyin edilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 nömrəli, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı “iş zamanı ona tapşırılmlş texnoloji prosesin ardıcıllığına aid olmayan iş gördüyünə, yəni avadanlığın yuxarı hissəsində örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən 5 “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi iddiaçı dəzgahın yuxarı hissəsinə çıxaraq, dəzgahın üstündə olan örtüyünü çıxarıb, özü öz əlini dəzgahın işlək vəziyyətdə olan hissələrinə (presləmə) yaxınlaşdıraraq öz fərdi təhlükəsizliyini qorumamış, nəticədə qeyd olunan xəsarəti almışdır. Bununla da iddiacının özünün qəsdi nəticəsində xəsarət almasına kifayət qədər əsaslar vardır. Bundan əlavə iddaçı iddia ərizəsində baş vermiş hadisəni belə göstərir: “nahar fasiləsindən qayıdandan sonra dəzgahı işlətməyə başlamış, dəzgah işləməmişdir. O, dəzgahın qapağını açdı, xammalı verib-verməməsini yoxlamaq istədi. Gördü ki, dəzgah xammalı vermir. Bu zaman dəzgahın qapağı qəflətən bağlandı və sağ əlimin barmağı qapağın altında qalaraq presləndi. Cəld sol əlimlə dəzgahın qapağını açdım və sağ əlini dəzgahdan çıxartdı.” Məhkəməyə təqdim edilmiş cavabdeh təşkilatın plastik kütlə emalı sahəsi üçün əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 03 aprel 2017-ci il tarixli təlimatda göstərilir ki, sizə aid olmayan avadanlığı işə qoşmayın və saxlamayın, hərəkətdə olan mexanizmlərə qoruyucu örtüyü olmayan maşın hissələrinə toxunmayın, blokiatorları sıradan çıxmış termoplast avadanlıqda işləməyin, bütün nöqsanlar haqqında məlumat verin və çatışmamazlıqlar aradan götürülənə qədər işə başlamayın, tökmə qəliblərin təmizlənməsini avadanlıq tam söndürüldükdən sonra yerinə yetirin, materialı vedrə vasitəsi ilə aşağıdan tökün, işləyən avadanlıq üzərində nasazlığı aradan qaldırmayın, nasaz vəziyyətdə olan avadanlıqlara toxunmayın. Avadanlıqların üst hissəsinə çıxıb iş görməyin. İddiaçı təlimatda olan məcburi göstərişləri yerinə yetirməmişdir. Onun iş prosesinə aid olmayan qadağan olunmuş işi görmüşdür. Məhkəmə tərəfindən təyin edimiş və Əmlak eksperti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəylə bağlı bildirir ki, özəl ekspertiza rəyi məhkəmələr tərəfindən qəbul edilmir. Bu barədə Ali Məhkəmənin qərarlarında göstəriş də vardır. Belə ki, özəl ekspertiza rəyləri və özəl mütəxəssis rəyləri ona görə qəbul edilməzdir ki, Ədliyyə Nazirliyinin reyestrindən qeydiyyatdan keçirilməyib. Reyestrdə qeydiyyatdan keçməyən ekspert mərkəzlərinin rəyləri qəbul edilməzdir. Digər tərəfdən, məhkəməyə təqdim olunan iddiaçının hərbi xəstəxanada müayinə, müalicə və əməliyyat xərcləri cəmi 2542 manat təşkil etdiyi halda, özəl ekspertin rəyində əməliyyat xərci 6000 manat, xəstəxanada gecələmə, dərman terapiyası, aparat müayinəsi, digər xərclər 4000 manat, fizoterapevik müalicə üçün 3000 manat müəyyən etmişdir. Bu qəbul edilməzdir. Qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının şahidləri Şahid2 və Şahid1 ifadələri və Əmlak Ekspert Mərkəzinin bu iş üzrə xx.xx.2024-cü il tarixdə verdiyi rəy sübutlar siyahısından çıxarılmalıdır. Cavabdehin etirazına qarşı iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə cavab məktubu təqdim edərək bildirmişdir ki, cavabdeh tərəfin nümayəndəsi və vəkili qismində iştirak edən Vəkil Saleh oğlu bildirir ki, ilk dəfə 2018 – ci ildə Kardeş Plastik MMC-də işə başlamış və 2 ay sonra işdən ayrılmışdır. Bu fikrə iddiaçının izahatları və şikayətləri əsasında gəldiyini vurğulayır, lakin bunun tamamilə yalan olduğunu Əmək Müfəttişliyinə verdiyim şikayətdə, Bakı şəhəri Prokurorluqun Prokuroru cənab E. Abbasova yazdığı şikayətində və eləcə də, Nərimanov rayon məhkəməsinə verdiyi iddia ərizəsindədə 2017-ci il qeyd olunduğunu açıq şəkildə görmək olur. Əmək haqqının sübutunun olmadığını bildirən cavabdeh tərəfin nümayəndəsinə cavab olaraq bildirir ki, sexdə işləyən heç bir kəsə əmək haqqı rəsmi şəkildə verilməmişdir, lakin şahidlərin verdiyi izahatları sübut olaraq götürdükdə qarşı tərəfin şahidi Şahnaz xanımın verdiyi izahatda əmək haqqıyla bağlı suala baxdıqda dediklərinin tam doğru olduğunu nəzərə almaq olar (o bildirir ki, əməkdaşlar işinin qarşılığı olaraq ilk başda 450 azn və daha sonra artım olaraq daha yüksək əmək haqqı alırlar və əmək haqqı nağd şəkildə əlbəəl verilir.) Düzgün bəyin təlimatı olmadan iddiaçının nasaz olan apartda işlədiyini vurğulayan vəkilə cavab olaraq elə onun və şahidlərinin sözlərini əsas götürsək (aparatları səhər usta işlək vəziyyətə gətirib işçilərə təhvil verir) bilərəkdən iddiaçının nasaz aparatda işləməsinə göz yumduqlarını görürük və bunu nəzərə alaraq məhkəmədən onların səhlənkarlığı səbəbindən iddiaçının sağlamlığına zərər vurulduğunu da göz önünə almağı xahiş edir. Tələb 1: Aparılmış müalicə və əməliyyatlara xərclərin sübutunu təqdim etmədiyimi bildirən vəkil Heydər bəyə bildirir ki, işin başlanğıcında bütün sübutlar məhkəməyə təqdim olunmuşdur. (DTX hosbitalda çəkilən rəsmi xərclərin sənədləri, fiziki terapiya üçün getdiyim klinikalarda çəkilən xərclərin sənədlərinin bir qismi və s.) Tələb 2: yuxarıda vurğuladığı kimi hər iki tərəfin şahidlərinin izahatı əmək haqqıyla bağlı bir başa sübutdur. (əmək haqqı əlbəəl şəkildə 500 azn və işə görə daha yüksək olmaqla verilirdi) Tələb 3: estetik protez əlinin xərcləriylə bağlı sübut klinikadan verilən sənədlərdə qeyd olunmuş və məhkəməyə təqdim edilmişdir. Tələb 4: Kardeş plastik MMC-də qalan əmək haqqı 4700 azn qeyd olunmamışdır. 4 ay 700 azndan olmaqla 2800 azn təşkil edir və bununla bağlı müraciətini digər şikayət və iddia ərizəsində ilk gündən qeyd etdiyini görə bilərsiniz. Tələb 5: psixoloji pozuntularının (sarsıntılarının) olub olmamasını bütün məhkəmə iclaslarında psixoloji vəziyyətinin ani şəkildə dəyişdiyini eləcədə kompleks yaşadığı üçün əlini gizlətdiyini görən hər bir psixoloq baxaraq rəy verə bilər. Şahidlərin izahatlarının ləğv olunmasını və qərəzli olduğunu bildirən cavabdeh tərəfin nümayəndəsinə bildirir ki, Şahid2 illər öncədə Əmək Müfəttişliyində izahat vermişdir və o izahatla indiki izahatda heç bir fərq olmamışdır. Bunu nəzərə alaraq izahatın tamamilə qərəzsiz və tam doğru olduqunu görürük. Qarşı tərəfin şahidi qismində iştirak edən Əkrəm bəyində izahatında sonuncu dəfə Lyudmila xanımın öz istəyiylə ayrıldığını bildirməsinidə ayrıca olaraq bildirir ki, tam qərəzsiz olan izahatın ləğv edilməsində heç bir əsas olduqunu düşünmür. Şahid qismində iştirak edən Şahid1sa məhkəmə zalında iştirak etməyən usta adlandırılan Əkrəm bəyi tanıması onu daha öncələrdə gördüyünü təsdiq edir və sex xaricində heç bir tərzdə tanışlıqı olmayacaq insan olmasını da göz önünüzə almağınızı nəzərə alaraq izahatın ləğv olunmamasını xahiş edir və heç bir əsas olmadıqını vurğulayır. Bildirir ki, onların şahidinin əksinə olaraq Əkrəm bəy izahatında Düzgün bəylə birgə iddiaçının oğluna pul verdiyini bildirsə də, “onu görsəz tanıyarsızmı” sualına sadəcə “bəli tanıyaram” demiş lakin zalda əyləşən iddiaçının oğlunu orda olduqunu bildirməmişdir. Bunu nəzərə alaraq sözlərinin yalan olduqunu tam aydın anlamaq olur. Bununla yanaşı baş vermiş hadisədən sonra Əkrəm bəyin o sexdə işləmədiyini prokurorluqdakı izahatlar və şahidlər arasında olmamasından görmək və anlamaq mümkündür. Çünki həmin aralıqda Əkrəm bəy səhhətiylə bağlı uzun bir zaman işdən ayrılmışdır. Bunları nəzərə alaraq Əkrəm bəyin izahatının çox hissəsinin yalan olmasını nəzərə alınmasını xahiş edir. Şahid qismində iştirak edən Şahnaz xanımın isə prokurorluqda verdiyi izahatı Düzgün bəyin sözləri əsasında verdiyini məhkəməyə təqdim edilən səs yazısını dinlədikdə aydın şəkildə anlamaq olur. Məhkəmədə verdiyi izahatda isə iddiaçıyla bir neçə il bir yerdə işlədiyini və aparata malı işçilərin tökdüyünü bildirməsini əsaslı sübut kimi nəzərə alınmasını xahiş edir. Cavabdeh tərəfin şahidi qismində iştirak edən Rüstəmova Elnurənin hadisə zamanında sexdə işləmədiyini prokurorluqda verdiyi izahatda bildirməsini göz önünə alaraq, iddiaçının əməliyyatlara və müalicəsinə çəkilən xərclərə şahid olmasının tamamilə qeyri-mümkün olduğunu və Elnurə xanımın izahatının fərziyələrə əsaslandığını nəzərə alaraq izahatın bu hissəsinin ləğv edilməsinin uyğun olduqunu nəzərə almanızı xahiş edir. Elnurə xanım izahatının davamında iddiaçı Ədilə xanımın əlinin qisasını almaq üçün yenidən sexə işə başladıqını və onunla birgə işlədiyini bildirir. Bu izahatıda nəzərə aldıqda cavabdeh tərəfin İddiaçı baş verən hadisədən sonra yenidən əmək müqaviləsiz işlətdiyini tam aydın şəkildə anlamaq olur. Əlavə olaraq cavabdeh tərəfin nümayəndəsinin və şahidlərinin təkrar-təkrar iddiaçının əlinin aparatın üst qismində qalmasını vurğulamalarına baxmayaraq bununla bağlı heç bir sübutları yoxdur və bütün şahidlər hadisədən sonra iddiaçının səsinə gəldiklərini izahatlarında bildirirlər. Buda hadisənin iddiaçının prokurorluqa verdiyi izahatında (şikayətində), Əmək Müfəttişliyinə verdiyi şikayətdə və eləcə də məhkəməyə verdiyi iddia ərizəsində olduqu kimi yuxarı hissədən deyildə ön hissədən olduqunu açıqlayır. İddia ərizəsinin təmin olunmamasına heç bir əsas olmadığını 1) onların şahidlərinin izahatlarını nəzərə alaraq 2) qarşı tərəfin şahidlərinin prokurorluqla verdiyi izahatlarla məhkəmədəki izahatlarının üst üstə düşmədiyini nəzərə alaraq 3) qarşı tərəfin şahidlərinin izahatlarında iddiaçıyla bir necə il birlikdə işlədiklərini nəzərə alaraq 4) qarşı tərəfin şahidi Şahnaz xanımın təqdim etdiyi səs yazısını nəzərə alaraq 5) Əmək müfəttişliyinin qərarında sexin işçisi olduğunun təsdiqini nəzərə alaraq 6) cavadeh tərəfin nümayəndəsinin son iclasa kimi heç bir imzalanmış jurnalın olmadıqını bildirməsinə baxmayaraq son iclasda jurnalın var olduğunu bildirməsinin sonradan hazırlanmış yalan sübut olaraq nəzərə alarsaq 7) hadisənin sexdə baş verməsini nəzərə alaraq 8) təqdim etdiyim xərc sənədlərini və ekspertiza rəyində bildirilən xərci nəzərə alaraq iddia ərizəsinin təmin olunmamasında heç bir əsas olmadığını bildirir və təmin edilməsini xahiş edir. Cavabdeh tərəfin nümayəndəsi və vəkili məhkəməyə etiraz ərizəsi ilə eyniməzmunlu yazılı çıxış təqdim etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları (şahid ifadələri) Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, İddiaçı Cavabdeh MMC-də işlədiyi vaxtdan bəri, təqribən 2020-ci ilin yay aylarından tanıyır. İddiaçı əlinin qaldığı dəzgahda oturduğunu bildirmişdir. Hadisə baş verən zaman orada olmadığını, 3 gündür işdən çıxdığını bildirmişdir. İşlədiyi vaxt Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamadığını qeyd etdi. Suallara cavab olaraq aparatlarla istifadə ilə bağlı təlimatlarla tanış edilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, İddiaçı ilə qonşudur. Cavabdeh MMC-nin direktoru X13 ilə 2018-ci ildə işə müraciət edərkən tanış olduğunu bildirmişdir.Əlavə olaraq iş yükünün ağır olması səbəbindən Cavabdeh MMC“-də çalışmadığını, bir-neçə dəfə işlə maraqlanmaq üçün ora getdiyini, hadisə zamanı isə orada olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, İddiaçı və Cavabdeh MMC-nin direktoru X11 tanıdığını bildirmişdir. Hadisə baş verən zaman özünün Cavabdeh MMC“-də çalışdığını, lakin çöldə olduğunu bildirmişdir. Əlavə olaraq, Cavabdeh MMC-də əmək müqaviləsi bağlamaqla sex rəisi vəzifəsində çalışıdğını bildirmişdir. İddiaçı ilə əmək müqaviləsi bağlanmamasının səbəbini iddiaçının şəxsiyyət vəsiqəsini təqdim etməməsi səbəbindən olduğunu bildirmişdir.İddiaçının Cavabdeh MMC-də daha əvvəl qısa müddətli - 2 aylıq, hadisədən əvvəl isə 10 gündür ki, fəaliyyət göstərdiyini qeyd etdi. Suallara cavab olaraq bildirdi ki, İddiaçı icazə olmadığı halda aparatın üzərinə çıxmış, özü qəsdən əlini aparatda qoymuşdur. Bundan başqa, iddiaçıya dəymiş zərərlə bağlı müxtəlif məbləğlərdə pulu iddiaçının oğluna verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı və X11 tanıdğını, 2017-ci ildən Cavabdeh MMC-də işlədiyini, 2020-ci il işdən ayrıldığını, hadisə zamanı isə işdə olmadığını bildirmişdir. Aparata çıxmağın işçilərə qadağan olunduğunnu, İddiaçı da bununla bağlı birneçə dəfə xəbərdarlıq edildiyini qeyd etdi. Hadisədən sonra İddiaçı orada 3-4 ay işlədiyini, əmək müqaviləsi isə bağlanmadığı bildirdi. Suallara cavab olaraq qeyd etdi ki, aparat nasaz olduğu halda onu işçi deyil, usta düzəltməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, İddiaçı işlədiyi vaxtdan tanıdığını, onun 2 il, daha sonra 1 il müddətinə, özünün isə 8 ildir Cavabdeh MMC-də operator köməkçisi vəzifəsində işləmişdir. İddiaçı əmək müqaviləsi olmadan, onda olan məlumata görə isə 550 manat əmək haqqı almaqla işlədiyini qeyd etdi.Aparatlarla iş qaydası barədə onlara məlumat verildiyini, aparat nasaz olduğu halda isə ustanın təmir etməli olduğunu, dəzgahın üzərinə çıxmağa işçinnin ixtiyarı olmadığını bildirdi. Suallara cavab olaraq qeyd etdi ki, İddiaçı şəxsiyyət vəsiqəsini təqdim etmədiyindən onunla əmək müqaviləsi bağlanmamışdır. Eyni zamanda bildirdi ki, İddiaçı xəstəxana xərcləri ilə bağlı bir-neçə dəfə evinə 100 manat apardığını, xəstəxana xərclərini isə təqribən 3000 manat olmaqla müdir X13 ödəmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 X1 və Ortopediya İnstitutunun 18 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı sağ əlin ağır açıq travmasının cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyəti: V barmağın falanqa oynağından ekzartikulyasiyasından sonraki, İV barmağın hipotrofiyası diaqnozu qoyulmuşdur. Medical Company tərəfindən verilən xx.xx.2023-cü il tarixli sifariş sənədindən görünür ki, İddiaçı təyin olunmuş silikon kosmetik barmağın yekun ödəniş qiyməti 11800 manatdır. AR DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Ona sağ əl İİİ, İV, V barmaqların falanqa sınığı, vətər, damar və sinirlərin kəsilməsi diaqnozu qoyulmuşdur. Xəstə xx.xx.2020-ci il tarixində ümumi anesteziya ilə V barmağın amputasiyası, yumşaq toxuma əməliyyatı, osteosintez əməliyyatı olmuşdur. Xəstənin çıxış tarixi xx.xx.2020-ci il olaraq qeyd olunub. AR DTX Hərbi-tibbi Baş İdarəsi tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı cərrahiyyə stasionar şöbəsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Ona sağ əl pəncəsi İV barmaqda kontraktur diaqnozu qoyulub. Xəstəyə xx.xx.2021-ci il tarixdə ümumi anesteziyanın tətbiqi ilə “Sağ əl İV barmaqda konyrakturun ləğvi, artrodez” cərrahi əməliyyatı icra edilmişdir. Xəstənin çıxış tarixi xx.xx.2021ci il olaraq qeyd olunub. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı göstərilmiş tibbi xidmətlərə görə hesablanmış məbləğ 2542,03 manatdır. xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 452 manat, xx.xx.2021-ci il tarixdə 190 manat, xx.xx.2021-ci il tarixdə 800 manat ödəniş edilmişdir. Əməliyyat protokolunun surətindən görünür ki, İddiaçı sağ əl pəncəsi İV barmaqda kontraktur diaqnozu ilə əməliyyat olunmuşdur. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi tərəfindən verilmiş anesteziya kartından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə artrodez əməliyyatı olunmuşdur. xx.xx.2021-ci il tarixli “Pasiyentin Razılığı”ndan görünür ki, xəstə İddiaçı bildirir ki, həkim Hüseynov İltifat tərəfindən ona cərrahi və ya digər növ müdaxilələrin və anesteziyanın, alternativ müalicə üsullarının müsbət cəhətləri, baş verə bilən ağırlaşmalar və risk haqqında tam məlumat verilmişdir. İddiaçı azad iradəsi ilə əməliyyatın keçirilməsini qəbul etmişdir. Hərbi-tibb Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ödənişli tibbi xidmət müqaviləsinin məzmunundan görünür ki, hərbi-tibb idarəsi müvafiq tibbi xidməti həyata keçirir, Xəstə (İddiaçı) və ya Xəstə yaxını isə keçirilən tibbi xidmətə görə “Qiymət cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli “Pasiyentin Razılığı”ndan görünür ki, xəstə İddiaçı bildirir ki, həkim Hüseynov İltifat tərəfindən ona cərrahi və ya digər növ müdaxilələrin və anesteziyanın, alternativ müalicə üsullarının müsbət cəhətləri, baş verə bilən ağırlaşmalar və risk haqqında tam məlumat verilmişdir. İddiaçı azad iradəsi ilə əməliyyatın keçirilməsini qəbul etmişdir. Hərbi-tibb Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli ödənişli tibbi xidmət müqaviləsinin məzmunundan görünür ki, hərbi-tibb idarəsi müvafiq tibbi xidməti həyata keçirir, Xəstə (İddiaçı) və ya Xəstə yaxını isə keçirilən tibbi xidmətə görə “Qiymət cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəməyi öhdəsinə götürmüşdür. Nərimanov rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 noyabr 2022-ci il tarixli qərarına əsasən müəyyən olunur ki: 09 sentyabr 2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X12 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat verərək və Nərimanov RPİ-nin 17-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022ci il tarixdə, saat 18:00 radələrində işlədiyi Nərimanov rayonu, Ziya Bünyadov prospekti ərazisində yerləşən “Çingizxa”restoranının arxasında yerləşən plasmas detalların hazırlanması sexində müdür Düzgün adlı şəxs onu təhqir edərək sinəsindən itələməsini bildirirək qanun tədbir görülməsini xahiş etmişdir. İlkin araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 25 sentyabr 2020-ci il tarixdə Cavabdeh MMC-nin icarəyə götürdüyü ünvan 3 ünvanında fəaliyyət göstərən plasmas detalların istehsalı sexində ehtiyatsızlıqdan sağ əlinin dəzgahın arasında qalaraq xəsarət almışdır. Məhkəmə-Tibbi Ekspertizası və PA birliyinin xx.xx.2022-ci il tarixli, 987 №-li rəyindən görünür ki, 1972-ci il təvəllüdlü İddiaçı bədən səthində aşkar edilmiş xəsarətlər-sağ əlin İİİ-İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə yəni istehsalatda olan sıxıcı dozgahın arasında qalması nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birində az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan, sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İddiaçı aşkar edilmiş xəsarət xarakter və lokalizasiyasına görə şəxsin öz-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Araşdırma zamanı baş vermiş hadisə ilə əlaqədar texniki-təhlükəsizlik qaydalarının pozulubpozulmamasını müəyyən etmək üçün məhkəmə-texniki təhlükəsizlik ekspertizası təyin edilərək rəy alınmışdır. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 №-li, 05 noyabr 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. Qərarın məzmununda qeyd olunur ki, göründüyü kimi, 25 sentyabr 2022-ci il tarixdə Cavabdeh MMC-nin icarəyə götürdüyü ünvan 3 ünvanında fəaliyyət göstərən plasmas məmulatların hazırlanması sexində əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırılıb bilikləri yoxlanılmasına və fərdi mühafizə vasitələri ilə təmin edilərək plastik məmulatların hazırlaması sexində operator vəzifəsinə işə buraxılmış İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları’nın 11-ci bəndinin tələbləri pozulmuş, nəticədə sağ əlinin dəzgahın arasında qalaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birində az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İİİ- İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu kimi xəsarətlər almışdır. Qərara əsasən Cavabdeh MMC-nin direktoru X8 əməlində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” PHŞ-nin xx.xx.2023-cü il tarixli 638/KEŞ saylı ekspert rəyinə əsasən, 1972-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edən məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. İddiaçı mütəxəssis müayinəsi zamanı onda “Sağ əlin ağır açıq travmasmın cərrahi əməliyyatlarla müalicəsindən sonrakı vəziyyət. V barmağın daraq-falanqa oynağının ekzartikulyasiyasından sonrakı güdülü. İV barmağın hipotrofiyası, arıqlaması, falanqaarası oynaqların ankilozu, deformasiyası, daraq- falanqa oynağının açıcı kontrakturası. İİ-İİİ barmaqların açıcı kontrakturası, əlin və barmaqların arxa və ovuc səthlərinin ovucun çoxsaylı çapıqları. İ barmağın açıcı kontrakturası, əlin qısa əzələlərinin hissəvi atrofıyası. Əlin və saidin arıqlaması. Sağ əlin funksiyasının və əmək qabiliyyətinin kəskin pozulmasının olduğu müəyyən edildi. Hal-hazırda xəstənin sağ əlində və barmaqlarında anatomik və funksional problemləri var. Bununla əlaqədar onun fizioterapiya müalicəsinə ehtiyacı vardır. Müalicənin proqnozu barədə əvvəlcədən fikir söylənilməsi mümkün deyil. Əmlak Ekspert Mərkəzi tərəfindən verilən 06 mart 2024-cü il tarixli, ƏEM/M 71-197/24 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli ilə bağlı İddiaçı xəstəlik tarixi araşdırılmış, diaqnozun tədqiq edilmiş, müalicə və müayinələrin nəticələrinin monitorinqi aparılmışdır. Xəstəliyin müayinə və müalicəsində istifadə edilən medikamentozlar müəyyən edilmiş, tibbi kliniki analizlərin qiyməti, əməliyyat xərcləri və prosesin digər maddi tərəflərini aşkar edən qiymətləndirmə işi aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı diaqnozu xəstəliyin ağır növüdür və əməliyyat göstərişi zəruri sayılaraq həyata keşirilmişdir. Ekspert qarşısına qoyulmuş sual 5-ci barmağın daraq falanqa oynağının ekzartikulyasiyasından sonrakı güdülü, 4-cü barmağın hipotrofiyası, arıqlaması, falanqa arası oynaqların ankilozu, deformasiyası, daraq falanqa oynağının açıcı kontrakturası. 2-ci və 3-cü barmaqların açıcı kontrakturası, 1-ci barmağın kontrakturası, əlin əzələlərinin atrofiyası. Sağ əlin əmək funksiyasının kəskin pozulması diaqnozu üzrə müalicəsi və sağlamlığının əvvəlki vəziyyətə qaytarılması xərclərinin Azərbaycan qiyməti barədə qeyd etmək mümkündür ki, prosesin Azərbaycanda mümkün olduğu və həyata keçirildiyi müəyyən edilmişdir. İddiaçı (Mirzəbəyova Ədilə Əli qızının) 5-ci barmağın daraq falanqa oynağının ekzartikulyasiyasından sonrakı güdülü, 4-cü barmağın hipotrofiyası, arıqlaması, falanqaaarası oynaqların ankilozu, deformasiyası, daraq falanqa oynağının açıcı kontrakturası. 2-ci və 3cü barmaqların aşıcı kontrakturası. 1-ci barmağın kontrakturası, əlin əzələlərinin atrofıyası. Sağ əlin əmək funksiyasının kəskin pozulması diaqnozu üzrə əməliyyat və müalicə adlı tibbi xidmət Azərbaycand üzrə qiymətləri Diaqnostika, aparat müayinəsi, 5-ci barmağın amputasiyası, 4-cü barmağın ortya falanqa sümüyünün osteisintezi. Sağ əl pəncəsində cərrahiyə işlənməsi, köməkedici vasitələrin (mil, srup) qiymətləri dərman, xəstəxanada gecələmə və s. 10 000,0 (on min) manat; Medikamentoz və fizioterapevtik 1 il üçün 3000,0 (üç min) manatdır. Ekspertiza predmetinin həlli məqsədilə araşdırmalar aparılmışdır. Qiymətlər, analizlər və diaqnostika nəzərə alınmaqla (beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun olaraq) qiymətləndirilən ekspertiza predmetinin Azərbaycan üçün dəyəri müəyyən olunmuşdur. Ekspert qarşısına qovulmuş suala uyğun olaraq Azərbaycandakı xərcləri ilə bağlı izahı olaraq müəyyən edilmişdir ki, xəstənin əlinin əvvəlki vəziyyətə qaytarılması qeyri-mümkün hesab edilir. Zədələnmə fonunda travmadan qaynaqlanan həyata keçirilmiş əməliyyat vastəsi ilə (əldə köməkçi vastə vastəsilə travmanın qismən aradan qaldırılması, 5-ci barmağın amputasiyası) qismən bərpa edilib, əməliyyatın icrası Azərbaycanda həyata keçirilmişdir. Xəstənin bundan sonrakı vəziyyəti ancaq fizioterapeya və medikamentoz müalicə ilə müşayət edilə bilər. Əlin əvvəlki vəziyyətə qaytarılması qeyri mümkün hesab edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı 25 sentyabr 2020-ci il tarixdə Cavabdeh MMC-də fəaliyyəti zamanı ehtiyatsızlıqdan sağ əlini dəzgahın arasında qoyaraq xəsarət almış, ona sağ əl İİİ, İV, V barmaqların falanqa sınığı, vətər, damar və sinirlərin kəsilməsi diaqnozu qoyulmuş və xx.xx.2020-ci il tarixində ümumi anesteziya ilə V barmağın amputasiyası, yumşaq toxuma əməliyyatı, osteosintez, xx.xx.2021-ci il tarixdə isə ümumi anesteziyanın tətbiqi ilə “Sağ əl İV barmaqda konyrakturun ləğvi, artrodez” cərrahi əməliyyatı əməliyyatı olmuşdur. Nərimanov rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 noyabr 2022-ci il tarixli qərarına əsasən Cavabdeh MMC-nin direktoru X8 əməlində Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarda qeyd olunur ki, İddiaçı iş zamanı ona tapşırılmış işin texnoloji prosesinin ardıcıllığına aid olmayan işi görüdüyünə, yəni avadanlığın yuxarı hissəsində olan örtüyü çıxarıb əlini işlək vəziyyətdə olan hissələrə (presləmə) yaxınlaşdırmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, onun tərəfindən “Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları’nın 11-ci bəndinin tələbləri pozulmuş, nəticədə sağ əlinin dəzgahın arasında qalaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birində az olmaqla (30 %) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sağ əlin İİİ- İV-V barmaqlarının şişkinlik halında əzilməsi, qançırları, açıq yaraları, İV-V barmaqların falanqa sümüklərinin sınıqları ilə müşayiət olunan sağ əlin V barmağın əl daraq proyeksiyasından travmatik amputasiyası, sağ İV barmağın kəskin nəzərə çarpan kontrakturası-ankilozu kimi xəsarətlər almışdır. Həmçinin, məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 10/7083 №-li, 05 noyabr 2022-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baş vermiş hadisə ilə əlaqədar “Təşkilat, idarə müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları”nın 11-ci bəndinin tələbləri pozulmuşdur. İş materialları və tərəflərin izahatı ilə o da müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında əmək müqaviləsi mövcud olmamış, tərəflər arasında əmək münasibəti yaranmamışdır. Hazırda İddiaçı aldığı xəsarət nəticəsində iş qabiliyyətini itirdiyini bildirir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə iş yerində aldığı xəsarət nəticəsində dəymiş maddi və mənəvi zərəri nəzərə alaraq - aparılmış müalicə və əməliyyatlara çəkdiyi xərc - zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 azn) estetik protez əlinin xərcləri (11800+ azn) -işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 azn) mənəvi yaşadığı psixoloji sarsıntıların və komplekslərin əvəzi olaraq (10 000 azn) Altmış (60000) min manat pulun zərər olaraq hesablanıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclasında verdiyi izahatlarında və etiraz ərizəsində iddiaçıya dəymiş zərərin məbləğini ödədiyini bildirsə də, məhkəməyə buna dair heç bir sübut (ödəniş qəbzi, çek və s.) təqdim etməmiş, etirazının dəlillərini əsaslandıra bilməmişdir. Bununla bağlı cavabdeh tərəfindən təqdim etdiyi yeganə sübut növü şahid ifadəsi olmuşdur ki, məhkəmə bu sübutu mötəbər hesab etmir. Belə ki, həmin şahidlər cavabdeh tərəfin tabeliyində çalışdığından onların verdikləri ifadə işəgötürənin mənafeyinə zidd olmayacağı daha ağlabatandır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən müəyyən olunmuşdur ki, İddiaçı göstərilmiş tibbi xidmətlərə görə müxtəlif tarixlərdə olmaqla, ümumilikdə 2542,03 manat pul məbləği ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını, şahid ifadələrini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının “sağlamlığına vurulmuş zərərlə bağlı çəkilmiş xərclərin tutulması” hissəsində tələbi qismən təmin olunmalı, cavabdehdən 2542,03 manat pul məbləği tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı estetik protez əli üçün 11800 azn pul ödənilməli olmasını qeyd etsə də, bu xərcin real olaraq çəkildiyini təsqid edən mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

1. 21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

2. 21.3-cü maddəsinə görə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır

3. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

4. 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

5. 1099.1-ci və 1099.2-ci maddələrinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

6. 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddiaçı eyni zamanda «zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 azn) - estetik protez əlinin xərcləri (11800 azn) işlədiyi son dörd aylıq ödənilməyən əmək haqqı (4700 azn)» cavabdehdən tələb etmiş, lakin həmin tələblər üzrə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçının aylıq 700 manat əmək haqqı alması öz təsdiqini tapmamış, eyni zamanda son dörd aylıq ödənilməyən əmək haqqının ödənilmədiyi müəyyən edilməmişdir. Belə ki, Cavabdeh MMC iddiaçı ilə əmək münasibətində olmasını inkar etmişdir. Nərimanov rayon prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsinə dair” 11 noyabr 2022-ci il tarixli qərarında Cavabdeh MMC-nin direktoru X8 ifadəsindən görünür ki, İddiaçı 2018-ci ildə Cavabdeh MMC tərəfindən Nərimanov rayonu, Araz küçəsi 2078 ünvanında icarəyə götürülmüş plasmas detalların istehsalı sexinə gələrək gələrək pula ehtiyacı olduğundan sexdə iş olub-olmaması ilə maraqlanmışdır. Ehtiyac üçün sexdə işçi lazım olduğundan düşünmüşdür ki, Ədiləni gələcəkdə işə qəbul edə bilər. Buna görə də ona ilk öncə bir neçə gün ərzində sexin işi ilə tanış olmasını, ortalıqda digər işçilərə işlərdə köməklik etməsini demişdir. Əgər onun işindən razı qaldıqda və özü də işləmək istəsə bir müddət sonra rəsmi əmək müqaviləsi ilə onu işə götürəcəyimi demişdir. Çünki Ədilə 2018-ci ildə sexdə işləmiş, dəzgah operatoru kimi dəzgahm işləmə funksiyaları barədə məlumatı olmuşdur. Ədiləni işə buraxmamışdan öncə bir daha əmək müqaviləsi bağlamaq üçün ondan şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin sonuncu faizə pul götürdüyünü şəxsiyyət vəsiqəsinin lombarda olduğunu bildirmişdir. Bu minvalla Ədilədən şəxsiyyət vəsiqəsini istədikdə müxtəlif bəhanlər gətirərək təqdim etməkdən yayınmışdır. 25 sentyabr 2020-ci il tarixdə, saat 08 radələrində sexə gəlib qapıları açıb iş günü üçün hazırlıq görüb işçiləri gözləmişdir. Belə ki, ilk öncə sexdə dəzgahları şəxsən işə salıb normal işləmələrinə əmin olub sexə gələn işçilərə təhvil vermişdir. Həmin gün artıq 2 gün idi ki, Ədilə işə gəlib-gedirdi. Lakin sonuncunun rəsmi əmək müqaviləsi olmadığından onu sərbəst şəkildə işləməsi üçün dəzgaha buraxmamışdır. Ancaq nahar fasiləsi zamanı işçilər nahar edən zaman Ədilə dəzgahda müəyyən işlər görmüşdür. Həmin gün işçilərə işə başlamamışdan öncə şifahi qaydada texniki-təhlükəsizlik qaydalarına riayət etmələri barədə xəbərdarlıq etmiş və təlimatdan sonra işçilər işə başlamışlar. Təlimatdan sonra Ədiləni yanına çağıraraq şəxsiyyət vəsiqəsini təqdim etmədiyi halda onu işə buraxa bilməyəcəyini demişdir. Lakin o, yaxın günlərdə şəxsiyyət vəsiqəsini təqdim edəcəyini bildirdi. Təxminən saat 14-15 radələrində sexdə olarkən qəflətən yüksək səslə kiminsə “Əlim!” sözlərini deməsini eşitmiş və dərhal həmin sahəyə getdikdən Ədilənin əlinin tutduğunu görmüşdür. Ona yaxınlaşaraq əlində olan əlcəkləri çıxardaraq əlinin qan içində olmasını görmüş və nə baş verməsini soruşduqda o, iş zamanı dəzgahın qadağan olunmuş hissəsinə qalxıb əlini dəzgahm içinə saldığını və nəticədə sağ əlinin dəzgahm arasında qaldığını bildirmişdir. Dərhal ona ilkin yardım göstərilərək əli bağlandıqdan sonra xəstəxanaya aparmışdır. Sonradan müəyyən olmuşdur ki, Ədilə qəsdən təlimata uyğun olmadan əlini dəzgaha salmışdır ki, faizə götürdüyü pulu ona ödətdirsin. Buna görə də, Ədilə şəxsiyyət vəsiqəsini təqdim etməkdən yayınmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəlləsinin 1118-ci maddəsinə görə, Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Müalicə xərclərinin ödənlməsi tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1118.1-ci maddəsi təşkil edir. Həmin normada zərər dedikdə fiziki şəxsə xəsarət yetirilərkən və yaonun sağlamlığı başqa şəkildə pozul an zərərçəkənin malik olduğu, yaxud yəqin ki,malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlı ğının pozulması ilə bağlıəlavə çəkdiyi xərclərin, o cümlədən müaliəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya Kurort müalicəsinə,xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərin əvəzi başa düşülür. Göründüyü kimi bu normada zərərin tərkibi: 1. fiziki şəxsə xəsarət yetirilərkən vəya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu qazancyaxudyəqin ki, malik ola biləcəyi və itirdiyi q azanc (gəlir); 3. sağlamlığının pozulması ilə bağlıəlavə çəkdiyi xərclər; 4.müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına,protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi n əqliyyatvasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərdən ibarətdir. İş materiallarına əlavə edilmiş müayinə və müalicə sənədlərindən görünür ki, iddiaçı daima həkim nəzarətindədir və müalicə alır. Bu səbəbdən də o,ailəsinə maddi yardim göstərə bilmir və m üalicə ehtiyatlarını qarşılaya bilmir. Mülki Məcəllənin 1118.1ci maddəsinə görəmüalicəyə və dava dərman alınmasına çəkdiyi xərclər yalnız bu şərtlə ödənilir ki, zərərçəkənin həmin yardım və qulluqnövlərinə möht ac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İddiaçının hazırkı müalicə xərclərinin istehsalatda baş verən hadisə ilə əlaqədar olması, cavabdehin təqsirinin mövcudluğu (istehsalatda təhkükəsizlik qaydaları barədə işçilərin kifayət qədər məlumatlandırılmaması, əmək müqaviləsi bağlamalı olduğu halda bağlamaması) müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191- 194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sözügedən qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, həmçinin yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı sağlamlığına vurulmuş xəsarət nəticəsində itirdiyi qazancın əvəzi olaraq “zərər aldığı gündən bu günə və bundan sonrakı işsiz qaldığı zaman üçün aylıq əmək haqqı (aylıq 700 azn)” Cavabdeh MMC-dən onun xeyrinə tutulması hissəsində rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında münasibət əmək münasibətlərindən irəli gəlməmiş, İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə mənəvi zərərin tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Hazırki halda iddiaçının mənəvi zərərlə bağlı iddia tələbinin əsası onun çəkdiyi fiziki iztirabla bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəməAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məhkəmə, iddiaçının sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 3000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən maddi zərərə görə 2542,03 manat, mənəvi zərərə görə isə 3000 manat olmaqla, cəmi 5542,03 manat İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar