Məhkəmə qərarları › İş №2(005)-1688/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1688/2020

17.09.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1688/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh tərəfindən inşa edilmiş ünvan 1 ünvanındakı yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin mülkiyyətçisi hesab olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh ilə ünvan 1 ünvanında inşa olunan yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin tikilib ona verilməsi və onun həmin mənzilin alınması üçün Cavabdehnə 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində pul ödəməyi barədə B- 142/04 nömrəli müqavilə bağlamışdır. Müqavilə bağlanılan gün o, müqavilədə göstərilən mənzilin tam dəyərini, yəni 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində pul vəsaitini cavadehə ödə və cavabdeh həmin pulu məndən qəbul edərək, pulun tam həcmdə ödəməyim, Cavabdehnə alınan mənzil üçün heç bir borcu qalmadığı barədə 118 nömrəli xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışı verilmişdir. Cavabdeh ilə bağladığı xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, “kooperativ” (Cavabdeh) tikinti-quraşdrma işlərini layihə sənədlərinə və Azərbaycan Respublikası Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə “payçı”ya (ona) təhvil verilməsini təmin edir. Adı çəkilən müqavilənin 7.1-ci bəndinə əsasən, müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam həcmdə yerinə yetirilənədək qüvvədə qalır. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən, müqaviləyə hər hansı dəyişiklik və əlavələr hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən, imzalandıqdan və möhürləndikdən sonra etibarlıdır. Aldığı mənzilin yerləşdiyi yaşayış binası tikilib, başa çatdıqdan sonra Cavabdeh müqavilə ilə nəzərdə tutulan mənzilin əvəzinə ona həmin binanın 18-ci mərtəbəsində yerləşən digər mənzilin alınmasını təklif edir. Cavabdeh öz təklifini onunla əsaslandırır ki, guya ona müqavilə əsasında verilən mənzil, Cavabdeh tərəfindən yaranmış borcun ödənilməsi üçün hansısa hüquqi şəxsə verilməlidir. Onda olan məlumata görə, hal-hazırda Cavabdeh tərəfindən ona təklif olunan binanın 18-ci mərtəbəsində yerləşən başqa mənzil ilkin olaraq digər şəxsə verilmişdir. Məsələyə aydınlıq gətirmək üçün o cavabdehə xx xxxxxx 2020-ci il tarixdə yazılı sorğu ilə müraciət edərək, Cavabdehndə ona veriləcək mənzilin konkret ünvanı barədə arayış verilməsini xahiş etmişdir. Bu günə qədər Cavabdeh onun sorğusuna cavab verməmişdir. Qeyd edilməlidir ki, müqavilə əsasında ona verilmiş mənzilin digər mənzil ilə əvəz edilməsi də Cavabdeh tam səlahiyyətində deyildir. Belə ki, Cavabdeh özünün “Orxan-TİT” X4 göndərdiyi 049 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubu ilə onun müqavilədə göstərilən mənzilinin digəri ilə dəyişdirilməsi üçün “Orxan-TİT” X2 razılıq verməsini xahiş etmişdir. Cavabdeh tərəflər arasında bağlanmış müqavilənin dəyişdirilməsi barədə tələbini əsassız, aralarında bağlanmış müqavilənin Cavabdeh tərəfindən birtərəfli qaydada pozulması və ya dəyişdirilməsi hədəsini isə qanunsuz hesab edir. Yuxarıda qeyd etdiyi kimi, o Cavabdeh ilə qanunla müəyyən olunmuş qaydada mənzilin tikilib, ona verilməsi barədə müqavilə bağlamış və həmin mənzilin dəyərini tam həcmdə ödəmişdir. Bu fakt onun müqavilədə göstərilən, ünvan 1 ünvanında inşa olunan yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin üzərində mülkiyyət hüquqlarının əmələ gəlməsi üçün əsas hesab olunur. O, müqaviləni bağlayarkən, aldığı mənzil üçün Cavabdehnə 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat məbləğində nəğd pul ödəmişdir. Cavabdeh kiməsə borclu olduğunu, kiminsə qarşısında hər-hansı bir öhdəliyi olması barədə bilmirdi və bilməli deyildir. Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ararsında ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair xx xxxxxx 2019-cu il tarixli B- 142/04 nömrəli müqavilə bağlanmışdır. Əlavə olaraq qeyd edilməlidir ki, ünvan 3 ünvanda xx xxxxxx 2018-ci il tarixdə ********** nömrəli qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (1.X11-50 manat, 50 pay haqqı, 50%, 2.X20 - 20 manat, 20 pay haqqı, 20 %, 3.X13 - 5 manat, 5 pay haqqı, 5%, 4.X10 - 5 manat, 5 pay haqqı, 5% və X21 - 20 manat, 20 pay haqqı, 20%) Cavabdeh təsis etmişlər. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 ünvanında yerləşən üç bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə sifarişçi “Orxan-TİT” X7 ilə Cavabdeh arasında xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli əlavə dəyər vergisi ilə birlikdə 5.900.000 (beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi “Orxan TİT” X7 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda, xx xxxxxxx 2019-cu il tarixli razılaşma müqaviləsi ilə tərəflər sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və B blokları) birinci və ikinci mərtəbələrində qeyri-yaşayış sahələri, zirzəmisində iki mərtəbəli avtodayanacaq olacaq “Şəhər İncisi” yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin kooperativin digər üzvləri X12, X17 və onun qardaşı X16, X20 tərəfindən aparılması, X8 tikinti işlərində və kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X9 verilməsi üçün kooperativin digər üzvlərinin razılığı ilə X14 tərəfindən kooperativin digər üzvü X9 xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamə verilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, etibarnamə “Orxan TİT” X7 ilə Cavabdeh arasında bağlanmış müqavilədən 6 (altı) ay qabaq verilmişdir. Cavabdeh üzvü X14 tərəfindən Cavabdeh digər üzvü X9 verilən xx xxxxxx 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan “Orxan TİT” X4 məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X5 qeyri-qanuni hərəkətlərindən xəbər tutan X14 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X12 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü X17, onun qardaşı X16 və X20 əlbir olaraq sifarişçiyə məxsus olan 100dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışlar. Daha sonra qeyd edilməlidir ki, X12 qohumu və Mənzil-Tikinti Kooperativinin digər üzvü X17, onun qardaşı X16 və X20 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə Mənzil-Tikinti Kooperativinin digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X12 və X16 hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə qeyd ediləməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilə İddiaçı ararsında xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə üzrə ünvan 6 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair qeyri-qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilələr bağlamışlar. Belə ki, Cavabdeh ilə “Orxan-TİT” X7 arasında bağlanmış müqavilə Cavabdehnə podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X21, X12, X18 etibardan sui-istifadə edərək, qeyriləri ilə əlbir olaraq üçüncü şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq külli miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də Mənzil-Tikinti Kooperativi üzvlərinin maraqlarına xidmət edir. Cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuş, mənzilin dəyərini kimə və vaxt ödəmiş, Cavabdeh mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair Cavabdeh adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, tərəf nədənsə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişdir, yəni ünvan 2 ünvanında tikilən ev kimə məxsus olması soruşulmamışdır. Daha sonra mənzilin dəyəri Cavabdehnə ödənilməmişdir. Mübahisələdirilən müqavilələr bır qrup şəxslər tərəfindən öz çirkin niyyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Yuxarıda göstərilənlərə əsasən qeyd edilməlidir ki, Cavabdeh balansında mənzil olmayıb və hal-hazırda da yoxdur. Bağlanmış müqavilədə olan imzalar icraçı direktora aid deyildir və onun tərəfindən bağlanmamışdır. Göstərilənlərdən aydın olur ki, mübahisələndirilən işin tərkibində cinayət tərkibi var, bu səbəbdən də 2(005)-1688/2020 nömrəli mülki işdə cinayət tərkibinin olması barədə aidiyyatı orqanlara məlumat verilməlidir. Beləliklə, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə üzrə ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunda dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilə dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək, ona ilkin iddia ərizəsi ilə bir icraatda baxılması qərara alınmışdır. İddiaçı Rafayıl qızının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ünvan 1 ünvanında inşa olunmuş yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən yaşayış sahəsi 136,4 kv.metr, ümumi sahəsi 152,43 kv.metr olan təcrid olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilinə sahiblik və istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, onun təmin, ilkin iddia ərizəsini qəbul etməyərək, onun rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia üzrə göstərilənlər hallar tam şəkildə cinayət xarakterlidir. Belə ki, Cavabdeh əmlakı olmadığı, (yəni mənzili olmadığı) halda necə mənzil satır, bu isə sual doğurur. Belə ki, Cavabdeh bir hüququ əldə etmədiyi halda başqasına necə bu hüququ verir, bu hal da sual olaraq qalır. Əlavə olaraq qeyd edilməlidir ki, bu iş üzrə Cavabdeh vəzifəli şəxsi ilə bərabər bir neçə nəfər əlbir olmuş və vətəndaşlara qarşı dələduzluq elməklə mənzillərin alqı-satqısı adı altında vətəndaşları aldatmaqla külli miqdarda pullarını mənimsəmişlər. Beləliklə hesab edir ki, yuxarıda göstərilən tələb üzrə 2(005)-1688/2020 nömrəli işin tərkibində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308, 309 və 310-cu maddələrinin tərkibi müəyyən edilir. Buradanda məlumdur ki, mülki işin tərkibində cinayət əməlləri vardır. Belə olan halda işin həmin hissəsinin araşdırılması bilavasitə hüquq mühavizə orqanlarına aid olduğundan məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə müvafiq olaraq xüsusi qərardad çıxarılmalıdır. Qeyd edilənlərə əsasən, iş materiallarında cinayyət əməlinin tanınması və prokuror orqanlarına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, hər iki iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B- 142/04 nömrəli müqavilənin məzmunundan görünür ki, kooperativ ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür (1.1-ci bənd). Mənzil sahəsinin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 1.000 (bir min) manat təşkil edir (2.1-ci bənd). Bu müqaviləyə əsasən payçıya verilən mənzilin ümumi dəyəri (pay haqqının tam məbləği) 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat təşkil etmişdir (2.2-ci bənd). Mənzilin bu müqavilədə müəyyən edilmiş ümumi dəyəri payçı tərəfindən tam ödənildikdə kooperativ payçıya mənzilin ümumi dəyərinin (pay haqqının) tam ödənilməsini təsdiqləyən müvafiq sənəd (maliyyə arayışını) təqdim etməlidir (2.7-ci bənd). Kooperativ tikinti-quraşdırma işlərini layihə sənədlərinə və Dövlət Tikinti Komitəsi tərəfindən təsdiq olunmuş tikinti norma və qaydalarına uyğun qüsursuz və yüksək keyfiyyətlə yerinə yetirir və təmirsiz şəkildə payçıya təhvil verilməsini təmin edir (3.1-ci bənd). Payçı almış olduğu üç otaqlı tam sahəsi eyvanla birlikdə 152,43 kv.metr olan mənzilin sahəsinin hər kvadrat metri üçün 1.000 (bir min) manat olmaqla, cəmi 152.430 (bir yüz əlli iki min dörd yüz otuz) manat ödəməyi öhdəsinə götürmüşdür (4.1-ci bənd); Cavabdeh xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışının məzmunundan görünür ki, İddiaçı həqiqətən Cavabdeh ünvan 2 ünvanında inşa olunan 21 mərtəbəli yaşayış kompleksində B blokunun dördüncü mərtəbəsində yerləşən B02 nömrəli mənzil, ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan üç otaqdan ibarət yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Cavabdeh Mənzil-Tikinti Kopperativinə B-142/04 nömrəli müqaviləyə əsasən İddiaçı borcu yoxdur; Cavabdeh “Orxan-TİT” X4 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli 049 nömrəli məktubunun məzmunundan görünür ki, “Orxan-TİT” X7 və Cavabdeh arasında xx xxxx 2018-ci il tarixində imzalanmış müqavilənin şərtlərinə, tərəflər arasında faktiki yerinə yetirilmiş tikinti quraşdırma işlərinin həcminin müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsinə dair xx xxxxxx 2020-ci il tarixdə imzalanmış təhvil-təslim aktının, hebelə tərəflər arasında xx xxxxxx 2020-ci il tarixdə imzalanmış 62 (altmış iki) ədəd 6.700 (altı min yeddi yüz) kvadrat metr ümumi mənzil sahəsinin mənzillərin bölgü aktının müddəalarına uyğun olaraq, B bloku, sıra 2, mərtəbə 18, otaq sayı 3, sahəsi 152,43 kv.metr olan mənzilin İddiaçı adına rəsmiləşdirilməsini xahiş etmişdir; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Rafayıl qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəmədə ilkin iddia tələbi qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir; xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia tələbi qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqaviləyə əsasən kooperativ ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzilin payçıya verilməsini, payçı isə bu müqavilənin dəyərinin kooperativə ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilədə digər qeydşərt göstərilməmişdir, həmin müqavilənin qüvvədə olması digər müqavilənin qüvvədə olması ilə şərtləndirilməmişdir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili İddiaçı sahiblik və istifadəsinə verməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu mənzili təhvil verməyərək bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, iddiaçı şəxsin iddia tələbi üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli B-142/04 nömrəli müqavilə ilə cavabdeh şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı təhvil verməli olduğu ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzili sonuncuya təhvil verməyərək müqavilənin şərtlərini və mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozduğundan ilkin iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə iddiaçı Cavabdeh İddiaçı Rafayıl qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədidə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, Cavabdeh hazırkı qarşılıqlı iddiası əsassızdır, qarşılıqlı iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Araşdırma zamanı tərəflər arasında bağlanmış müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflər şüurlu səviyyədə öz iradə ifadələrini bildirməklə qeyd edilən müqaviləni imzalamışlar. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh mübahisələndirdiyi xx xxxxxx 2019-cu il tarixli B- 142/04 nömrəli müqavilə bağlanarkən Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozulmamış və bu Məcəllənin 337.1-ci maddəsinin tələbləri baxımından həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas olmamışdır. Bu baxımdan qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı Rafayıl qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi vəsatətində Cavabdeh vəzifəli şəxsi ilə bərabər bir neçə nəfərin əlbir olaraq vətəndaşlara qarşı dələduzluq elməklə mənzillərin alqı-satqısı adı altında vətəndaşları aldatmaqla külli miqdarda pulları mənimsədiklərindən, müvafiq mülki işin tərkibində Azərbayan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308, 309 və 310-cu maddələrinin tərkibinin olması səbəbindən onlar barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə araşdırması zamanı qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh vəzifəli şəxsi ilə bərabər bir neçə nəfərin barəsində xüsusi qərardad çıxarılması ilə bağlı hüquqi əsaslar müəyyən edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu ilkin iddia ərizəsi üzrə tələb edilmədiyindən ilkin iddia tələbi üzrə iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia ərizəsi rədd edildiyindən qarşılıqlı iddia tələbi üzrə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “mənzilə sahiblik və istifadəyə yaradılan maneələrə son qoyulması və mənzilin təhvil verilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilsin. ünvan 2 ünvanında inşa olunan üç girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.metr, yaşayış sahəsi 136,40 kv.metr olan izolə olunmuş üç otaqdan ibarət B02 nömrəli mənzil ilə bağlı İddiaçı sahibliyi və istifadəsinə dair Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulsun və mənzil İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçı Cavabdehnə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar