Məhkəmə qərarları › İş №2(005)-1533/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1533/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1533/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçınümayəndəsi X2 iştirakı ilə, İddiaçıCavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçıCavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailə quraraq xx xxxx 2010-cu il tarixində rəsmi nikah bağlamışdır. Birgə nikahdan iki uşaqları var. Nərimanov Rayon Məhkəməsi onun Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, X3, Cavadzadə Ömər İsal oğlunun onunla qalması və hər bir uşaq üçün aylıq 160, cəmi 320 manat alimetin tutulub ona ödənilməsi barədə 2(005)-2890/2019 saylı, xx.xx.2019-ci il tarixli qətnamə çıxarmışdır. Cavabdeh indiyədək uşağı ilə maraqlanmamış, onun təlim-tərbiyəsində, sağlam böyüməsində iştirak etməmişdir. Halbuki bir valideyin kimi cavabdehin uşağın saxlanılmasında, tərbiyə edilməsində, təhsil almasında, sağlam böyüdülməsində mənəvi, maddi və hüququ məsuliyyət daşıyır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ilə birgə nikahdan olan uşaqları - xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlunun saxlanılması üçünü hər uşağa görə 160 manat, ümumilikdə 320 manat (üç yüz iyirmi) sabit pul məbləğində tutulan ailmentin məbləğinin artırılaraq hər uşaq üçün 170 manat, cəmi 340 manat olmaqla Cavabdeh tutularaq ona ödənilməsi haqqında qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçınümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə materialları araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZ-İİ seriyalı 773159 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci il tarixdə anadan olmuşdur, atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü ildə verilmiş AZ-İİİ seriyalı 150428 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavadzadə Ömər İsal oğlu xx.xx.2013-cü il tarixdə anadan olmuşdur, atası - Cavabdeh, anası - İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ 343848 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi akt qeydləri kitabında xx.xx.2020-ci ildə 33 № ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005) 2890/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, ilk iddia və qarşılıqlı iddia tələbinin təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx xxxx 2010-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində 238 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlunun anaları İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma vaxtının xx xxxx 2019-cul tarixdən hesablanılması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2890/2019 saylı qərardadına əsasən müvəqqəti alimentin tutulmasının nəzərə alınması, qətnamənin alimentin tutulma hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər; «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-ciil tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ciil tarixdən başlayaraq, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü Cavadzadə Ömər İsal oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 170 manat, cəmi 340 (üç yüz qırx) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar