Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-155/2024 06.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 14-cü məhəllə, cv 108/70, 4 saylı mənzilə cavabdeh X4 tərəfindən suyun axıdılması nəticəsində mənzilə və mənzildəki əmlaklara dəymiş zərərə görə 6000 manat məbləğində maddi ziyanın və dövlət rüsumu kimi ödənilmiş 80 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108/70. 4 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestr Xidməti İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə mənim xüsusi mülkiyyətim kimi qeydiyyata alınmışdır. Onun mənzilindən yuxarı mərtəbədə yerləşən həmin mənzilin 7-ci otağının sahibi cavabdeh X4 tərəfindən ona məxsus mənzilinə mütəmadi surətdə su axıdılmış və mənzilimin müəyyən hissəsini yararsız hala salınmışdır. İddia ərizəsinə əlavə olunmuş Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 2 saylı MKS-nın tərtib etdiyi aktda da qeyd olunur ki, onlar aşağıda imza edənlər 2 saylı MKS-nin mühəndisi İsmayılov Asəf, sahə ustası 14-cü məhəllənin Məclumova Rübabə, sahə ustası Əliyeva Vəsilə aktı tərtib etdik ondan ötəri ki, 14-cü məhəllə, ev 108/720. mənzil 4-ün sakini İddiaçı ərizəsi ilə əlaqədar həmin mənizldə baxış keçirilmişdir, mənzil 1 otaqlıdır. Həmin binanın 7-ci otağı mənzil sahibi Səmədov Rəvanın özüvü yaşamır, kirayəşin yaşayır. İddiaçı giriş qapısının üstündən, sanitar qovuşağa, mətbəx və yataq otağına müəyyən vaxtlarda su axıntısı olmuş, elektrik xəttlərində nasazlıq, mətbəx mebelinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Su axıntısından mətbxin kafelləri boşalmış bir necəsi tökülmüşdür. Aktın doğruluğunu öz imzaları təsdiq edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, mənzilinə ekspertiza rəylərində qeyd edilən məbləğdən daha çox zərər vurulduğunu bildirmiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Ekspertiza rəylərində qeyd edilən məbləğlərlə razıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 2 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş aktdan məlum olur ki, 14-cü məhəllə, ev 108/720. mənzil 4-ün sakini İddiaçı ərizəsi ilə əlaqədar həmin mənizldə baxış keçirilmişdir, mənzil 1 otaqlıdır. Həmin binanın 7-ci otağı mənzil sahibi Səmədov Rəvanın özüvü yaşamır, kirayəşin yaşayır. İddiaçı giriş qapısının üstündən, sanitar qovuşağa, mətbəx və yataq otağına müəyyən vaxtlarda su axıntısı olmuş, elektrik xəttlərində nasazlıq, mətbəx mebelinin müəyyən hissəsi yararsız hala düşmüşdür. Su axıntısından mətbxin kafelləri boşalmış bir necəsi tökülmüşdür.- 21 iyun 2022-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında 193 nömrəli müqavilədən görünür ki, X2 ilə Əhmədova Aysel arasında hüquqi yardımın göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. - AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, Sumqayıt şəhəri. 14-cü məhəllə, cv 108/70. 4 saylı mənzil İddiaçı tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2007-ci il tarixdə ********* nömrəli qeyd aparılmışdır. - AR ƏMDK yanında DƏDRX tərəfindən verilən çıxarışın surətindən məlum olur ki, Sumqayıt şəhəri. 14-cü məhəllə, cv 108, mənzil 7, Yeni qaydalarla: AZ 5004, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, ev 257, M3, 1 saylı mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir. Bu barədə xx.xx.2015-ci il tarixdə ********** nömrəli qeyd aparılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4228 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 7 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2104 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1311 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 4 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 7 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarının məlumatlarını nəzərə alaraq, Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 7 saylı mənzildən su axıdılığı və nəticədə 4 saylı mənzilin dəhliz, mətbəx və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən 108 saylı evin 4 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2096 manat müəyyən edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması; 2) əməlin təqsirli olaraq törədilməsi; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarı). Qeyd olunanlar baxımından deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz sadalanan dispozisiya şərtlərinin mövcudluğu halında təmin olunmalıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsi, yəni iddiaçının evinə suyun axıdılması nəticəsində ona zərər dəyməsi, suyun cavabdehə məxsus mənzildən axıdılması iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Belə ki, iddiaçının evinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə iş materiallarına əlavə edilmiş aktlara və ekspert rəyinə əsasən gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş materialları əsas götürülməklə iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh məxsus mənzildən cavabdehin səhlənkarlığına görə İddiaçı məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, cv 108/70, 4 saylı mənzili su basmış, nəticədə sonuncunun əmlakına maddi ziyan dəymişdir. İddiaçı əmlakına dəymiş ziyanın əvəzini cavabdehdən tələb etsə də, Cavabdeh isə dəymiş ziyanın əvəzini ödəməkdən yayınmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçıya vurulmuş maddi ziyanın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4228 nömrəli ekspert rəyində zərərin həcmi 2104 manat müəyyən edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1311 nömrəli ekspert rəyində isə zərərin həcmi 2096 manat müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə ekspert rəylərinin qanunvericiliyə zidd verildiyini göstərən heç bir hal müəyyən etmədiyindən, ekspert rəylərini təkzib edən hər hansı bir sübutun mövcud olmadığını nəzərə alaraq hesab edir ki, vurulmuş zərərin əvəzi olaraq ilkin ekspert rəyində göstərilmiş məbləğin cavabdeh tərəfindən qəbul edilməsi və həmin məbləğin ağlabatan olması əsas götürülməklə, cavabdehin iddia tələbini maddi ziyan hissəsində etiraf etməsi nəzərə alınmalı, 2104 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 80 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbinin qismən təmin edildiyindən çəkilmiş məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 108/70, 4 saylı mənzilə dəymiş maddi zərərin əvəzi olaraq 2104 manat məbləğində pul və iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 28 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının dəymiş maddi ziyanın, ekspert rəyində qeyd edilən məbləğdən yüksək olmasına dair mülahizələrinə münasibət bildirirək, qeyd edir ki, iddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun 70 manatı Cavabdeh, 130 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2104 (iki min yüz dörd) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilən dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pulun 70 manatı Cavabdeh, 130 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-155/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-155/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver