Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1686/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahmova Ramilə Namiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunun, habelə ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdeh şəxslərdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə borcunun, habelə ödənilmiş dövlət rüsumunun müştərək qaydada cavabdeh şəxslərdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 78-05 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 842,63 (səkkiz yüz qırx iki manat altmış üç qəpik) manat məbləğində faiz, 2.103,96 (iki min bir yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimə məbləği faizi olmaqla, cəmi 11.559,58 (on bir min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zaminlər - Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24% olmaqla 24 (iyirmi dörd) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Yuxanda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında xx xxxxxxx 2019-cu il tarixdə MKOS seriyalı 178-05 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxx 2021-ci il tarixinə banka 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 842,63 (səkkiz yüz qırx iki manat altmış üç qəpik) manat məbləğində faiz, 2.103,96 (iki min bir yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimə faizi olmaqla, cəmi 11.559,58 (on bir min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində kredit borcu qalmışdır. Bununla əlaqədar Cavabdeh1 dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, bank tərəfindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BK nömrəli Özəl (0.5) F7_ 1955/K-19 nömrəli kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 48% olmaqla cərimə faizi ödəyir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. Müqavilənin 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları vardır. Müqavilənin 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli BK nömrəli Özəl (0.5) F7 1955/K-19 nömrəli kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafıkinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 50% olmaqla cərimə faizi ödəyir. Müqavilənin 3.1.2-ci bəndinə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ vardır. Müqavilənin 3.1.5-cı bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini təlob etmək hüquqları vardır. Müqavilənin 3.1.6-cı bəndinə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Müqavilənin 2.4-cü bəndinə əsasən borcalanın bank qarşısında öhtəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 xx xxxxx 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair iddia ərizəsinə əlavəni məhkəməyə təqdim edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 78-05 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 1.376,08 (bir min üç yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində faiz, 2.103,96 (iki min bir yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimə məbləği faizi olmaqla, cəmi 12.093,03 (on iki min doxsan üç manat üç qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zaminlər - Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh2) birgə qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən illik faiz dərəcəsi 24% olmaqla 24 (iyirmi dörd) ay müddətinə bank tərəfindən borcalan şəxsə 10.000 (on min) manat məbləğində kredit verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixdə MKOS seriyalı 178-05 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, qeyd edilən kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 (borcalan) öhdəliklərinin icrasının təminatı kimi müvafiq şəxslər öz üzərlərinə onunla birlikdə eyni həcmli məsuliyyət götürmüşlər; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli bildiriş məktublarının surətlərindən və məzmunlarından görünür olur ki, cavabdeh şəxslərdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ən qısa müddət ərzində ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə müvafiq şəxslər xəbərdar edilmişlər; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialının xx xxxxx 2021-ci il tarixli 1522 nömrəli maliyyə arayışının surətindən və məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı (indiki Yasamal) ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 78-05 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 1.376,08 (bir min üç yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində faiz, 2.103,96 (iki min bir yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimə məbləği olmaqla, cəmi 12.093,03 (on iki min doxsan üç manat üç qəpik) manat məbləğində borcu yaranmışdır; xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 425.1-ci maddəsinə əsasən: “Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir”. Bu iş üzrə isə cavabdehin öhdəliklərinin vaxtında və lazımi şəkildə icra edilmədiyi görünür; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kredit alan Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün zaminlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borcun ödənilməsi üçün tam öhdəlik daşıyırlar. Buna görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 onların risk dairələrinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduqlarından, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidirlər. Məhkəmə cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borclarının cavabdeh şəxslərdən tutulması hissəsində tam, cərimə hissəsində isə qismən təmin edilməlidir. Məhkəmə iddianın əsas borca hesablanmış 2.103,96 (iki min bir yüz üç manat doxsan altı qəpik) manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 300 (üç yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdeh şəxslərdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh şəxslər isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 1.376,08 (bir min üç yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində faiz, 300 (üç yüz) manat məbləğində cərimə məbləği olmaqla, cəmi 10.289,07 (on min iki yüz səksən doqquz manat yeddi qəpik) manat məbləğində borc tutulmalı, qalan hissədə iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli MKOS seriyalı 178-05 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 8.612,99 (səkkiz min altı yüz on iki manat doxsan doqquz qəpik) manat məbləğində əsas, 1.376,08 (bir min üç yüz yetmiş altı manat səkkiz qəpik) manat məbləğində faiz, 300 (üç yüz) manat məbləğində cərimə məbləği olmaqla, cəmi 10.289,07 (on min iki yüz səksən doqquz manat yeddi qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1686/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1686/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver