Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1638/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi, İddiaçı Cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “kredit müqaviləsinə dair məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-yə qarşı “xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin mərkəzləşdirilmiş kredit reyesterinə daxil edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə bağlanmış kredit müqaviləsi və bütün adi sənədlərin həmin ASC tərəfindən Azərbaycan Respublikası Maliyyə X2 göndərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ii tarixdə Cavabdeh ASC-nin Sabirabad rayon filialında ********* nömrəli müqavilə ilə 4475 (dörd min dörd yüz yetmiş beş) USD (ABŞ dolları) məbləğində krediti illik 30% dərəcə ilə 24 ay müddətinə götürlmüşdür. Bundan əvvəl də iddiaçı həmin bankdan 2 dəfə kredik götürmüş və heç bir problemi olmamışdı. 2015-ci ilin məlum devalvasiyalarından sonra kreditin ödənilməsində çətinliklər yarandı və xx xxxxxxx 2015-ci il tarixdə bankla 2 ci dəfə əlavə saziş bağladı və 3255 (üç min iki yüz əlli beş) ABŞ dolları məbləğində qalıq borcunu faizlə birlikdə ödəməyi öhdəsinə götürdü və qalxmış məzənnə ilə krediti ödədi. Cənab Prezidentin xx xxxxxx 2019-cu il tarixli fərmanından əvvəl Cavabdeh ASC-nin Sabirabad rayon filialından telefon əlaqəsi ilə hələ 206 dollar borcun qaldığını bildirdilər. Prezidentin problemli kreditlər barədə Fərmanından sonra iddiaçı elektron qaydada Maliyyə X2 müraciət etdmişdir. Onlar bildirdilər ki, yuxarıda qeyd edilən kredit sənədləri Palataya göndərilməyib. İddiaçı əyani olaraq bir neçə aydır ki, bu məsələnin araşdırılması ilə məşğuldur. Nəhayət iddiaçıya məlum oldu ki, bəhs etdiyi kredit Mərkəzi kredit Reyestrinə yerləşdirilməyib. Həmin kreditə aid olan bütün sənədlərin surəti, ödəniş cədvəlləri və qəbzləri iddiaçıda qalır və proses zamanı məhkəməyə təqdim edəcəkdir. Beləliklə, iddiaçının konstitusiya hüquqları fəaliyyəti dayandırılmış Cavabdeh ASC və Əmanətlərin Sığortalanması Fondu tərəfindən kobud şəkildə pozulmuşdur. Eyni zamanda iddiaçı məhkəmə prosesində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək kredit müqaviləsi ilə bağlı məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 məhkəməyə vəsatət təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən kreditor borcalana 4475 (dörd min dörd yüz yetmiz beş) ABŞ dolları məbləğində kredit verir. 2.3-cü bəndə əsasən kredit 24 (iyirmi dörd) ay müddətinə verilir. 2.4-cü bəndə əsasən kreditin istifadəsinə görə borcalan kreditora illik 30 (otuz) faiz ödəyir.Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 31.128 (otuz bir tam bir yüz iyirmi səkkiz) faiz təşkil edir. 2.5-ci bəndə əsasən gecikdirlən borc məbləğinə cərimə kimi illik 60 (altmış) faiz dərəcəsilə, aylıq isə 5.00 (beş) faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2015-ci il tarixli ********* saylı xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə 276/15 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən kreditorun borcalana (birgə borcalana) verdiyi kreditin qalıq məbləği 3255.8 (üç min iki yüz əlli beş) ABŞ dolları 80 sent təşkil edir. Müqavilənin 1.2-ci bəndinə əsasən 2.2-ci bəndə uyğun olaraq kreditin müddəti-xx.xx.2017ci il tarixədək təyin olunur. xx.xx.2014-cü il tarixli ********* saylı 276/15 nömrəli girov müqaviləsinə əlavə sazişə dair xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. 420004528-ci kredit hesabı üzrə qrafikin surətindən görünür ki, iddiaçı aylıq 194.2 (yüz doxsan dörd manat 2 qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Azərbaycan kredit bürosunun çıxarışından görünür ki, tam ödənilmiş kreditlərin cəmi məbləği 15.805.10 (on beş min səkkiz yüş beş manat 10 qəpik) manat, zamin olduğu öhdəliyin məbləği 2,330.00 (iki min üç yüz otuz. 00 qəpik) manat borcu vardır. 420004528-1861-USD-35 nömrəli hesab üzrə xx.xx.2015/xx.xx.2015 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 1-1 də qeyd edilmişdir ki, dövriyyənin əvvəlinə qalıq məbləği 3440.23 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 2,472.80 manatdır. 420000361-3811-USD-35 nömrəli hesab üzrə xx.xx.2014/xx.xx.2014 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 2-3 də qeyd edilmişdir ki, dövriyyənin əvvəlinə qalıq məbləği 0 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 0 manatdır. 420000361-3811-USD-35 nömrəli hesab üzrə xx.xx.2016/xx.xx.2016 tarixli dövrü əhatə edən əməliyyatlar səhifəsinin 1-1 də qeyd edilmişdir ki, dövriyyənin əvvəlinə qalıq məbləği 0 manat olmaqla dövriyyənin axırına qalıq məbləği 0 manatdır. Hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2016-xx.xx.2019-cu il tarix aralığına əsaən dövrün əvvəlinə qalıq 0-dır. Hesabdan çıxarışın surətindən görünür ki, xx.xx.2016-xx.xx.2017 tarix aralığına dövrün əvvəlinə qalıq 0-dır. Sabirabad RPİ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, İddiaçı xx.xx.1951-ci ildə, Əlbayraml rayonu, Minbaşı kəndində anadan olmuş və Sabirabad ray, Qarağacı kəndində qeydiyyatdadır. xx xxxxxx 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanda devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Maliyyə X1 xx xxxx 2019-cu il tarixli ”Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğ mənasını ifadə edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğv etmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğv etmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olduğu şəxs tərəfindən Palataya təqdim edilir. Həmin Qaydanın 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğv etmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Həmin Qaydanın 4.2-ci bəndinə əsasən bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Maliyyə X3 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında X4 orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində aydın olur ki, mövcud vəziyyətdə kredit müqaviləsinin mərkəzləşdirilmiş kredit reyesterinə daxil edilməsi kommersiya bankları tərəfindən deyil, Azərbaycan Respublikası Maliyyə X3 tərəfindən həyata keçirilir. Hazırda Palatanın səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Bununla belə iddiaçı kredit müqaviləsinin mərkəzləşdirlmiş kredit reyesterinə daxil edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. O da qeyd edilməlidir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilməsi üçün vətandaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti xx xxxxxx 2019-cu ildə başa çatmasına dair müddət müəyyənləşdirilmişdir. Həmin dövrdə vətandaşlara güzəştli kredit müqaviləsinin bağlanılması üçün vətəndaşalara banka müraciət etmək imkanı da yaradılmışdır. Vətəndaşların banka müraciəti əsasında mərkəzləşdirilmiş kredit reyestrinə məlumatlar daxil edilməklə şəxsə kompensasiyanın hesablanması qaydası müəyyənləşmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sözügedən Fərmanın tətbiqinə dair vətandaşlara güzəştli kredit müqaviləsinin bağlanılması müddəti xx xxxxxx 2019-cu ildə başa çatmasını və xx xxxxxx 2019-cu il tarixədək güzəştli kredit müqaviləsinin bağlanılması müddəti bitdiyini nəzərə alaraq, cavabdehin hazırki iddia ərizəsində qeyd edildiyi kimi kredit müqaviləsi üzrə məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi ilə bağlı xx xxxxxx 2019-cu il tarixədək müraciət etmək hüququ olduğu halda müraciət etməsinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Ləğv prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsinə dair məlumatların mərkəzləşdirilmiş kredit reyestrinə daxil edilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1638/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1638/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver