Məhkəmə qərarları › İş №2(005)-169/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-169/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-169/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, İddiaçı İKB ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxx 2015 il tarixli kredit müqaviləsinə əsasən İddiaçı İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 14000 ABŞ Dolları kredit götürmüşdür. xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2019 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxx 2015 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx xxxx 2019-dək Cavabdeh1 banka xx xxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə 122.25 ABŞ dolları əsas borc, 3545.28 ABŞ dolları faiz borcu, 1.6 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2019 il tarixdən, xx xxxx 2019 il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 3670.28 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. xx xxxxx 2015 il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Qeyd edilənləri Cavabdeh1 İləsən oğlu və Cavabdeh2 müştərək qaydada “İddiaçı" İKB ASC-nin xeyrinə xx xxxxx 2015 il tarixli kredit müqaviləsi üzrə ümumilikdə cəmi 3670.28 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxx” ASC-nin (İddiaçı İKB ASC)-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclasın vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. X1 məhkəmə iclasında ekspert rəyinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq iş materiallarında olan sənədlər əsasında aparıldığını bildirdi. İş materiallarında olan X5 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən Cavabdeh1 14000 ABŞ dolları məbləğində 24 ay müddətinə, 28% illik faiz dərəcəsi ilə kredit verilmişdir. Ə Cavabdeh2 zamin kimi müqavilə üzrə Cavabdeh1 borcunun ödənilməsində öhdəlik götürmüşlər. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən aylıq annuitet 768,44 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı bank hesab, kredit və zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş əlavəyə əsasən kreditin müdəti 47 ay müəyyən edilmiş, müqaviləin bağlanma tarixi xx.xx.2019-cu il hesab edilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən aylıq annuitet 1231,38 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 bank tərəfindən 14000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 5 gün ərzində borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24881 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2015-ci il tarixli 27-M-1-0-175-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə banka olan əsas borcu5969,10 ABŞ dolları, faiz borcu 2338,37 ABŞ müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/93 saylı xx xxx 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, xx.xx.2019-cu il tarixə banka olan əsas borcu4680,42 ABŞ dolları, faiz borcu 1226,27 ABŞ müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh1 oluna 14000 ABŞ dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinin təminatı olaraq zamin Cavabdeh2 borclu öhdəliyi lazımınca icra etmədiyi halda kredit borcu ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə uyğun olaraq hüquqi şəxslər maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, ekspert rəyini nəzərə alıb hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 122,25 ABŞ dolları əsas borc, 1,6 ABŞ dolları cərimə borcu və 1,15 ABŞ dolları əldən çıxmış fayda hissəsində təmin edilməli, faiz borcu isə ekspert rəyinə uyğun olaraq 1226,27 ABŞ dolları məbləğində müəyyən edilməlidir.. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu, ekspertiza xərcləri cavabdehlərə aid edilməlidir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 122,25 dolları əsas, 1226,27 ABŞ dolları faiz, 1,6 ABŞ dolları cərimə, 1,15 ABŞ dolları illik 5%-lə hesablanan cərimə borcu olmaqla, cəmi 1351,27 ABŞ dolları (bir min üç yüz əlli bir dollar iyirmi yeddi sent) borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı İKB ASC -nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri 345 (üç yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub “Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar