Məhkəmə qərarları › İş №2(005)-1675/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1675/2025

18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1675/2025 18.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: pul tələbi; reqres; iddianın etiraf edilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 10933 (on min doqquz yüz otuz üç) manat borc pulun və dövlət rüsumu hesabına ödədiyi 1N3 (yüz iyirmi üç) manat pulun alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh əvvəllər birlikdə Tovuz rayonunda işləyərkən tanımışam. Onunla iş yoldaşı kimi münasibətimiz olduğundan, həmçinin mənim anama uzaqdan qoyum düşdüyündən mənə müraciət edərək adma kredit götürmək istədiyini mənim də ona zamin durmağımı xahiş etmişdir. N1 iyun N019-cu ildə "xxxx" BOKT ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən 8000 manat dəyərində pul kredit N4 ay müdcətinə illik 36 % olmaqla ödənilmək şərti ilə verilmişdir. Bununla bağlı kredit müqaviləsi üzrə cədvəl tərtib edilərək hər ay ödənilməsi barədə qrafik müəyyən edilmişdir. Qeyd olunan tarixdə kredit müqaviləsi üzrə öhdəliyin təmini üsulu kimi isə mənimlə zaminlik müqaviləsi bağlanmışdır. Mən zamin kimi həmin kredit müqaviləsi üzrə öhdəliyin ödənilmədiyi təqdirdə cavabdehlik daşımağım barədə müqavilə şərtində bildirilmişdir. Sonradan Cavabdeh öhdəliyini icra etmədiyinə görə "xxxx" BOKT ASC tərəfindən məhkəməyə müraciət olunmuş və Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N(005)-31N1 saylı qətnaməsi qəbul edilmişdir. İş daha sonra icra olunması üçün icra şöbəsinə göndərilmişdir. Tərəf kimi bu barədə mənə də məlumat göndərilmişdir. Mən həmin vaxt Cavabdeh bir neçə dəfə müraciət edərək borcun ödənilməsini bildirsəm də o buna heç bir məhəl qoymamışdır. Mən hərbçi işlədiyim üçün kredit müqaviləsi üzrə borc mənim tərəfimdən ödənilmişdir. Bu barədə məcburi icra hərkətləri aparılmış və kredit müqaviləsi üzrə borc mənim əmək haqqıma yönəldilmişdir. Hesabdan çıxarışdan da göründüyü kimi borc mənim tərəfimdən ödənilmişdir. Belə ki, ümumilikdə 10133,07 (on min yüz otuz üç manat yeddi qəpik) AZN məndən tutularaq, məhkəmə qətnaməsi icra olunaraq borc bağlanmışdır. Bundan başqa məcburi icra hərəkətlərinin aparılması ilə əlaqədar olaraq 800 (səkkiz yüz) AZN məndən tutulmuşdur. Beləliklə cavabdehin bu hərəkətləri nəticəsində ümumilikdə mən cavabdehin 10933,07 manat pulunu ödəmiş oldum. Cavabdehdən dəfələrlə pulumu qaytarmağını tələb etsəm də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınır.” II. Tərəflərin mövqeləri: Cavabdeh xx.xx.N0N5-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, pulu özü götürmüş və iş yoldaşına vermişdir. Sonradan həmin xanım tapılmamışdır deyə müəyyən məbləğdə ödənişləri özü də etmişdir. Borc 8000 manat miqdarında olub, N000 manatı isə bankın işçisi götürüb. 6000 manatı aparıb digər xanıma vermişdir. İddiaçı həmin vaxt ona zamin durmuşdur. Borcun hissə-hissə ödənilməsinə etiraz etmir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: -"xxxx" BOKT ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.N019-cu il tarixli, N019/00001ET-3N44 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC Cavabdeh N4 ay müddətinə illik 36% ödəmək şərti ilə 8000 (səkkiz min) manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; -"xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.N019-cu il tarixli, N019/00001ET-3N44 nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh xx.xx.N019-cu il tarixdən xx.xx.N0N1-ci il tarixədək hər ay 47N,38 manat ödəməli idi; -"xxxx" BOKT ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.N019- cu il tarixli, N019/00001ET-Z3N44 saylı zaminlik müqaviləsinə əsasən zamin İddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında xx.xx.N019-cu il tarixdə bağlanmış kredit müqaviləsindən Cavabdeh irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün "xxxx" BOKT ASC” qarşısında tam məsuliyyəti və Cavabdeh ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; - Bakı Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N(005)- 31N1/N0N0 saylı icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 8000 manat məbləğində əsas, 3N48 manat məbləğində faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 11548 (on bir min beş yüz qırx səkkiz) manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu tutulmalıdır. - "xxxx" BOKT tərəfindən Tovuz rayon icra şöbəsinə ünvanlanmış xx.xx.N0N5-ci il tarixli məktubdan görünür ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N(005)-31N1/N0N0 saylı icra vərəqəsi tam olaraq icra edilmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. - Tovuz rayon icra və probasiya şöbəsinin xx.xx.N0N5-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, borc tam şəkildə ödənildiyindən Bakı Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N(005)-31N1/N0N0 saylı icra sənədinə xitam verilməsi qərara alınmışdır. - Tovuz rayon icra və probasiya şöbəsi tərəfindən AR Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə ünvanlanmış N №-li xx.xx.N0N5-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin c-N(005)-31N1/N0N0 nömrəli xx.xx.N0N0-ci il tarixli icra sənədinə əsasən borclu X1 və Cavabdeh müştərək qaydada cəmi 11548 manat borc və 30.40 manat dövlət rüsumu tutularaq. "xxxx" BOKT ASC-nin xeyrinə ödənilməlidir. Hal-hazırda icra sənədi üzrə zərurət aradan qalxdığı üçün borclu XN əmək haqqından tutulmaların dayandırılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və cavabdehin ərizəsini nəzərə alaraq araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - N1.N-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -453.4-cü maddəsinə əsasən, subsidiar məsuliyyət daşıyan şəxs kreditorun ona qarşı irəli sürdüyü tələbi ödəyənədək bu barədə əsas borclunu xəbərdar etməlidir, həmin şəxsə qarşı iddia irəli sürüldükdə isə əsas borclunu işdə iştiraka cəlb etməlidir. Əks halda əsas borclu subsidiar məsuliyyət daşıyan şəxsin reqres tələbinə qarşı kreditorun tələblərinə qarşı olan etirazlarını irəli sürmək hüququna malikdir. - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 47N.N-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. - 509.1-ci maddəsinə əsasən, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı, cavabdeh İddiaçı və "xxxx" BOKT ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı qismində zamin durmuşdur, müqavilə üzrə borc ödənilmədiyindən, bank tərəfindən məhkəməyə müraciət olunmuş, Bakı Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr N0N0-ci il tarixli N(005)-31N1/N0N0 saylı qətnaməsinə əsasən, cavabdehlər İddiaçı və Cavabdeh müştərək qaydada iddiaçı "xxxx" BOKT ASC-nin xeyrinə 8000 manat məbləğində əsas, 3N48 manat məbləğində faiz borcu, 300 manat məbləğində dəbbə pulu, cəmi 11548 (on bir min beş yüz qırx səkkiz) manat borc və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu ödənilməsi qət edilmişdir, icra vərəqəsi icra edilməsi üçün müvafiq icra şöbələrinə göndərilmiş, İddiaçı icra vərəqəsi üzrə 10133,07 məbləğində kredit borcunu, habelə icra sənədi üzrə yaranmış 800 manat məbləğində icra ödənişini ödəmişdir. Hazırda iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, qeyd olunan məbləğin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, İddiaçı, zamin kimi kredit müqaviləsi üzrə əsas borclu Cavabdeh öhdəliyini 10133,07 manat hissədə ödədiyindən, o, ödədiyi məbləği (10133,07), habelə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini (icra ödənişi üzrə 800 manat) cavabehdən reqres qaydada tələb etməkdə haqlı olmuşdur. Həmçinin Cavabdeh xx.xx.N0N5-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 5.4. Qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. - 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. - 5N.N. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - NN0.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddianın etiraf edilməsi ilə yekunlaşdırılması nəzərdə tutulmuş və Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə cavabdehin hazırda ona qarşı qaldırılmış iddianı qəbul etdiyi təsdiq edilmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsini qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 1N4.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 1N3 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10933 (on min doqquz yüz otuz üç) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1N3 (yüz iyirmi üç) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlarla əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin N16-NN0, NN7, N33 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10933 (on min doqquz yüz otuz üç) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 1N3 (yüz iyirmi üç) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar