Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-168/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh X7, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Aşıqlar Birliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstituna, X9 və Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və X10 cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9 qarşı “müəlliflik hüququnun pozulması ilə əlaqədar kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 100.000 manat kompensasiyanın İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, müəllifi olduğu “Aşıq Valeh” (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitab “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) kitablarını, rasmlərini cavabdeh, X14 öz nəşrlərinə əlavə etməklə onun müəlliflik hüququnu pozmuşdur. Aşağıdakılara əsasən hesab edir ki, onun kitabları və qarşı tərəfin ondan sonra nəşr etdiyi “Qarabağdan səfər etdim” (Red line mətbəəsi, A.Valeh, 220 səhifə, 2022-ci il) müqayisə edilərək məhkəmə tərəfindən ona müəllif kimi dəymiş ziyan hesablanaraq ödənilməlidir: 1) Qarabağdan səfər etdim kitabının ön səhifəsinin rəsmi ona aid olan kitab nəşrlərindən mənimsənilmişdir. 2) Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Gəlibsiz, Nə dedi, Gəlsin, “Bir qız ilə bir gəlinin bəhsi var”, Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşəm, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmalar onun kitabında olan ilə eynidir. 3) Təcnislər - Söylər aman hey, Nə ələm indi də kitabından götürülmüşdür. 4) Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül də onun kitabİndan götürülmüşdür. 5) Müxəmməslər - İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar da ondan götürülüb əlavə edilmişdir. 6) Cahannamə, Olmasın, Vücudnamə, Dedi, Müstəzad (Dəxi nə demək), həmçinin deyişmələr (X39 Cəlalın deyişməsi, X39 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X31 Valehin deyişməsi, Aşıq Valeh ilə Aşıq Feyruzun deyişməsi, Aşıq X21 deyişməsi, X20 deyişməsi, X35 Valehin deyişməsi, X36 Valehə məktubu, X32 cavabı) da onun kitablarındakılar ilə eynidir. 7) Zoğal əhvalatı da onun kitabından götürülmüşdür. 8) Valeh və Zərnigar dastanı da onun kitabından alınmışdır. 9) Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab “Qarabağdan səfər etdim” adı yazması şübhə yaradır. Qarşı tərəfin belə əsərləri yalnız Bakı Dövlət Universitetinin və digər dövlət kitabxanalarında onun nəşr etdiyi kitablardan mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, qarşı tərəfin başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, onun uzun illərdir 20 ildir arxivlərdən və başqa-başqa mənbələrdən axtarıb toplamış, öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ ona məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini ondan Aşıq Valehin kötükcəsi Abbas Əliyev xahiş etmişdir. O, onun ana qohumudur. İddiaçının etmiş olduğu müraciətə əsasən Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli 114/2-B-2 42 22/2023-saylı cavab məktubuna əsasən 3-cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üç kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslər-ə daxil olan 5 şeirdən 4-nün sırası adı və eynidir, “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirinin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 10-u üst üstə düşsə də, sıralanma fərqlidir, Dastandlarda isə 3 dastanlardan 1-i üst-üstə düşür. Daha sonra xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər X11, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitunu və Azərbaycan Aşıqlar Birliyini cəlb etməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X4 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 60.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitundan 20.000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdə İddiaçı cavabdehlər X11, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitunu, Azərbaycan Aşıqlar Birliyini və Cavabdeh1 cəlb etməklə, iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh X4 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə 40.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Aşıqlar Birliyindən 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitundan 20.000 manat, cavabdeh X1 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən iddiaçıya birbaşa ziyan vurulmasına gətirib çıxarmış təqsirli, hüquqa zidd əmələ görə Cavabdeh1ndən 20.000 manat məbləğində kompensasiyanın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki,xx.xx.2024-cü il tarixdə İddiaçı nümayəndəsi və vəkili Hikmət Babayev iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2(005)-168/2024 saylı mülki iş üzrə cavabdeh X8 müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlir əvəzinə İddiaçı vurduğu maddi ziyana görə 60.000 manat, cavabdeh X2 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (defikt) hüquqla və ya qanunla müdafiə edilən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ görə Azərbaycan Aşıqlar Birliyi 20.000 (iyirmi min) manat, cavabdeh X2 yoxlamadan rəy verməklə mülki hüquq pozuntusu (delıkt) hüquqla və ya qanunla müdafiə edilən İddiaçı birbaşa ziyan vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əmələ görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitutu 20.000 (iyirmi min) manat məbləğində kompensasiynın İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı iddia edir ki, müəllifi olduğu "Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş ikinci kitabı "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) kitabları, rəsmləri cavabdeh X14 öz nəşrlərinə əlavə etməklə onun müəlliflik hüquqlarını pozmuş və cavabdeh bu barədə bir sıra sübut və dəlillər təqdim etmişdir. Cavabdeh X14 “Qarabağdan səfər etdim" adlı kitabında iddiaçının elmi tədqiqatlar nəticəsində əski əlifbası ilə türk və ərəb dillərində, eləcə də ərəb, fars, qədim türk dillərində olan əsərləri araşdırıb əldə etdiyi, müasir azərbaycan dilinə tərcümə edərək müəllifi olduğu ikinci nəşr "Aşıq Valeh" kitabından 84 (səksən dörd) başlıqlı Aşıq Valeh tərəfindən yazılmış və başqa kitablarda şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərini qismən adlarını və sıralarını dəyişməklə öz kitabında nəşr etmişdir. Həmin əsərləri iddiaçı qədim azərbaycan türk dilindən müasir azərbaycan dilinə bir sıra müəlliflərin əsərlərindən, o cümlədən Məmməd Rahim və Süleyman Rüstəmin 1927- ci ildə nəşr edilmiş "Azərbaycan el şairləri" adlı kitabından qız və gəlinin bəhsi; dilbər; sambur; aşıq Məzənlə aşıq Valehin deyişməsi; aşıq Pərzadla aşıq Valehin deyişməsi; aşıq X21 deyişməsi; Zərnigarın aşıq Valehə kağızı; Dərbəndə gəl və s., tərcümə etmişdir. Bundan əlavə aşağıdakılara əsasən iddiaçının kitabları və cavabdeh A Nəbiyevanın iddiaçıdan sonra nəşr etdiyi "Qarabağdan səfər etdim" Redline mətbəəsi A.Valeh, 220 səhifə, 2022-ci il) müqayisə edilərək məhkəmə tərəfindən iddiaçıya müəllif kimi dəymiş ziyan hesablanaraq cavabdehlər tərəfindən ödənilməlidir. “Qarabağdan səfər etdim” kitabinin ön səhifəsinin rəsmi mənə aid olan kitab nəşrlərimdən mənimsənilmişdir. Qoşmalar hissəsində Dünya, Olar bir gün, Mən, Sambur, Keçibdir, Cəlibsiz, Nə dedi, Gəlsin, "Bir qız İlə bir gəlinin bəhsi var", Olsun, Söhbət aç, Bükülmüş, Kim oldu, Yavaş yavaş, Dardadır, Haldayam, Oldum, Deyilmi, Daşmüşərrı, Var, İstərəm, Olsun, Hardadır, Yoxdur, Ağlayır, İlqarınam, Gördünmü, Bağışla məni, Bürümüş, Çəkər, Görəsən, Yaxşıdır, Bəyənməz, Gəldim, Sevdiyim adlı və sair ümumilikdə 170 qoşmalar iddiaçının kitabımda olanlar ilə eynidir. Təcnislər - Söylər aman hey, Nə ələm indi-də iddiaçının kitabından götürülmüşdür. Gəraylılar- Hansına qurban mən olum, Səri, Mən gəldim, Kağızı, Halal eylə himmət eylə, Olan könül-də iddiaçının kitabından götürülmüşdür. Müxəmməslər - İsitmə, Öyrənmiş, Mollalar, Ey Zərnigar-da iddiaçının kitabından götürülüb əlavə edilmişdir. Cahannamə, Olmasın, Vücudnamə, Dedi, müstəzad ( Dəxi nə demək), həmçinin deyişmələr ( X39 Cəlalın deyişməsi, X39 Mahmudun deyişməsi, Ustad Səməd ilə Aşıq Valehin deyişməsi, X31 Avlehin deyişməsi, Aşıq Valeh ilə Aşıq Feyruznun deyişməsi, Aşıq X21 deyişməsi, X20 deyişməsi, X35 Valehin deyişməsi, X36 Valehə məktubu, X32 cavabi) də iddiaçının kitablarımdakılar ilə eynilik təşkil edir. Zoğal əhavalatı da iddiaçının kitabından götürülmüşdür. Valeh və Zəmigar dastanı da iddiaçının kitabından alınmışdır. Cavabdehin əslən Qarabağ mədəni irsini görüb, orada yaşamaması hazırkı kitab "Qarabağdan səfər etdim" adı yazması şübhə yaradır qarşı tərəfin belə əsərləri yalnız Baki Dövlət Universitetinin və digər dövlət kitabxanalarında iddiaçının nəşr etdiyi kitablarından mənimsəməsi kimi qiymətləndirilir. Bildirmək istəyir ki, Cavabdeh2 başqa nəşr edilmiş kitab nəşri mövcud deyildir. Hesab edir ki, iddiaçının uzun illərdir, daha doğrusu 20 ildir arxivlərdən və başqa başqa mənbələrdən axtarıb topladığı öz elindən obasından, təhsil aldığı təhsil müəssisəsindən Qarabağlı olaraq topladığı materiallardan çap etdiyi kitab nəşrindən müəlliflik hüququ iddiaçıya məxsus əsərləri mənimsənilməsi qanunsuzdur. Bu təhqiqat işini iddiaçıdan Aşıq Valehin kötücəsi Abbas Əliyev xahiş etmişdir. O, iddiaçının qohumumdur. Edilmiş müraciətə əsasən Əqli Mülkiyyət Aqentliyinin 18 aprel 2023-cü il, 114/2-B- 2 42 22/2023-saylı cavab məktubuna əsasən 3-cü kitabda Təcnislərə daxil olan son iki şeir eynidir, hər üş kitabda Gəraylılar bölməsi vardır, 3-cü kitabda şeirlərin sıralanması fərqlidir və Kağızı şeirindən başqa digər 5 şeirin adları fərqlidir, Müxəmməslər, Müxtəlif şeirlər, və Müstəzadlar bölməsi eyni ardıcıllıqla gəlir, Müxəmməslər-ə daxil olan 5 şeirdən 4-nün sırası adı eynidir, "Müxtəlif şeirlər" bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir, Müstəzadlar bölməsində isə 1 şeirinin adı dəyişdirilərək istifadə olunmuşdur. Həmçinin deyişmələrdə də 16 şeirdən 4-ü üst-üstə düşsə də sıralanma fərlidir, Dastandlarda isə 3 dastanlardan 1-i üst-üsta düşür. Həmçinin cavabdeh X14 müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabının üz qabığında İddiaçı iddia edir kı, müəllifi olduğu "Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348 səhifə, 2011-ci il) ikinci kitabının üz qabığındakı illüstrasiyanı dəyişdirmədən birbaşa köçürmüşdür. Halbuki, həmin rəsm əsəri Rəssamlar İttifaqının mərhum üzvü rəssam X15 (2016-cı ildə vəfat etmişdir) tərəfindən İddiaçı ödənişli sifarişi əsasında həmin kitab üçün çəkilmiş və bu rəsm əsəri başqa heç bir yerdə yoxdur. Bundan əlavə cavabdeh X7 müəllifi olduğu "Qarabağdan səfər etdim” adlı kitabına Azərbaycan Aşıqlar Birliyinin sədri mükafatı laureatı, professor X16 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitutunun filologiya uzrə fəlsəfə doktoru dosent X18 tərəfindən rəy venlrnışaır. Baxmayaraq ki, İddiaçı iddia edir ki, müəllifi olduğu Aşıq Valeh" (İqtisadiyyat Universiteti Nəşriyyatı, 332 səhifə, 2007) və eyni adlı yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş "Aşıq Valeh" (ADPU-nin mətbəəsi, Şıxvəndilli H. 348' səni ə 2011-ci il) ikinci kitabının rəyçisi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 institutunun o zamankı direktoru, AMEA-nın müxbir üzvü filologiya elmlər doktoru professor Azad Nəbiyev rəy vermişdir və belə rəylər institutun fondunda rəsmi qeydə alınmalıdır, cavabdehin “Qarabağdan səfər etdim adlı kitabına rəy verilərkən Folklor İnstitutunun dosenti X18 tərəfindən nəzərə alınmamış, iddiaçının əsərinin təkrarlanması hallarına göz yumulmuşdur. Buna görə də, cavabdeh Folklor institutunun dosenti X18 Cavabdeh2 təqdim etdiyi kitabın İddiaçı kitabı ilə oxşarlığının yoxlaması zamanı iddiaçının əsərlərindən götürülmüş hissələrin texniki baxımdan aşkarlanmaması ehtimalı mövcuddur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, o, 60 müəllifin tarixi əsərlərinə istinad etməklə onları tərcümə etdirərək, arxiv sənədləri əsasında işləmişdir. İddia tələbindəki fotoşəkil isə onun sifarişi əsasında 20 il əvvəl çəkilmişdir və bu təqdim etdiyi rəylərlə də sübut olunur. 2007-ci ildə kitabı dərc olunmuşdur və həmin vaxtdan 5-10 il əvvəl isə bu mövzuda tədqiqat işi aparmağa başlamışdır. Cavabdeh onun kitabındakı şeirləri olduğu kimi köçürməklə, kitabın üz qabığındakı fotoşəkildən də istifadə etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh X14 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o da 1999-cu ildən etibarən arxiv sənədləri əsasında Aşıq Valehin yaradıcılığı üzrə işləmişdir. 2012-ci ildə bu mövzu üzrə dissertasiya işini müdafiə etmiş, 2019-cu ildə isə kitabı dərc olunmuşdur. Bu külliyyat nə iddiaçının, nə onun küliyyatıdır, sözügedən külliyyat Aşıq Valehə mənsubdur. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X7 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, iddia tələbi müəllif hüquqları ilə bağlı olsa da, hazırki iş üzrə tərəflərdən heç biri müəllif deyil. X30muş, mülki iş üzrə tərəflər isə onun külliyyatının toplayıcısı kimi çıxış etmişdir. Həmçinin, iddiaçı rəssam deyil və iddia etdiyi fotoşəkillə bağlı müəllif hüququna da malik deyil. İddiaçı tərəfindən təqdim olunan əlavə rəylərdə də, yalnız rəssamın adı qeyd edilməklə fotoşəklin həmin rəssam tərəfindən çəkildiyi göstərilmişdir. Bu da iddiaçının həmin fotoşəklin müəllifi olduğunu təsdiqləmir. Cavabdeh A.X29 həm kəndlisi, həm də qohumları ilə yaxın əlaqədə olmaqla, onun yaradıcılığını toplayaraq, ictimaiyyətə çatıdırılmasında iştirak etmişdir. İstənilən şəxs həmin materialları toplaya və nəşr etdirə bilər, bu heç bir tərəfə iddia tələbi irəli sürmək hüququnu vermir. Aşıq Valehin yaradıcılığını istənilən şəxs toplaya bilər, bu hüquq cavabdehə də məxsusdur və məhdudlaşdırıla bilməz. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstitu və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Lakin Cavabdeh1 yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 1 ünvanında daimi qeydiyyatda olan İddiaçı “müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsinə cavab olaraq bildiririk ki, Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru X7 rəsmi müraciətinə əsasən Ağdam rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 dekabr 2022-ci ildə X23 Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri olmuş, əslən Ağdam rayonun Gülablı kəndindən olan, Aşıq Valehin 300 illik yubileyinə həsr edilmiş “Qarabağdan səfər etdim" adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Keçirilən təqdimat mərasimində Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Qarabağdan səfər etdim" adlı kitabının müəllifi Almara Nəbiyeva, Əməkdar Mədəniyyət işçisi, yazıçı-publisist Mustafa Çəmənli. AMEA- nın Folklor institutunun və Aşıqlar Birliyinin üzvləri iştirak etmişdir. Əlavə olaraq onu da bildirirlər ki, İddiaçı müəlliflik hüququnun pozulması ilə bağlı Ağdam rayon İcra Hakimiyyəti tərəfindən hər hansı bir qanunsuz hərəkətə (hərəkətsizliyə) yol verilməmişdir. Odur ki, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin Agentliyin nümayəndəsi və Ramin Məmmədov məhkəməyə gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə qeyd edilən cavabdehlərin, üçüncü şəxs Agentliyin nümayəndələrinin və üçüncü şəxs Ramin Məmmədovun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə, iş materiallarına əlavə olunmuş sənədlərin məhkəmə iclasında tədqiqi zamanı aşağıdakıları müəyyən etmişdir: - Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli 11- 4/2-B-2-xx-xx/2023 nömrəli vətəndaş İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, “Aşıq Valeh” (İqtisad Universiteti nəşriyyatı, © “İqtisad Universiteti”, 332 səhifə, 2007) (bundan sonra 1-ci kitab) və yeni şeirlər və rəngli rəsmlər əlavə olunmuş eyniadlı ikinci kitab “Aşıq Valeh” (ADPU-nin mətbəəsi, © “Azərbaycan Dövlət Pedaqoji Universiteti”, “Şıxvəndli.H”, 348 səhifə, 2011) (bundan sonra 2-ci kitab) adlı kitablarla, tərtibatçı müəllifi Almara Nəbiyeva olan “Qarabağdan səfər etdim” (“Red line” mətbəəsi, © A.Valeh, 220 səhifə, 2022-ci il) (bundan sonra 3-cü kitab) adlı kitab müqaisə edilmişdir. Müqaisə nəticəsində müəyyən edilmişdir ki:
1. 1-ci və 2-ci kitabların mündəricatı Aşıq Valeh haqqında məlumat verən yazılar (“Aşıq Valeh sevgisi” və “Aşıq Valehin həyatı, dövrü və mühiti”) və “ön söz”lə başlayır. 3-cü kitabın mündəricatı isə “Ön söz” ilə başlayır və müqaisə olunan kitablarla məzmunu fərqlidir.
2. 1-ci, 2-ci və müqaisə olunan 3-cü kitabın mündəricatındakı şeirlər “Qoşmalarla” başlayır. 1-ci və 2-ci kitabla müqaisəyə əsasən 3-cü kitabda Qoşmalara daxil olan 7 şeirin adı dəyişdirilmiş, yeni 4 şeir əlavə olunmuş və şeirlərin sıralanması fərqlidir.
3. 3-cü kitabın mündəricatında Qoşmalardan sonra “Təcnislər gəlir”. 1-ci və 2-ci kitabda isə Təcnislər bölməsi yoxdur. 3-cü kitabda Təcnislərə daxil olan iki şeirin (“Söylər aman hey” və “Nə ələm indi”) adı dəyişdirilsə də, 2-ci kitabın Qoşmalar bölməsindəki son iki şeirlə eynidir (“Aman hey” və “İndi").
4. Hər üç kitabın mündəricatında “Gəraylılar” bölməsi vardır. 1-ci və 2-ci kitabla müqaisədə 3-cü kitabda “Gəraylılar" bölməsinə daxil olan şeirlərin sıralanması fərqlidir və “Kağızı” şeirindən başqa digər 5 şeirin adları fərqlidir.
5. “Gəraylılar” bölməsindən sonra hər üç kitabda “Müxəmməslər”, “Müxtəlif şeirlər” və “Müstəzadlar” bölməsi eyni ardıcıllıqla gəlir. “Müxəmməslərdə daxil olan 5 şeirdən 4nün sırası, adı eynidir və 1 yeni şeir əlavə olunmuşdur. “Müxtəlif şeirlər” bölməsinə daxil olan 4 şeirdən 3-nün adı və sırası eynidir. “Müstəzadlar" bölməsində isə 1 şeirin adı dəyişdirilərək istifadə olunmuşdur.
6. 3-cü kitabın “Əhvalatlar” bölməsində 1-ci və 2-ci kitabın “Əhvalatlar" bölməsindəki bir şeirdən (“Gəldim”) istifadə olunmuşdur. 3-cü kitabın “Deyişmələr” bölməsinə daxil olan 16 şeirdən 10-u 1-ci və 2-ci kitabdakı “Deyişmələr”ə daxil olan şeirlər ilə üst üstə düşsə də, sıralanma fərqlidir. 3-cü kitabın “Deyişmələr” bölməsinə 6 yeni şeir əlavə olunmuşdur.
7. 3-cü kitabın mündəricatının sonunda yer alan “Dastanlar” bölməsində 3 dastdandan biri 1-ci və 2-ci kitabdakı “Dastanlar” bölməsi ilə üst-üstə düşür və 2 yeni dastan əlavə olunmuşdur. 1-ci və 2-ci kitabdan fərqli olaraq 3-cü kitabda “Bədiyyələr”, “Həcvlər” “X24” və “Əlavələr” bölməsi yoxdur. Nəticə olaraq 1-ci və 2-ci kitabların tərtibatı ilə 3-cü kitabın tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlər mövcuddur və tam üst-üstə düşmür. Bildirilir ki, müraciətinizlə əlaqədar Almara Nəbiyeva 2023-cü il 28 mart tarixində Agentliyə dəvət edilmiş və izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, tərtibatçı müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabını müxtəlif tətqiqatçıların əsərlərindən, həmçinin Aşıq Valeh haqqında 1970-ci ildə çap olunmuş “Alçaqlı ucalı dağlar” kitabından, Mahmud Allahamanlının “Aşıq Valehin həyat yaradıcılığı” adlı dissertasiya işindən və 2014-cü ildə çap olunmuş Taleh Mirəliyevin “Haqq aşığı Vücudnamədən- cahannaməyə” adlı kitablardan istifadə olunmuşdur. Cavabdeh2 həmçinin qeyd etmişdir ki, adıçəkilən kitablardan, müxtəlif tətqiqatçıların və informator söyləyicilərin yaradıcılığından bəhrələnərək ərsəyə gətirdiyi “Qarabağdan səfər etdim” adlı kitabın tərtibatçı müəllifi olduğunu bildirmiş və İddiaçı müəlliflik hüququnu pozmamışdır. Qanunun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil ejilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Topluya daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. A.Vəliyeva “Qarabağdan səfər etdim” adlı kitabının tərtib olunmasında istifadə etdiyi mənbələri kitabın 212-ci səhifəsində yerləşən “İnformator-söyləyicilər haqqında məlumat” bölməsində göstərmişdir. H.Behbudova məxsus “Aşıq valeh” (1-ci və 2-ci kitab) adlı kitabın tərtib olunmasında istifadə olunan mənbələr, ədəbiyyat siyahısı göstərilməmişdir. - Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən X17 verilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, müəllifi olduğu və 2011-ci ildə “ADPU” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın və müəllifi olduğu və 2007-ci ildə “İqtisad Universiteti” nəşriyyatında çapdan çıxmış “Aşıq Valeh” adlı kitabın istifadəsi ilə bağlı müstəsna hüquqlar müəllifə məxsusdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmənin qərardadı əsasında verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-5/1660/2024 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci ildə “İqtisad Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan, ön sözün müəllifi X12 “Aşıq Valeh” 1-ci kitab, 331 səhifədən ibarət, yumuşaq cildlə üzlənmiş kitab və 2011-ci ildə “Azərbaycan Dövlət Pedaqoji Universiteti” mətbəəsində nəşr edilən, toplayan, tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi X12 “Aşıq Valeh” 1-ci kitab, 345 səhifədən ibarət, bərk cildlə üzlənmiş kitabı 2022-ci ildə “Red N Line” mətbəəsində nəşr edilən, toplayıb tərtib edən, lüğət, izah və qeydlərin müəllifi X5 “Aşıq Valeh. Qarabağdan səfər etdim” (Aşıq Valehin 300 illik yubileyinə həsr olunub) kitabı yuxarıda adı çəkilən kitablarla müqayisə edilərək araşdırılmış, nəticə etibarı ilə hər üç kitabda X38 yaradıcılığı öz əksini tapmışdır. Hər iki müəllif müxtəlif dövrlərdə Aşıq Valehə məxsus materialları toplamışdır. Folklor araşdırmalarında toplanmış materiallara dəyişiklik etmək mümkün olmadığı üçün X13 da topladığı materialları olduğu kimi vermək məcburiyyətində qalmışdır. Araşdırma zamanı iddiaçı X17 məxsus elmi nəzəri fikirlər kitabda öz əksini tapmamışdır. Bu səbəbdən cavabdeh X5 toplayıb tərtib etdiyi, Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Aşıq Valeh. Qarabağdan səfər etdim” kitabında plagiat faktı aşkar edilməmişdir. - BDU-nun magistratura, aspirantura və doktorantura şöbəsinin X9 verdiyi xx.xx.2003-cü il tarixli arayışdan görünür ki, Almara Nəbiyeva həqiqətən 1999-cu ildən BDU-nun Folklor kafedrasının dissertantıdır. - Bakı Dövlət Universiteti üzrə xx.xx.2018-ci il tarixli əmrdən çıxarışının surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdən 5719.01 Folklorşünaslıq ixtisası üzrə Filologiya fakültəsi, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dövlət büdcəsi hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktorantı doktorantının doktorluq dissertasiya mövzusu “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” kimi təsdiq edilmişdir. - Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi şurasının Filologiya problemləri üzrə elmi şuranın xx.xx.2019-cu il tarixli 5 saylı iclasının protokolundan çıxarışın surətindən görünür ki, Bakı Dövlət Universitetinin doktorantı X14 üçün “Azərbaycan dastanlarının inkişaf istiqamətləri (Qarabağ dastançılıq arealı əsasında)” filologiya üzrə elmlər doktorluğu dissertasiyası mövzusu təsdiq edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2007 və 2011-ci illərdə “Aşıq Valeh” adlı iki kitab nəşr etdirir. Həmin kitablar Aşıq Valehin yaradıcılığını əks etdirən və ona məxsus olan şeirlər, müxəmməslər, müstəzadlar və sairdən ibarətdir. İddiaçı bildirir ki, o, həmin kitabları nəşr etdirməzdən 5-10 il qabaq Aşıq Valehin yaradıclığını araşdırmış və topluya çevirərək kitab halına gətirmişdir. Cavabdeh X14 isə 2022-ci ildə “Aşıq Valeh. Qarabağdan səfər etdim” yenə də Aşıq Valehin yaradıcılığını əks etdirən və ona məxsus olan şeirlər, müxəmməslər, müstəzadlar və sairdən ibarət kitab nəşr etdirir. İddiaçı hazırda cavabdehin nəşr etdirdiyi kitabın onun kitabı ilə (kitabın üz qabığında olan şəkil, kitabda öz əksini tapmış şeirlər və s.) eyni olmasını, yəni əslində onun kitabının plagiatı olduğunu əsas gətirərək, cavabdeh Almara Nəbiyevadan ona məxsus müəllif hüquqlarından istifadə etdiyi üçün və digər cavabdehlərdən isə həmin kitabın plagiat olduğu halda rəy verərək, çap etdirilməsinə razı olduqları üçün pul kompensasiyasının tutularaq ona ödənilməsini tələb edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın qanuni əsası kimi aşağıdakı qanunvericilik normalarının müddəaları nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. 14.2.5-ci maddəsinə əsasən, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü maddəsinə əsasən “pirat məhsul” - hüquq sahibinin razılığı olmadan hazırlanan (istehsal edilən) və yayılan əsər və fonoqram nüsxələri hesab olunur. “toplu“ - materialların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi müstəqil əsərlərdən ibarət məcmuə. Belə məcmuələr (toplular) ensiklopediya və ya antologiya kimi əsər mənasını ifadə edir. 5-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) müəlliflik hüququnun obyektləridir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Toplulara daxil edilmiş əsərlərin müəllifləri, müəllif müqaviləsində başqa hallar nəzərdə tutulmadıqda, öz əsərlərindən istədikləri qaydada istifadə edə bilərlər. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. 25-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və bu Qanunun 26-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. 27-ci maddəsinin əsərə müəlliflik hüququnun qüvvədə olma müddəti qurtardıqda əsər ictimai varidata keçir. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidat sayılır. Azərbaycan folkloru nümunələri (ənənəvi mədəni nümunələr) və Azərbaycanın ənənəvi bilikləri ictimai varidata daxildir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət qeydiyyatına alınır və şəhadətnaməsi tərtib edilir. Şəhadətnamənin nümunəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Şəhadətnamənin depozitarisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandır (qurumdur). İctimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Lakin müəllifin bu Qanunun 14-cü maddəsi ilə nəzərdə tutulmuş şəxsi hüquqları gözlənilməlidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. İstehsalı (hazırlanması) və ya yayılması müəlliflik hüququnun və ya əlaqəli hüquqların pozulmasına səbəb olan əsər və ya fonoqram nüsxələri pirat nüsxələr sayılır. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. 47-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Belə ki, iddiaçının ilk dəlili ondan ibarətdir ki, o, mübahisə ilə əlaqədar Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə müracitə etmiş və Agentlik tərəfindən ona ünvanlanan məktubda özünün tərtibatçı müəllifi olduğu kitablarla (2007 və 2008 “Aşıq Valeh” kitabları) cavabdehin tərtibatçı müəllifi olduğu kitabda (2022 “Aşıq Valeh. Qarabağdan səfər etdim”) eyniliklər göstərilmişdir və bu belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehin kitabı onun kitablarından istifadə olunaraq ərsəyə gəlmiş, başqa sözlə isə cavabdehin kitabı piratdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunda mübahisəli kitabların müqayisəsi nəticəsində iddiaçı ilə cavabdehin kitablarında əksini tapan şeirlərin üst-üstə düşməsi müəyyən edilsə də, sıralanmasının fərqli olması, nəticə olaraq kitabların tərtibatında, dizaynında və materialların düzümündə müəyyən fərqlərin olması, tam üst-üstə düşməməsi müəyyən edilmişdir. Belə olduğu təqdirdə kitablar arasında olan eyniliklərlə yanaşı, fərqləndirici xüsusatlar da öz əksini tapdığından, iddiaçının həmin dəlili əsaslı sayıla bilməz. Bundan başqa, məhkəmə yuxarıda qeyd edilən nəticəyə gəlmədən öncə həmin halın araşdırılması üçün məhkəmə-müəllifşünaslıq ekspertizası təyin etmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Aşıq Valehin 300 illik yubileyinə həsr olunmuş “Aşıq Valeh. Qarabağdan səfər etdim” kitabında plagiat faktı aşkar olunmur. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, 18-19-cu əsrlərdə yaşamış Azərbaycan aşıq sairi olmuş Aşıq Valehin vaxtı ikən müəllifi olduğu şeirlər və digər əsərlər artıq onun ölümündən 70 ildən çox vaxt keçdiyindən, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən onun müəlliflik hüququnun qüvvədə olma müddəti qurtarmış və onun yaradıcılığı yenə qeyd edilən Qanunun 27-ci maddəsinə əsasən ictimai varidata keçmişdir. Göstərilən qanunvericilik müddəasında həmçinin müəyyən edilir ki, ictimai varidata keçmiş əsərlərdən, bu maddənin 2-ci hissəsində nəzərdə tutulan hallar istisna olmaqla (xüsusi ödənişlər müəyyənləşdirilə bilər) müəllif qonorarı verilmədən, sərbəst istifadə oluna bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə mübahisənin qanuni əsası kimi çıxış edə biləcək, Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 1-ci hissəsinə əsasən topluların və tərtib edilmiş digər əsərlərin müəllifi (tərtibatçı) yaradıcılıq əməyinin nəticəsi olan, materialların seçilməsi və ya düzümü şəklində olan əsərlərə müəlliflik hüququna malikdir. Tərtibatçı topluya daxil edilmiş hər bir əsərin müəllifinin hüquqlarına riayət etməklə həmin topluya müəllif hüququna malikdir. Tərtibatçının müəlliflik hüququ digər şəxslərin həmin materialları müstəqil surətdə seçmə və düzmə yolu ilə yeni toplu yaratmasına mane olmur. Cavabdeh2 da bir filoloq və öz sahəsi üzrə elmlər doktoru kimi qanunla müəyyən edilmiş qaydada artıq ictimai varidata daxil olmuş Aşıq Valeh yaradıcılığına məxsus olan əsərləri bir araya gətirib kitab halına salmış və çap etdirmişdir. Həmçinin, məhkəmə hesab edir ki, eyni bir şəxsin yaradıcılığına aid tərtib edilmiş kitablarda şeirlərin və digər əsərlərin müəyyən qədər üst-üstə düşməsi labüddür. Buna görə də, kitabda çox az sayda şeirlərin sırasının müəyyən qədər digər kitabdakı ilə eyni olması birincinin müəlliflik hüququnun pozulması qənaətinə gəlməyə yetərli deyildir. İkinci bir tərəfdən, iddiaçı qeyd edir ki, Cavabdeh2 kitabının üz qabığında olan illustrasiya (rəsm) onun kitabının üz qabığındakı ilə eynidir, yəni plagiatdır. İddiaçı bildirir ki, həmin illustrasiya onun sifarişi əsasında Rəssamlar İttifaqının mərhum üzvü Şamxal Məmmədov tərəfindən onun “Aşıq Valeh” adlı kitabı üçün çəkilmişdir. Həmin halın doğruluğu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Ramin Məmmədov tərəfindən də müdafiə olunmuşdur. O, bildirmişdir ki, mərhum Şamxal Məmmədov onun atası olmuşdur və 2016-cı ildə ölmüşdür. İddiaçının və cavabdehin kitablarının üz qabığında olan illustrasiya onun mərhum atası tərəfindən məhz iddiaçının ödənişli sifarişi ilə çəkilmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının və üçüncü şəxsin bildirdikləri kimi, kitabların üz qabığında olan illustrasiyanın Şamxal Məmmədov tərəfindən məhz iddiaçının ödənişi əsasında sonuncunun kitabı üçün çəkilməsi barədə dəlillərini təsdiq edəcək hər hansı mötəbər sübutlar təqdim edilməmiş, beləliklə də iddiaçı sadəcə formal mülahizələrə əsaslandığından iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır. Məhkəmə, iş üzrə yuxarıda gəldiyi nəticəni iddia ərizəsində göstərilən dəlillərin bu sahədə müəlliflik hüquqlarını tənzimləyən qanunvericilik müddəalarının dispozitiv şərtlərinin işin faktiki halları ilə uzlaşmalı olması zərurəti ilə əsaslandırır. Nəticə etibarilə məhkəmə iddiaçının öz iddia tələbini əsaslandırarkən istinad etdiyi xx.xx.2024-cü il tarixli mütəxəssis rəyini mötəbər sübut hesab etmir. Belə ki, Mülki Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda aparılmış tədqiqatların nəticəsinə dair xx.xx.2024-cü il tarixli rəyini imzalayan şəxs Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri Əkrəm Bağırov olmuşdur. Sonuncu qeyd etmişdir ki, “......Aşıq Valeh yaradıcılığına aid şeir, qəzəl, qoşma, gəraylı, təcnis, müxəmməs, həcvlər, deyişmələr, dastanlar və s. sənət əsərlərinin adları və sıraları X7 müəllifi olduğu “Qarabağdan səfər etdim” adlı kitabında qismən dəyişdirilməklə elmi plagiata yol verilərək təkrarlanmışdır”. Məhkəmə, mütəxəssisin gəldiyi bu nəticə ilə razılaşmayaraq qeyd edir ki, belə bir rəyin verilməsi barədə onun səlahiyyətli olması, o cümlədən plagiata yol verildiyi barədə gəldiyi nəticənin hüquqi əsasları müəyyən edilmir. Qeyd olunanlarla bağlı məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətini həyata keçirən bu sahədə ixtisaslaşan dövlət orqanı üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir. Bu baxımdan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 30 iyul 2018-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi” nə əsasən, Agentliyin fəaliyyət istiqamətlərinə - əqli mülkiyyət hüquqları sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək; - əqli mülkiyyət hüquqları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; - əqli mülkiyyət hüquqlarının hüquqi qorunmasını təmin etmək, onların mənimsənilməsinin və onlardan istifadə ilə bağlı hüquqların pozulmasının qarşısını almaq və bununla bağlı müvafiq tədbirlər görmək; - əqli mülkiyyət hüquqlarının obyektləri barəsində daxil olmuş iddia sənədlərinin qanunvericilikdə müəyyən edilmiş qaydada ekspertizasını və digər tədbirlər görmək və s. daxildir. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədrinin 2023-cü il 29 mart tarixli 29 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Müəlllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsinin” Əsasnaməsinin: 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin (bundan sonra - Agentlik) Aparatının struktur bölməsi olan Müəlllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası şöbəsi (bundan sonra - Şöbə) bu Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Agentliyin fəaliyyəti ilə əlaqədar müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin, inteqral sxem topologiyalarırnın, müəlliflik hüququ və ya xüsusi qorunma hüququ ilə qorunan məlumat toplularının (bundan sonra müəlliflik hüququ obyektləri) dövlət qeydiyyatını, həmin obyektlərdən istifadə ilə bağlı əmlak hüquqlarının tam və ya qismən verilməsi haqqında müqavilələrin, eləcə də topologiyaya əmlak hüquqlarının vərəsəlik üzrə keçməsinin qeydiyyatı aparır, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrinin) və Azərbaycan ənənəvi biliklərinin dövlət qeydiyyata alır, müəlliflik hüququ obyektləri ilə bağlı tədbirləri həyata keçirir və bu Əsasnamədən irəli gələn digər işləri yerinə yetirir. 3.1.3-cü bəndinə əsasən, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin dövlət qeydiyyatına alınması ilə bağlı işləri yerinə yetirmək; 3.1.9-cu bəndinə əsasən, digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan folkloru nümunələrindən (ənənəvi mədəni nümunələrdən) kommersiya məqsədilə istifadə etməsinə icazə verilməsi ilə bağlı səlahiyyətləri daxilində tədbirlər görmək; 3.1.10-cu bəndinə əsasən, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), ənənəvi biliklərin və digər qeyri-maddi mədəni irs nümunələrinin qeyriqanuni istifadə hallarını müəyyənləşdirilməsində və belə halların qarşısının alınması məqsəilə tədbirlərin həyata keçirilməsində iştirak etmək; 6.3.9-cu bəndinə əsasən, Azərbaycan folkloru nümunələrindən ibarət tərtib edilmiş və yaradıcılıq fəaliyyətinin nəticəsi olan toplular və digər törəmə əsərlər qeydiyyata təqdim edilərkən ekspertizasının həyata keçirilməsi ilə bağlı müvafiq tədbirləri görmək; Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən iddia tələblərinin əsasları sübuta yetirilməmiş, həmçinin də cavabdehlər tərəfindən onun müəllif hüquqlarının pozulması halı məhkəmə araşdırılması zamanı təsdiq edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.4-cü maddəsinə əsasən müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə hesab edir ki, aparılmış məhkəmə-müəllifşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində ekspertiza xərci İddiaçı Məhkəmə Ekspertizası Mərkəzi hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı cavabdehlər Azərbaycan Aşıqlar Birliyinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Milli X6 İnstituna, X9 və Cavabdeh1nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi və X10 cəlb edilməklə) “müəlliflik hüququnun müdafiəsi və dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış məhkəmə-müəllifşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 300 manat ekspertiza xərcinin İddiaçı tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Solmaz Ədilova