Məhkəmə qərarları › İş №2(005)-163/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-163/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-163/2024 04.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-yə şkaf üçün ödədiyi 3283.26 manat, razılaşmanın şərtinə əsasən malın gec təhvil verilməsi üçün 777.18 (hər gecikmə gününə hesablanan 3283.26 manatın 0.2%x120 gün (18 dekabr 2022 – 18 aprel 2022)), məhkəməyə iddianın verilməsi ilə bağlı çəkdiyi 60.15 manat dövlət rüsumunun, ümumilikdə 4075.59 manat məbləğində pulun Cavabdeh MMC-dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-163/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş üzrə rə daxıl olmuş, işin icraatı təzələnmişdir. Məhkəmə prosesləri gedişatında İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil işin məhkəmədənkənar həlli, barışıqla sonlandırılması təklif olunmuş, tərəflər bununla bağlı danışıqlar aparmağa razılaşmışlır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı və cavabdeh tərəfin vəkili elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə müraciət edərək razılığa gəldiklərini bildirmişlər, iddiaçı ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məcəllənin 170-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. (170.2) Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.(170.3) “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndinə görə, məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ərizənin geri götürülməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmir. Odur ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması və iddia ərizəsinin baxılmamış saxlanmasına dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Odur ki, qeyd olunan qanunvericilik müddəalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının iddia ərizəsinin geri qaytarılması ərizəsi təmin edilərək iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 60 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar