Məhkəmə qərarları › İş №2(005)-1592/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1592/2021

17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1592/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsi üzrə oğlunun əsas borc üzrə 2284.78 (iki min iki yüz səksən dörd manat 78 qəpik) manat, faiz borcu üzrə 539.46 (beş yüz otuz doqquz manat 46 qəpik) manat, cəmi 2824.24 (iki min səkkiz yüz iyirmi dörd manat 24 qəpik) manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx» ASC-nin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə illik 20 % dərəcəsi ilə hesablanmaqla, 2350 (iki min üç yüz əlli manat 0 qəpik) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdeh müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Yuxarıda adı çəkilən xx.xx.2019-cu il tarixli, BPM**********46 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh əsas borc üzrə 2284.78 (iki min iki yüz səksən dörd manat 78 qəpik) manat, faiz borcu üzrə 539.46 (beş yüz otuz doqquz manat 46 qəpik) manat, cəmi 2824.24 (iki min səkkiz yüz iyirmi dör manat 24 qəpik) manat borcu mövcuddur. Məhkəmə iclasında iştirak edən “xxxx” ASC-nin nümayəndəsi X1 qızı iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; xx.xx.2019-cu il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2019-cu il tarixli BPM **********46 nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 48 (qırx səkkiz) ay müddətində (xx-xx-2023) 2350 (iki min üç yüz əlli 0 qəpik) məbləğində, kreditdən istifadəyə görə illik 20% (iyirmi) faiz ödəmək şərtilə verməyi, borc isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli BPM **********46 nömrəli kredit müqaviləsinə əlavə edilən kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, Cavabdeh cədvəl üzrə aylıq 71.6 (yetmiş bir manat altı qəpik) manat məbləğində ödəniş etməlidir. xx.xx.2019-cu il tarixli məxaric orderinin surətindən görünür ki, cavabdeh 2326.50 (iki min üç yüz iyirmi altı manat əlli qəpik) manat məbləğində pul vəsaitini şəxsi imzası ilə təsdiq edərək qəbul etmişdir. xx.xx.2021-ci il tarixli 1538 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh borc üzrə cəmi tələb edilən məbləğ 2824.24 (iki min səkkiz yüz iyirmi dörd manat iyirmi dörd qəpik) manat və rüsum üzrə cəmi tələb edilən məbləğ 30.40 (otuz manat qırx qəpik) manatdır. Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli 22-5253/2020 nömrəli kredit borcu barədə bildirişin surətindən görünür ki, BPM**********46 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə 2284.78 (iki min iki yüz səksən dörd manat 78 qəpik) manat əsas borc və ona hesablanmış faiz borcu mövcuddur. BPM**********46 nömrəli xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirmədiyi təqdirdə qanunvercilklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət ediləcəkdir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1954-cü ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1954-cu ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli BPM**********46 saylı kredit müqaviləsinə əsasən isə 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2350,0 manat kredit verilmişdir. Lakin Cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə BPM**********46 saylı kredit müqaviləsinə əsasən 2284,78 manat əsas, 539,46 manat faiz, cəmi 2824,24 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2284,78 (iki min iki yüz səksən dörd, 78 qəpik) manat əsas, 539,46 (beş yüz otuz doqquz manat, 46 qəpik) manat faiz, borcu olmaqla, cəmi 2824,24 (iki min səkkiz yüz iyirmi dörd manat, 24 qəpik) manat məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar