Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1546/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədov Əhməd Elman oğlunun katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 8783,88 (səkkiz min yeddi yüz səksən üç manat, 88 qəpik) manat, faiz 2250,03 (iki min iki yüz əlli manat, 03) manat olmaqla, cəmi 11033.91 ( on bir min otu/ üç manat, 91 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 123,10 (bir yüz iyirmi üç manat, 10 qəpik) manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumnun “Aqrarkredif' QSC-nin xeyrinə ödənilməsi ,tutmanın Cavabdeh mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İÖİZA” markalı (buraxılış ili 2012, ban VSSZZZ6JZDR021253, rəngi - Ağ) avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin “Aqrarkredit QSC -nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdehndən tutulub “Aqrarkredif' QSC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nəsimi filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan") arasında xx.xx.2012-ci il tarixdə, 133 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 60 ay müddətinə 14365 (on dörd min üç yüz altmış beş) manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdehin mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İBİZA" markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZDR021253, rəngi Ağ) 133 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində miivafıq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 052143 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan”a 14365 (on dörd min üç yüz altmış beş) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür.(2.2. bənd) “Borcalan" bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytamağı öhdəsinə götürür Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixdən sonrakı gün başlanır.(5.3. bəndi) “Borcalarna verilən vəsaitindən istifadə müddəti 36 (otuz altı) aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 19 ( on doqquz ) faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. elə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 8783,88 (səkkiz min yeddi yüz səksən üç manat, 88 qəpik) manat, faiz 2250,03 (iki min iki yüz əlli manat, 03) manat olmaqla, cəmi 11033,91 ( on bir min otuz üç manat, 91 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd, olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, «Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nəsimi filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan") arasında xx.xx.2012-ci il tarixdə, 133 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 60 ay müddətinə 14365 (on dörd min üç yüz altmış beş) manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 0975 nömrəli, 14 may 2013-cü il tarixli İpoteka (nəqliyyat vasitələrinə aid ) müqaviləsinə əsasən, kredit müqaviləsinin təminatı olaraq Cavabdehun mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İBİZA" markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZDR021253, rəngi Ağ) 133 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafıq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 052143 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdirmateriallarında olan xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat İmtahan şöbəsi tərəfindən verilmiş “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən” xx.xx.2013-cü il tarixli, AA seriyalı, 099725 №-li çıxarışın surətindən görünür ki, aldığı kreditin qaytarılmasının təminatı kimi Cavabdeh xüsusi mülkiyyətindəki **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İBİZA" markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZDR021253, rəngi Ağ) 133 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir olaraq ABB ASC Sənaye filialının xeyirinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışdan görünür ki, borcalan Cavabdehin banka hazırda olan əsas borc üzrə 8783,88 (səkkiz min yeddi yüz səksən üç manat, 88 qəpik) manat, faiz 2250,03 (iki min iki yüz əlli manat, 03) manat olmaqla, cəmi 11033,91 ( on bir min otuz üç manat, 91 qəpik) manat məbləği təşkil edir. İş materiallarında olan “X5 Edilməsi Agentliyin” MMC-nin Cavabdeh ünvanladığı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixli 5582 nömrəli bildirişdən görünür ki, borcluya banka olan borcunu ödəmədiyi təqdirdə ipoteka predmetinə tutmanın yönəldilməsi üçün tədbirlərin görüləcəyi bildirilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022 -ci il tarixli, 9/3139 №-li rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarından göründüyü kimi, hazırki ekspertiza tədqiqatı zamanı iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan şıxarış sənədləri və tərəflər arasında imzalanmış 29 may 2012-ci il tarixli 133 saylı kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin sonuna, yəni xx.xx.2017-ci il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixə: əsas borc üzrə - 9420,00 manat, faiz borcu üzrə - 2250,03 manat. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan maliyyə arayışı məlumatlarından göründüyü kimi, Cavabdeh 29 may 2012-ci il tarixli 133 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanının icrası ilə əlaqədar əsas borcun azaldılmasına yönəldilmiş kompensasiyanın məbləği 636,12 manat müəyyən edilmişdir. Belə olduğu halda, Cavabdeh 29 may 2012-ci il tarixli 133 saylı kredit müqaviləsi üzrə əsas borcu 8783,88 manat (9420-636,12) məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddia ərizəsini, hesabdan çıxarışı və ekspertin rəyini əsas götürərək hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas borc üzrə və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin olunmalıdır, Cavabdeh əsas borc üzrə 8783.88 (səkkiz min yeddi yüz səksən üç manat, 88 qəpik) manat, faiz 2250,03 (iki min iki yüz əlli manat) manat olmaqla, cəmi 11033,91 (on bir min otuz üç manat, 91 qəpik) manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışdan götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova üstünlük hüququ yoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2012-ci il tarixdə, 133 saylı kredit müqaviləsinin təminatı kimi tutulacaq məbləğ cavabdehin mülkiyyətində **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İBİZA" markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZDR021253, rəngi Ağ) avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğ Cavabdeh İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 123,10 manat dövlət rüsumu və 50 manat müvəqqəti təminat tədbiri üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutularaq, 145 manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına, keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc üzrə 8783,88 (səkkiz min yeddi yüz səksən üç manat, 88 qəpik) manat, faiz 2250,03 (iki min iki yüz əlli manat, 03) manat olmaqla, cəmi 11033,91 ( on bir min otu/ üç manat, 91 qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 123,10 (bir yüz iyirmi üç manat, 10 qəpik) manat və müvəqqəti təminat tədbiri üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan **-NS-*** dövlət qeydiyyat nişanlı “SEAT İBİZA” markalı (buraxılış ili 2012, ban VSSZZZ6JZDR021253, rəngi - Ağ) avtomobilinə yönəldilsin, həmin avtomobil açıq hərracda satılsın və satışdan əldə edilən vəsait İddiaçı QSC-nin hesabına ödənilsin, satışdan əldə ediləcək məbləğ Cavabdeh İddiaçı QSC BOKT-a olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılsın, satışdan əldə olunan vəsait qətnamənin icrasına yetərli olmadığı halda qalan məbləğ Cavabdeh tutulsun İddiaçı QSCnin hesabına ödənilsin. Mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğində pul Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1546/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1546/2022
29.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver