Məhkəmə qərarları › İş №2(005)-1532/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1532/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1532/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nə qarşı artıq hesablanmış pulun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh ASC-nə qarşı artıq hesablanmış pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X1 ilə arasinda bağlanmış xx xxxx 2014-cti il tarixli 360/14-KFW-USD nömrəli kredit müqaviləsinə əsasən artıq ödədiyi 801 (səkkiz yüz bir) manat və mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat, cəmi 5801 (beş min səkkiz yüz bir) manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb, hesab edir ki, aşağıdakılara görə mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 360/14-KFW-USD saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən illik 33 % dərəcəsi ilə, 12 ay müddətinə qaytarmaq şərti ilə 6300 ABŞ dolları məbləğində kredit verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kompensasiya məbləğinin hesablanaraq hesablara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanı (bundan sonra, Fərman) ilə tənzimlənir ki, bu səlahiyyət də Cavabdeh ASC aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2012-ci il tarixli qərarı, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 10 nömrəli Qərarı, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V fəslinə əsasən məhkəmə hesab edir ki, mübahisə tələbə yönəlik subyektiv tərkib baxımından cavab verməli olmayan şəxsə qarşı verildiyindən və mülki səciyyə daşımamaqla mülki icraat qaydasında baxılmalı olmadığndan iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, ilkin olaraq bu vəzifələrin icra edilməsi həvalə edilmiş təşkilata müraciət edilməli, məsələnin səbəbləri inzibati icraat qaydasında araşdırılmalı və vəzifələrin icrası ilə bağlı inzibati münasibətlərdə mübahisə yarandığı təqdirdə inzibati prosedur qaydasında müvafiq tələblə inzibati məhkəmə instansiyasına müraciət edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 261.0.4, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nə qarşı artıq hesablanmış pulun qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar