Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1569/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X15, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan “X37” markalı **-TR-*** dövlət nişanlı, 2008-ci il buraxılış olan “Mercedes E350” markalı **-RM-*** dövlət nişanlı, 1998-ci il buraxılış olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “Lexus GX470” markalı avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin dəyərinin pul formasında 2/3 hissədə onun və 1/3 hissədə cavabdehin payının bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 22 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Həmin nikah Bakı Nikah Evi tərəfindən qeydə alınmış və buna dair 22 noyabr 2008-cü il tarixdə nikah haqqında şəhadətnamə verilmişdir. Onların birgə nikahlarından 23 iyun 2010-cu il təvəllüdlü X16 və 26 mart 2012-ci il təvəllüdlü X17 dünyaya gəlmişlər. Onun tərəfindən Cavabdeh qarşı “nikahın pozulmasına, az yaşlı övladlarının onun yanında qalmalarına və aliment məbləğinin tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2020ci il tarixli 2(005)-2975/2020 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasında bağlanmış 22 noyabr 2008-ci il tarixli nikahın pozulması, azyaşlı övladlarının onun yanında qalmaları və müvafiq aliment məbləğinin tutulması qət edilmişdir. Birgə nikah dövründə, yəni Cavabdeh 2006-cı il buraxılış ili olan “Toyota Prado” markalı **-XC-*** dövlət nömrə nişanlı avtomobili 10 oktyabr 2013-cü il tarixdə, 2010-cu il buraxılış ili olan “Toyota Prado” markalı **-XR-*** dövlət nişanlı avtomobili 22 noyabr 2010-cu il tarixdə, 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomonbili 28 aprel 2020-ci il tarixdə, 2010-cu il buraxılış ili olan “X37” markalı **-TR-*** dövlət nişanlı avtomobili 30 iyun 2020-ci il tarixdə, 2008-ci il buraxılış ili olan “Mercedes E350” markalı **-RM-*** dövlət nişanlı avtomobili 08 oktyabr 2014-cü il tarixdə, 1998-ci il buraxılış ili olan “Mercedes C200” markalı **-HB-*** dövlət nömrə nişanlı avtomobili 29 sentyabr 2014-cü il tarixdə və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobili 13 yanvar 2020-ci il tarixdə onların birgə nikah dövründə onun razılığı olmadan satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş X38 İdarəsi tərəfindən təqdim edilmiş 19 dekabr 2020-ci il tarixli, 016-116869-1220 nömrəli məktub da təsdiq edir. Bu avtomobillərin Cavabdeh tərəfindən özgəninkiləşdirilməsindən onun heç bir zaman xəbəri olmamış və avtomobillər satılarkən də onun razılığı alınmamışdır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların özgəninkiləşdirilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edilməli olan əqdlər kateqoriyasına aid edilmişdir. Bundan başqa ər-arvaddan birinin əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, sözügedən avtomobillər nikah dövründə əldə edilmiş, lakin sonradan Cavabdeh tərəfindən onun məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobil üzərində Cavabdeh tərəfindən sərəncam verilərkən onun həmin avtomobillər üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Xüsusi olaraq qeyd edilməlidir ki, mübahisələndirilən maşınların satılmasına dair heç vaxt onun razılığının olmadığını bildirsə də, buna əhəmiyyət verməmişdir. Buna görə də Cavabdeh ona bu barədə məlumat vermədən avtomobilləri satmışdır. Həmçinin qeyd edilməlidir ki, o Cavabdeh ilə arasında uzun müddət davam edən ailədaxili söz-söhbətlər və münaqişələrin nəticəsində onlar 2019-cu il tarixində onun tərəfindən nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmənin 2(005)-3424/2019 nömrəli iş üzrə iclas təyin edilmişdir. Lakin sonradan həmin məhkəmə iclası baxılmamış saxlanılmışdır. 2020-ci ilin ilk aylarından faktiki olaraq Cavabdeh ilə birlikdə yaşamırlar. Həmçinin işdə olan materiallardan görünür ki, mübahisələndirilən avtomobillərdən 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomonbili 28 aprel 2020-ci il tarixdə, 2010-cu il buraxılış ili olan “X37” markalı **-TR-*** dövlət nişanlı avtomobili 30 iyun 2020-ci il tarixdə və 2007-ci il buraxılış ili olan “Lexus GX470” markalı avtomobili 13 yanvar 2020-ci il tarixdə satılması onu göstərir ki, onların arasındakı münasibətlər kəskinləşmiş və boşanma həddinə çatdığı son bir il ərzində satmışdır. Həmin avtomobillərin özündən deyil real dəyərindən pul formasında pay tələb etmək hüququnu pozmuşdur. Mübahisəli avtomobillərin Cavabdeh ilə birgə nikah dövründə əldə edildiyindən avtomobillərin dəyərinin 2/3 hissədə onun xeyrinə ödənilməsinin təmin olunması qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin olunmalıdır. Beləliklə, göründüyü kimi, Cavabdeh tərəfindən mübahisə predmeti olan avtomobillər birgə nikah dövründə əldə edildiyindən həmin avtomobillərin dəyərinin tələb edilməsi üçün əsasdır. Yuxarıda deyilənlər onu deməyə tam əsas verir ki, alqı-satqı müqavilələri etibarsız hesab edilməli, avtomobillərin real dəyərinin pul formasında onun 2/3 hissədə pay hüququ müəyyən edilməlidir. 20.10.2021-ci il tarixdə İddiaçı nümayəndəsi və vəkili X25 iddia predmetinin dəyişilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılış olan “LEXUS GX470” markalı (BAN: JTJBT20X3********) avtomobil 13 yanvar 2020-ci il tarixdə satılmış 20 000 (iyirmi min) manatdan, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı (BAN: 1G1RE5SM6G7299799) avtomobil 28 aprel 2020-ci il tarixdə satılmış 14 000 (on dörd min) manatdan, 2010-cu il buraxılış ili olan “X37” markalı (BAN: JTMHU09J4A5035230) avtomobil 30 iyun 2020-ci il tarixdə satılmış 60 000 (altmış min) manatdan əldə olunmuş vəsaitdən uşaqların mənafeyini nəzərə alaraq 2/3 hissəsini onun payına, 1/3 hissəsini cavabdehin payının müəyyən edilməsinə və əldə olunmuş vəsaitdən payının 2/3 hissəsini Cavabdeh alınaraq ona ödənilməsinə, həmçinin həmin avtomobillərin alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birgə nikah dövründə əldə olunmuş Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan “TOYOTA PRADO” markalı ** XC *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan ‘TOYOTA PRADO” markalı ** XR *** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı ** RM *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan X37” markalı ** TR *** dövlət nişanlı, 2008-ci il buraxılış olan “MERCEDES E350” markalı ** RM *** dövlət nişanlı, 1998-ci il buraxılış olan “MERCEDES C 200” markalı ** HB *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “LEXUS GX470” markalı avtomobillərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin dəyərinin pul formasında 2/3 hissədə mənim və 1/3 hissədə cavabdehin payının bölünməsinə dair tərəfindən iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Həmçinin Cavabdeh məxsus 2006-cı il buraxılış ili olan TOYOTA PRADO” markalı (BAN: JTEBL29J0********) ** XC *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan TOYOTA PRADO” markalı (BAN:JTEBX9FJ3A5004990) ** UY *** dövlət nişanlı, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı (BAN: 1G1BE5SM6G7299799) ** ZS *** dövlət nömrə nişanlı, 2010-cu il buraxılış ili olan X37” markalı (BAN: JTMHU09J4A5035230) ** TT *** dövlət nişanlı, 2008-ci il buraxılış olan “MERCEDES E350” markalı (BAN: WDBUF56X48B298424) ** RP *** dövlət nişanlı, 1998-ci il buraxılış olan “MERCEDES C 200” markalı (BAN:WDB2020202F743285) ** BD *** dövlət nömrə nişanlı, 2007-ci il buraxılış olan “LEXUS GX470" markalı (BAN: JTJBT20X3********) ** VL *** dövlət nörmə nişanları avtomobillərin üzərinə həbs qoyularaq cərimə meydançasında yerləşdirilməsinə və bunun icrasını Baş X38 idarəsinə həvalə olunmasına dair ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Tərəfindən nikahın pozulmasına, azyaşlı övladlarının onun yanında qalmalarına və alimentin tutulmasına dair iddia ərizəsi ilə Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli 2(005)- 2975/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 22.11.2008-ci il tarixdə rəsmişləşdirilmiş nikahın pozulmasına, 23 iyun 2010-cu il tarixdə dünyaya gəlmiş X16, 26 mart 2012-ci il tarixdə dünyaya gəlmiş X8 onun yanında saxlanılması, cavabdehdən uşaqların saxlanılması üçün hər ay bir uşaq üçün 170 manat sabit pul məbləği olmaqla, ümumilikdə 340 manatı hər ay sabit pul məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Bildirmişdir ki, Cavabdeh qarşı tərəfindən 2019-cu il tarixdə də iddia qaldırılmış lakin sonrada məhkəmə barışıq üçün vaxt versə də aralarında barışıq olmamış elə 2019-cu il tarixdən faktiki birlikdə yaşamamışlar. Birgə yaşamaqları qeyri-mümkün olmuş və ona görə də aralarında olan nikah pozulmuşdur. Qeyd etmişdir ki, birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılış olan “LEXUS GX470" markalı (BAN: JTJBT20X3********) avtomobil 13 yanvar 2020-ci il tarixdə 20 000 (iyirmi min) manata, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE" markalı (BAN: 1G1BE5SM6G7299799) avtomobil 28 aprel 2020-ci il tarixdə 14 000 (on dörd min) manata, 2010-cu il buraxılış ili olan “X37” markalı (BAN: JTMHU09J4A5035230) avtomobil 30 iyun 2020-ci il tarixdə 60 000 (altmış min) manata satılmışdır. Faktiki olaraq qeyd edilən avtomobillər başqa şəxslərin adlarına özgəninkiləşdirilməsi zamanı onlar birlikdə yaşamırdılar. Yuxarıda deyilənlər onu deməyə tam əsas verir ki, birgə nikah dövründə əldə olunmuş avtomobillərin satışından qazanılan məbləğlərin 2/3 hissəsi onun payına, 1/3 hissəsi isə cavabdehin payına verilməlidir. Məhkəmə qərarı ilə 23 iyun 2010-cu il tarixdə dünyaya gəlmiş X16, 26 mart 2012-ci il tarixdə dünyaya gəlmiş X17 onun himayəsində qalması uşaqların mənafeyini nəzərə alınmaqla payının 2/3 hissəsini ona verilməsi məqsədəuyğun və qanunvericiliyə əsasən nəzərdə tutulmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X25 iddia ərizəsinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda 05.11.2021-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi Mənsimov Pərvin tərəfindən iddia ərizəsinin dəyişilməsi barədə ərizə təqdim edərkən iddia tələbini dəqiqləşdirməmiş və bir-birinə aidiyyəti olmayan iki tələb qoymuşdur. İddia tələbi qeyri-müəyyəndir. Belə ki, iddia ərizəsinin dəyişilməsi barədə ərizənin nəticə hissəsində birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxlış ili olan “Lexus GX470” markalı avtomobil 13.01.2020-ci il tarixdə satılmış 20.000 manatdan, 2016-cı il buraxlış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobil 28.04.2020-ci il tarixdə satılmış 14.000 manatdan, 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı 30.06.2020-ci il tarixdə satılmış 60.000 manatdan əldə olunmuş vəsaitdən uşaqların mənafeyini nəzərə almaqla 2/3 hissədə İddiaçı payının, 1/3 hissədə isə Cavabdeh payının müəyyən edilməsi və əldə olunmuş vəsaitdən payının 2/3 hisəssinin Cavabdeh alınaraq iddiaçıya ödənilməsini və həmçinin alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş edilmişdir. İddiaçı nümayəndəsi Mənsimov Pərvin tərəfindən iddia ərizəsinin dəyişilməsi barədə ərizədə alqı-satqı müqavilələrinin ləğv edilməsinin əsasları və səbəbləri göstərilməmişdir. 2007-ci il buraxlış ili olan “Lexus GX470” markalı avtomobil 13.01.2020ci il tarixdə satılmış, 2016-cı il buraxlış ili olan “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobil 28.04.2020-ci il tarixdə satılmış və X37” markalı **-TR-*** dövlət nömrə nişanlı 30.06.2020-ci il tarixdə satılmışdır. Hər üç nəqliyyat vasitəsi hal-hazırda başqa mülki dövriyyə iştirakçılarının mülkiyyətindədir.Müqavilənin ləğvi ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Yəni əmlakların yeni mülkiyyətçilərinin maraqları mövcud şəraitdə qorunmalıdır. Belə olan halda, mülki dövriyyənin digər iştirakçısı olan yeni mülkiyyətçinin istər milli, istərsə də beynəlxalq qanunvericiliklə qorunan mülkiyyət hüququndan məhrum edilməsinə hər hansı zərurət yoxdur. Belə ki, alqı-satqı müqavilələrinin ləğv edilməsi üçün AR MM-nin 421 və 422-ci madəllərində göstərilmiş hallar olmalıdır. Lakin belə halları AR MPM-nin 77.1-ci maddəsinə əsasən qarşı tərəf sübut edə bilməmişdir. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh və İddiaçı 22.11.2008-ci il tarixdə rəsmi nikaha giriblər və tərəflərin nikahı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.09.2020ci i tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmənin nəzərinə çatdırmaq istəmişdir ki, Cavabdeh 2011-2020-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində işləmiş, həmin illərdə cəmi 70.939.42 manat əmək haqqı almışdır. 06.07.2010-cu ildə 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini atası X1 Orxan Qalib oğlunun adına almış, nəqliyyat vasitəsinin şəhadətnaməsi Cavabdeh adına olsada nəqliyyat vasitəsinin faktiki sahibi və idarə edən X11 olmuşdur. 06.07.2010-cu ildə Cavabdeh heç bir yerdə işləməmiş 2010-cu il buraxlış ili olan “X37” markalı nəqliyyat vasitəsini almağa maddi imkanı olmamışdır. 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 30.06.2020-ci il tarixdə Orxanın adından X4 adına sənədləşdirilmiş, alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin 60.000 manata satılması göstərilmişdir. 24.11.2020-ci il tarixdə 2010-cu il buraxlış ili olan “X37” markalı nəqliyyat vasitəsi Cavabdeh atası X11 tərəfindən Orxanın anası X2 adına sənədləşdirilmiş, alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin 55.000 manata satılması göstərilmişdir. 24.11.2020-ci il tarixdə 2010-cu il buraxlış ili olan “X37” markalı nəqliyyat vasitəsi X2 adından X9 adına sənədləşdirilmiş, alqı-satqı müqaviləsində nəqliyyat vasitəsinin 50.000 manata satılması göstərilmişdir. 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 30.06.2020-ci il tarixdə Orxanın adından atası X4 adına satılan zaman nəqliyyat vasitəsinin dəyəri 60.000 manat göstərilsə də, 2010-cu il buraxlış ili olan “X37” markalı maşın faktiki olaraq X3 mülkiyyətində və istifadəsində olmuş və həmin nəqliyyat vasitəsinə görə ödənilmiş pul X4 pulu olmuş və həmin pulun və nəqliyyat vasitəsinin Cavabdeh aidiyyəti olmamışdır. 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı ilə Cavabdeh birgə nikah dövründə almsada formal olaraq cavabdehin atası tərəfindən Orxanın adına sənədləşdirilmiş, sonradan 30.06.2020-ci il tarixdə Orxanın adından X4 adma keçirilmiş və həmin nəqliyyat vasitəsinə görə cavabdeh heç bir miqdarda pul əldə etməmişdir. Bütün bu xüsusatları yəni 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh atası X5 məxsus olmasını İddiaçı da yaxşı məlum olmuşdur. 2010-cu il buraxlış ili olan “X37” markalı nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddələrində nəzərdə tutulmuş İddiaçı ilə Cavabdeh nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyəti hesab olunması ilə bağlı müddəanın tətbiq edilə bilməz və həmin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilmir. Belə ki, həmin nəqliyyat vasitəsi Cavabdeh adına formal olaraq alınmış, sonradan 2010-cu il buraxlış ili olan “X37” markalı **-TR-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin Cavabdeh adma sənədləşdirilmişdir. Birgə nikah dövründə Cavabdeh maddi ehtiyacı olduğu üçün tanışı X12 15.000 manat borc pul almışdır. **-RM-*** dövlət nişanlı “Lexus GX470” markalı avtomobili və “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrini satdıqdan sonra 2020-ci ilin yanvar və aprel aylarında X12 aldığı borcu qaytarmışdır.Birgə nikah dövründə Cavabdeh 08.10.2014-cü il tarixdə 2007-ci il buraxlış ili olan **-RM-*** dövlət nişanlı “Lexus GX470” markalı avtomobili almış, həmin nəqliyyat vasitəsini 13.01.2020-ci il tarixdə 20.000 manata satmışdır. Birgə nikah dövründə "xxxx" ASC-nin Sumqayıt filialından Cavabdeh 01.08.2019-cu il tarixdə 0784/İK-19 saylı kredit müqaviləsi əsasında kredit götürmüş və 13.01.2020-ci il tarixdə “Lexus GX470” markalı avtomobili satdıqdan sonra banka 250 manat, 17.01.2020-ci il tarixdə 2.704,68 manat ödəniş edərək banka olan borcunu bağlamış, ümumilikdə banka 7.848,68 manat borcunu ödəmiş və kredit borcunu tam bağlamışdır. Həmin nəqliyyat vasitəsinin satışından sonra əldə edilmiş puldan 2954,68 manat banka ödəniş etdikdən sonra Cavabdeh əlində cəmi 17.045, 32 manat pul qalmış, həmin puldan 5000 manatını 2020-ci ilin yanvar ayının sonlarında X20 olan borcundan vermiş və sonuncuya 10.000 manat borclu qalmışdır. Cavabdeh “Turanbankın” Sumqayıt filahna və X20 olan borcundan verdikdən sonra əlində 12.045,32 manat pul qalmış, bundan başqa birgə nikah dövründə Cavabdeh 21.01.2020-ci il tarixdə "xxxx" ASC-nin Sumqayıt filialından 0071/İK-20 saylı kredit müqaviləsi əsasında kredit götürmüşdür. Bundan sonra Cavabdeh “Lexus GX470” markalı avtomobilin alqı- satqısından əldə etdiyi puldan əlində olan 12.045,32 manatın üzərinə kredit götürdüyü puldan 2000 manat qoyaraq 14.000 manata 13.03.2020-ci il tarixdə “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili almış, “Lexus GX470” markalı avtomobilin üzərində olan **-RM-*** dövlət nişanı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuşdur. “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili 28.04.2020-ci il tarixdə X21 14.000 manata satılmışdır. “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin satılmasından əldə edilmiş 14.000 manat pulun 10.000 manatı dərhal X20 olan borcundan vermişdir. Bundan sonra Abdullzadə Orxan “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin alqısatqısından əldə etdiyi puldan X20 borcunu qaytardıqdan sonra əlində 4000 manat pul qalmış və cavabdeh 28.04.2020-ci il tarixdən sonra banka 4176,18 manat pul ödəmişdir. Belə ki, Cavabdeh 29.04.2020-ci il tarixdə 900 manat, 09.06.2020-ci il tarixdə 420 manat, 06.07.2020-ci il tarixdə 2,856,18 manat "xxxx" ASC-nin Sumqayıt filialına olan borcundan ödəniş etmiş və 06.07.2020-ci il tarixdə son ödəniş edərək ümumilikdə 8.757,48 manat banka olan borcunu ödəmiş və kredit borcunu tam bağlamışdır. Göründüyü kimi, maddi ehtiyacı olduğu üçün tanışı 2019-cu ildə X12 15.000 manat borc pul almış, **-RM-*** dövlət nişanlı “Lexus GX470” markalı avtomobili və “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrini satdıqdan sonra 2020-ci ilin yanvar və aprel aylarında X12 aldığı borcu tam qaytarmışdır. Mülki iş üzrə mübahisə predmeti olan 2007-ci il buraxlış ili olan “Lexus GX470” markalı avtomobil 13.01.2020-ci il tarixdə satılmasından ələd edilmiş 20.000 manatın 2016-cı il buraxılış ili olan “Chevrolet Cruze” markalı **- RM-*** dövlət nömrə nişanlı avtomobil 28.04.2020-ci il tarixdə satılmasından əldə edilmiş 14.000 manatın Cavabdeh birgə nikah dövründə əldə edilmiş borclarına xərcləndiyi üçün İddiaçı iddiası rədd edilməlidir. Belə ki, Cavabdeh birgə nikah dövründə 2019-cu ildə X12 15.000 manat borc almış, “Lexus GX470” markalı avtomobil 13.01.2020-ci il tarixdə satarkən Nübara 5000 manatını, Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili 28.04.2020-ci il tarixdə satdıqdan sonra isə 10.000 manatını ödəmiş. Birgə nikah dövründə "xxxx" ASC-nin Sumqayıt filialından Cavabdeh 01.08.2019-cu il tarixdə 0784/İK-19 saylı kredit müqaviləsi əsasında və 21.01.2020-ci il tarixli "xxxx" ASC-nin Sumqayıt filialından 0071/İK-20 saylı kredit müqaviləsi əsasında kredit götürümüş və ümumilikdə banka 2019- 2020-ci illərdə 16.606,16 manat ödəniş etmiş, həmin məbləğin 2954,68+8.757,48= 11.712,16 manatını “Lexus GX470” və “Chevrolet Cruze” markalı nəqliyyat vasitələrini satdıqdan sonra nəqliyyat vasitələrini satılmasından əldə edilmiş pulla ödəmişdir. Bundan başqa “Lexus GX470” markalı avtomobili satdıqdan sonra əldə edilmiş 20.000 manat puldan Cavabdeh "xxxx" ASC-nin Sumqayıt filialına və X20 olan borcundan verdikdən sonra əlində 12.045,32 manat pul qalmış və o həmin pulun üzərinə kredit götürdüyü puldan 2000 manat qoyaraq 14.000 manata 13.03.2020-ci il tarixdə “Chevrolet Cruze” markalı **- RM-*** dövlət nömrə nişanlı avtomobili almış, “Lexus GX470” markalı avtomobilin üzərində olan **- RM-*** dövlət nişanı “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuşdur. “Lexus GX470” markalı avtomobili və “Chevrolet Cruze” markalı **-RM-*** dövlət nömrə nişanlı avtomobili alqı-satqısından əldə edilmiş maliyyə vəsaitləri Cavabdeh ilə İddiaçı birgə nikah dövründə götürülmüş kreditlərin və borcların ödənilməsinə yönəldiyi üçün həmin vəsaitlərdən heç bir məbləğdə Cavabdeh maddi vəsait əldə etməmişdir. Bu səbəbdən İddiaçı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə iclasında şahid X26 ifadə verərək bildirmişdir ki, Orxan onun atasının tanışı olmuşdur. Onu sürücülük vəsiqəsi alarkən tanımışdır. 2019-cu il tarixdə Orxana 15000 manat məbləğində borc vermiş, bu zaman borcun verilməsinə dair hər hansı qəbzə imza etdirməmişdir. Pul onun şəxsi vəsaiti olmuş və həmin vəsaiti atası ilə birlikdə şəxsən özü vermişdir. Bundan sonra Orxan ona 2020-ci ilin yanvar ayında 5000 manat, aprel ayında isə 10.000 manat geri qaytarmışdır. Orxanın borca hansı məqsədlə pul götürməsi barədə məlumatı olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 13.07.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 482972 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 23.06.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X13 yazılmışdır. Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən 24.04.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 862424 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 26.03.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X13 yazılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(005)-2975/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə X13 arasında 22 noyabr 2008-ci il tarixdə Bakı Nikah evində qeydə alınmış və 3922 akt qeydi ilə rəsimləşdirilmiş nikahın pozulması, 23 iyun 2010-cu il təvəllüdlü X16 və 26 mart 2012-ci il təvəllüdlü X17 anaları X6 yanında saxlanılması, Cavabdeh 23 iyun 2010-cu il təvəllüdlü X16 və 26 mart 2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat hər ay sabit pul məbləğində aliment X10 ödənilməsi, alimentin tutulma vaxtı 20.08.2020-ci il tarixdən hesablanılması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. 30.06.2020-ci il tarixdə satıcı-Cavabdeh ilə alıcı-X11 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh buraxılış ili 2010-cu il olan X37 minik markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili 60.000 manata X4 mülkiyyətinə vermişdir. 13.01.2020-ci il tarixdə satıcı-Cavabdeh ilə alıcı-X23 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh buraxılış ili 2007-ci il olan Lexus GX 470 minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili 20.000 manata X14 mülkiyyətinə vermişdir. 28.04.2020-ci il tarixdə satıcı-Cavabdeh ilə alıcı-X27 arasında bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh buraxılış ili 2016-cı il olan Chevrolet Cruze minik markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobili 14.000 manata X18 mülkiyyətinə vermişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı 22.11.2008-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahdan 23 iyun 2010-cu il təvəllüdlü X16 və 26 mart 2012-ci il təvəllüdlü X17 anadan olmuşdur. Daha sonra tərəflər arasındakı nikah Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23.09.2020-ci il tarixli, 2(005)-2975/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmamış uşaqlar iddiaçı-anaları İddiaçı himayəsindədir. Tərəflərin birgə nikahda olduqları dövrdə əmlaklar əldə etmiş, hazırkı mülki iş üzrə mübahisə predmetini bu əmlaklar sırasına daxil olan 2007-ci il buraxılış olan “LEXUS GX470” markalı (BAN: JTJBT20X3********) avtomobil, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı (BAN: 1G1RE5SM6G7299799) avtomobil, 2010-cu il buraxılış ili olan “X37” markalı (BAN: JTMHU09J4A5035230) avtomobil təşkil edir. Tərəflər arasında olan nikah münasibətləri 2020-ci ilin yanvar ayından pozulmuş və ayrı yaşamışlar. Belə ki, iddiaçı tərəf həmin müddətdən əvvəl də nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin ailələrin müdaxiləsi ilə tərəflər barışmış və iddia ərizəsi baxılmamış saxlanılmışdlrş İş üzrə İddiaçı məhkəməyə müraciət edərək 2007-ci il buraxılış olan “LEXUS GX470” markalı (BAN: JTJBT20X3********) avtomobil, 2016-cı il buraxılış ili olan “CHEVROLET CRUZE” markalı (BAN: 1G1RE5SM6G7299799) avtomobil, 2010-cu il buraxılış ili olan “X37” markalı (BAN: JTMHU09J4A5035230) avtomobillərin satışından əldə olunmuş məbləğin 2/3 hissəsinin hesablanaraq cavabdehdən onun xeyrinə tutulmasını və həmin avtomobillərə dair bağlanmış alqısatqı müqavilələrinin ləğv edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir; 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır; 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir; 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir; 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılışlı “LEXUS GX470” markalı avtomobil 13 yanvar 2020-ci il tarixdə 20.000 (iyirmi min) manata, 2016-cı il buraxılışlı “CHEVROLET CRUZE” markalı avtomobil 28 aprel 2020-ci il tarixdə 14.000 (on dörd min) manata, 2010-cu il buraxılışlı “X37” markalı avtomobil 30 iyun 2020-ci il tarixdə 60.000 (altmış min) manata alqı-satqı müqavilələri ilə digər şəxslərin (alıcıların) mülkiyyətinə keçmişdir. Göründüyü kimi tərəflər arasında münasibətlər 2020-ci ilin yanvar ayından pozuqduqdan sonra Cavabdeh avtomobillərə dair alqı-satqı müqavilələri bağlamış, lakin alqısatqılar zamanı İddiaçı razılığı alınmamışdır. Məhkəmə hesab edir ki, avtomobillər tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar olduğundan İddiaçı həmin avtomobillərin satışından əldə edilmiş gəlirə payı müəyyən edilməlidir. Təqdim edilmiş alqı-satqı müqavilələrindən görünür ki, avtomobillərin ümumi alqı-satqı dəyəri 60000+20000+14000=94.000 təşkil etmişdir. Məhkəmə hazırkı işin hallarını və tərəflərin birgə nikahından doğulmuş 23 iyun 2010-cu il təvəllüdlü X16 və 26 mart 2012-ci il təvəllüdlü X8 anaları X6 himayəsində olmasını nəzərə alaraq İddiaçı avtomobillərin satışından əldə edilmiş gəlirə 2/3 hissədə payının müəyyən edilməsi qənaətinə gəlir. Yəni 94000:3x2=62666,67 (altmış iki min altı yüz almış altı manat, altmış yeddi qəpik) manat cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. İddiaçının digər tələbi “avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsi” tələbidir ki, avtomobillərin dəyərinin 2/3 hissəsinə iddiaçının payı müəyyən edildiyindən müqavilələrinin ləğv edilməsi hissəsə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Birgə nikah dövründə əldə olunmuş 2007-ci il buraxılışlı “LEXUS GX470” markalı avtomobilin 13 yanvar 2020-ci il tarixdə satışından əldə olunmuş 20.000 (iyirmi min) manatın, 2016-cı il buraxılışlı “CHEVROLET CRUZE” markalı avtomobilin 28 aprel 2020-ci il tarixdə satışından əldə olunmuş 14.000 (on dörd min) manatın, 2010-cu il buraxılışlı “X37” markalı avtomobilin 30 iyun 2020-ci il tarixdə satışından əldə olunmuş 60.000 (altmış min) manatın 2/3 hissəsinə İddiaçı payı müəyyən edilsin və əldə olunmuş vəsaitdən cəmi 62.666,67 (altmış iki min altı yüz almış altı manat, altmış yeddi qəpik) manatı Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1569/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1569/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver