Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1539/2021 15.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əsas və faiz borcunun qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 2747.56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat, faiz borcu üzrə 338.60 (üç yüz otuz səkkiz manat, 60 qəpik) manat olmaqla, cəmi 3086.16 (üç min səksən altı manat, 16 qəpik) manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırlma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X3 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-654 saylı, xx xxxxxxx 2017ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Nizami filialı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə, № 343-xx.xx.2015 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2015ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi oğluna ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. “xxxx” ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə, № 343-xx.xx.2015 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 4500 (dörd min beş yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan əsas borc üzrə 2747.56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat, faiz borcu üzrə 338.60 (üç yüz otuz səkkiz manat, 60 qəpik) manat olmaqla, cəmi 3086.16 (üç min səksən altı manat, 16 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; Borcverən xxxx Nizami filalı ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 343-xx.xx.2015 nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, müqavilənin 2.2-ci bəndinə əsasən borc verən borcalana istehlak məqsəd(ləri) üçün 4500 (dörd min beş yüz) manat məbləğində kredit verməyi öhdəsinə götürür. 2.3-cü bəndə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faziləri borc verənə qaytarmağı öhdəsinə götürür.4.1-ci bəndə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu 343-xx.xx.2015 nömrəli “02” fevral 2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 5.3-cü bəndə əsasən borcalana kredit 36 (otuz altı) ay müddətinə verilir. 5.4-cü bəndinə əsasən kredit müddəti “02” fevral 2018-ci il tarixində bitdiyi qeyd edilmişdir. xxxx Nizami filalı ilə zamin Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 343-xx.xx.2015 nömrəli təminatlı kredit müqaviləsindən görünür ki, 4500 (dörd min beş yüz) manat məbləğində kreditin 36 ay müddətinə ödənilməsinə görə Cavabdeh2 zamin durmuşdur. xx.xx.2015-ci il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 onun üçün ayrılmış 4500 (dörd min beş yüz) manat məbləğində kredit vəsaitini şəxsi imzası ilə təsdiq edərək şəxsən qəbul etmişdir. xx.xx.2017-ci il tarixli S-FK-654 saylı aktın surətindən görünür ki, borc alan Cavabdeh1 cəmi borc (kredit) 3.086.16 manat (üç min səksən altı manat, 16 qəpik), ondan əsas borc (kredit) 2747.56 manat (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik), faiz borcu (kredit) 338.60 manat (üç yüz otuz səkkiz manat, 60 qəpik) müəyyən edilmişdir. xx xxxxxx 2015-ci il tarixli 343-xx.xx.2015 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəli üzrə aylıq ödəniş məbləği 171,90 (yüz yetmiş bir manat doxsan qəpik) manat müəyyən edilmişdir. “X3 edilməsi agentliyi” MMC-nin xx.xx.2021-ci il tarixli 08 nömrəli bildirişində qeyd edilmişdir ki, Sözügedən kredit müqaviləsinə əsasən gecikmədə olan borcun, əsas borc üzrə 2747.56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat, faiz borcu üzrə 338.60 (üç yüz otuz səkkiz manat, 60 qəpik) manat olmaqla, cəmi 3086.16 (üç min səksən altı manat, 16 qəpik) təşkil edir. 10 (on) gün müddətində yuxarıda qeyd olunan borcla bağlı ödənişin icra edilməsini, əks təqdirdə, əsas borc üzrə 2747.56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat, faiz borcu üzrə 338.60 (üç yüz otuz səkkiz manat, 60 qəpik) manat olmaqla, cəmi 3086.16 (üç min səksən altı manat, 16 qəpik) manat borcun zamindən tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət oluncağı və əlavə olaraq məhkəməyə müraciət edildiyi günə qədər müqavilə üzrə hesablanmış faizlər də tələb ediləcəyi bildirilmişdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.1987-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 xx.xx.1982-ci ildə Ermənistan, Razdan rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov ray, Daş karxanası, ev.178 ünvanında qeydiyyatdadır. 1 saylı ASAN xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh1 xx.xx.1987-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 08827735 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh2 xx.xx.1982-ci ildə Ermənistan, Razdan rayonunda anadan olmuş və Bakı şəhəri, Nərimanov ray, Daş karxanası küç ev. 178 ünvanında qeydiyyatdadır. 4063941 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh1 “Azəriqaz” İB-nin Nərimanov QİS-də 3 saylı YYQX və MQCNX QAİ və təmiri üzrə çilingər vəzifəsində işləyir. 100248 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh2 “Azəriqaz” İB-nin Nərimanov QİS-də xidməti çilingər vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Bununla yanaşı Cavabdeh1 krediti Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanının təsiri altına düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsi imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti xx xxxxxx 2015-ci il tarixdən etibarən 36 (otuz altı) ay müddətinə verilən kredit və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi nəzərdə tutulmuşdur. Zaminə qarşı iddia tələbinin müddəti ötürüldüyündən hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından Cavabdeh2 kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn zamin kimi məsulıyyəti istisna təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi borcun cavabdehlərdən müştərək qaydada tutulması hissəsində əsassız olduğundan iddia tam təmin olunmamalı, Cavabdeh1 ilə “xxxx” ASC-nin Nizami filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №343-xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 2747,56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat, faiz borcu 338,56 (üç yüz otuz səkkiz manat,56 qəpik) manat olmaqla ümumilikdə 3086,16 (üç min səksən altı manat, 16 qəpik) manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə yəni 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ilə “xxxx” ASC-nin Nizami filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, №343-xx.xx.2015 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 əsas borc üzrə 2747,56 (iki min yeddi yüz qırx yeddi manat əlli altı qəpik) manat, faiz borcu 338,56 (üç yüz otuz səkkiz manat,56 qəpik) manat olmaqla ümumilikdə 3086,16 (üç min səksən altı manat, 16 qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC BOKT-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2747,56 (iki min yeddi yüz qırx yeddi manat, 56 qəpik) manat əsas, 338,56 (üç yüz otuz səkkiz manat, 56 qəpik) manat faiz borcu olmaqla, cəmi 3086,16 (üç min səksən altı, 16 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1539/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1539/2021
15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver