Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-1697/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın (zərərin) əvəzi olaraq 6534 (altı min beş yüz otuz dörd) manat məbləğində pulun, iddia Ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq məhkəməyə ödədiyi 87 (səksən yeddi) manat məbləğində pulun, vəkilə ödədiyi 120 (yüz iyirmi) manat məbləğndə pulun və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinə sorğu üçün rüsum olaraq ödədiyi 20 (iyirmi) manat məbləğində pulun, cəmi 6761 (altı min yeddi yüz altmış bir) manat məbləğində pulun, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir (iddia tələbi dəqiləşdirilmişdir). İddiaçı nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 332 nömrəliyə “Fiziki şəxsin adına daşınmaz əmlakın olub olmaması haqqında” xx.xx.2023-cü il tarixli Cavab Məktubunda deyilir ki, “...X1 adına hər hansı daşınmaz əmlakların olub-olmaması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestn pubfak hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekt, ev 10. 89 saylı mənzil Bakı şəhər İcra Hakimiyyət Başçısının 72/2 nömrəli 08.08 2014-cü ıl tarixli sərəncamına. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin kirayə haqqında birtipli müqaviləyə Forma-2 arayışına əsasən xx.xx.2014-cü il tarixdə X1 adına daimi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda istifadəsindədir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136, 29 saylı mənzilin 1/2 hissəsi 23.08 2022-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir. Lakin, 6 saylı Bakı "ASAN Xidmət' mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən Cavabdeh2 (təvəllüd: xx.xx.1986. FİNxxxxxxx, ŞV/nömrəsı AA*******) adına özgəninkiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildiririk ki, müvafiq sənədlərin surəti yalnız məhkəmə sorğuna əsasən verilə bilər...” Məhkəməyə xx.xx.2023cü il tarixdə Bakı şəhəri 6 saylı Asan Xidmət (DÖVLƏT) Notariat Ofisindən daxil olan 1 cildlik, 2V-145 saylı notariat işindən (Miras qoyan: X2; Vərəsələri: Cavabdeh2, X3) məlum olmuşdur ki, mərhum (miras qoyan) X1 məxsus mirasın tərkibi: ünvan 2 ünvanında yerləşən mənzilin ikidə bir hissəsinin ondan miras qalmış hissəsini X1 qızları Cavabdeh2, X3 qəbul etmişdir. Bu fakt iddiaçı tərəfə məhkəmə baxışı mərhələsində bir neçə məhkəmə baxış iclası keçirildikdən sonra məlum olmuşdur. Hal-hazırda isə mirası qəbul edənlərdən yalnız biri cavabdeh qisdmində işə cəlb olunmuşdur. Digər vərəsənin cavabdeh qismində işə cəlb edilməsi uzun müddət tələb etdiyinə və məhkəmə baxışının yenidən uzadılmasına səbəb olacağına və bütün vərəsələrin cavabdeh qismində işə cəlb edilməsinin daha qanuni və əsaslı hesab olunacağına görə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1697/2023 saylı mülki iş üzrə İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin qaytarılması (iddia ərizəsinin baxılmamış saxlanılması) haqqında qərardad çıxarılmasına zərurət yaranmışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin qaytarılması (iddia Ərizəsinin baxılmamış saxlanılması) haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2272324Vəkil1 elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini baxılmamış saxlamasına etirazının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, işin baxılmamış saxlanılması barədə ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən, cavabdehlər isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və iş hazırda məhkəmə baxışı mərhələsində olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanması barədə ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, GPP ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə 85 (səksən beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzi üzrə ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1697/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-1697/2023
25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver