Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1519/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı, Cavabdeh2 və onun vəkili X6 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən bağlanmış iddiaçının istifadəsində olan Bakı şəhəri, Əliyar Əliyev küçəsində yerləşən 68 nömrəli evin pəncərəsinin açılması və tikinti qaydalarına əməl edərək ara məsafəsdi saxlamaqla mövcud divarla paralel divarın çəkilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 68 və 72 nömrəli evlərin altındakı torpaq sahəsi 0,10 ha-dan ibarətdir. Həmin torpaq sahəsini 1960-cı ildə iddiaçının mərhum atası Bağıyev Aydın tərəfindən alınıb və torpaq sahəsi üzərində 79 kv.m-dən ibarət 4 otaqlı mənzil inşaa olunub.5 il sonra, yəni 1965-ci ildə indiki cavabdehlərin atası, iddiaçının əmisi Bağıyev Zahirəlinin yaşayış yeri olmadığı üçün atası qeyd edilən torpaq sahəsinin yarısını ona bağışlamışdır. Mərhum əmisi Bağıyev Zahirəli də həmin torpaq sahəsi üzərində ev inşaa etmişdir. Atası əmisinə gələcəkdə uşaqları arasındə hər hansı bir problemin olmaması üçün torpaqlar arasında qanunvericiliyə uyğun ara məsafəsi saxlanılmaqla ayrı-ayrı iki daş hasar çəkməyi məsləhət görmüşdür. Lakin əmisinin uşaqları onun məsləhətlərini yerinə yetirməmişdir. Bir neçə il əvvəl cavabdehlər Telman və Mehman qardaşları evi artıraraq mövcud tikinti qaydalarına əməl etmədən tikinti apardılar. Ona görə də tərəflər arasında mübahisələr başladı. İddiaçı cavabdehlərə iddiaçıya məxsus evin havalandıriİması və tikinti qaydalarına əməl etməyi, yəni divar səddlər arasında qanuna müvafiq ara məsafəsi saxlamağı tələb etmişlər. Lakin cavabdehlər buna məhəl qoymadılar. Ona görə də iddaçı məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək ilkin iddia tələbinin qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X3 vəkili X9 məhkəmə iclasında iddia tələbini əsassız hesab edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda məhkəməyə vəsatət təqdim edərək, iddiaçı X5 maneənin aradan qaldırılması tələbinə dair işi üzrə Cavabdeh2 əsl cavabdehlə əvəz olunmağını, həmin iş üzrə mənzilin mülkiyyətçisi X1 cavabdeh şəxs qismində cəlb edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 06 iyul 2021-ci il tarixdə verilmiş 10/1176 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən evin pəncərəsinin tamamilə bağlanmasına səbəb olan (Ə.Əliyev küçəsi, ev 72) tikilinin (hasarın) Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin (Hasarların tikintisinə dair tələblər) 73.1 -ci bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinə bitişik inşa edilmiş hasar həmin yaşayış otağına düşən təbii işığın qarşısını kəsir ki, bunun datikinti Norma və Qaydaları 2.08.01.89‘-un 1.3-cü bəndinin tələblərinə zidd olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dölət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyetrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 72 saylı ev xüsusi mülkiyyət hüququ əsasında tam payda X2 məxsusdur. Məhkəmə qeyd edir ki, ekspert rəyində qeyd edilən tikinti norma və qaydalarını pozmaqla inşa edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 72 saylı evin qanuni mülkiyyətçisinin X4 olması ******* nömrəli çıxarışla təsdiq edilir. Bu səbəbdən də evin mülkiyyətçisi olmayan hazırki cavabdehlərin iş üzrə cavabdeh kimi hüquq məsuliyyəti müəyyən edilə bilməz. Lakin iddiaçı məhkəmə iclasında hazırki cavabdehlərin əsl cavabdehlə əvəz edilməsinə etiraz etdi. Məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iş üzrə cavabdeh qismində hüquq məsuliyyətinin müəyyən edilə bilməməsi və iddiaçının şəxsin əsl cavabdehlə əvəz edilməsinə razılıq verilməməsi səbəbindən iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi mülki hüquq pozuntusu (delikt) nəticəsində şəxsə dəymiş maddi zərər tələbinin əsaslı hesab edilməsi üçün cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozan, təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməlin törədilməsi, həmin əməl nəticəsində iddiaçıya maddi zərər dəyməsi, eləcə də hüquq pozuntusu ilə dəymiş zərər nəticəsində səbəbli əlaqənin mövcud olması faktları müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hazırki işdə İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbini əsassız hesab edir və onun təmin edilməməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1519/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1519/2021
02.09.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver