Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1617/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “səhvən köçürülmüş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “səhvən köçürülmüş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin “Ağcabədi” filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2014-2019-cu illərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt xx xxxx 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitini ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətinə ödəmişdir. O, bu barədə filial müdirinə məlumat vermiş, sonuncu isə öz növbəsində bu yanlışlığın onun səhfi üzündən baş verdiyi üçün öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəməyi, bank bu pulu geri qaytardıqdan sonra öz pulunu götürəcəyini bildirmişdir. O da filial müdirinə inanaraq həmin pulu borc tapıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. İşlədiyi dövrdə dəfələrlə bankın Ağcabədi filialının miidriyyətindən öz vəsaiti hesabına (borc pul alaraq) ödədiyi pulun ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etsə də, sonuncu ona narahat olmamağı və bu barədə rəhbərliyə məlumat verdiyini, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına vergi sərəncamı qoyulduğundan məsələnin həllinin bir az uzandığını və qısa bir müddətdə məsələnin həll olunacağını bildirmişdir. Bir müddət sonra isə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı bağlanmış və bütün filial işçiləri işsiz qalmışdır. Bundan sonra o çarəsiz qalıb Dövlət Vergi Xidmətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə məsələnin həllinə köməklik göstərilməsi ilə bağlı rəsmi müraciətlər etmişdir. Dövlət Vergi Xidmətindən bununla bağlı bildirilmişdir ki, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə niüraciət etməyi tövsiyyə edilmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi məsələnin həllinə bilavasitə köməklik göstərməli olsa da, təəssüf ki, onlar da məhkəməyə müraciət etməyini tövsiyyə etmişdilər. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş cavabda səhvən ödənilmiş pulun ona geri qaytarılmasına etiraz olunmadığı bildirilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı müraciətinə isə heç bir cavab ala bilməmiş və sonradan ona məlum olmuşdur ki, həmin Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmış və pulun ona geri qaytarılması üçün onlar tərəfindən hər hansı bir hüquqi hərəkətin edilməsi mümkün deyildir. Halhazırda təqaüddədir yə xəstə olduğundan müalicəyə ehtiyacı vardır. Bu səbəbdən də, onun halal pulunun ona qaytarılması üçün ancaq qanunamüvafıq tədbir görüləcəyi yerin hal-hazırda məhkəmə olacağına inanır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia ərizəsinə yazılı etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2014-cü ildən 2019-cu ilədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt xx xxxx 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Hal-hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd etmək lazımdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixində xitam verilmişdir. Hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi hüququnun pozğunluğuna aşkar etdiyi gündən etibarən 1 (bir) il ərzində məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 2(005)-1617/2021 nömrəli mülki iş üzrə İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxsin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdexxxxərə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür; xx xxxx 2018-ci il tarixli ödəniş tapşırığının surətindən və məzmunundan görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti köçürülmüşdür; xx xxxx 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir; xx xxxx 2018-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından İddiaçı tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına 208 (iki yüz səkkiz) manat məbləğində köçürülmüş pul vəsaiti səhv ödənilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanladığı xx xxxx 2020-ci il tarixli **********359400 nömrəli məktubunun surətindən və məzmunundan görünür ki, onu səhvən digər şirkətin hesablaşma hesabına artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə müraciətinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4cü maddəsmə əsasən artıq ödənilmiş, vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2019-cu il tarixli 313 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Qərarı ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi gdəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir Qeyd edilənlərlə əlaqədar bildirilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən ödəyicinin şəxsi hesab vərəqəsində artıq ödəmə olduğu təqdirdə qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin-qaytarılması məsələsinə baxıla bilər. Bununla yanaşı, səhvən digər şəxsin hesabına köçürülmüş məbləğlərin qaytarılması zamanı yaranan mübahisələrin həlli ilə bağlı aidiyyəti üzrə məhkəmələrə müraciət etməyi tövsiyə edilmişdir; İddiaçı tərəfindən “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə ünvanladığı ərizənin surətindən və məzmunundan görünür ki, o 2014-2019-cu illərdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyim vaxt, xx xxxx 2018-ci il tarixdə hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaiti ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Sonradan bu yanlışlıq onun səhvi üzündən baş verdiyi üçün o öz vəsaiti ilə yuxarıda qeyd olunan məbləği “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Lakin bu günədək hələ də özündən ödədiyi pul vəsaitini geri ala bilməmişdir. Bu səbəbdən də, onun Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli olan, lakin səhvən digər bir Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş pul vəsaitinin banka geri qaytarılaraq ona ödənilməsinə köməklik göstərilməsi və ya buna etiraz etməməyi xahiş etmişdir; “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 0241/xxxx nömrəli məktubunun məzmunundan görünür ki, daxil olmuş müraciətə müvafiq qaydada baxılmış və məlumat üçün bildirilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialından xx xxxx 2018-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyətində olan “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin hesabına 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində vəsait mədaxil edilmişdir. Bununla əlaqədar digər Məhdud Məsuliyyətli Cəmiyyətinə səhvən ödənilmiş pul vəsaitinin İddiaçı geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdilər; Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı xx xxxxxx 2021-ci il tarixli M/20-95 nömrəli məktubunun məzmunundan görünür ki, onun Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı müraciəti bank tərəfindən araşdırılmışdır. Müvafiq müraciətə cavab olaraq, onun tərəfindən səhv əməliyyatın aparılmasına görə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülən vəsaitin geri tələb edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur; xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2014-cü ildən 2019-cu ilədək Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işləmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt xx xxxx 2018-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Hal-hazırda İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq ödənilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında əmək müqaviləsinə xx xxxxxx 2019-cu il tarixində xitam verilmişdir. Məhkəmə hesab edir ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt xx xxxx 2018ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səkkiz) manat məbləğində pulu ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin baş ofisində yerləşən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödəmişdir. Müvafiq pul vəsaitinin geri qaytarılması ilə bağlı iddiaçı şəxs cavabdeh təşkilata müraciət etsə də, müvafiq müraciətin bir nəticəsi olmamış, cavabdeh təşkilat iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə müraciət edərək İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səksən) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddia ərizəsi təmin edilməsinə baxmayaraq, iddia ərizəsi üzrə tələb edilmədiyindən iddiaçı şəxsin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2.200 (iki min iki yüz) ABŞ dolları və 208 (iki yüz səksən) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1617/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1617/2021
27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver