Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1510/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən avtomobilinə dəymiş maddi ziyan olan 1970 manat pul vəsaitinin və ödənilmiş 39,70 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci i tarixində saat 18:45 radələrində iddiaçıya məxsus olan “Hyundai Elantra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi şosesi ilə üzü Baksol istiqamətində işıqforun dayanma tələbinə uyğun olaraq təyin olunmuş yerdə dayandığı zaman, sürücü X3 etibarnamə əsasında idarə etdiyi Cavabdehnə məxsus olan (mülkiyyətində olan) DAF XF105 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat qəzası baş vermişdi. Qəza baş verdikdən dərhal sonra hadisə yerinə DİN-nin DYPİ-nin Binəqədi rayon DYPŞ-nin əməkdaşları gəlmiş, qəza baş verən əraziyə və avomobillərə baxış keçirmiş, qəzanın baş vermə şəraiti ilə yerində tanış olmuşlar. DİN-nin DYPİ-nin Binəqədi rayon DYPŞ-nin əməkdaşları tərəfindən qarşı tərəf sürücü və iddiaçı müvafiq müayinələrdən keçirilib və hadisənin baş vermə şəraiti barədə izahatları alınmışdır. DİNnin DYPİ-nin Binəqədi rayon DYPŞ-nin apardığı araşdırmanın nəticəsi olaraq qəza başverməsinə səbəbkar və təqsirkarın Cavabdehnə məxsus olan (mülkiyyətində olan) DAF XF105 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən sürücü X8 olduğu müəyyən edilmişdir. DYPİ-nin Binəqədi rayon DYPŞ-nin apardığı araşdırmanın nəticəsi olaraq həm də müəyyən edilmişdi ki, hadisə bas verən zaman CavabdehlVfəhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan ( mülkiyyətində olan) DAF XFİ05 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin heç bir sığortası olmamışdır. Baş vermiş hər iki qanun pozuntusunu nəzərə alaraq, DYpt-nin Binəqədi rayon DYPŞ-nin əməkdaşları tərəfindən “AZLİFT PRO’ Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan(mülkiyyətində olan) DAF XF105 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən sürücü X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib olunmuşdur (yazılmışdır). Yuxarıdada qeyd etdiyi kimi qəza başverən zaman Cavabdehnə məxsus o!an(müİkiyyətində olan) DAF XF105 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin heçbir sığortasının olamamasını nəzərə alaraq avtomobilin məxsus olduğu Cavabdeh AZ 1029 Bakı şəh, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən ofisnə yaxınlaşıb, şirkətin məhsul səxsi kimi həmin şirkətdə “general manager” vəzifəsində çalışan Məmmədov Nəbi bəylə görüşdüm. Görüş vaxtı Nəbi bəyə hadisə barədə məlumat verib, mənə məxsus olan Hyundai Elantra markalı avtomobilə dəymiş maddi ziyanın Cavabdeh MMC şirkəti tərəfindən ödənilməsini xahiş etdim. Nəbi bəy ilk görüşümüz /amanı avtomobilimə dəymiş maddi ziyanın Cavabdeh MMC tərəfindən ödəniləcəyini desə də, bir neçə gün sonra zəng edərkən mənə məxsus avtomobilə dəymiş maddi zərəri ödəyə bilməyəcəklərini deyib, maddi ziyanı ödəməkdən imitina etdilər. Qeyd edir ki, qəzadan sonra avtomobilinə dəyən maddi ziyanın müəyyən olunması üçün iddiaçının müraciəti əsasında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət palatasının reyestrinə və Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəqil ekspertlər siyahısına daxil olan müstəqil ekspert X9 (VÖEN **********) tərəfindən iddiaçıya məxsus avtomobilə baxış keçirilmişdir. Müstəqil ekspert X9 (VÖEN **********) tərəfindən baxış əsasında avtomobilinə dəyən maddi ziyan 1970 AZN kimi dəyərləndirilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsi üçün məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına razılığın olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli İXP-4405355 №-li protokoldan görünür ki, X8 AR İXM-nin 327.1-cı və 469.3-cü maddələrinə əsasən inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP-4808835 №-li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 50 manat məbləğində İnzibati cərimə edilmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə «DAF XF105 YÜK» markalı **-JC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən gömrük bəyannaməsi əsasında ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh MMC-nin adında qeydiyyatdadır. İş materiallarında olan müstəqil ekspert X5 xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, «Hyundai Elantra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə işçilərin zəhmət haqqı 650 manat, ehtiyat hissələri 1320 manat cəmi 1970 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 25 may 2022-ci il tarixli 9/3138 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 1970,0 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, “Hyundai Elantra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci i tarixində saat 18:45 radələrində sürücü X3 idarə etdiyi Cavabdehnə məxsus olan DAF XF105 YÜK markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəza törətmişdir. xx.xx.2022-ci il tarixli TP-4808835 №-li İnzibati tənbeh vermə haqqında qərarla sürücü X8 50 manat məbləğində İnzibati cərimə edilmişdir. 25 may 2022-ci il tarixli 9/3138 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyindən görünür ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Hyundai Elantra” markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 1970,0 manat müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla qismən sübuta yetmişdir. Belə ki, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Hazırki mübahisədən göründüyü kimi, zərərin mövcudluğu, həmin zərərin cavabdeh X6 hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulduğu, zərərlə nəticə arasında səbəbli əlaqənin olduğu sübuta yetir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən 25 may 2022-ci il tarixli 9/3138 saylı Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən 1970 manat məbləğində pul Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gələrkən iddia tələbini Mülki Məcəllənin 1108.2-ci maddəsinin tələbləri baxımından əsaslı hesab etmişdir. Belə ki, iş materialları ilə sübuta yetir ki, cavabdeh “Hyundai Elantra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh MMC-nin mülkiyyətindədir və inzibati xətanı törədən şəxsə nəqliyyat vasitəsinin idarə edilməsi üçün etibarnamənin verilməsi müəyyən edilməmişdir. Belə ki, MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yuxarıda sadalananlardan göründüyü kimi, Cavabdeh MMC-yə məxsus “Hyundai Elantra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni əsaslarla sürücü X7 verməsi müəyyən edilmir, beləliklə də yüksək təhlükə mənbəyi onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli hesab olunmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 39,70 manat dövlət rüsumu, Cavabdeh MMC-dən tutularaq iddiaçının xeyrinə, habelə 100 manat məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 1970 manat və ödənilmiş 39,70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1510/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1510/2022
22.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver