Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1662/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi ilə, Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN Baş Dövlət Yol Polis İdarəsi və X2 cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN Baş Dövlət Yol Polis İdarəsi və X2 cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **-SO-*** qeydiyyat nişanlı AD 823084 nömrəli Porsche Cayenne turbo minik markalı, Universal tipli, 2012-ci il buraxılışlı, qara rəngli, BAN: WP1ZZZ92ZCLA83204 avtomobilə dair İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli avtomobilin alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək, hazırkı iddia tələbi üzrə mülki işi digər mülki işlə birləşdirilməsi məqsədi ilə Şuşa Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 mülki işin baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməsinə etiraz etdiklərini bildirdilər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN Baş Dövlət Yol Polis İdarəsi və X1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib və mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki 2(005)-1662/2021 nömrəli mülki iş Şuşa Rayon Məhkəməsinin icraatında olan 2(077)-38/2021 nömrəli mülki işlə birləşdirilməsi və birlikdə baxılması üçün Şuşa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 169.4-cü maddəsinə əsasən Bu Məcəllənin 169.1- 169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin icraatında olan hər iki iddiaya dair işlər bir-biri ilə əlaqəlidir və onlara birgə baxılması ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə xidmət edəcəkdir. Belə ki, hər iki iddia tələbində tərəflər eynidir və onların iddiaları eyni avtomobil ilə bağlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN Baş Dövlət Yol Polis İdarəsi və X2 cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(005)-1662/2021 nömrəli mülki işlə Şuşa Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı avtomobilin qanunsuz sahiblikdən alınaraq təhvil verilməsi tələbinə dair 2(077)-38/2021 nömrəli mülki işlər bir icraatda birləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin 264.0.7-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardaddan şikayət verilə bilərsə, şikayət vermə müddəti və qaydası göstərilir. Mülki Prosessual Məcəllənin 395.1.-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Mülki Prosessual Məcəllənin 395.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə qeyd edir ki, hazırki qərardad məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilsə də, Mülki Prosessual Məcəllədə həmin qərardaddan şikayət verilməsi göstərilməmişdir. Həmçinin, bu qərardad işin sonrakı hərəkətinə mane olmadığından hazırki qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər AR DİN Baş Dövlət Yol Polis İdarəsi və X2 cəlb edilməklə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(077)-38/2021 nömrəli mülki iş ilə bir icraatda birləşdirilməsi üçün 2(005)-1662/2021 saylı mülki iş Şuşa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1662/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1662/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver