Məhkəmə qərarları › İş №2(005)-1570/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1570/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1570/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı2 və cavabdeh LPO ”xxxxxxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosessində olan CavabdehAzərbaycan Respublikasının X1rşı kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosessində olan CavabdehAzərbaycan Respublikasının X1rşı kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2013- 2014-cü illərdə “xxxxxxxxx" ASC-dən əvvəlcə 4000 manat kredit götürmüşlər, onun 2000 manat hissəsi qalanda əlavə kredit götürmüşlər ki, özlərinə avtomobil alsınlar. Bu məqsədlə “Ford Tranzit" markalı ** HT *** dövlət nömrə nişanlı avtomobili almışlar. Tərəfindən ABŞ dolları 0.78 manat, eləcə də 1.05 manat olanda da vaxtı-vaxtında ödənişləri olmuşdur. Belə ki, 1.05 manat olduğu zaman onunla müqaviləyə əlavə bağlanmış və müddət uzadılmışdır. Lakin, 1 ABŞ dolları 1.70 manat və ondan yuxarı olan dövrdə krediti ödəmək imkanı olmamış və məcbur olub ödəməni dayandırmışlar. Sonrakı dövrdə bank onu məhkəməyə verərək, kredit müqaviləsi üzrə ödənilməmiş məbləğin qaytarılmasını tələb etmişdir. Füzuli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı məhkəmə əmri ilə onlardan müştərək qaydada 6443.35 ABŞ dolları əsas borc, 1214.64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla cəmi 7944.51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxxxxxxxx" ASC-nin xeyrinə tutulması barədə qət edilmişdir. Məhkəmə əmrinin icrası ilə bağlı onları ‘'xxxxxxxxxx" ASC-nin inzibati ofisinə dəvət etmiş və həmin vaxt təklif etmişlər ki, kredit borcunun bağlanması və məhkəmə əmrinin tam icra olunması ilə bağlı 8000 manat ödəniş olunduğu halda, tələblərindən imtina edəcəklər. Məcbur olub götürdükləri kredit üzrə alınmış “Ford Tranzit" markalı ** HT *** dövlət nömrə nişanlı avtomaşını təcili olaraq dəyərindən qat-qat ucuz qiymətə satıb pulunu banka ödəmişlər. Yekunda isə "xxxxxxxxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli xx xxx 5745 saylı məktubla icra şöbəsinə məktub göndərilmişdir. Göründüyü kimi, 2017-ci ildən hal-hazıradək olan dövrdə kredit müqaviləsi üzrə öhədlikləri icra etdikləri halda, bankın ləğvedieisi kimi ona həvalə edilmiş öhdəliklərin icrasından yayınmış, kredit borcu üzrə barələrində olan məlumatları mərkəzləşdirlmiş kredit reyestrinə daxil etməmiş, nəticədə Prezidentin məlum Fərmanı üzrə onlara ödənilməli olan pul vəsaitinin vaxtında verilməsindən məhrum olmuşlar. Bu baxımdan hesab edirlər ki, mənəvi ziyanın məbləğinin 50000 manat olması daha ağlabatandır. Qeyd edilənləri nəzərə alaraq, “xxxxxxxxx” ASC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin ödənilməsi və 50000 manat mənəvi zərərin əvəzinin cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh LPO ”xxxxxxxx” ASC-nin nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini bildirdi və iddia ərizəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər İddiaçı1 məlumat verilməsinə baxmayaraq, heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “xxxxxxxxx” X6 tərəfindən Füzuli rayon İcra Şöbəsinə ünvanlandığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı icra vərəqəsi üzrə icra işinə İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Şamaxı rayon İcra Şöbəsinin xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı icra vərəqəsindən görünür ki, qeyd edilən icra işinə xitam verilmişdir. İş materiallarında olan Füzuli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)- 4606/2016 saylı məhkəmə əmrindən görünür ki, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 6443.35 ABŞ dolları əsas borc, 1214.64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla cəmi 7944.51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxxxxxxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarında olan CavabdehAzərbaycan Respublikasının X2nun İddiaçı1 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun xx xxxxxx 2019-cu il tarixli ərizəyə ləğv prosesində olan Cavabdehmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. İddiaçı1 ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 8037.39 ( səkkiz min otuz yeddi, 39 ) ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı1 bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə xx xxxxxx 2016-cı il tarixli 2(064)- 4606/2016 saylı məhkəmə əmri ilə İddiaçı1 və İddiaçı2 müştərək qaydada “xxxxxxxxx” ASC-nin xeyrinə 7944.51 (yeddi min doqquz yüz qırx dörd, 51) ABŞ dolları və 20 (iyirmi) manat dövlət rüsumu borcun tutulması əmr edilmişdir. Əmr qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Əmr qüvvəyə mindikdən sonra banka 5019.5 (beş min on doqquz, 50) ABŞ dolları ödəniş həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixə sözügedən əmr üzrə "xxxxxxxxx" ASC qarşısında 2925.01 (iki min doqquz yüz iyirmi beş,01 ) ABŞ dolları borc öhdəliyi mövcuddur. Qeyd olunan borc məbləğinin ödənilməsi tövsiyyə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən mülki işin araşdırılmış hallarından görünür ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(064)-4606/2016 saylı məhkəmə əmri ilə İddiaçı1 və İddiaçı2 müştərək qaydada 6443.35 ABŞ dolları əsas borc, 1214.64 ABŞ dolları faiz borcu və 286,52 ABŞ dolları cərimə olmaqla cəmi 7944.51 ABŞ dolları əsas borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxxxxxxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İş materiallarından məlum olur ki, İddiaçı1 tərəfindən icra sənədi üzrə borc müəyyən şərtlərlə tam ödənilmişdir və Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata tələbkarın ərizəsi əsasında xitam verilmişdir. Qeyd edilənləri əsas tutaraq məhkəmə İddiaçı1 və İddiaçı2 bank qarşısında icra edilməmiş öhdəliyinin olmaması qənaətinə gəlir və “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə İddiaçı1 və İddiaçı2 borcunun olmaması barədə müvafiq arayışın verilməməsi üçün hər hansı bir əsas görmür. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, “xxxxxxxxx” ASC tərəfindən xx.xx.2014cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə İddiaçı1 və İddiaçı2 borcunun olmaması barədə müvafiq arayışın verilməsi öhdəliyi Ləğv prosessində olan “xxxxxxxxx” ASC-nə həvalə edilməlidir. Məhkəmə İddiaçı1 və İddiaçı2 mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X7 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X7 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və X7 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx xxx 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçıların fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı1 və İddiaçı2xx.xx.2014-cü il tarixdə bağlanmış ********* saylı kredit müqaviləsi üzrə borcun olmaması barədə müvafiq arayışın verilməsi vəzifəsiLəğv prosessində olan “xxxxxxxxx” ASC-nin üzərinə vəzifə kimi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar