Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-156/2022 11.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, İ-13/223 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə 37215,08 manat əsas borc, faiz borcu üzrə 3804,91 manat olmaqla, cəmi 41019,99 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, İ-13/223 nömrəli kredit müqaviləsinə əsasən 37215,08 manat əsas borc, faiz borcu üzrə 4515,41 manat olmaqla, cəmi 41730,49 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, İ-13/223 nömrəli kredit müqaviləsinə əsasən 37215,08 manat əsas borc, faiz borcu üzrə 6066,04 manat olmaqla, cəmi 43281,12 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-13/223 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 118 ay müddətinə illik 12 % dərəcəsi ilə hesablanmaqla, 69553,03 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında zaminlik müqaviləsi bağlatmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 37215,08 manat, faiz borcu üzrə 3804,91 manat, cəmi 41019,99 manat borc məbləği mövcuddur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli № İ-13/223 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün 118 ay müddətinə illik 12% dərəcəsi ilə 69553,03 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə borclu Cavabdeh1, zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli, № İ-13/223 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, qeyd edilən müqavilə üzrə "xxxx" ASC, Cavabdeh1 öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür; DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 və "xxxx" ASC-yə kredit müqaviləsi üzrə borc məbləğini 5 gün müddətində ödəmək təklif edilmiş, əks təqdirdə borcun qaytarılması ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Məhkəmə Ekspertiza Mərkəzinin 9/737 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, № İ-13/223 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 37215,02 manat və faiz borcu 3804,89 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ- 13/223 nömrəli Kredit müqaviləsinə əsasən Cavabdeh1 69553,03 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq faiz borcunun məbləğini artırmış, lakin Məhkəmə Ekspertiza Mərkəzinin 9/737 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən faiz borcu 3804,89 manat təşkil etdiyi qeyd edilmişdir. Həmçinin iddia tələbində əsas borc 37215,08 manat qeyd edilsə də, ekspert rəyində əsas məbləğin 37215,02 manat təşkil etdiyi görünür. Odur ki, məhkəmə ekspert rəyində qeyd edilən məbləğləri daha əsaslı hesab edir. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 37215,02 manat əsas borc və faiz borcu üzrə 3804,89 manat ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq 100 (bir yüz) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 37215,02 manat əsas borc, faiz borcu üzrə 3804,89 manat olmaqla, cəmi 41019,91 manat (qırx bir min on doqquz manat, 91 qəpik) manat kredit borcu, ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq 100 (bir yüz) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-156/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-156/2022
11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver