Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1610/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 27.12.2013-cü il təvəllüdlü X2 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün aylıq gəlirinin (qazancın) 3/1 (üçdə bir) hissəsində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 10.02.2020-ci il tarixli, 2(005)- 928/2020 saylı qətnaməsi ilə “27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün, hər ay hər bir uşağa görə 170 manat olmaqla, iki uşağın cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Daha sonradan alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nərimanov Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(005)- 1595/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 09.03.2021-ci il tarixdən başlayaraq, Cavabdeh 27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşınadək saxlanılması üçün tutulan aliment məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat məbləğində pul tutularaq ödənilməsi qət edilmişdir. Qətnamə çıxarılan dövrdən müəyyən müddət keçib. Bu müddət ərzində uşaqlar bir az da böyüyüb, təbii ki, onların tələbatı da artıb, habelə iqtisadiyyatda da müxtəlif dəyişikliklər baş verdiyi üçün müxtəlif qiymət yüksəlişi hiss olunur. Minimum yaşayış həddi artığı üçün, hazırda 175 (bir yüz yetmiş beş) manat pul məbləğində ödənilən aliment uşaqların sağlamlığına, təhsilinə, dünya görüşünün artırılmasına xərclənən məsrəfləri ödəmir. Uşaqların geyimi və yeməyi, istirahəti və tərbiyəsi tamamilə iddiaçının üzərinə düşür. Nikah pozulduqdan sonra cavabdeh uşaqlarına layiqli diqqət yetirmir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli 2(005)-1595/2021 nömrəli qətnaməsi ilə tutulmuş 350 manat məbləğində alimenti, icra məmurlarına edilmiş şikayətlərdən sonra gecikmələrlə ödəyir. Qeyd olunanlara əsasən hazırda təyin olunan aliment miqdarı artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X4 Xidmətindən alınmış məktubdan görünür ki, Cavabdeh ”S.D. VİRELİNE LİMİTED” Şirkətinin Azərbaycan Respublikası Filialında əmək müqaviləsi üzrə “Əməyin mühafizəsi və təhlükəsizlik mühəndisi” vəzifəsində işləyir. Əmək haqqı 1620 manat təşkil edir. Cavadeh uşaqları ilə maraqlanmır, valideyin üzərində düşən vəzifə və öhdəliklərini yetərincə icra etmir. Cavadeh hazırda yuxarıda qeyd olunan şirkətdə mühəndis işləyir və yaxşı gəlirə malikdir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1595/2021 nömrəli, 09.03.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi təmin edilmiş, 27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. - Asan 1 tərəfindən verilmiş 23.10.2016-cı il tarixli, seriya AZE № 11440639 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27.12.2013-cü ildə Bakı şəhərində anadan olmuş X6 ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. - Asan 1 tərəfindən verilmiş 23.10.2016-cı il tarixli, seriya AZE № 11440642 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15.01.2015-ci ildə Bakı şəhərində anadan olmuş X7 ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası ƏƏSMN-yi yanında X5 Xidməti tərəfindən verilmiş xxxxxxx000500 nömrəli 01.10.2021-ci il tarixli əmək müqaviləsi bildirişdən görünür ki, Cavabdeh ”S.D. VİRELİNE LİMİTED” Şirkətinin Azərbaycan Respublikası Filialında əmək müqaviləsi üzrə “Əməyin mühafizəsi və təhlükəsizlik mühəndisi” vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 1620 manat təşkil edir. Məhkəmə AR Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 76, 78, 112.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını nəzərə alaraq, alimentin məbləğinin artırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görəqazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, tərəflər arasında olan rəsmi nikahdan 27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə yaşayır. Cavabdehin daimi iş yeri və onun aylıq gəlir müəyyən olunmuşdur. Buna görə də, məhkəmə alimentin cavabdehin qazancının 3/1 hissəsində təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd olunana maddi hüquq normaları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, 27.12.2013-cü il təvəllüdlü X2 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay aylıq gəlirlərinin 3/1 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1595/2021 nömrəli, 09.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh 27.12.2013-cü il təvəllüdlü X6 və 15.01.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmalarına görə hər ay aylıq gəlirlərinin 3/1 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1610/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1610/2022
19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver