Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1676/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: maddi ziyanın ödənilməsi tələbi; iddia müddəti) akim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh iddiaçının xeyirinə zərərin əvəzi kimi 6.200 (altı min iki yüz) ABŞ dolları məbləğində ödəniş gününə manata olan məzənnə ilə vəsaitin və məhkəməyə müraciət üçün ödədiyi 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun əvəzi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, 2008-ci ilin əvvəlində özünə nəqliyyat vasitəsi almaq məqsədilə Bakı şəhəri, Babək prospektində yerləşən avtomobil salonundan bəyənib seçdiyi 2000-ci il buraxılışlı Mersedes C230 markalı, 90BL026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 000 ABŞ dollarına almaq üçün razılaşmışlar. Daha sonra ilkin olaraq maşının dəyərindən 11.600 ABŞ dolları məbləğində vəsaiti nağd verib, qalıq qalmış 8.400 ABŞ dolları məbləğində vəsaiti isə “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin “Sənaye" filialı ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli, 0735 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən ona həmin avtomaşının alınması üçün 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 8.400 ABŞ dolları məbləğində kredit verilmiş və bununla da sözügedən nəqliyyat vasitəsinin 20.000 ABŞ dolları məbləğində dəyəri tərəfindən satıcıya tam ödənilmişdir. Qeyd edilir ki, kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi bağlanmış 08.02 2008-ci il tarixli, 735 saylı ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan “Mercedes 230" markalı, 90BL026 dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinə əsasən avtomobilin Likvid dəyəri 18.000 ABŞ dolları müəyyən olunmuşdur. Sözügedən nəqliyyat vasitəsi şəxsən iddiaçının istifadə etdiyi dövrlərdə Bankın ona təqdim etdiyi kredit müqaviləsinin tərkib hissəsi hesab edilən “aunitet" cədvəldə göstərilən aylıq məbləğlərdən daha çox ödəniş edərək borcunu vaxtından tez qismən bağlanmasına nail olmuşdur.( bu hal Nəsimi rayon Məhkəməsinin 2011-cil tarixli qətnaməsində öz əksin tapmışdır). Mülkiyyətində olan həmin nəqliyyat vasitəsini bir neçə ay istifadə etdikdən sonra şəxsi işi və maddi ehtiyacla əlaqədar satmaq qərarına gəlib. Həmin ərəfələrdə aylıq bankda kredit ödənişlərini həyata keçirdiyi vaxt təsadüfü tanış olduğu Cavabdeh sözügedən maşını gələcəkdə satacağı təqdirdə, ondan almaq niyyətinin olduğunu bildirməsini xatırlayıb. Nəticədə iddiaçı onunla mülkiyyətində olan, 2000-ci il buraxılışlı Mersedes C230 markalı, 90BL026 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 17.500 ABŞ dollarında ona satmağına razılaşıb. Razılaşmalarına əsasən Cavabdehla avtomobilin dəyərindən yəni 17.500 ABŞ dolarında məbləğdən ilkin ödəniş kimi ona 11.800 ABŞ dolları verir və həmin tarixə bank qarşısında olan cəmi əsas borc üzrə 5.700 ABŞ dolları məbləğində borcu isə öz sənədlərini banka təqdim edərək gələcəkdə şəxsən bank qarşısında həmin borca məsul olub, aylıq bərabər hissələrlə banka ödəyəcəyini əminliklə bildirdi. Bununla da onlar bankın kredit şöbəsinə yaxınlaşaraq bankın da razılığı ilə maşının Miriyə satılması və qalıq borcun onun tərəfindən ödəniləcəyi barədə razılığa gəlmişlər. Daha sonra cavabdeh Miriyə aid lazımı sənədləri və barəsində olan məlumatları (telefon nömrələrini, ünvanını və .) bankın tələbi ilə onlara təqdim ediblər. Bankın kredit şöbəsi tərəfindən iddiaçıya cavabdeh Miriyə Natariat kontorunda etibarnamə verməyini bildirərək, gələcəkdə aylıq olaraq bərabər hissələrlə qalıq qalmış və ona hesablanacaq Bank qarşısındaki faiz borcu ilə birgə Cavabdeh tərəfindən ödəniləcəyini bildirdilər. İddiaçı da öz növbəsində Miri ilə bərabər Notariat kontoruna gedərək sözügedən avtomobilə dair lazım olan etibanaməni və səlahiyyətləri verib. Bundan sonra Bank, cavabdeh və onun arasında əldə olunmuş razılıq əsasında sözügedən avtomobili etibarnamə əsasında 17.500 ABŞ dollarına faktiki olaraq cavabdehə satılması şərtləşdirilmişdir. Beləliklə razılığa əsasən avtomobil etibarnamə əsasında cavabdehin istifadəsinə verilniş, o, iddiaçının bank qarşısında götürdüyü kredit öhdəliyini vaxtı-vaxtında ödəməli və öhdəlik tam icra olunandan sonra avtomobil onun mülkiyyətinə keçməli idi. Lakin bir müddətdən sonra 2011 -ci ildə qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi rayon Məhkəməsindən bildiriş daxil olmuşdur. Araşdırdığında ona məlum oldu ki, həmin avtomobil mülkiyyətində olmasına baxmayaraq, Cavabdeh istifadəsində olan zaman bankın müvafiq razılıq məktubuna əsasən sözügedən nəqliyyat vasitəsinin hətta dövlət nömrə nişanı dəyişdirilərək, ** SZ *** nömrəsi ilə cavabdeh Mirinin istifadəsində olmuş və bir müddət sonra həmin nəqliyyat vasitəsi ilə ağır qəza törədərək maşına bərpa olunmaz dərəcədə zədə vuraraq və tam yararsız vəziyyətə salmaqla bankın müvafiq dayanacağına təhvil vermiş, hətda bank qarşısında ödəməli olduğu borcu isə ödəməkdən (məsuliyyətdən) yayınmışdır. İddiaçı məhkəmə bildirişinə əsasən həmin məhkəməyə getdiyi zaman məlum olmuşdur ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC mənə qarşı borc üzrə qalıq vəsaitinin tutulması, tutmanın İpoteka predmeti olan mülkiyyətində olan 2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəlməsi barədə ərizə vermişdir. Məhkəmə prosesi gedişində onun vəsatəti əsasında məhkəmə cavabdehi (Cavabdeh) iş üzrə şahid qismində dindirmişdir. O, bütün yuxarıda qeyd etdiyi halları etiraf edərək, həqiqətən də avtomobili ondan 17.500 ABŞ dollarına almasını, daha sonra mülkiyyətində olan sözügedən nəqliyyat vasitəsilə ağır qəza törətməsini və hazırda maddi imkanın olmamasını əsas gətirərək banka olan borcu ödəyə bilməməsini təsdiq etmişdir. İşdə olan sübutlar əsasında məhkəmə bankın iddia tələblərini qismən təmin edərək, ondan kredit müqaviləsi üzrə 5.700 ABŞ dolları əsas, 3.525 ABŞ dolları faiz və 200 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla ümumilikdə 9.425 ABŞ dolları məbləğində vəsaitin tutulması və tutmanın ipoteka predmeti olan “2000-ci il buraxılışlı Mersedes C230 markalı, 10 SZ 80C dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəlməsi barədə xx.xx.2011-ci iltarixli 2-(006)2423/2011-saylı məhkəmə qərarı qəbul edildi. Onun öz növbəsində həmin qətnamədən şikayət verməməyi səbəbi Cavabdeh Nəsimi rayon məhkəməsində şahid kimi dindirilməsi zamanı hər şeyi olduğu kimi etiraf etməsi və ən əsası məhkəmə qərarının qismən təmin etməklə borcun sırf ipoteka predmetinin üzərinə yönəldilməsi, hərrac vasitəsilə satılması və satışdan əldə edilən vəsait hesabına borca yönəlməsinin göstərilməsi əsas səbəblərdən biri olmuşdur. Həmçinin məhkəmə şahidi (hazırki cavabdehi) dindirdikdən sonra ona avtomobilin onun tərəfindən yararsız hala salınmasının etiraf olunmasını və bununla da onun gələcəkdə həmin şəxsə qarşı mülkiyyətində olan həmin daşınar əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun olmasını izah etmişdir. Lakin bunlara baxmayaraq 2013-cü ildə icra sənədi üzrə ondan 1.000 ABŞ dolları tutulmuşdur. Daha sonra həmin banka gedərək iddiaçıdan pulun tutulduğunu və icra sənədində isə borcun məhz ipoteka pridmetinə yönəldiyini, yalnız predmetin satışından əldə olunmuş vəsaitin hesabına ödənilməli olmasını göstərib. Bundan sonra bank ona bildirdi ki, narahat olmayın biz bu işdən məlumatlıyıq və gələcəkdə sizdən hər hansı vəsaitin tutulması baş verməyəcək. “İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin icra olunmadan geri qaytarılması barədə Nəsimi rayon İcra şöbəsinin rəisinə ünvanlanmış məktubu həmin şöbəyə təhvil verməyi üçün ona təqdim etdilər.İddiaçı öz növbəsində həmin məktubu aidiyyəti üzrə həmin şöbəyə təhvil verib. Bundan sonra onu narahat edən olmadı və hər hansı bir vəsait tutulmadı. Lakin bir neçə ildən sonra Xətai rayon İcra şöbəsinin böyük icra məmumuru Mehdi Zeynalov xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında və İpoteka predmetinin qiymətləndirilməsi barədə qərarlar qəbul etmişdir. Bu səbəbdən adı çəkilən icra məmuru “Qiymətləndirmə Xidməti Mərkəzinə ipoteka predmeti olan, "2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin bazar dəyərini müyyən etmək məqsədilə müraciət etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, QXM3379-saylı rəyinə əsasən mülkiyyətində olan ipoteka predmetinin cəmi bazar dəyəri 400 manat müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçıya izah olunub ki, Qiymətləndirmənin hədindən artıq aşağı qiymətləndirilməsində ən əsas amil cavabdehin vaxtilə nəqliyyat vasitəsilə ciddi qəza törətməsi və nəqliyyat vasitəsini tam yararsız vəziyyətə salması faktı olmuşdur. Daha sonra ipoteka predmetirin satışını hərrac vasitəsilə həyata keçirilməsi məqsədilə icra məmurunun qərarı əsasında hərrac təşkilatı "xxxx" MMC-də ipoteka pridmeti olan “2000-ci il buraxılışlı Mersedes C230 markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərracları keçirilmiş, nəticədə ikinci hərracdan xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsi 340 manata qalib alıcıya satılaraq həmin vəsait kredit borcunun ödənilməsinə yönəlmişdir. Bundan sonra icra məmurunun xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi barədə qərar qəbul edərək işə xitam vermişdir .Bundan sonra tələbkar bank ümumi qalıq borcdan 340 manat çıxaraq, yerdə qalan məbləğin iddiaçıya tutulması barədə icra vərəqəsinin yenidən icraata yönəlməsini və 2011-ci il tarixli qətnamənin icra olunması məqsədilə Nəsimi rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi tələbkarın ərizəsini xx.xx.2024-cü il tarixli qərardadla təmin etmişdir. Tərəfindən apellyasiya şikayəti verilsə də, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Bununla da 2011-ci il tarixli Nəsimi rayon məhkəməsinin qətnaməsi yenidən icraata yönəlmişdir. İddiaçı bundan sonra məcburiyyət qarşısında qalıb qanuna müvafiq qaydada tələbkarla məhkəmədən kənar qaydada razılıq əldə edərək, qalıq borcun hissə-hissə ödənilməsini öhdəsinə götürmüşdür. Beləliklə cavabdeh tərəfindən mülkiyyətində olan qəzalı və yararsız vəziyyətə salınmış ipoteka premeti olan avtomoblin ipoteka müqaviləsində dəyəri 18 000 ABŞ dolları, qəzadan sonra isə xx.xx.2022-ci il tarixli QXM3379 saylı qiymətləndirmə rəyinə əsasən cəmi 400 manat, qiymət müəyyən olunmuşdur, nəticədə keçirilmiş 2-ci hərracdan satılmış və satışdan cəmi 340 manat vəsait təşkil etmişdir. Bu isə o deməkdir ki, cavabdehin mülkiyyətçi kimi iddiaçıya həmin avtomobillə bağlı vurduğu zərərin miqdarı 18 000 (on doqquz min səkkiz yüz) ABŞ dolları təşkil edir. Vaxtilə cavabdehlə aralarında olan razılaşmaya əsasən ilkin ödəniş kimi ona 11.800 ABŞ dolları verməsini nəzərə almaqla, həmin məbləği avtomobilin dəyərindən çıxdıqda onun iddiaçıya 6.400 ABŞ dolları məbləğində ödəmə etməli olması müəyyən olunur (18000 -11.800 = 6200 ABŞ dolları). Hesab edir ki, avtomobilin ona satılmasını, onun tərəfindən idarə və isifadə olunmasını və ən, əsası isə onun tərəfindən mülkiyyətində olan nəqliyyat vasitəsini qəza edib yararsız vəziyyətə salınmasını etiraf etmiş cavabdeh öz əməlinə görə məsuliyyət daşımalı, vurduğu zərərin əvəzini tam həcmdə iddiaçıya ödəməlidir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır.Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək,iddia müddəti keçdiyi üçün İddiaçı iddia ərizəsi üzrə iddia müddətini tətbiq edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçıddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işmateriallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materialları - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2423/2011 saylı,28 iyun 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş,Cavabdeh İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində əsas borc, 3525 (üç min beş yüz iyirimi beş) ABŞ dolları məbləğində faiz borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 9425 (doqquz min dörd yüz iyirmi beş) ABŞ dolları məbləğində ödəniş gününə milli manat məzənnəsinə uyğun olaraq pul tutulması,tutma cavabdeh İddiaçı məxsus “Mercedes Benz C230" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi,“Mercedes Benz C230" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq,satışdan əldə ediləcək vəsait hesabına iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməsi qət edilmişdir. -xx.xx.2022-ci il tarixli,“Qiymətləndiricinin dəvət edilməsi haqqında”qərarın surətindən görünür ki, borclu İddiaçı məxsus "Mercedes Benz C230" markalı, 10-SZ-S00 dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirilməsi üçün qiymətləndiriri dəvət edilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli”İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2423/2011 nömrəli, xx.xx.2011-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - "xxxx" MMC xx.xx.2022-ci il tarixli,QXM 3379 nömrəli rəyindən görünür ki, "Mercedes Benz C230" markalı, 10-SZ-S00 dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 400.000(dörd yüz min) manat müəyyən edilmişdir. -"xxxx" MMC tərəfindən tərtib edilən “X1” 12 nömrəli protokolun surətindən görünür ki, "Mercedes Benz C230" markalı, 10-SZ-S00 dövlət qeydiyyat nişanlı avtomobilin satış və alış qiyməti 340(üç yüz qırx)manat müəyyən edilmişdir. -xx.xx.2025-ci il tarixli, 0735№-li kredit müqaviləsinə əsasən,”borcu verən”- ”Azərbaycan Respublikası Beynəlxal Bankı”X2”Sənaye”filalı “borc alan”a –İddiaçı 8400(səkkiz min dörd yüz)ABŞ dolları(Mill Bankın məzənnəsi-08 fevral 2008-ci il tarixə 1(bir) ABŞ dolları=0,8418(AZN) məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. - 735 nömrəli ipoteka müqaviləsinə əsasən,”İpoteka verən”-İddiaçı 08 fevral 2008-ci il tarixli,735№-li kredit müqaviləsinə əsasən 8400(səkkiz min dörd yüz) ABŞ dolları məbləğində 18(on səkkiz) ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi "Mercedes Benz C230" markalı, 10-SZ-S00 dövlət qeydiyyat nişanlı avtomobil “İpoteka saxlayan”-”Azərbaycan Respublikası Beynəlxal Bankı”X2”Sənaye”filalı tərəfindən ipoteka yüklü edilmişdir.İpoteka yüklü edilən "Mercedes Benz C230" markalı, 10-SZ-S00 dövlət qeydiyyat nişanlı avtomobilin qiyməti-18000(on səkkiz min)ABŞ dolları məbləğində qiymətləndirilmişdir. - AR DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bank”na ünvanlanmış məktubdan görünür ki, İddiaçı adına qeydiyyatda olan “Mercedes 230”markalı avtomobilin **-BL-*** dövlət qeydiyyat nişanları xx.xx.2008-ci ildə sahibi dəyişdirilməsən yalnız dövlət qeydiyyat nişanları və qeydiyyat şəhadətnaməsi dəyişdirilərək avtomobilə yeni **-SZ-*** i/ dövlət qeydiyyat nişanları təhkim edilmiş,AB 156265 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir.Avtomobil "xxxx"Sənaye filialında girovda olduğu və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edildiyi bildirilmişdir. -xx.xx.2024-cü il tarixli”İcraata xitam verilməsi haqqında” qərarın surətindən görünür ki,Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2423/2011 nömrəli,xx.xx.2011-ci il tarixli icra sənədinə xitam verilmişdir. -Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-122/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki,tələbkar”Aqrarkredit”Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının şikayəti təmin edilmiş, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2423/2011 saylı, xx.xx.2011-ci il tarixli icra vərəqəsi üzrə qəbul edilmiş “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və həmin icra işi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Mhkəməsinin Mülki Kollegiyasının 8(103)-225/2024 saylı,xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, borclu İddiaçı şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən 8(006)- 122/2024 saylı iş üzrə qəbul edilmiş 15 may 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 1025,13 manat borc məbləğini ödəmişdir. - xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 170 manat borc məbləğini ödəmişdir. -xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 100 USD borc məbləğini ödəmişdir. - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 170 manat borc məbləğini ödəmişdir. - xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 170 manat borc məbləğini ödəmişdir. - xx.xx.2025-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 100 USD borc məbləğini ödəmişdir. - xx.xx.2025-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 170 manat borc məbləğini ödəmişdir. - xx.xx.2025-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki,İddiaçı “X3 Edilməsi Agentliyin”MMC-yə 170 manat borc məbləğini ödəmişdir. - “X3 Edilməsi Agentliyi”MMC tərəfindən xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki,5 805.79 ABŞ dolları həcmində qalıq borc məbləğini 2024-cü ilin iyul ayından başlayaraq 60 ay müddətinə.59 ay 97 ABŞ dolları,sonuncu 60-cı ay isə 82.79 ABŞ dolları olmaqla hər ayın sonuncu iş günü ödənilməsinə etiraz etmədiklərini,ödəniş günündən etibarən 10(on) iş günüdən gec ödəniş edilən təqdirdə X3 Edilməsi Agentliyi”MMC tərəfindən borc tələbinin ödənilməsinə dair icra tədbirlərinin davaç etdirilməsi ilə bağlı yeni icra vərəqəsinin verilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı “Azərbaycan Beynəlxal Bankı” Sənaye filialına 1000 manat pul məbləği ödəmişdir. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 123 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1-377.2. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən müəyyən edilən işin faktiki halları Məhkəmə tərəfindən müəyyən edilən işin mübahisəsiz hallarından görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında 08 fevral 2008-ci il tarixli 0735 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya 18 ay müddətinə illik 20% olmaqla 8400 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni tarixli, 735 saylı ipoteka müqaviləsi ilə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini məqsədilə “Mercedes Benz C230” markalı avtomobil ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2423/2011 saylı,28 iyun 2011-ci il tarixli qətnaməsinin ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5700 (beş min yeddi yüz) ABŞ dolları məbləğində əsas borc, 3525 (üç min beş yüz iyirimi beş) ABŞ dolları məbləğində faiz borcu, 200 (iki yüz) ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 9425 (doqquz min dörd yüz iyirmi beş) ABŞ dolları məbləğində ödəniş gününə milli manat məzənnəsinə uyğun olaraq pul tutulması,tutma cavabdeh İddiaçı məxsus “Mercedes Benz C230" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi,“Mercedes Benz C230" markalı, ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılaraq,satışdan əldə ediləcək vəsait hesabına iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməsi qət edilmişdir. Qətnamənin təsviri-əsaslandırıcı hissəsi ilə müəyyən edilir ki, İddiaçı iddia tələbin qəbul etməyərək, ilk 3 ay ərzində 1300 ABŞ dollara qədər pul ödəməli olduğu halda 2900 ABŞ dolları məbləğində pulu banka ödəmişdir. O maşını 2008ci ilin aprel ayında 17500 ABŞ dolları məbləğində bankın razılığı ilə Cavabdeh satmışdır. Bundan bir neçə ay sonra Miri həmin maşınla qəza törətmişdir. O hesab edir ki kredit borcunu Miri ödəməli idi. Eyni halları məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh da təsdiq etmiş və qeyd etmişdir ki, avtomobili 2008-ci ilin aprel-may aylarında 17500 ABŞ dolları məbləğində Etibarnamə ilə almışdır. İddiaçı maşının bankda girovda olduğunu ona bildirmiş və onlar banka gedərək bu barədə məlumat vermişlər. Maşını aldıqdan bir neçə gün sonra qəza törətmişdir. Kredit borcunu ödəməyə imkanı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. Yuxarıda qeyd olunan və qanuni qüvvəyə minmiş qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Xətai Rayon İcra Şöbəsi tərəfindən borcluya məxsus həmin avtomobilin hərracda satılması məqsədilə xx.xx.2023-cü il tarixdə hərrac keçirilmiş, həmin tarixdə sözügedən avtomobil 340 manata hərracdan satılmış və satışdan əldə edilmiş pul vəsaiti hesabına ümumi borcun bir hissəsi ödənilmişdir. Bundan sonra icra çöbəsinin xx.xx.2024-cü il tarixdə qəbul etdiyi “icra sənədi üzrə icraata xitam verilməsi” barədə qərarla icra sənədinin tam icra edilməsi əsası ilə icraata xitam verilmişdir. Həmin qərardan tələbkar "xxxx" QSC BOKTun verdiyi şikayət Nəsimi Rayon Məhkəməsinin 15 may 2024cü il tarixli, 8(006)-122/2024 saylı qərardadı ilə təmin olunmuş və icra məmurunun qərarı ləğv edilmişdir. Bakı Aprellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)-225/2024 saylı Qərardadı ilə birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmıış, İddiaçı şikayəti təmin edilməmişdir.”Aqrarkredit” QSC BOKT tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" QSC-yə bu məbləğin 6604,79 ABŞ dolları hissəsi xx.xx.2017-ci il tarixdə ötürülmüşdür. Müştəri tərəfindən "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixdə 199 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Müştərinin xx.xx.2024-cü il tarixə borcu 6504,79 ABŞ dolları təşkil edir. Daha sonra tələbkarla borclu arasında 2024-cü ilin iyul ayından başlayaraq 60 ay müddətinə ödəmək barədə razılıq əldə edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbinin qanuni əsası qismində deliktdən irəli gələn öhdəlik münasibətləri təşkiş edir. Belə ki, iddiaçı iddia edir ki, avtomobil cavabdehin istifadə və sahibliyində olmuş, onun tərəfindən avtoqəza törədilmiş və bunun nəticəsində avtomobil cəmi 400 manat məbləğində qiymətləndirilmişdir. O isə, avtomobil onun istifadəsində olmadığı halda, banka borcu ödəməyə davam edir. İddiaçı ona dəymiş ziyanın məbləğini avtomobilin cavabdeh tərəfindən ilkin ödəniş kimi ödənilmiş 11800 ABŞ dollarını avtomobilin əldə edildiyi qiymətdən – 1800 ABŞ dollarından çıxaraq 6200 dollar kimi müəyyən edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası qismində müqavilə münasibətlərindən irəli gələn öhdəlik və ya əsassız varlanma çıxış edə bilməz, belə ki, tərəflərin arasında iddiaçının bank qarşısında öhdəliyinin cavabdeh tərəfindən ödənilməsi barədə razılıq olsa da, məhkəmə həmin məsələyə artıq münasibət bildirmiş və bankla arasında müqavilə bağlanmış iddiaçıdan pulun tutulması haqqında qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. İddiaçı hal hazırda da həmin icra sənədi üzrə borcunu ödəməyə davam edir. Eyni zamanda cavabdehin iddiaçının xeyrinə əsassız varlanması da müəyyən edilmir, belə ki hər iki tərəfin izahatından görünür ki, avtomobilin cavabdehin sahibliyin keçməsindən qısa müddət sonra avtoqəza baş vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması barədə iddiaçının dəlili əsaslıdır. Belə ki, Cavabdeh tərəfindən 2011-ci ildə Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş ifadədən də görünür ki, o, iddiaçının bildirdiklərini təsdiq etmiş, avtomobilin ona satıldığını, bir neçə gün sonra avtoqəzanın baş verdiyini etiraf etmişdir.Eyni zamanda o da işin mübahisəsiz halıdır ki, avtomobil hərracda 400 manat dəyərində qiymətləndirilmiş, və iddiaçı hazırda da qalaq borcu banka ödəməyə davam edir. Belə olan təqdirdə məhkəmə iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlilinə münasibət bildirməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır. Belə ki, 2008-ci ildə iddiaçı etibarnamə ilə avtomobili cavabdehə satmış, həmin ildə də avtoqəza törədilmişdir, 2011-ci ildə iddiaçıdan bank qarşısında öhdəliyinin olduğunu təsdiq edən qətnamə qəbul edilmiş və qanuni qüvvəyə minmişdir. Beləliklə, iddiaçıya bütün bu hallar ümumi iddia müddəti olan 10 illik müddətdən daha uzun müddət əvvəl məlum olmuşdur. Bununla belə iddiaçı həmin tarixdən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürməmiş və heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş ümumi iddia müddətini - 10 illik müddəti ötürərək 03 fevral 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Eyni zamanda görünür ki, iddiaçı tərəfindən ümumi 10 illik iddia müddəti də ötürülmüşdür. AR MM-in 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. Məhkəmə iddiaçının iddia müddətinin 2024-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarını ləğv edən məhkəmənin ona hüququnun izah etdiyi vaxtdan başlaması barədə dəlilini əasassız hesab edir. Belə ki, ona bütün hallar – maşınının Cavabdeh sahibliyə keçməsi, qəza nəticəsində maşının qitmərinin xeyli düşməsi, bankı ona qarşı qaldırdığı iddianın qismən təmin edilərək, qalıq borcun onun tərəfindən ödənilməli olması, qətnamənin qanuni qüvvəyə minməsi bəlli olmuşdur. Qətnamənin uzun müddət icra olunmaması iddia müddətinin axımının dayandırılması üçün əsas deyil. Eyni zamanda qətnamədə iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, maddi ziyanın ödənilməsi tələbinin istənilən halda – iddia müddətinin ötdüyü halda da təmin ediləcəyi mənasına gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcburedir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi də analoji hüquqi mövqedən çıxış edərək, “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair cavabdehin dəlili əsaslıdır və iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddianın təmin edilməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçının özünə aid ediməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-1676/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1676/2025
12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver