Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1711/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin artırılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Zeybulla oğlundan birgə nikahlarından dünyaya gəlmiş X1 18 yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2006-cı ildə VVADQ orqanında qeydiyyata alınmış rəsmi nikahı mövcud olsa da 20 oktyabr 2009-cu il tarixdə rəsmi nikah pozulmuşdur. Birgə nikahdan xx.xx.2008-cı il təvəllüdlü X2 adlı övladları vardır. Faktiki olaraq nikah münasibətləri pozulmuşdur. Övladının saxlanılması üçün cavabdehdən aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 26 noyabr 2008-ci il tarixdə Bakı şəhər Nərimanov məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə keçirilmiş məhkmə iclasında Cavabdeh Zəybulla oğlundan hər ay 30 (otuz) manat aliment tutulması qət edildi. Hesab edir ki, 30 manat miqdarında pul məbləği bu gün azyaşlı övladının saxlanılması üçün yetərli deyildir və bu məbləğ mövcud iqtisadi tələblərə cavab vermir. Eyni zamanda hal-hazırda cavabdehin maddi imkanı əvvəlkinə nisbətən daha yaxşıdır və o övladının saxlanılması üçün əlavə məbləğ ödəmək iqtidarındadır. Bu səbəbdən mövcud aliment məbləğinin artırılmasını məqsədə müvafiq hesab edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəllər işləmişdir, lakin hazırda işləmir. Bir övladı var. İqtisad universitetinə hazırlaşır. Ödənilən aliment məbləği kifayət etmir. Ehtiyaclarını ödəməyi çatdırmır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət edir. Cavabdeh tərəfindən 200 manat aliment ödənilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, hər ay vaxtı-vaxtında aliment məbləğini ödəyir. 235 manat aliment ödənilməsinə razı deyildir.150 manat təqaüd alır və hətta dolanmaq üçün borc alır. Aldığı əmək haqqından ona cəmi 100 manat qalır. Sultanov Orxan birinci nikahdan olan oğludur və epilepsiya xəstəliyindən əziyyət çəkir. Hazırda özü DOST mərkəzində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləyir. Cəmi 345 manat əmək haqqı alır. 200 manat aliment ödənilməsinə razıdır. Əgər olsa daha çox da ödəyər, qızıdır. Lakin imkanı yoxdur. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/18 saylı 29 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, aliment məbləği dəyişdirilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment hesablayaraq İddiaçı Abdantil qızına ödənilməsi qət edilmişdir. - AZ-İİ seriyalı 117903 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 02 aprel 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atasının Cavabdeh, anasının İddiaçı olması haqqında 14 iyun 2008-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsində 1771 № ilə qeyd edilmişdir. - AZ-İ seriyalı 293864 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 99 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X6 Mərkəzi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdehnun 01 fevral 2023-cü il tarixdən 31 yanvar 2024-cü il tarixədək aldığı əmək haqqı hər ay 345 manat olmaqla, cəmi 4140 manatdır. - 3 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 483 nömrəli arayışdan görünür ki, 1990-cı il təvəllüdlü X3 xx.xx.2008-ci ildən RƏX-ri kabinetinin qeydiyyatındadır. İİ qrup əlildir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X2 adlı bir uşaqları doğulmuşdur. Onlar arasında bağlanmış rəsmi xx.xx.2018-ci il tarixdə nikah pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/18 saylı 29 may 2018-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment tutularaq İddiaçı Abdantil qızına ödənilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək yetkinlik uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. 01 yanvar 2024-cü il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2782/18 saylı 29 may 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh tərəfindən ödənilən 154 manat aliment məbləği hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşağın altı yaş böyüməsi, tələbatlarının artması da nəzərə alınmaqla, onun saxlanması üçün kifayət deyildir və uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh 200 (iki yüz) manat aliment ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh tərəfindən 200 (iki yüz) manat aliment ödənilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə uşağın yaş həddini, tərəflərin maddi vəziyyətini, həmin vaxtdan hal – hazıra kimi ölkədə uşaqlar üçün yaşayış minimumunun kifayət qədər artırılmasını, uşağın 6 yaş böyüməsi ilə onun xərclərinin və tələbatlarının artmasını, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, bununla belə, cavabdehin ailəsində İİ qrup əlil olan şəxsin (birinci nikahından olan övladı - 1990-cı il təvəllüdlü X3) olmasını, iddiaçının 200 manat aliment ödənilməsi barədə razılığını nəzərə alaraq, alimentin məbləğinin hər ay 200 manat məbləğinədək artırılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, cavabdehin başqa nikahdan uşağının olması, onun xəstə olması barədə dəlilərinə münasibətdə hesab edir ki, bu hallar, cavabdehi əvvəlki nikahdan olan uşağın qanunvericiliklə nəzərdə tutulmuş qaydada saxlanması vəzifəsindən azad etmir. Belə ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideyn kimi cavabdehin də vəzifəsidir və uşağın valideynlərdən birinin - ananın himayəsinə verilməsi, uşağa qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassızdır və məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsi üçün nəzərə alına bilməz. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yaşına çatana qədər saxlanılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2782/2018 saylı 29 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1 yaşına çatana qədər saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin artırılmış miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-1711/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1711/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver