Məhkəmə qərarları › İş №2(005)-156/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-156/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-156/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə dəymiş ziyana görə 3123,55 və 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixində təxminən saat 16:15 radələrində Bakı şəhəri, Binəqədi Şossesində ona məxsus idarə etdiyi “Fiat Doblo” markalı ** KL *** dövlət nömrə nişanlı avtomaşınla piyada zolağınada piyadaya yol vermək üçün sürəti azaldaraq dayandığı zaman Cavabdeh idarə etdiyi “Daewoo BS090” avtobus markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun idarə etdiyi avtomaşının arxa hissəsindən toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Eyni zamanda hadisə zamanı cavabdeh idarə etdiyi avtomaşınla digər şəxslər məxsus “Hunday" markalı 99 N0 354 və hadisə zamanı sağ tərəfdə dayanmış Vaz 2102 markalı ** BU *** dövlət nömrə nişanlı avtomaşınlarla toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı və digər avtomaşın sahibləri bədən xəsarətləri almasa da, idarə etdiyi avtomobillərin ehtiyat hissələri zədələndiyi üçün qəza nəticəsində fərqli həcmlərdə onlara maddi zərər dəymişdir. Qeyd edir ki, ona məxsus idarə etdiyi “Fiat Doblo’' markalı ** KL *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın ümumi dəyəri “xxxx” servis xidməti tərəfindən 5755 (beş min beş yüz əlli beş) manat müəyyən olunaraq bu barədə ziyan aktı tərtib olunmuşdur. Cavabdeh təqsiri, Binəqədi rayon DYPŞ-nin xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə sübuta yetirilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. Bildirmək istəyir ki, cavabdehin idarə etdiyi avtomaşın Azərbaycan Dövlət sığorta şirkətində icbari sığorta olunmuşdur. Sığorta şirkəti hadisə nəticəsində üç nəqliyyat vasitəsi zərər gördüyü üçün onlar tərəfindən ödənilən 5000 (beş min) manat aralarında vurulmuş zərərin həcminə görə bölmüş və nəticədə ona xx.xx.2020-ci il tarixdə 2631,45 (iki min altı yüz otuz bir manat 45 qəpik) manat Bank of Baku vasitəsilə ödənilmişdir. Qeyd edir ki, hadisə nəticəsində avtomobilinə dəymiş zərərin 5755 (beş min beş yüz əlli beş) manat olduğunu sığorta şirkəti tərəfindən isə 2631,45 (iki min altı yüz otuz bir manat 45 qəpik) manat ödənildiyini nəzərə alanda hazırda cavabdeh zərərin digər hissəsi kimi 3123,55 (üç min yüz iyirmi üç) manatı ona ödənilməlidir. Məhkəmə tərəfindən “xxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi RPŞ-nin DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xxxx-nun xx.xx.2020-ci il tarixli qüsur aktından görünür ki, FİAT DOBLO markalı, ** KT *** nömrəli avtomobilin ümumi xidmət haqqı və ehtiyat hissələrinin dəyəri ümumilikdə 5755 manat müəyyən edilir. xxxx MMC-nin şəhərdaxili və şəhərətrafı sərnişin daşıma avtonəqliyyatı üçün verilmiş № 108 B saylı yol vərəqəsindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində etibarlı olan yol vərəqəsinə əsasən Cavabdeh “Daewoo BS090” avtobus markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün “xxxx” MMC tərəfindən icazə verilmişdir. xx.xx.2020-ci il tarixli məxaric qəbzinə əsasən İddiaçı 2631,45 manat məbləğində pul ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.1010-ci il tarixli, 9/4075 saylı rəyinə əsasən nəzəri hesablama yolu ilə “xxxx” MMC tərəfindən təqdim edilmiş xx.xx.20202-ci il tarixli qüsur aktındakı məlumatalara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Fiat Doblo” markalı, ** KL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4342 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və iddiaçının izahatından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, xx xxxxxx 2020-ci il tarixində, saat 16:15 radələrində Bakı şəhəri, X1 Zöhrab Əsəd oğlunun idarə etdiyi “Fiat Doblo” markalı 99 K.L 160 dövlət nömrə nişanlı avtomobilə Cavabdeh idarə etdiyi “Daewoo BS090” avtobus markalı ** ND *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş nəqliyyat hadisəsinə görə Binəqədi RPŞ-nin DYPŞ-nin TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş ziyan “xxxx” MMC tərəfindən xx.xx.20202-ci il tarixli qüsur aktına əsasən 5755 manat müəyyən edilmiş, buna görə İddiaçı xx.xx.2020-ci il tarixli məxaric qəbzinə əsasən sığorta şirkəti tərəfindən 2631,45 manat məbləğində pul ödənilmişdir. İddiaçı hazırda ona dəymiş ziyana görə ödənilməmiş hissəni tələb edir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən Məcəllənin Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin cavabdehin məhkəmə iclası zamanı verdiyi izahatla sübuta yetmişdir. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi üzrə yeganə mübahisələndirilən hissə dəymiş maddi ziyanın məbləğidir. Belə ki, iddiaçı təqdim etdiyi qüsur aktına əsasən 5755 manat olduğunu əsas gətirərək, ona ödənilmiş 2631,45 manat məbləğində pulu nəzərə alaraq, yerdə qalan 3123,55 manat məbləğində pulun ona ödənilməsini tələb edir. Ancaq keçirilmiş və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər 4342 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının avtomibilinə dəyən zərər ümumilikdə 4342 manat müəyyən edilməklə, iddiaçıya ödənilmiş 2631,45 manat ümumi məbləğdən çıxılmaqla yerdə qalan 1710,55 məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1710,55 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdedən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə onu qeyd edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizası xərci Cavabdeh 100 manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 1710,55 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 100 manat məbləğində pul tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar