Məhkəmə qərarları › İş №2(005)-169/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-169/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-169/2024 04.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-nin İddiaçı artıq tutduğu 1050 manat pul vəsaitinin, dövlət rüsumu qismində ödənilmiş 31 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü ildə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İDK MMC-dən 5000 manat kredit götürmüşdü. Həmin 5000 manatı xx.xx.2014-xx.xx.2015-ci il tarixlərində, heç bir gecikmə olmadan ödəvib bitirmişdir. Lakin manatın devalvasiyasından sonra, həmin kredit məbləğinin faiz hissəsini təşkil edən 2087.75 manatı ödəyə bilmədi. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-34/2017 saylı. xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 3125.12 manat pulun tutulması qət edildi. Sonradan Prezidentin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildi və həmin Fərmanla fiziki şəxslərin banklarda olan 17000 manatadək vaxtı keçmiş kreditlərinin restrukturizasiyası qərara alındı. Həmin Fərmanla kredit məbləğinə hesablanmış faizlərin və dəbbə pulunun silinməsi nəzərdə tutulurdu. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası sənədindən görünür ki, İddiaçı həmin kredit üçün 572.15 manat kompensasiya ödəndi. Belə olduğu halda 2087.75 manat fazi borcundan 572.15 manat kompensasiya məbləğı çıxıldıqdan sonra qalan faiz borcu 1515.60 manat olmuşdur. İddiaçı həmin məbləğin 1360 manatını xx.xx.2020-xx.xx.2021-ci tarixlərdə 9 aya ödədi. Yerdə qalan 150 manat pulu ödəmək istədikdə isə ona bildirdilər ki, 1200 manat borcu qalmışdır. Sonradan Bakı şəhər Suraxanı Rayon İcra Şöbəsi həmin kredit müqaviləsi üzrə zamin qismində çıxış edən X6 işlədiyi X10 Kompani S.A. Şirkətinin AR-dakı Nümayəndəliyinə xx.xx.2022-ci il tarixli icra sənədi göndərmiş və 3138.12 manatın, həmçinin 220 manat məbləğində 7% icra ödənişinin tutulmasını tələb etmişdir. Halbuki məhkəmə qətnaməsi ilə restrukturizasiya olunmuş məbləğə görə icra ödənişi tələb edilə bilməzdi. Yenidən məhkəmə qətnaməsi qəbul edilməli idi. Lakin hu prosedurlara əməl edilmədən məbləği İddiaçı tutmuşlar. Hazırda İddiaçı həmin kredit müqaviləsi üzrə cavabdehə borcu qalmamışdır, əksinə cavabdeh tərəfindən İddiaçı əlavə olaraq 1050 manat artıq pul tutulmuşdur. Hesab edir ki, həmin 1050 manatın və dövlət rüsumu qismində ödənilmiş 31 manatın cavabdehdən tutularaq İddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsinə zərurət meydana gəlmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən iddiaçının xx.xx.2019-cu il tarixinə qədər əsas kredit borcu olan 2087,75 manat puldan 572,15 manat təşkilatın hesabına daxil olmuş və əsas borc 1515,60 manat müəyyən olunmuşdur. İddiaçının xx.xx.2019-cu il tarixinə qədər əsas borclarının məbləği 19208 manat təşkil etmişdir və Fərmanın 5.1-ci bəndinin dairəsinə düşməmişdir. İddiaçının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-34/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qeyd olunan borcundan 572,15 manat çıxıldıqdan sonra qalan borc borclulardan tutulmuşdur. Hal-hazırda iddiaçının təşkilata heç bir borcu qalmamışdır. İddiaçıdan hər hansı əlavə ödəniş tutulmamışdır. Tutulan məbləğlər qanuni olduğu üçün iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı izahatında verilmiş ekspert rəyində göstərilən məbləğin iddia ərizəsində qeyd etdiyi məbləğə və apardığı hesablamaya uyğun olduğunu bildirərək iddiasının əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Əbilov X2 Telman Malik oğlunun MMC-yə olan borcu barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olduğunu, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə yalnız İddiaçı məhkəmə qətnaməsi qəbul edilənədək kredit müqaviləsi üzrə ödədiyi faiz borcuna kompensasiya məbləği hesablandığını, digər hissədə isə İddiaçı qətnamə üzrə müəyyən edilmiş borc məbləğinin dəyişmədiyini və bu məbləği ödəməli olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Kreditor "xxxx" MMC və borcalan İddiaçı arasında 28 aprel 2014-cü il tarixdə bağlanmış 03027 saylı müqavilənin : -1.1-ci bəndinə əsasən kredit verən kredit alana kredit verməyi, kredit alan isə krediti qəbul edib ondan müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə istifadə etməyi, krediti qaytarmağı və ona hesablanmış faizləri kredit verənə qaytarmağı öhdəsinə götürür; -3.1-ci bəndinə əsasən bu müqavilə üzrə kredit alana 5000 manat məbləğində kredit verilir və kredit alan ona ayrılmış krediti birdəfəlik və ya hissə-hissə götürə bilər; -3.3-cü bəndinə əsasən kredit faizi aylıq 3 %-dir; -3.10-cu bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş əsas məbləğə 1% cərimə hesablanır; -4.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 24 ay müəyyən edilir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-34/2017 saylı qətnaməsindən müəyyən olunur ki : -Kreditor BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borclular, İddiaçı və X8 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, borclulardan müştərək qaydada 2277,75 manat əsas, 638,49 manat faiz, 265,47 manat cərimə borcu və ödənilmiş 21 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2253/2016 sayli 15 fevral 2016-cı il tarixli məhkəmə əmri ilə kreditorun tələbi təmin edilmişdir; -İddiaçı xx.xx.2016-cı il tarixdə Suraxanı rayon Məhkəməsinin 15 fevral 2016-cı il tarixdə 2(010)-34/2017 saylı məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283-cü maddəsinin tələblərinə riayət etməklə 2(010)- 34/2017 saylı 19 avqust 2016-cı il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 15 fevral 2016-ci il tarixdə 2(010)-34/2017 saylı məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir; -Eyni zamanda iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə təqdim edərək,cavabdehlərdən müştərək qaydada 2278.02 manat əsas, 546.72 manat faiz, 265,47 manat cərimə, 142.38 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla,cəmi 3224.59 manat borcun BOKT "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmasını xahiş etmişdir; - Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflərin bağladıqları kredit müqaviləsinə əsasən iddiaçı krediti cavabdehə xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə vermişdir. Həmin tarixə cavabdehin ekspertizanın rəyinə əsasən 2278.02 manat əsas və 546.72 manat faiz borcu qalmışdır. İddiaçı müqavilənin icra müddəti bitdiyi tarixdən sonrakı bir il üçün illik 5% gecikdirilmiş vaxt üçün ödənilməmiş əsas borca hesablanmış 5%-i, yəni 142.38 manatı tələb etməkdə halıdır. Məhkəmə iddiaçının tələb etdiyi cərimə faizi tənasübsüz surətdə yüksək olduğunu hesab edərək, onu azaldıb 150 manat məbləğində müəyyən edilməsi qənaətinə gəlmişdir; - Qanuni qüvvəsini almış qətnaməyə əsasən cavabdehlər İddiaçı və X4 müştərək qaydada 2278.02 əsas borc, 546.72 manat faiz borcu, 150 manat cərimə, 142.38 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla, cəmi 3117.12 manat məbləğində borc və 21 manat ödənilmiş dövlət rusumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdehlər İddiaçı və X4 müştərək qaydada 10 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru Rüfət Maqsudov tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul olunmuş icra ödənişinin alınması haqqında qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-34/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən müvafiq olaraq borcludan tutulmalı olan ümumi pul məbləğindən 7% həcmində icra ödənişi olan 220 manat pulun X4 tutulması qərara alınmışdır. Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən “X10 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur ki, borclu X9 barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-34/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi və 7 faiz icra ödənişinin alınması haqqında qərar şirkətə göndərilir. İcra sənədi üzrə qalıq borc 1205.92 manat təşkil edir, icra sənədinə əsasən borclular İddiaçı və X4 müştərək qaydada cəmi 2278.02 əsas borc, 546.72 manat faiz borcu, 150 manat cərimə, 142.38 manat gecikdirilmiş vaxt üçün hesablanmış illik beş faiz olmaqla cəmi 3117.12 manat məbləğində borc və 21 manat ödənilmiş dövlət rüsumu "Bank Olmayan Kredit Təşkilatı İDK” Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə tutulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsinə əsasən icra sənədi üzrə qalıq 1205.92 manat məbləğində pul hər ay X7 əmək haqqının 50 faizi həcmində tutaraq tələbkarın məktuba əlavə edilmiş bank hesabına, 220.00 manat (ümumi məbləğin 7%-i) məbləğində icra ödənişi isə icra ödənişinin alınması haqqında qərarda göstərilən Suraxanı rayon İcra və Probasiya şöbəsinin hesabına (ödənişin təyinatında icra sənədinin nömrəsi, tarixi, həmçinin borclunun adı, soyadı və “7 faiz icra ödənişi” sözləri tam səkildə qeyd edilməklə köçürülməsi şirkətdən xahiş olunmuşdur. Problemli kreditlərin kompensasiyası haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Nəzarət Palatasının elektron sistemindən çıxarışdan müəyyən olunur ki, İddiaçı 01 mart 2019-cu il tarixinə "xxxx" MMC-yə olan əsas kredit borcuna 2087,75 manat ekvivalenti pul məbləğinə görə borcun azaldılmasına yönəldilən məbləğ 572,15 manat, qalıq borc isə 1515,60 manat ; "xxxx" ASC-yə olan 6394,30 manat əsas kredit borcunun azaldılmasına yönəldilən məbləğ 1752,35 manat, qalıq borc 4641,95 manat ; "xxxx" QSC-yə 2245,04 manat əsas kredit borcunun azaldılmasına yönədilən məbləğ 615,25 manat, qalıq borc 1629,79 manat; "xxxx" QSC-yə 8482 manat əsas kredit borcunun azaldılmasına yönələn məbləğ 2324,48 manat, qalıq borc 6157,52 manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış xx.xx.2022ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikasının 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən borclu İddiaçı borcunun ödənilməsi üçün hesabımıza 572.15 manat pul daxil oldu. İddiaçı təşkilata və digər banklara olan borcu 17.000 manatdan çox olduğu üçün (19208 manat) məlum Fərmana əsasən onun borcu restrukturizasiya olunmadı. "xxxx" MMC tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış 21 iyun 2023-cü il tarixli arayışda qeyd olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 34/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi üzrə 3138,12 manat borc aşağıda qeyd edilən mənbələrdən MMC-nin hesabına daxil olmuşdur : 572,15 manat Mərkəzi Bank; 1360 manat İddiaçı; 1205,92 manat X7 əmək haqqından. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 19 yanvar 2024-cü il tarixdə verilmiş (/9588 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hazırki ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 03027 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK" MMC-yə 28 fevral 2016cı il tarixə (müqavilənin bitdiyi tarixə) olan əsas borcu 2278 manat, faiz borcu 546,73 manat, 28 fevral 2019-cu il tarixə əsas borcu 2278,03 manat, faiz borcu 336,73 manat təşkil edir. Eyni zamanda hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdən sonra 3138.15 manat məbləğində ödəniş aparılması müəyyən edilir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı 28 aprel 2014-cü il tarixdə "xxxx" MMC ilə müqavilə bağlayaraq MMC-dən 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. X1 Telman Malik oğlunun müqavilə üzrə öhdəliklərinin icrasına zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə üzrə ödənişlər razılaşdırılmış qaydada aparılmadığından "xxxx" MMC-nin iddia ərizəsi əsasında qanuni qüvvəsini almış xx.xx.2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müqavilə üzrə borc məbləğinin İddiaçı və X5 tutulması qət olunmuşdur. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı ümumi borcu 17000 manatdan çox olduğu üçün restrukturizasiya olunmasa da xx.xx.2019-cu il tarixə 2087,75 manat əsas borca 572,15 manat kompensasiya məbləği hesablanmışdır. "xxxx" MMC-yə olan borc bu kompensasiya məbləği, İddiaçı tərəfindən ödənilən 1360 manat pul və X7 əmək haqqına yönəldilən tutma nəticəsində yığılmış pul məbləği çıxıldıqdan sonra tam ödənmişdir. İddiaçı kredit borcu üzrə 1050 manat artıq ödəniş etdiyini bildirir. Məhkəmə araşdırması zamanı İddiaçı xx.xx.2019-cu il tarixə əsas borcunun 2278,03 manat, faiz borcunun 336,73 manat, müqavilənin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən hesablanmış 322,72 manat borcunun olduğu, xx.xx.2019-cu il tarixdən sonra müqavilə 3138.15 manat məbləğində ödəniş aparıldığı müəyyən edilir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçının xx.xx.2019-cu il tarixə olan borcu 2087,75 manat olmuşdur. Bu problemli kreditlərin kompensasiyasına dair məlumatlardan aydın olur. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında borc məbləğinə etirazını bildirməmiş, əksinə məbləğin düzgünlüyünü əsaslandırmışdır. İddiaçı banka olan borcunun restrukturizasiya olunmalı olduğunu qeyd etsə də cavabdehin nümayəndəsi iddiaçının banklara olan cəmi borcunun 17000 manatdan çox olduğunu bildirərək borcunun bu səbəbdən restrukturizasiya olunmadığını bildirmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının banklara olan cəmi borcunun 17000 manatdan çox – 19200 manat olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçının banklara olan borcu qeyd edilən fərmanın tətbiqi dairəsinə düşməmişdir. İş materialları ilə iddiaçının xx.xx.2019-cu il tarixdən sonra 3138,15 manat ödəniş etdiyi müəyyən olunur. Bu ödənişin olunması cavabdeh "xxxx" MMC tərəfindən verilmiş arayışla da təsdiq olunur. Belə olan halda "xxxx" MMC İddiaçı hesabına əsassız varlanmış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tərəfindən müqavilə üzrə iddiaçının borcu və edilmiş ödənişlərin məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, əldə edilmiş ekspert rəyində xx.xx.2019-cu il tarixdən sonra 3138,15 manat ödəniş olduğu müəyyən olunmuşdur. Lakin iddiaçının xx.xx.2019-cu il tarixə olan borcu 2087,75 manat olmuşdur. Bu səbəbdən də "xxxx" MMC İddiaçı hesabına 1050,4 manat pul məbləğində əsassız varlanmışdır ( 3138,15 – 2087,75 = 1050,4). Beləliklə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə 1050 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan və iddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etdiyindən bu əbləğ cavabdehdən onun xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən müqavilə üzrə artıq ödənilmiş 1050 manat pul, o cümlədən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar